Şahlar şahbaz oğlu şƏRİfov



Yüklə 6,91 Mb.
Pdf görüntüsü
səhifə12/314
tarix11.03.2018
ölçüsü6,91 Mb.
#31129
1   ...   8   9   10   11   12   13   14   15   ...   314

  

25 


Əbduyəğus,  Vəlid  ibn  Muğeyrə,  Umeyyə  ibn  Xələf  və  onun  qardaşı  Ubeyy, 

Əbdulhəkəm ibn Hişam, As ibn Vail, Əqəbə ibn Əbu Muit, Əbu Süfyan ibn 

Hərb  və  başqaları  işgəncə  verirdilər.  Bütün  bu  işgəncələrin  nətəsi  olaraq 

müsəlmanlar Məkkəni tərk etmək məcburiyyətində qalmışlar. 

 

Müşriklərin İslamiyyətə düşmən olmasının səbəbləri 

1.Hz. Peyğəmbərə (s) həsəd aparmaları: Cahil ərəblərin düşüncəsinə görə 

peyğəmbər  seçiləcək  şəxs  mütləq  yaş,  mal-dövlət  və  oğul-uşaq  baxımından 

seçilmiş biri olmalıdır. Bunlara misal olaraq Vəlid ibn Muğeyrəni və Umeyyə 

ibn  Əbu  Siləti  qeyd  edə  bilərik.  Bu  şəxslər  qeyd  etdiyimiz  şərtləri  Hz. 

Peyğəmbər (s) də görmədikləri üçün onun peyğəmbərliyini qəbul etməmişlər. 

2.Müşriklərin  mövqe  və  nüfuzlarının  aradan  getməsi:  İslam  dini  sinfi 

ayrıseçkiliyi  aradan  aparıb,  insanları  bərabər  hüquqlu  elan  edirdi.  Bundan 

narahat  olan  müşriklər  mövqelərini  əldən  verməmək  üçün  var  qüvvələri  ilə 

islamiyyətə qarşı mübarizə aparırdılar. 

3.Axirət əzabını xatırladan ayələrin nazil olmasından sonra qorxuya düşən 

müşriklər İslama qarşı mübarizə aparırdılar. 

4.Məkkə əhlinin həyatı ticarətdən asılı idi. Müşriklərin əsas gəlir mənbəyi 

də bütlər idi. Ərəbistanın bir çox məntəqələrindən gələn nümayəndələr Kəbədə 

yerləşən 360 bütün adına bəxşişlər gətirirdilər. İslamiyyətin bütləri yox etməsi 

ilə  ticarət  həyatının  sona  çatacağını  hesab  edən  müşriklər  İslama  qarşı 

mübarizə aparırdılar. 

Bütün bunlar

ı nəzərə alan müşriklər müsəlmanları bu  yoldan döndərmək 

üçün  onlarla  bütün  əlaqələri  kəsmişlər.  Bu  hadisəyə  İslam  tarixində  “İqtisadi 

blokada” adı verilmişdir və bu hadisə miladi tarixi ilə 616-619-cu illərdə baş 

vermişdir. Blokadanın şərtləri bunlar idi: 

1)Müsəlmanlarla bütün alış-veriş qadağandır. 

2)Onlarla ünsiyyət qurulmayacaq. 

3)Onlardan qız alıb onlara qız vermək qadağandır. 

4)Bütün hallarda İslamın müxalifləri dəstəklənməlidir. 

Lakin  üç  il  davam  edən  bu  mühasirə  də  sonda  müsəlmanların  xeyrinə 

nəticələnmiş  və  müsəlmalar  “Şib  Əbu  Talib”  dərəsindəki  sıxıntıdan  xilas 

olmuşlar. 

 

Əbu Talibin imanı 

Bəzi mənbələrin qeyd etdiyinə görə Hz.Peyğəmbərin (s) əmisi və himayə-

darı  olan  Əbu  Talib  islamı  qəbul  etmədən  dünyadan  getmişdir.  Dəlil  olaraq 

“Tövbə”surəsinin 113-cü  ayəsini  qeyd  edirlər.  Guya  Əbu  Talib  vəfat  etdikdə 

Hz.

Peyğəmbər (s) onun üçün Allahdan bağışlanmaq diləmək istədikdə bu ayə 



na

zil olmuş və Allah Hz.Peyğəmbəri (s) bu işdən çəkindirmişdir. Ayənin mə-

nas

ı belədir: 



  


 

26 




Müşriklərin  cəhənnəmlik  olduqları  (müsəlmanlara)  bəlli  olduqdan 

son

ra onlarla qohum olsalar belə, Peyğəmbərə və iman gətirənlərə onlar 

üçün bağışlanma diləmək yaraşmaz!” 

Amma bu ayənin təfsirinə nəzər saldıqda hər şey məlum olur. Əksər təfsir-

çi

lərin rəyinə əsasən bu ayənin şəni-nüzulu belədir: “Bir gün islamı yeni qəbul 



etmiş  səhabələr  Hz.Peyğəmbərin  (s)  yanına  gələrək  belə  dedilər:  Ey  Allahın 

Rəsulu! Sən bilirsən ki, bizim ata-babalarımız islamiyyətdən qabaq müşrik ola-

raq dünyadan getmişlər. Bizim səndən istəyimiz budur ki, onların bağışlanması 

üçün Allaha dua edəsən. “Hz.Peyğəmbər (s) onların istəyini həyata keçirmək 

is

tədikdə bu ayə nazil olmuş və Allah Peyğəmbəri (s) bu işdən çəkindirmişdir.” 



Bu

radan məlum olur ki, ayə Əbu Talibin yox, müşriklərin barəsində nazil ol-

muşdur. 

Bundan başqa bəzi hədislərdə də Əbu Talibin cənnət əhli olduğu bildirilir: 

1) Hz.

Peyğəmbər (s) barmaqlarını birləşdirərək belə buyurdu: “Mən və ye-



ti

mə himayə edən (Əbu Talib) bu iki barmağım kimi cənnətdə mənimlə birlik-

də olacaq”.

29

 



2) Hz.

Peyğəmbər (s) buyurdu: “Cəbrail (ə) nazil olaraq məni bu kəlmələrlə 

müj

dələdi: “Şübhəsiz ki, Allah səni endirən sülbə, daşıyan bətnə, süd verən dö-



şə və səni himayə edən qucağa cəhənnəm odunu haram buyurdu.”

30

 



Bu hədisdə 

en

dirən  sülb  deyəndə  Peyğəmbərin  (s)  atası  Abdullah,  daşıyan  bətn  deyəndə 



ana

sı Aminə, süd verən şəxs deyəndə Həlimə və səni himayə edən qucaq de-

yəndə Əbu Talib nəzərdə tutulmuşdur. 

Şeyx Səduq nəql edir ki, bir şəxs ibn Abbasa dedi: “Ey Peyğəmbərin əmisi 

oğlu!  Əbu  Talib  müsəlman  oldumu!”  İbn  Abbas dedi: “Müsəlman  olmayan 

şəxs belə deyərdimi: “Məkkə müşrikləri bilirdilər ki, biz öz övladımız Muhəm-

mədi qəbul edirik və o boş sözlərə etina etmir”. Əbu Talib Kəhf səhabələri ki-

mi

dir. O öz imanını gizli saxladı və zahirən müşrik kimi göründü. Allah ona iki 



sa

vab verdi. İmam Sadiq (ə) buyurmuşdur: “Əbu Talib Kəhf səhabələri kimi-

dir. Qəlbində iman vardı, zahirən müşrik kimi görünürdü. Allah ona iki müka-

fat verdi: Birini imanına, o birini isə təqiyyəsinə görə.”

31

 

 



Hicrətlər 

Hicrət sözünün mənası bir yerdən başqa yerə köç etmək deməkdir. Müsəl-

man

ların öz doğma yerlərindən başqa yerlərə hicrət etmələrinin səbəbi Məkkə 



müşriklərinin onlara əzab vermələri olmuşdur. Müşriklərin təzyiqinə tab gətir-

məyən  müsəlmanlar  Hz.Peyğəmbərə  (s)  müraciət  etdikdə  Allah  Rəsulu  vəhy 

gəlmədiyi üçün hicrətə izn vermirdi. Lakin “Ənkəbut” surəsinin 56-cı ayəsi na-

29

 



İbn Əbil Hədid, “Nəhcül-Bəlağənin şərhi” 4-cü cild, səh–312. 

30

Təbəqati-ibn Səd, 1-ci cild, səh-202-203; 



Sireyi-


ibn Hişam”, 1-ci cild, səh 373; 

Tarixi-ibn 



Kəsir ” 2-ci cild, səh 42; 

Sireyi-



Hələbi” 1-ci cild, səh 351-352; 

Nəhcül-Bəlağənin şərhi” 14-



cü cild, səh 83. 

31

Şeyx Səduq “Əmali” 89-cu məclis,12-13-cü hədis. 



                                                           


Yüklə 6,91 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   314




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə