Şahlar şahbaz oğlu şƏRİfov



Yüklə 6,91 Mb.
Pdf görüntüsü
səhifə155/314
tarix11.03.2018
ölçüsü6,91 Mb.
#31129
1   ...   151   152   153   154   155   156   157   158   ...   314

  

313 


İmam  Rza  (ə)  şəhid  edilən  zaman  İmam  Təqinin  (ə)  səkkiz  yaşı  var  idi. 

İmam Rzanın (ə) şəhadətindən sonra Məmun Bağdada qayıdaraq buranı yenidən 

paytaxt elan etdi. İmam Rzanı (ə) şəhid etdiyi üçün xəlifə Məmuna məmləkətin 

hər yerindən tənələr dolu məktublar gəlirdi. Bundan əlavə ona xəbər çatmışdı ki, 

xtəlif məntəqələrin böyükləri Mədinəyə yığışıb İmam Təqinin (ə) imamətini 



təsdiq ediblər. Bu hadisədən qorxuya düşən Məmun İmam Təqinin (ə) Mədinə-

dən  Bağdada  gəlməsini  tələb  etdi.  İmam  (ə)  Bağdada  gəldikdə  xəlifə  Məmun 

onu böyük nəvaziş və ehtiramla qarşıladı. Xəlifənin bu əməlindən Bəni-Abbasi 

li

derləri narahat oldular. Məmun onları razı salmaq üçün elmi məclis təşkil edib, 



məşhur alimləri də bu məclisə dəvət etdi. Məclisdə İmama (ə) verilən sualların 

ca

vabı məclis əhlini razı saldı. Bağdad qazisi Yəhya ibn Əksəm və digər alimlər 



İmam Təqinin (ə) elm və fəzilətini etiraf etdilər. Həmin məclisdə xəlifə Məmun 

İmamı (ə) daha çox nəzarətdə saxlamaq üçün qızı Ümmül-Fəzli ona ərə verdi. 

Bir müddət sonra İmam Təqi (ə) həyat yoldaşı ilə birlikdə Kəbəni ziyarət etmək 

üçün Hicaza getdi və həcc əməllərini yerinə yetirdikdən sonra Mədinəyə qayıtdı. 

Məmun həyatda olduğu müddətdə İmam Təqi (ə) Mədinədə yaşadı. 833-cü ildə 

xəlifə Məmunun ölümündən sonra qardaşı Mütəsim Abbasi xəlifəsi təyin edildi. 

İmam Təqinin (ə) nüfuzundan narahat olan Mütəsim onu dərhal Mədinədən Bağ-

da

da çağırdı. İmam (ə) bu səfərin bəd nəticəsini qabaqcadan bildiyi üçün oğlu 



İmam Nəqini (ə) özünə canişin təyin edərək İlahi elmin sirlərini, Hz.Peyğəmbə-

rin (s) 

və digər peyğəmbərlərin mirasını ona təslim etdi. İmam Təqi (ə) Bağdada 

gəldikdən qısa müddət sonra hicrətin 220-ci ili zilqədə ayının 30-da, miladi 835-

ci il xəlifə Mütəsimin əmri ilə həyat yoldaşı Ümmü Fəzl binti Məmun tərəfindən 

zəhərləndirilərək  Bağdadda  şəhid  edilmişdir.  Müqəddəs  məzarı  Kazimeyndə 

babası İmam Kazimin (ə) qəbri yanındadır. 

İmam Təqinin (ə) yüksək elmi məqamını onun öz dilindən söylənilən hədis 

da

ha dolğun şəkildə bəyan edir. “Məşariqul-ənvar” kitabında yazılır ki, İmam 



Rza 

(ə)  dünyadan  gedəndən  sonra  Hz.Təqi  (ə)  Peyğəmbər  məscidinə  gəlib, 

min


bərə çıxaraq belə buyurdu: “Mən Məhəmməd ibn Əliyəm. Mən hər bir kə-

sin kimə mənsub olduğunu bilirəm, istər dünyaya gələnlərin, istərsə də dünya-

ya gəlməyənlərin. Mən sizin zahir və batininizdən xəbərdaram. Biz bu biliyə 

var


lıq  aləmi  yaranmazdan  öncə  yiyələnmişik  və  varlıq  aləmi  fani  olduqdan 

son


ra da bu bilik bizimlə qalacaq. Əgər haqsız hakimlər, azğın insanlar olma-

say


dı  və  avamlar  şəkkə  düşməsəydilər,  sözümlə  hamını  heyrətə  gətirərdim. 

Son


ra İmam (ə) əlini ağzına qoyaraq belə buyurdu: “Sakit ol, necə ki, ata-baba-

la

rın sükut etdilər.” 



 

İmam Təqinin (ə) ləqəbləri: 

1) 


Təqi – pəhrizkar; 

2) Cavad – 

səxavətli; 

3) 


Mürtəza – seçilmiş; 

4) Qane – 

əlində olanla kifayətlənən. 

  



 

314 


 

İmam Təqinin (ə) zövcələri: 

1) Ümmül-

Fəzl binti Məmun (İmam Təqini (ə) zəhərləyən); 

2) 


Süsən (İmam Nəqinin (ə) anası); 

 

İmam Təqinin (ə) övladları: 

1) 

İmam Əliyyən Nəqi (ə); 2) Musa-Mübərqi; 3) Fatimə; 4) İmamə. 



İmam Təqinin (ə) üzüyündə bu yazı yazılmışdır: “Həsbiyallahu” – Mənim 

ar

xalanacağım Allahdır. 



 

İmam Təqinin (ə) müasiri olmuş xəlifələr: 

1) 


Məmun (813-833); 

2) 


Mütəsim (833-842). 

 

Əbu Cəfər Harun Vasiq Billah hicri 227-232 (miladi 842-847) 

Əbu Cəfər Harun Vasiq ibn Mutəsim hicrətin 196-cı ili (miladi 811) xəlifə 

Əminin xilafəti dövründə Bağdadda anadan olmuşdur. Anası Bizans əsilli Qə-

ra

tis adlı cariyə olmuşdur. Atası Mutəsimin vəfatından sonra onun vəsiyyətinə 



əsasən hicrətin 227-ci ili rəbiül-əvvəl ayının 18-də (miladi 842) Abbasi xəlifəsi 

se

çilmişdir.



485

 

Onun dövrü demək olar ki, heç bir müstəsna əhəmiyyətə malik 



ha

disə  ilə  müşayiət  olunmamışdır.  Bizansla  müharibələri  və  bir  neçə  üsyanı 

çıxmaq şərtilə, onun dövrü sabitliklə keçmişdir. Əhli beytə qarşı mülayim rəf-

tar


da  olan  Vasiqin  dövründə,  Bəni-Haşim  seyidlərindən  kimsə  şəhid  edilmə-

mişdir.  

Xəlifə Mutəsimin dövründə olduğu kimi, Vasiqi də türklər öz nüfuzları altın-

da saxlayırdılar. Türk əsilli Əşnas xilafət mərkəzindən qərbdə olan bütün torpaq-

la

rın valisi, digər türk sərkərdəsi İytax isə Sind vilayəti və Dəclə sahillərinin vali-



si təyin edildi. Vasiqi idarə edən qüvvələrin başında vəzir Məhəmməd ibn Əb-

dül


məlik əz-Zəyyat ilə baş qazi Əhməd ibn Əbu Duad İyadi dayanırdı.

486


 

Hicrətin 229-cu ilində (miladi 843-844) öz hesabdarlarını təftiş edən xəlifə 

Va

siq, iri məbləğdə oğurluq hallarını üzə çıxardı. Xəlifənin əmrinə əsasən xoş-



luq

la pulu ödəməyənləri şallaqlayıb, əmlaklarını müsadirə etdilər. 

Miladi 844-

cü ildə (hicri 230) məhşur türk əsilli Əşnas, ondan doqquz gün 

son

ra isə Xorasan valisi Abdullah ibn Tahir vəfat etdi. Xilafət ordusunun baş 



ko

mandanı olan Əşnas eyni zamanda, əl-Cəzirə, Şam, Misir və Məğribin valisi 

idi.  Onun  ölümündən  sonra  bütün  vəzifələri  digər  türk  əsilli  sərkərdə  İytaxa 

tap


şırıldı. Xorasan valiliyi isə Tahir ibn Abdullaha tapşırıldı. 

485


 Tarixi-Təbəri, V cild, səh-273. 

486


 Siyuti, Tarixul-xüləfa, səh-340-346. 

                                                           




Yüklə 6,91 Mb.

Dostları ilə paylaş:
1   ...   151   152   153   154   155   156   157   158   ...   314




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə