Şahlar şahbaz oğlu şƏRİfov



Yüklə 6,91 Mb.
Pdf görüntüsü
səhifə123/314
tarix11.03.2018
ölçüsü6,91 Mb.
#31129
1   ...   119   120   121   122   123   124   125   126   ...   314

  

249 


Məhəmməd ibn Abdullah ibn Həsən, əməvi xəlifəsi II Mərvan ibn Məhəm-

mədin xilafətinin sonlarında Hicaz xalqının bəzisindən öz adına beyət almışdı. 

Ona 

beyət edənlər arasında Əbu Cəfər Mənsur Dəvaniqi də var idi. Bu hadisə, 



Əməvi hakimiyyətinin Abbasilərə keçməsindən əvvəl olmuşdu. 

Xəlifəlik Əbu Cəfər əl-Mənsura keçincə o, Məhəmməd ibn Abdullah ibn 

Həsən ilə qardaşı İbrahimdən qorxmağa başladı. Çünki Mənsur, onların II Mər-

v

ana qarşı qiyam qaldırdıqları kimi özünə qarşı da qiyam edəcəklərindən ehti-



yat edirdi. Bu məqsədlə onları ələ keçirmək istəyən Mənsur çox çalışsa da on-

la

rı tuta bilmədi. Bu zaman xəlifənin ətrafında olan adamlar Mənsura, Həsənin 



oğlanlarının hamısını həbs etməsini məsləhət gördülər. Onların hamısını həbs 

edən xəlifə Məhəmmədlə İbrahimi ciddi şəkildə axtarmağa başladı. 

Qohumlarının həbs edildiyini öyrənən Məhəmməd ibn Abdullah anasının 

ya

nına gələrək belə dedi: “Anacan, ailəmin, atam və əmimin başına pis bir iş 



gələcəyindən qorxuram. Gedib xəlifəyə təslim olmaq istəyirəm ki, ailə üzvləri-

mi  rahat  buraxsın.  Bu  barədə  sənin  fikrin  nədir?”  Anası  zindana  gedib  onun 

söz

lərini atası və əmisinə dedikdə onlar bu cavabı verdilər: “Xeyr, qətiliklə ol-



maz. Təslim olmasın. Biz onun üçün səbr edəcəyik. Bəlkə Cənab Allah, onun 

əli ilə xeyr qapılarını açacaq. Biz çəkdiyimiz hər bir əzaba dözəcəyik. Allah is-

təsə bizi genişliyə qovuşdurar, istəsə bizi darda buraxar.”

378


 

Bu il xəlifə Mənsur növbəti həcc səfərindən qayıdarkən, Rəbəzə adlı çöl-

lük

də düşərgə qurub, Mədinədəki məhbusları hüzuruna gətirməyi əmr etdi. Xə-



li

fənin  gözləri  qarşısında  ağır  işgəncələr  verildikdən  sonra,  imam  nəslindən 

olan

lar  Kufəyə  aparıldılar.  Kufə  həbsxanasında  İmam  Həsən  (ə)  övladlarına 



ağır işgəncələr verilirdi. İşgəncələrə tab gətirməyən məhbuslar bir-bir Allahın 

rəhmətinə qovuşurdular. 

Məhbuslar içində hamıdan əvvəl İbrahim Ğəmər ibn Həsən ibn İmam Hə-

sən (ə) vəfat etdi (hicri 145, rəbiül-əvvəl; miladi 762, iyun). Bunun ardınca di-

gər məhbuslar da ağır işgəncələrə dözməyərək, canlarını tapşırdılar. Ən axırda 

Ab

dullah ibn Həsən bir neçə nəfərlə sağ qalmışdı. Oğulları Məhəmməd Nəf-



süz-

zəkiyyə və İbrahimin qətlə yetirilməsi xəbərini eşidəndən sonra o da Alla-

hın rəhmətinə qovuşmuşdur. 

Hicrətin 145-ci ili kiçik bir dəstə ilə qiyama başlayan Məhəmməd ibn Ab-

dul

lah qısa müddət ərzində Mədinəni ələ keçirərək həbsdə olanları sərbəst bu-



rax

dı. Həmin vaxt Mədinə valisi olan Riyah ibn Osmanı isə Mərvanın evindəki 

zindana a

tdı. Mədinənin ardınca Məkkə və Yəməndə də hakimiyyət onun əlinə 

keç

di. Mədinə xalqı Maliki məzhəbinin banisi Malik ibn Ənəsdən Məhəmmədə 



be

yət  etməyin  caiz  olub-olmadığını  soruşdular.  O  da  fətva  verdi  ki,  Məhəm-

mədə beyət edə bilərsiniz. Çünki Mənsura zorla beyət etdiyinizdən ona sadiq 

qalmağa borclu deyilsiniz. Bu fətvadan sonra bütün Mədinə əhli Məhəmmədə 

beyət etdi. 

378


 İbn Kəsir, əl-Bidayətu vən-Nihayə. 

  

                                                           




 

250 


Mədinəni ələ keçirən Məhəmməd ibn Abdullah buraya vali olaraq Osman 

ibn Məhəmməd ibn Xalid ibn Zübeyri, qazi olaraq Əbdüləziz ibn Muttəlib ibn 

Ab

dullah  əl-Məhzumini,  təhlükəsizlik  sərkərdəsi  olaraq  Osman  ibn  Abdullah 



ibn  Ömər  ibn  Xəttabı,  maaş  divanının  müdiri  olaraq  Abdullah  ibn  Cəfər  ibn 

Ab

dullah ibn Misvər ibn Məhrəməni təyin etdi. 



Məhəmmədin qiyam etdiyini öyrənən xəlifə Mənsur narahat olaraq böyük 

sərkərdələri çağıraraq yığıncaq təşkil etdi. Məcburən silaha əl atan xəlifə Mən-

sur qardaşı oğlu İsa ibn Musanı böyük bir qoşunla Mədinəyə göndərdi. Xəlifə 

Səffahın vəsiyyətinə əsasən İsa ibn Musa Mənsur Dəvaniqinin vəliəhdi sayılır-

dı. Amma xilafəti özündən sonra oğlu Mehdiyə ötürmək istəyən Mənsur İsa ibn 

Mu

sanı  xoşlamırd.  Buna  əsasən  xəlifə  üçün  İsa  ibn  Musanın  və  ya  Məhəm-



mədin hansı birinin öldürülməsi maraqlı deyildi. 

Xəlifənin əmrinə əsasən İsa ibn Musa öz ordusu ilə Mədinəni mühasirəyə 

aldı. Həmin vaxt Məhəmmədin ətrafında 100 min əsgər var idi. Lakin xilafət 

əsgərlərini  görən  Mədinə  əhli  Məhəmmədin  ətrafından  dağılışdı.  Ətrafında 

cəmi 316 nəfərin qalmasına baxmayaraq Məhəmməd mübarizəni dayandırma-

dı. İki tərəf arasında baş verən döyüşdə Məhəmməd ibn Abdullah və tərəfdar-

ları  hamılıqla  qətlə  yetirildi.  Məhəmməd  ibn  Abdullahın  kəsilmiş  başı  xəlifə 

Mənsurun hüzuruna Kufəyə göndərildi.

379

 

Nəfsüz-zəkiyənin qətlindən sonra qardaşı İbrahim Bəsrədə xilafət əleyhinə 



qiyam etdi. Bu

ndan xəbər tutan xəlifə Mənsur yenə də İsa ibn Musanı iki min 

nəfərlik ordu ilə onun üzərinə göndərdi. Hicrətin 145-ci ili (miladi 763) Kufə 

yaxınlığında Baxümra adlı məntəqədə baş verən döyüşdə İbrahimin öldürülmə-

si

lə ordusu da məğlub oldu. İbrahim ibn Abdullahın da başı qardaşı Məhəmmə-



din başı kimi xəlifə Mənsurun hüzuruna Kufəyə göndərildi. 

Əhli-beytə qarşı zülmləri bununlada bitməyən xəlifə Mənsur Nəfsüz-zəkiyə 

Məhəmmədin oğlu Abdullahı Hindistanda şəhid etdirmişdir. Bunun ardınca İbra-

him Ğəmərin oğlu Məhəmməd Əsğəri isə iki divarın arasında qoyub hördülər.  

Əbu Cəfər Mənsurun ən böyük cinayəti İmam Sadiqi (ə) şəhid etməsidir. 

İmam  Sadiq  (ə)  hicrətin  148-ci  ili  şəvval  ayının  25-də  (miladi  765-ci ilin 

dekabrında)  xəlifə  Mənsurun  əmri  ilə  Mədinədə  zəhərləndirilərək  şəhid  edil-

mişdir. Müqəddəs məzarı Mədinədə Bəqi qəbiristanlığındadır. 

 

Hicrətin 146-cı il (miladi 763) baş verən hadisələr 

Bu il Mədinətus-səlam (Bağdad) şəhərinin inşası tamamlandı. Əvvəlcə xə-

li

fə Səffahın tikdirdiyi Haşimiyyədə yaşayan Mənsur bu ilin səfər ayında bura-



ya yerləşmişdir.  

Bağdad  şəhərinin  tikilməsinin  səbəbi  bu  idi:  Hicrətin  141-ci ili (miladi 

758) baş verən Ravəndilər üsyanından sonra xəlifə Mənsur Haşimiyyədə qal-

379


Tarixi-

Təbəri, IV cild, səh-414-421; Tarixi-Məsudi, III cild, səh-306-308; Tarixi-Yəqubi, II 

cild, səh-376-379; İbn Kəsir, əl-Bidayətu vən-Nihayə, X cild, səh-81-95. 

                                                           




Yüklə 6,91 Mb.

Dostları ilə paylaş:
1   ...   119   120   121   122   123   124   125   126   ...   314




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə