Şahlar şahbaz oğlu şƏRİfov



Yüklə 6,91 Mb.
Pdf görüntüsü
səhifə115/314
tarix11.03.2018
ölçüsü6,91 Mb.
#31129
1   ...   111   112   113   114   115   116   117   118   ...   314

  

233 


2. Bu 

dövrdə İslam hökumətinin əsas bünövrələrindən biri hesab edilən bə-

rabərlik aradan getmişdi. Bildiyimiz kimi Quran və Peyğəmbər sünnəsi bütün 

üs

tünlükləri ləğv etmiş və Allah yanında ən uca meyar təqvalı olmaq sayılırdı. 



Bu

na baxmayaraq Əməvilər ərəb soy kökünü ən uca millət hesab edir və İslam 

pey

ğəmbərinin də  ərəb  olduğunu deyirdilər. Özlərini ərəb olduğu üçün  üstün 



he

sab edən Əməvilər ərəb olmayanları aşağı təbəqədən hesab edirdilər. 

3. 

Ölkənin gəliri ümumi işlərə xərclənmir, müharibədən əldə olunmuş qə-



ni

mətlər, fəth olunmuş ərazilərdən gələn gəlir cihadda iştirak edən əsgərlər ara-

sında bölünmür və hökumət bu gəlirləri özlərinin gözəl və təmtəraqlı həyat sür-

mələri üçün xərcləyirdilər. 

4. 

Raşidilər dövründə bir mövzu haqqında hökm çıxarmaq üçün ilk növbə-



də Qurana və Peyğəmbər sünnəsinə müraciət olunurdu. Burada bir sənəd əldə 

et

mədikdə fiqh elmində güclü olanlar öz ictihadları əsasında hökm çıxarardılar. 



An

caq verilən hökm Quranın zahirinə və Peyğəmbərin sünnəsinə tam zidd ol-

masın.  Amma  Əməvilər  dövründə  xəlifələrin  verdikləri  hökmlərin  Quran  və 

Pey


ğəmbər sünnəsilə ziddiyyət təşkil etməsində heç bir maneə yox idi. Bunun 

ba

riz nümunəsi Müaviyə ibn Əbu Süfyanın Hz.Peyğəmbərin (s) sünnəsinin ək-



si

nə olmasına baxmayaraq atası məlum olmayan Ziyad ibn Əbihini özünə qar-

daş elan etməsidir. 

5. 


İslam  fiqhində  günahkar  və  müttəhimi  cəzalandırmaq  üçün  “həddlər” 

(yəni hər hansı bir günahkarı cəzalandırmaq üçün tətbiq olunan cəza tədbirləri) 

və “diyələr” (yəni hər hansı bir günah müqabilində ödənilən cərimə, qanbahası) 

ter


mini ilə tanınmış hökmlər mövcuddur. Hər bir günahkar bu hökmlərə əsasən 

cəzalandırılmalıdır. Lakin Əməvilər dövründə  günahkarlar  İslam qanunu  əsa-

sında yox, hakimlərin öz şəxsi qərarları əsasında cəzalandırılırdı. 

6. 


İslamın əsaslarından sayılan yaxşı işlərə dəvət və pis işlərdən çəkindir-

mə unuduldu. Heç kəsin xəlifə və ya onun müxtəlif yerlərdə olan nümayəndə-

lərini pis işlərdən çəkindirməyə cürəti çatmırdı. 

7. 


İslam və müsəlmanların müqəddəs saydıqları şeylər təhqir olunurdu. Qeyd 

et

diyimiz kimi Kəbə və Məscidul-həram viran edildi. Hz.Peyğəmbərin (s) mə-



zarı,  minbəri  və  məscidi  təhqir  olundu.  Peyğəmbər  şəhəri  olan  Mədinə  əhalisi 

xəlifə I Yezidin dövründə qaniçən sərkərdə Müslim ibn Əqəbə tərəfindən üç gün 

küt

ləvi şəkildə təcavüzə məruz qaldı. 



8. 

İslam  tarixində  ilk  dəfə  olaraq  Peyğəmbər  övladlarını  qətlə  yetirib  ar-

vad-

uşaqlarını əsir alaraq şəhərbəşəhər gəzdirdilər. 



9. 

Cahiliyyət dövrünün şüarları və Hz.Peyğəmbərin (s) dövründə qadağan 

edi

lən yersiz mədhlər yenidən canlandı. Əməvi dövrünün şairləri xəlifə və ya 



on

ların nümayəndələrini layiq olmadığı xüsusiyyətlərlə tərif edir, onlarda olan 

mənfi xüsusiyyətləri isə müsbət keyfiyyət kimi qiymətləndirirdilər. 

10. 


Hakimlərin razılığını əldə edib, Allahı qəzəbləndirən dünyapərəst alim-

lər iş başına gəlirdilər. Bunlar Quran ayələrini və Hz.Peyğəmbərin (s) hədisləri-

ni öz istədikləri kimi təfsir edir, hakimlərin sözlərini və rəftarlarını onların xey-

rinə izah edirdilər. 

  



 

234 


11. 

Sərxoşluq, əyyaşlıq və rəqqasə kənizlərin alınması geniş surətdə yayıl-

mışdı.  Qeyd  etdiyimiz  kimi  Əməvi  xəlifələrindən  Süleyman  ibn  Əbdülməlik 

çox yeməklə, II Vəlid ibn II Yezid isə çox şərab içməklə ad çıxarmışdı. 

Yarımadanın  şərqindən  və  şimalından xaric  olub  fəth  olunmuş  ərazilərdə 

İslamı yayan ərəblər iki dəstəyə bölünür: Allaha görə işləyən dəstə, biri də din 

adı ilə Allah yolunda cihad edən dünyapərəst dəstə. Birinci dəstə yalnız xalqa 

Qu

ranı, namazı və İslam hökmlərini öyrətmək istəyirdi, ikinci dəstə isə vergi 



toplayaraq var-

dövlətini  artırmaq fikrində idi. Dövlət idarələrini fars dilindən 

ərəb dilinə çevirən əslən İranlı olan Saleh ibn Əbdürrəhman olmuşdur. 

Əməvilər  dövründə  bir  sıra  məzhəblər  meydana  çıxmışdı  ki,  onların  əsas 

mərkəzi  İraq  sayılırdı.  İlk  mübahisə  insanların  bir  işi  görməkdə  ixtiyarlı  və  ya 

məcbur olmaları barədə düşmüşdür. Hər iki nəzəriyyənin tərəfdarları “qədəriyyə” 

və “cəbriyyə” adlanırlar. Başqa bir əqidəvi məktəb isə “Murciə” adlanırdı. Əmə-

vilər etdikləri əməllərə bəraət qazandırmaq üçün bu məktəbdən istifadə edirdilər. 

Cəbriyyə, qədəriyyə və murciədən fərqli olaraq özünə orta mövqe seçmiş 

“Mö


təzilə” məktəbi də meydana çıxdı. Bu məktəbin yaranmasının səbəbi bu idi 

ki, Həsən Bəsri böyük günaha batmış şəxsi kafir sandığı halda şagirdlərindən 

bi

ri Vasil ibn Əta isə deyirdi: “Belə bir şəxs nə mömin, nə də kafirdir. O şəxs 



iman

la küfr arasındakı mövqedə qərar tutmuşdur. Vasil ibn Əta öz müəllimin-

dən ayrıldıqdan sonra Həsən Bəsri dedi: “Qəd etəzələ minna” (yəni, o, bizdən 

uzaq


laşdı). 

Mötəzilə məktəbi Abbasilər dövründə daha da inkişaf etmiş və bir çox əqi-

də məsələlərində fikir irəli sürmüşlər. 

İslam  memarlığındakı  dəyişkənlik  də  Əməvi  xəlifəsi  Müaviyə  ibn  Əbu 

Süf

yanın xilafəti dövründə Şamda başlamışdır. Onun Şamda tikdirdiyi “Xəzra” 



sara

yının tikilməsinə Əbuzər Ğəffarinin irad tutması tarixdə məşhur hadisələr-

dən sayılır. Bu gün bu saraydan heç bir əsər-əlamət qalmamışdır. Eyni zaman-

da xəlifə Əbdülməlikin dövründə vali olan Həccac ibn Yusif tərəfindən Vasitdə 

in

şa  edilən  Qubbətus-Xəzra  sarayından  da  heç  bir  əsər-əlamət  qalmamışdır. 



Ona  görə də hicrətin birinci əsrinin birinci  yarısında incəsənətin nə dərəcədə 

inki


şaf etdiyinə və bu sarayın tikilməsində hansı memarlıq üslubundan istifadə 

olun


masına dair mühakimə  yürütmək mümkün deyildir. Lakin Suriya və İor-

dani


yanın ayrı-ayrı yerlərində Mərvanilər dövründə tikilmiş yay və qış sarayla-

rı hal-hazırda qalmaqdadır. Bunlara misal olaraq xəlifə Əbdülməlik ibn Mərva-

nın Qüdsdə tikdirdiyi Qubbətus-Səhra sarayını, I Vəlid ibn Əbdülməlikin tik-

dir


diyi Əməvi Məscidini qeyd edə bilərik. 

 

Əməvilər xilafətini yıxan səbəblər 

Miladi VIII əsrin ortalarına doğru Əməvilər xilafəti ciddi surətdə zəifləmə-

yə başladı. Bu zəifləmənin tarixi səbəbləri bunlardır: 

1. 

Raşidi xəlifələrindən fərqli olaraq Əməvi xəlifələrinin təyin etdiyi valilər 



da

ha çox gəlir əldə etmək üçün əhalidən alınan vergiləri demək olar ki, hər gün 




Yüklə 6,91 Mb.

Dostları ilə paylaş:
1   ...   111   112   113   114   115   116   117   118   ...   314




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə