251
ma
ğa qorxurdu. Buna görə də paytaxtı dəyişmək qərarına gəlmişdir. Bu məq-
sədlə xeyli axtarışdan sonra xəlifənin göstərişinə əsasən şəhər Dəclə çayının
kənarında münasib bir yerdə salınmışdır.
Bağdad şəhəri tikilərkən münəccimlər bu şəhərin uğurlu və mübarək olaca-
ğı barədə xəbər verərək bildirmişdilər ki, bu şəhərdə Abbasi xəlifələrindən
kim
sə öldürülməyəcəkdir. Tarixədə nəzər saldıqda məlum olur ki, həqiqətən
Bağdad divarı daxilində heç bir Abbasi xəlifəsi vəfat etməmişdir. Xəlifə Mən-
sur da həcc səfərində olarkən dünyasını dəyişmişdir. Ondan sonrakı xəlifələr
Meh
di, Hadi, Harun, Əmin və Məmun ya Bağdaddan çox-çox uzaqlarda, ya da
şəhərin kənarında vəfat etdilər. Bundan sonra paytaxt Samirəyə köçürülmüş və
bir neçə xəlifə orada vəfat etmişdir.
380
Hicrətin 147-ci ili (miladi 764) xəlifə Mənsur qardaşı Əbul-Abbasın vəsiy-
y
ətini pozaraq, İsa ibn Musanı birinci vəliəhdlikdən uzaqlaşdırıb oğlu Mehdini
özün
dən sonra vəliəhd təyin etdi. Əvvəlcə bununla razılaşmayan İsa ibn Musa
son
da müəyyən səbəblərə görə Mehdinin vəliəhdliyini qəbul etmişdir.
381
Eyni
zamanda hicrətin 147-ci ili (miladi 764) xəlifə Mənsur Yezid ibn
Useyd Süləmiyə göstəriş verdi ki, xəzərlərin hücumunun qarşısını kəssin. Sa-
kit
lik yaratmaq istəyən Yezid ibn Useyd xəzər xaqanının qızlarından biri ilə
ev
lənərək, xəzərlərlə ittifaq yaratdı. Lakin qısa müddət sonra xaqanın qızı
doğuş zamanı öldü və qızının öldürüldüyünü güman edən xəzər xaqanı Tarxan
böyük bir ordu ilə müsəlman torpaqlarına soxuldu. Tiflisə qədər irəliləyən xə-
zərlər xeyli əsir ələ keçirdilər. Xəlifə Mənsurun göndərdiyi köməkçi qoşunda
Ye
zid ibn Useydlə birləşsə də, xəzərlərin qarşısında davam gətirə bilmədilər.
Bundan bir il sonra hicrətin 148-ci ill (miladi 765) Hümeyd
ibn Qəhtəbənin
başçılığı altında olan böyük bir ordu Ərməniyyə vilayətinə qədəm bassa da, xə-
zərlərlə rastlaşmadılar. Çünki qışın yaxıınlaşması ilə əlaqədar olaraq xəzərlər
ge
ri çəkilməyə məcbur olmuşlar.
Afrika və Əndəlusda fəthlər
Əbu Cəfər Mənsurun xilafəti dövründə Qərbi Afrika müstəqilliyini elan etdi-
yi üçün burada xəlifənin adına xütbə oxunmurdu. Bundan istifadə edən xarici
məzhəbli bərbər tayfalar qısa müddət ərzində Qeyravan və Fası ələ keçirdilər.
Qərbi Afrikadakı özbaşınalığa son qoymaq istəyən xəlifə Mənsur hicrətin 143-cü
ili (mi
ladi 760) Məhəmməd ibn Əşəs Xuzaini Afrikaya vali təyin etdi.
Böyük bir
ordu ilə hücuma keçən Məhəmməd ibn Əşəs Trablis və Qeyrəvanı bərbərlərdən
geri aldı. Bu qarışıqlıqdan istifadə edən xəvaric məzhəbli Əbdürrəhman ibn Rüs-
təm Tahərtə qaçaraq Rüstəmilər dövlətinin əsasını qoydu. Bu dövlət miladi tarixi-
lə 761-ci ildən 909-cu ilə kimi Tahərtdə hakimiyyətdə olmuşdur. Rüstəmilər döv-
lətinin varlığına 909-cu ildə şiə təmayüllü Fatimilər tərəfindən son qoyulmuşdur.
380
Tarixi-
təbəri, IV cild, səh-457-481.
381
Tarixi-
Təbəri, IV cild, 483-491.
