Şahlar şahbaz oğlu şƏRİfov



Yüklə 6,91 Mb.
Pdf görüntüsü
səhifə168/314
tarix11.03.2018
ölçüsü6,91 Mb.
#31129
1   ...   164   165   166   167   168   169   170   171   ...   314

  

339 


Onun sərvətinin çoxluğunu görən Saleh ibn Vəsif belə demişdi: “Yanında bu 

qədər  var-dövlətin  olmasına  baxmayaraq,  əlli  min  dinara  görə  oğlunu  ölümə 

rüklədi!” (Vaxtilə xəlifə Mütəzz əsgərlərin ehtiyacını ödəmək üçün anası Qə-



bi

hədən əlli min dinar borc istəsə də, Qəbihə Mütəzzin istəyini yerinə yetirmə-

mişdir.)

540


 

Həmin vaxt xilafətin məşhur sərkərdəsi Musa ibn Buğa əl-Kəbir Rey isti-

qa

mətində baş verən üsyanları yatırmaqla məşğul idi. Onun əmri altında olan 



di

gər Müflih adlı bir sərkərdə isə xəlifə Müstəinin dövründən Təbəristanda üs-

yan edən Həsən ibn Zeydi məğlubiyyətə uğratdıqdan sonra onu təqib edərək, 

Dey


ləm vilayətinə daxil olmuşdu. 

Bu  arada  xəlifə  Mühtədi  türk  sərkərdələri  Saleh  ibn  Vəsiflə  Bayıkbəyin 

bas

qısından xilas olmaq üçün Rey  vilayətində olan Musa ibn  Buğa əl-Kəbiri 



Sa

mirəyə çağırdı. Musa ibn Buğa əl-Kəbir dərhal Müflihə xəbər yollayıb, yürü-

şü yarımçıq kəsməyi və Reyə gəlib ona qoşulmağı əmr etdi. Bütün ordusunu 

ətrafına toplayan Musa ibn Buğa əl-Kəbir hicrətin 256-cı ili (miladi 869) Sami-

rəyə daxil oldu. Şəhərə daxil olan Musa ilk öncə xəlifə Mühtədini xilafət sara-

yından çıxarıb, öz sərkərdələrindən birinin evinə apardı. 

Musa ibn Buğa əl-Kəbirin gəldiyini öyrənən Saleh ibn Vəsif saraydan qa-

ça

raq gizləndi. Onun axtarışı bir aya yaxın davam etdi. Nəhayət, hicrətin 256-cı 



ili (miladi 870) Sami

rədəki evlərin birində gizlənən Saleh ibn Vəsif ələ keçiri-

lərək edam edildi. Onun kəsik başı xəlifə Mühtədinin hüzuruna göndərildi və 

xəlifə başın torpağa basdırılmasını əmr etdi.

541

 

Saleh  ibn  Vəsifin  qətlindən  sonra  Musa  ibn  Buğa  əl-Kəbirlə  Bayıkbəyin 



bas

qısından xilas olmaq istəyən xəlifə Mühtədi, onları hicrətin 256-cı ili (mila-

di 870) Mütəzzin dövründən Mosul vilayətində davam edən Müsavirin qiyamı-

nı (867-877) yatırmaq üçün Mosula göndərdi. Sonra Musa ibn Buğa əl-Kəbirə 

məktub  yazıb  tapşırdı  ki,  bütün  səlahiyyətləri  Bayıkbəyə  təhvil  verib,  onun 

itaəti altına keçsin. Eyni zamanda Bayıkbəyə də bir məktub göndərib əmr etdi 

ki, məktubu alan kimi Musa ibn Buğa əl-Kəbiri və Müflihi öldürsün. 

Lakin xəlifənin təklifinin hiylə olduğunu anlayan sərkərdələr sözü bir yerə 

qo

yub, xəlifə Mühtədini cəzalandırmaq üçün əlbir oldular. 



Musa ibn Buğa əl-Kəbirin məsləhəti ilə Samirəyə qayıdan Bayıkbəy xəlifə-

nin əmri ilə həbs edilərək edam edildi. Bayıkbəyin ölümündən sonra onun ətra-

fında olan türklər xəlifəyə öz etirazlarını bildirdilər. Vəziyyətin gərginləşdiyini 

rən xəlifə, ona qulluq edən türk birliklərini və məğribi, isrövşənəli, fərğanəli 



dəstələri köməyə çağırdı. Miladi tarixilə 870-ci ildə (hicri 256) xəlifə tərəfdar-

ları  ilə  qiyamçılar  arasında  baş  verən  ilk  döyüşdə  qiyamçılar  məğlub  oldu. 

540

Tarixi-


Təbəri, V cild, səh-431-434; Tarixi ibn Əsir, VII cild, səh-199-201; Nuri Ünlü, İslam 

Tarixi, I cild, səh-278; Siyuti, Tarixul-xüləfa, səh-360. 

541

Siyuti, Tarixul-



xüləfa, səh-363; Tarixi-Təbəri, V cild, səh-458-467; Tarixi ibn Əsir, VII cild, 

səh-219-226; Tarixi-Məsudi, IV cild, səh-184-185; Nuri Ünlü, İslam Tarixi, I cild, səh-279. 

  

                                                           




 

340 


Növ

bəti  gün  bütün  türklər,  hətta  xəlifə  Mühtədinin  tərəfində  olan  türklər  də 

möv

qelərini dəyişib qarşı tərəfə keçdilər. Bununla da qüvvələr nisbəti qiyamçı-



la

rın xeyrinə dəyişdi. Baş verən döyüşdə məğlub olan xəlifə qaçmağa çalışsa 

da ələ keçirildi. Hicrətin 256-cı ili rəcəb ayının 18-də (miladi 870, iyun) xila-

fətdən uzaqlaşdırılan xəlifə Mühtədi, ağır işgəncələrə tab gətirməyərək dünya-

sını dəyişdi. Vəfat edərkən 38 yaşı var idi.

542


 

 

Roma üzərinə ikinci yürüş hicri 256 (miladi 870) 

Miladi tarixilə 846-cı ildə Vasiqin xilafəti dövründə baş vermiş birinci yü-

rüş kimi, ikinci yürüş haqqında da müsəlman mənbələrində çox şey açıqlanma-

yıb. Hətta ikinci Roma səfərinin hansı xəlifənin hakimiyyət illərinə təsadüf et-

di

yi də bilinmir. 870-ci ildə (hicri 256) baş verən bu səfər Mühtədinin xilafəti-



nin sonuna və Mutəmidin xilafətinin əvvəlinə təsadüf edir. 

İkinci  Roma  səfəri  də  Əğləbilər  (800-909)  tərəfindən  təşkil  edilmişdir. 

Bundan qabaq 868-

ci ildə (hicri 255) Əğləbilər Malta adasını xristianların əlin-

dən almışdılar. 870-ci ildə (hicri 256) isə Əğləbi hökmdarı Əbul-Qəraniq Mə-

həmməd  öz  əsgərlərini  Roma  papasının  iqamətgahı  və  xristianların  mərkəzi 

Ro

ma şəhəri üzərinə apardı. Kalabriya yarımadasının və Sardiniya adasının ət-



ra

fında cəmləşmiş müsəlman gəmiləri irəliləyib Tibr çayının mənsəbində löv-

bər saldılar. Bundan narahat olan Papa yaxın müttəfiqləri olan Neapol, Qaeta 

və s. şəhərlərin hakimlərindən kömək istədi. İtaliya ordusu Kayzeri adlı sərkər-

dənin başçılığı ilə Romanın müdafiəsinə tələsdi. 

Mühasirənin uzandığını görən Roma papası VIII  İohan  (872-882) müsəl-

man

larla sülh bağlamaq qərarına gəldi. Nəticədə iyirmi beş min misqal gümüş 



həcmində illik cizyə ödənişi müqabilində müsəlman əsgərləri Roma mühasirə-

sin


dən əl çəkib, İtaliyanı tərk etdilər. Həmçinin bu səfər, müsəlmanların Roma-

ya son səfəri oldu.

543

  

 



Əbul-Abbas Əhməd Mutəmid hicri 256-279 (miladi 870-892) 

Xəlifə  Mühtədinin  qətlindən  sonra  Abbasi  məmurları  hicrətin  256-cı  ili 

(miladi 8

70) Cövsəqdə həbsdə olan Əbul-Abbas Əhməd ibn Mütəvəkkilə beyət 

edərək onu xəlifə təyin etdilər. Xəlifə təyin edilən Əbul-Abbas Əhməd özünə 

“Mu


təmid əl-Allah” ləqəbini götürdü. O, hicrətin 229-cu ili (miladi 843) xəlifə 

Va

siqin xilafəti dövründə Samirədə anadan olmuşdur. 



Beyətdən  sonra  Mutəmid  özünə  vəzir  olaraq  Ubeydullah  ibn  Yəhya  ibn 

Xa

qanı təyin etdi. Ordunun başında isə Musa ibn Buğa əl-Kəbir dayanırdı. İra-



dəsiz, əyləncə və kef məclislərinə meyilli olan xəlifə Mutəmid, ölkədə baş ve-

rən problemləri həll etməkdə aciz idi. Buna görə də təcrübəli və güclü bir döv-

542

Tarixi-


Təbəri, V cild, səh-467-471; Tarixi ibn Əsir, VII cild, səh-228-234; Nuri Ünlü, İslam 

Tarixi, I cild, 

səh-279. 

543


 Natiq Rəhimov, İslam Tarixi, II cild, səh-248. 

                                                           




Yüklə 6,91 Mb.

Dostları ilə paylaş:
1   ...   164   165   166   167   168   169   170   171   ...   314




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə