404
mi
nin hamısına heç bir zaman hakim ola bilmədilər və özlərini ümmətin əksə-
riy
yətindən ayrı tutdular. İslam aləminə hökm etmək üçün mərkəz qəbul
etdikləri Qahirə Səlib yürüşləri və Monqol istilası sırasında olduğu kimi
sonrakı dönəmdə də əhəmiyyətli rol oynamışdır.
Cövhər əs-Siqilli Misiri tutduqdan sonra xəlifə Muiz Lidinillahın təlimatı
ilə Fustatın şimal-şərqində yeni bir şəhər inşa etdirdi. Cövhərin Muiz Lidinilla-
hın naibi sifətilə misirə hakimlik etdiyi dörd illik müddət (969-973) ərzində
Mi
sir Fatimi tarixinin ən əhəmiyyətli dövrlərindən biri sayılır. Xütbələrdən və
sik
kələrdən Abbasi xəlifəsinin adı çıxarılıb onun yerinə Fatimi hökmdarı Muiz
Li
dinillahın adı həkk edilmişdir. Abbasilərin şüarı olan qara rəng qaldırılaraq
məsciddəki xətiblərə Fatimilərin şüarı olan ağ rəng geydirilmişdir.
İqtisadi sahədə isə Cövhər bütün gücünü dağılan körpülərin təmiri üçün is-
ti
fadə və xərac vergisi olaraq adam başına 3,5 dinarı 7 dinara çıxarmışdır. Tor-
paq sahiblərindən alınan vergilərdə artmışdır. Misir pul vahidini islah edərək
ni
zamını Fatimilərin İfriqiyyədə istifadə etdikləri nizam səviyyəsinə çıxarmış
və yüksək qiymətli yeni dinarları tədavülə buraxdırmışdır. Bu dinarlar “ət-da-
yaniril-
Muizzi” olaraq tanınmış, daha əvvəl Misirdə istifadə edilən və “ət-day-
anirir-Radi”
və “ət-dayaniril-Əbyaz” deyə bilinən köhnə dinarları ləğv etmiş-
dir. Fatimilərin Suriyanı ələ keçirmələri Misir fəthinin davamı idi. Bura Fatimi
or
dusunu Bağdada gətirərək Büveyhi idarəsinə və Abbasi xilafətinə son verə-
cək səfərin hərəkət nöqtəsi olacaqdı. Lakin 971-ci ildə (hicri 360) Dəməşqdə
qərmətilərlə edilən döyüşdə Fatimilərin Suriya əmiri Cəfər ibn Fəllahın öldü-
rülməsi bütün bu proyektlərin həyata keçməsinə mane oldu. Hətta bu döyüşdən
son
ra qərmətilər Misirə doğru irəliləyərək Qahirəni təhdid etdilər.
Sərkərdə Cövhərin dəvəti ilə Misirə gələn xəlifə Muiz Lidinillahın ilk işi
Cöv
həri vəzifədən kənarlaşdırmaq oldu. Yerinə yəhudi təbliğatçısı Yəqub ibn
Gil
lisi gətirərək Misirdəki Fatimi idarəsinin təşkil edilməsini ona buraxdı. Us-
luc ibn Həsəni də maliyyə məsələlərində İbn Gillisənin köməkçisi təyin etdi.
Muiz Lidinillah ilə Əziz Billahın (975-996), Cövhər və Yəqub ibn Gillisin səy-
ləri iki əsr davam edəcək olan Fatimi dövlətinin təməllərini qoydu. Fatimilər
Su
riyanı ələ keçirməyi digər ölkələrə sahib olmanın zəmanəti kimi görür və xü-
su
silə Bağdadı ələ keçirmək istəyirdilər. Çünki Bağdad sünni müsəlmalığın
mərkəzi idi. Bu siyasəti həyata keçirmək üçün xəlifə Əziz Billah şərq bölgələ-
rindən əsgər toplamağa başladı.
Əziz Billah dövrünün sonlarında Fatimilər dövləti olduqca genişləndi. Fa-
timi təbliğatçıları Suriya və Şimali Afrikadan sonra Yəmən və Mosulda da təb-
liğat aparmağa başladılar. Eyni zamanda Əziz Billah Bizans imperatorunun el-
çisinə hər cümə Konstantinopoldakı məsciddə öz adına xütbə oxunmasını şərt
qoy
muşdu. Miladi tarixi ilə 996-cı ildə (hicri 386) Əziz Billahın ölümündən
son
ra Fatimilərdən doqquz adam xəlifəliyə namizəd idi və bunların başında
Ha
kim Biəmrullah gəlirdi.
405
Hakim Biəmrullahın (996-1021) dövrü ziddiyyətli bir dövr olmuşdur. Xə-
lifə tez-tez verdiyi bir qərarı qısa müddət sonra dəyişərdi. Fatimilər dövründə
ya
şanan dini tolerantlığa baxmayaraq nə zimmilər nə də əhli-sünnə mənsubları
Ha
kim Biəmrullahın təzyiqindən xilas ola bildilər. Onun dövründə Misir-Bi-
zans əlaqələri də pozuldu.
Miladi tarixi ilə 1021-ci ildə (hicri 411) Hakim Biəmrullahın ölümündən
son
ra Fatimi taxtını əz-Zahir (1021-1036) ələ keçirdi.
əz-Zahirdən sonra hakimiyyətə əl-Mustansir Billah (1036-1094) gəlmişdir.
Onun dövründə Fatimilər geniş ərazilərə malik oldular. Misir, Cənubi Suriya
böl
gəsi, Şimali Afrika, Sicilya, Afrikanın Qırmızı dəniz sahilləri, Hicaz və Yə-
mən bu dövlətin sərhədlərinə daxil idi. Ayrıca Məşriqdə sünnilərin idarəsində
olan çoxlu şəhər hakimi də Mustansirə tabe oldu. Lakin bu böyük dövlət qısa
müd
dət ərzində kiçilməyə başladı. Mustansirin ölümündən sonra ismaililərin
si
yasi nüfuza malik bir qrupu Misirdə Nizara qarşı çıxmağa başladı. Nizar ölən
xəlifənin böyük oğlu və varisi idi. Bir qrupda xəlifənin digər oğlu Mustəlinin
(1094-
1101) xəlifə olmasını istədi. Nəticədə Nizar öldürüldü və onun tərəfdar-
ları olan nizarilər Yəmənə sığındılar. Sonradan Hindistana gələn nizarilər orada
ö
z əqidələrini yaymağa başladılar. Hindistanda onların Xoca və Boxara adlı iki
təriqəti vardır. Boxara özlüyündə Süleymaniyyə və Davudiyyə adlı iki hissəyə
bölünür.
Fatimilərin çökməkdə olduğu 1045-ci ildə (hicri 436) vəzir Əbul-Qasim
Əli ibn Əhməd əl-Cərcərainin ölümü ilə daha aydın oldu. Fatimilərlə Abbasilər
ara
sındakı qarşıdurmada ilk dəfə Bağdadda hazırlanan bir şəcərə problemi ilə
or
taya çıxdı. Bu şəcərədə Fatimilərin soyuna dil uzadılmışdı. Fatimilərə qarşı
Səlcuqlardan kömək istəyən Abbasilər bir tərəfdən Fatimilərlə Bizanslılar ara-
sındakı əlaqəni pozmağa çalışır, digər tərəfdən də Afrika valisi Muiz ibn Badisi
Fa
timi hakimiyyətini tanımamağa çağırırdılar. Buna əsasən Muiz ibn Badisi
1051-
ci ildə (hicri 443) Fatimilərlə olan bütün əlaqələri kəsib, Afrikada xütbə-
ləri Abbasilər adına oxumağa başladı. Səlcuqlular isə Bizansla müqavilə bağla-
yıb onların Misirə Buğda göndərmələrini dayandırdılar.
Buna cavab olaraq Fatimilər hərbi, siyasi və iqtisadi vasitələrlə Abbasilərə
təsir etməyə başladılar. Bu vaxt şərqə gedən iki ticarət arasındakı rəqabəti qı-
zışdırmağı planlayan “şərq strategiyası”na üstünlük verdilər. İsmaililik məzhə-
bini Hindistana gedən dəniz və quru yolu vasitəsilə Hindistanda yaymağa baş-
la
dılar. Fatimilər bu yolla bir tərəfdən iqtisadi canlılıq təmin edərək xilafətləri-
ni gücləndirmək, digər tərəfdən də Abbasi xəlifəliyini zəiflətmək istəyirdilər.
Fati
milər Aslan Bəsasirinin Abbasi xəlifəsinə başlatdığı qiyamı dəstəkləmiş və
As
lan Bağdadı tutaraq xütbəni Fatimi xəlifəsinin adına oxutmuşdur. Abbasi xə-
lifəsi Qaim Biəmrullahı (1031-1075) da 1058-ci ildə bir il müddətinə həbs et-
mişdir. Ancaq islam dünyasında ifrat sünniliyi təbliğ edən Səlcuqlu Türkləri
Toğrul Bəyin başçılığı ilə Abbasi xəlifəliyini Fatimilərin əlinə düşməkdən qur-