252
Hicrətin 153-154-cü illərində (miladi 770) Qeyrəvan yenidən xəvariclərin
əlinə keçdi. Bu dəfə xəlifə Mənsurun əmri ilə Yezid ibn Hatim Afrikaya gön-
dərildi. Afrikaya gələn Yezid Qeyrəvan daxil olmaqla digər şəhərləri də xilafə-
tə qaytararaq xəvaric üsyanına son qoymuşdur.
Xəlifə Mənsur xilafəti dövründə özünə vəzir olaraq əvvəlcə Əbu Əyyub
Muri
yani, onun ölümündən sonra isə Rəbi ibn Yunisi götürmüşdür.
İkinci Abbasi xəlifəsi Əbu Cəfər Mənsur Dəvaniqi hicrətin 158-ci ili zil-
hic
cə ayının altısında (miladi 775) həcc səfərində olarkən Məkkədə vəfat etmiş
və Babul-Muəlladakı Kəda qəbiristanlığında dəfn edilmişdir.
382
Xəlifə Mənsur
hicri 101-
ci ilin zilhiccə ayında doğulmuş, 136-cı ilin zilhiccə ayında xəlifə se-
çilmiş və 158-ci ilin zilhiccə ayında da ölmüşdür.
Hz.
İmam Cəfəri Sadiq (ə)
İmamın (ə) mübarək adı Cəfər, Sadiq isə ləqəbidir. Cəfər ərəb dilində axan
çay mənasındadır. Künyəsi Əbu Abdullahdır. Atası İmam Baqir (ə), anası isə
Qa
sim ibn Məhəmməd ibn Əbu Bəkrin qızı Ümmi Fərvə künyəsi ilə tanınan Qə-
ri
bədir. Bu qadının anası Əsma binti Əbdürrəhman ibn Əbu Bəkrdir. Bu qadın
həm ata, həm də ana tərəfdən xəlifə Əbu Bəkrin nəvəsidir. Bu da o deməkdir ki,
İmam Sadiqin (ə) ana tərəfdən babası xəlifə Əbu Bəkrdir. İmam Sadiq (ə) hicrə-
tin 83-
cü ili rəbiül-əvvəl ayının 17-də, miladi 700-cü il əməvi xəlifəsi Əbdülmə-
lik ibn Mərvanın xilafəti dövründə Mədinədə anadan olmuşdur.
İmamlar arasında İmam Sadiqin (ə) dövrü özünəməxsus bir yer tutur. Çün-
ki həmin dövr Bəni-Ümeyyə dövlətinin zəiflədiyi, Bəni-Abbasın isə gücləndiyi
bir dövr olmuşdur. Bu iki dəstə həmin dövrdə bir-biri ilə mübarizə aparırdılar.
Əməvi xəlifəsi Hişam ibn Əbdülməlikin (724-743) dövründən etibarən Ab-
basilərin siyasi təbliğatı başlamış, sonra silahlı mübarizəyə çevrilmiş və Abba-
silərin qələbəsi ilə başa çatmışdır. Bu qarışıqlığa görə Bəni Ümeyyə İmam Sa-
diq
(ə) və şiələrə təzyiq göstərə bilmirdi. Eyni zamanda Abbasilər də Peyğəm-
bər ailəsinin tərəfdarı və onların intiqamını almaq şüarı altında hərəkət etdikləri
üçün onlar da İmam Sadiq (ə) və tərəfdarlarına təzyiq göstərə bilmirdilər. Ona
görə də bu dövr İmam Sadiqin (ə) və tərəfdarların nisbi rahatlıq dövrü adlanır.
İmam Sadiq (ə) yaranmış vəziyyətdən istifadə edib atası İmam Baqirin (ə) elmi
yolunu davam etdirərək böyük məktəb təşkil etdi. O dövrün dini və dəqiq
elmləri sahəsində sayı dörd minə yaxın qeyd edilmiş Hişam ibn Həkəm,
Məhəmməd ibn Müslim, Əban ibn Tağlib, Hişam ibn Salim, Mömin Taq,
Müfəzzəl ibn Ömər, Cabir ibn Həyyan kimi seçilmiş şagirdlər yetişdirdi.
Onlardan Hişam ibn Həkəm otuz bir cild, Cabir ibn Həyyan isə müxtəlif elmlər
sahəsində iki yüz cilddən artıq kitab yazmış və “kimyanın atası” ləqəbini
almışdır. İmam Sadiqin (ə) özü də təbii elmlər sahəsində bir sıra elmi bəhslər
aparmışdır. Bunun aşkar nümunəsi Tövhidi Müfəzzəldir. İmam Sadiq (ə) onu
382
Tarixi-
Təbəri, IV cild, səh-514-518.