315
Tarixi mənbələrə əsasən Əbu Cəfər Vasiqin xilafəti dövründə Abbasi tor-
paq
larında bir dilənçi belə yox idi.
487
Üsyanların yatırılması
Vasiqin xilafəti dövründə məmləkətin müxtəlif bölgələrində bir neçə qi-
yam baş verdi. Üsyanların əksəriyyəti Ərəbistan yarımadasında baş verirdi. İlk
ön
cə Mədinənin ətrafında yerləşən Bəni-Süleym qəbiləsi qarətçiliyə başladı.
Üs
yançılara Uzeyzə ibn Qəttab Sələmi başçılıq edirdi. Qarətçilər Hicaz bazar-
la
rına basqın edib, malları istədikləri qiymətə zorla alırdılar. Hicrətin 230-cu
ilin
də (miladi 845) üsyançılar Bəni-Kənanə və Bəni-Bahilə qəbilələrinə hücum
edərək, xeyli insanı qılıncdan keçirib torpaqlarını ələ keçirdilər.
Mədinə valisinin zəifliyini görən xəlifə Vasiq, oraya türk əsilli sərkərdə Bu-
ğa əl-Kəbiri göndərdi. Hicrətin 230-cu ilində (miladi 845) Mədinə kənarında,
Bəni-Süleym qərargahı yaxınlığında baş verən döyüşdə Buğa əl-Kəbir üsyançı-
ları məğlub etdi. Bəni-Süleym qəbiləsinin məğlubiyyətindən sonra Buğa əl-Kə-
bir, üsyançıların müttəfiqi olan Bəni-Hilal və Bəni-Mürrə qəbilələrini də məğlub
edərək, hicrətin 231-ci ilində (miladi 845-846) Mədinədə asayişi bərpa etdi.
488
Bir ildən sonra Ərəbistanın cənubunda, Yəmamə bölgəsində xilafətin əley-
hi
nə üsyan qalxdı. Bu dəfə Bəni-Numeyr qəbiləsi qarətçiliyə başladı. Bundan
xəbər tutan xəlifə Vasiq hicrətin 232-ci ilində (miladi 846) Buğa əl-Kəbiri
Mədinədən Yəmaməyə göndərdi. Baş verən döyüşdə qarətçiləri məğlub edən
Buğa əl-Kəbir ələ keçirdiyi əsirləri də özü ilə götürərək, hicrətin 233-cü ilində
(miladi 847) Samirəyə daxil oldu.
489
Əhməd ibn Nəsr Xuzainin üsyanı hicri 231 (miladi 846)
Məmun və Mutəsimin dövründə olduğu kimi, xəlifə Vasiq də Quranın ha-
dis (yaranma) olduğuna inanır və bu əqidəyə qarşı çıxanları təqib edirdi. Quran
ba
rəsində qalmaqaldan və xəlifənin təzyiqindən cana doymuş insanlar Əhməd
ibn Nəsr Xuzainin ətrafında toplanaraq onu xilafətə qarşı üsyana təhrik etdilər.
Əhməd ibn Nəsrin göstərişinə əsasən qiyam hicrətin 231-ci ili şəban ayının 3-
də (miladi 846) baş verməli idi. Qiyamın başladığını bildirmək üçün təbil çalın-
malı idi.
Lakin qiyamçılardan biri içkili olduğu üçün təbili bir gün qabaq çaldı və
nəticədə şəhər böyükləri şübhəyə düşüb araşdırma aparmağa başladılar. Araş-
dırma nəticəsində əvvəlcə Əhməd ibn Nəsr Xuzainin yaxınları, sonra isə özü
tutuldu.
Sam
irəyə gətirilən Əhməd ibn Nəsr Xuzai və tərəfdarları xəlifə Vasiqin hü-
zu
runda edam edildilər. Xəlifə Quran barədə mübahisələrə elə aludə olmuşdu
487
Tarixi-
Təbəri, V cild, səh-291-292; Tarixi-Məsudi, IV cild, səh-66-67, 77-81.
488
Tarixi-Təbəri, V cild, səh-278-279.
489
Tarixi-
Təbəri, V cild, səh-280-281, 288-290; Tarixi ibn Əsir, VII cild, səh-19-20, 27-29.
316
ki, bu yolda ən qəddar addımlardan da çəkinmirdi. Hicrətin 231-cu ilində (mi-
ladi 845) Bizansla müsəlmanlar arasında Tarsus şəhəri yaxınlığında əsir müba-
diləsi baş tutdu. Tarixi mənbələrə əsasən, o zaman Bizansda 4400 nəfər müsəl-
man əsir var idi. Mübadilə nəticəsində yüzlərlə əsir azad edilərək öz ev-eşiyinə
qa
yıtdı. Mübadilə zamanı da əsirlərdən Quranın hadis olmasına inananlar azad
edilir, bu fikri qəbul etməyənlər isə yenidən Bizansa geri qaytarılırdı.
Əsirlərin mübadiləsindən qısa müddət sonra Əhməd ibn Səid ibn Səlm ibn
Quteybə Anadoluya səfər etsə də xeyli itki verərək geri qayıtdı.
490
Romaya hücum hicrətin 231-ci ili (miladi 846)
Vasiqin xilafəti dövründə müsəlmanların cənubi İtaliya adalarına hü-
cumları daha da şiddətləndi. Bu hücumlar barədə müsəlman mənbələrində heç
bir məlumat verilməsə də, qərb mənbələrində bu döyüşlər ətraflı təsvir olunub.
İtaliya torpaqlarına hücumlar Əğləbi hakimləri və Əndəlus əmirlərinin dəstəyi
ilə həyata keçirilirdi. Əğləbilər tərəfindən təşkil edilən donanma Aralıq dəni-
zinin demək olar ki, yeganə sahibi idi.
Hicrətin 228-ci ilində (miladi 842-843) Siciliyadakı müsəlman donanması-
nın başçısı Fəzl ibn Cəfər Həmdani adanın şimalında, Apennin yarımadasında
yer
ləşən Messina şəhərinə hücum etdi. Həm su yolu ilə, həm də quru yolu ilə
hü
cum edən müsəlmanlar şəhəri tez bir zamanda ələ keçirdilər. Sonrakı illər ər-
zin
də müsəlmanlar Siciliyanın sahilində yerləşən digər şəhərləri də ələ keçir-
dilər.
Miladi IX əsrin ortalarında Apennin yarımadası üç hissədən ibarət idi. VI
əsrdə yarımadanın şimalını işğal edən german mənşəli lanqobard tayfası, bu-
rada Lanqobard krallığının əsasını qoymuşdur. İki əsrdən sonra frank kralı Bö-
yük Karl bu yerləri tutub, Şimalı İtaliyanı öz dövlətinə qatdı. Miladi tarixilə
843-
cü ildə Böyük Karlın qurduğu dövlət üç hissəyə (Fransa, Almaniya və İta-
liya) parçalandıqdan sonra, Şimali İtaliya torpaqları yenidən lanqobard kral-
larının ixtiyarına keçdi.
Yarımadanın cənub hissəsi Apuliya, Neapol, Kalabriya və Siciliya əyalət-
lərindən ibarət idi. Bu torpaqlar Bizansa tabe olsa da ayrı-ayrı feodallar tərəfin-
dən idarə olunurdu. Feodallar daimi çəkişmə və mübarizə vəziyyətində yaşayır-
dılar. Belə bir vaxtda cənubi İtaliya feodallarından biri öz rəqibinə qalib gəl-
mək üçün Siciliyadakı müsəlmanlardan kömək istədi. Bundan istifadə edən
mü
səlmanlar İtaliyaya daxil olub, Apuliyanın mərkəzi olan Bari şəhərini müqa-
vim
ətsiz ələ keçirdilər. Bir müddət sonra Neapol konsulu tərəfindən məğlub
edi
lən müsəlmanlar Siciliyaya qayıtdılar.
Miladi tarixilə 844-cü ildə (hicri 229) Fəzl ibn Cəfər Həmdaninin
başçılığı ilə yenidən hücum edən müsəlmanlar Neapol və onun ətrafındakı bir
neçə şəhəri ələ keçirdilər. Sonra Qaeta limanını mühasirəyə alan müsəlmanlar
490
Tarixi-
Təbəri, V cild, səh-286-287.