23
toplum halında islama daxil olmuş, öz əqidələrini bu ilahi dinin vasitəsilə
təmizə çıxarmışlar.
Beləliklə 40 yaşında peyğəmbər olan Muhəmməd (s) təxminən 23 il
Allahdan aldığı vəhy hesabına islam dinini təbliğ etmiş və ilahi əmrə tabe
hesabına islam dinini təbliğ etmiş və ilahi əmrə tabe olaraq 63 yaşında vəfat
etmişdir. Mənbələr onun vəfat tarixini müxtəlif göstərsələr də daha doğru və
məşhur görüş onun Səfər ayının 28-də, hicrətin 11 ilində (miladi 632) vəfat
etməsidir.
23
Hz. Peyğəmbər (s) dünyadan gedərkən ümmət içərisində iki ağır əmanəti –
Quran və Əhli-beyti yadigar qoyaraq ümmətin yalnız bu iki şeyə tabe olmasını
vacib buyurdu.
Gizli və açıq dəvət
Hz. Peyğəmbərin (s) insanları islama təbliğ etmə mərhələləri gizli və açıq
dəvət olmaqla iki qismə ayrılır. Miladi tarixi ilə 610-cu ildə Allah tərəfindən
peyğəmbərlik vəzifəsi ilə yüklənən Hz. Peyğəmbər (s) üç il boyunca öz
dəvətini gizli şəkildə həyata keçirmişdir. Bu üç il müddətində Xədicə, Hz. Əli,
Zeyd ibn Haris, Zübeyr ibn Əvvam, Əbdürrəhman ibn Ovf, Səd ibn Əbu
Vəqqas, Təlhə ibn Ubeydullah, Əbu Ubeydə əl-Cərrah, Əbu Sələmə, Ərqəm
ibn Ərqəm, Abdullah ibn Məzun, Ubeydə ibn Haris, Qədamə ibn Məzun, Səid
ibn Zeyd, Xəbbab ibn Zeyd, Əbu Bəkr ibn Əbu Quhafə, Osman ibn Əfvan və s.
şəxslər islamı qəbul etmişdir.
24
Bu illər ərzində Hz. Peyğəmbər (s) Ərqəm ibn
Əbu Ərqəmin evində məskunlaşaraq islamı təbliğ etmişdir və Əmmar ibn
Yasir, Süheyb ibn Sənan kimi məşhur səhabələr bu evdə islamı qəbul etmişlər.
Gizli dəvət dövründə başda Əbu Süfyan ibn Hərb olmaqla Qureyş
müşrikləri Hz. Peyğəmbərin (s) dəvətinə istehza ilə yanaşaraq deyirdilər: “O da
tezliklə Vərəqə və Umeyyə kimi sakitləşər”. Bu müddət ərzində Hz.
Peyğəmbər (s) bütləri açıq şəkildə tənqid etməyib, yalnız öz gizli dəvəti ilə
məşğul olduğu üçün müşriklər də Həzrətə hörmətsizlik etməyib onun hörmətini
saxlayırdılar. Lakin qohumları və camaatı İslama dəvət etməyə, bütləri,
müşriklərin insanlığa zidd olan əməllərini aşkar şəkildə pislədikdən sonra
müşriklər başa düşdülər ki, Hz. Peyğəmbərin (s) dəvəti əvvəlki iki nəfərdən
(Vərıqə və Umeyyə) fərqlidir.
“Və ən yaxın qohumlarını qorxut. Sənə tabe olan möminləri qanadın
altına al!”
25
ayəsi nazil olduqdan sonra Hz. Peyğəmbər (s) Bəni-Haşimdən
olan qırx nəfəri evinə dəvət edib, onları öz gizli dəvətindən xəbərdar etmək
istəyir. Həzrət gələnlər üçün süfrə açmışdı. Yemək yeyiləndən sonra Həzrət
Allahın əmirlərini Bəni-Haşim övladlarına çatdıqmaq istədikdə əmisi Əbu
23
Əyanuş-şiə, I cild
24
Cəfər Sübhahi, Həzrət Məhəmməd, səh-157
25
Şüəra surəsi, ayə-214-215
24
Ləhəb bu işə mane olduğu üçün Hz. Peyğəmbər (s) söhbətini növbəti günə
saxladı. Növbəti gün yeni ziyafət təşkil edən Hz. Peyğəmbər (s) yenə də Bəni-
Haşim övladlarını evinə dəvət etdi. Yeməkdən dərhal sonra söhbətə başlayan
Hz. Peyğəmbər (s) belə buyurdu: “Mən bir olan Allah tərəfindən sizə və bütün
bəşəriyyətə göndərilmiş bir peyğəmbərəm. Mən sizin üçün dünya və axirət
xeyrini gətirmişəm. İslamı qəbul edin və doğru yola yönəlmək üçün mənə tabe
olun! Bu yolda sizlərdən mənimlə qardaş olmağa, mənə kömək etməyə,
məndən sonra da əhli-əyalım arasında vəsim və canişim olmağa, dinimi
yaymağa kim hazırdır?”
26
Hz. Peyğəmbər (s) bu sözləri üç dəfə təkrar etsə də
Hz. Əlidən (ə) başqa kimsə cavab vermədi. Hz. Əli (ə) ayağa qalxaraq
buyurdu: “Ey Allahın Rəsulu, mən bu işdə sizə kömək etməyə hazıram!” Hz.
Əlinin (ə) bu sözlərindən sonra üzünü qohumlarına tutan Hz. Peyğəmbər (s)
buyurdu: “Bu şəxs mənim qardaşım və sizin aranızda canişinimdir. Onun
sözlərinə qulaq asıb dediklərinə tabe olun!” Həzrətin bu sözlərindən sonra
məclis əhli gedərkən istehza ilə Əbu Talibə belə deyirdi: “Get, oğlun Əliyə
itaət et. Çünki Məhəmməd (s) onu sənin əmirin seçdi.”
27
Bu hadisə İslam tarixi
və hədis elmində “Yavmul-inzar” adı ilə məşhurdur.
Gizli dəvət dövrü başa çatdıqdan sonra Allah qatından bu ayələr nazil
oldu:
“(Ya Rəsulum!) Sənə əmr olunanı (Quranı) açıq-aşkar təbliğ et və
müşriklərdən üz döndər! Şübhəsiz ki, istehza edənlərə qarşı Biz sənə
kifayət edərik.”
28
Bu ayələrin nazil olmasından sonra Hz. Peyğəmbər (s)
insanları açıq şəkildə islama dəvət etməyə başladı. Açıq dəvətdən sonra İslamı
qəbul edib müsəlman olduqlarını gizlədənlər islamı qəbul edənlərlə yaxından
tanış olurdular. Açıq dəvət nəticəsində müsəlmanların sayı gündən-günə
çoxalmağa başladı. Bu da öz növbəsində Məkkə müşriklərini narahat etməyə
bilməzdi.
İslamiyyətin qarşısını almaq məqsədilə Məkkənin seçilmişlərindən olan
Əbu Süfyan ibn Hərb, Əbu Cəhl, Umeyyə ibn Xələf, Mütim ibn Ədiyy və
başqaları Hz. Peyğəmbərin (s) himayədarı Əbu Talibin yanına gəlib, onunla
danışıqlar aparsalar da bunun heç bir nəticəsi olmadı. Əksinə, qısa müddət
sonra Həmzə ibn Əbdülmüttəlib və Ömər ibn Xəttab kimi cəngavərlər də
İslamı qəbul etdilər.
Buna qarşılıq olaraq müşriklər müsəlmanlara əzab-əziyyət verməyə
başladılar. Nəticədə Bilal Həbəşi, Əmmar ibn Yasir və ata-anası, Abdullah ibn
Məsud və Əbuzər kimi məşhur səhabələr ağır işgəncələrə düçar oldular. Bu
işgəncələr nəticəsində dünyasını dəyişən Əmmarın atası Yasir və anası
Sümeyyə islamın ilk şəhidləri adını aldılar. Müsəlmanlara əsasən Hz.
Peyğəmbərin (s) və İslamın qatı düşmənləri olan Əbu Ləhəb, Əsvəd ibn
26
Tarixi ibn Əsir, II cild, səh-40-41; Tarixi-Təbəri, II cild, səh-62-63
27
Təfsiri-Təbəri, XIX cild, səh-74; Cəfər Sübhani, Həzrət Məhəmməd, səh-160
28
əl-Hicr surəsi, ayə-94-95