1. Osnioko düzənliyi landşaftı Afrika dağlarında ekspozisiyon landşaftlar



Yüklə 45,3 Kb.
səhifə1/4
tarix30.12.2023
ölçüsü45,3 Kb.
#164534
  1   2   3   4
Osnioko


1.Osnioko düzənliyi landşaftı
2.Afrika dağlarında ekspozisiyon landşaftlar
Afrikanı relyefinə görə iki hissəyə ayırmaq olar. Şimali və Qərbi Afrikada denu- dasion və akkumulyativ mənşəli düzənliklər, Cənubi və Şərqi Afrikada isə dağlıq ərazilər üstündür.
Şimali və Qərbi Afrika ərazisi, əsasən, düzənlikdir. Bu ərazi Afrika–Ərəbistan platforması üzərində yerləşir. Relyefin formalaşmasında ekzogen amillər böyük rol oynayır.
Cənubi və Şərqi Afrikanın mütləq hündürlüyü yüksəkdir. Burada Afrikanın ən yüksək nöqtəsi olan vulkanik mənşəli Kilimancaro zirvəsi (5895 m) yerləşir.
Şərqi Afrika seysmik fəallığın yüksəkliyi ilə fərqlənir. Buradan Şərqi Afrika sın- ma zonası keçir. Bu zona orta okean sıra dağlarının mərkəzi ox zonasına oxşayır. Burada litosfer tavaları aralanır, onların arasında məsafə artır. Lakin onlar okeanda deyil, quruda yerləşir. Bu zonanın mərkəzi hissəsi qraben, hər iki tərəfi isə simmetrik yerləşən horstlardır. Buradakı nəhəng horstlardan biri Ruvenzori horstudur.
Relyef xüsusiyyətlərinə görə Afrikada aşağıdakı morfostruktur vilayətlər ayrılır: 
Atlas dağları, Böyük Səhra və Sudan stolvarıölkəsi, Şimali Qvineya yüksəkliyi, Konqo çökəyivə ətraf yüksəkliklər, Həbəşistan və Somali, Şərqi Afrika, Cənubi Afrika, Kap dağları vilayəti və Madaqaskar adası.
Atlas dağları hertsin və alp qırışıqlığı zamanı yaranmış bir neçə böyük morfostruktur zonadan ibarətdir. Aralıq dənizi sahilboyu uzanan alçaq Tell Atlas qırışıq dağlardır. Cənub və cənub-qərbdə Yüksək, Orta və Səhra Atlası yerləşir. Yüksək Atlasda Cəbəl-Tubkal massivinin hündürlüyü 4165 m-ə çatır. Səhra Atlası orta yüksəkliyə malik olan massivlərdən və faylı dağlardan ibarətdir. Atlas dağlarının daxili hissəsini yüksək Şott yaylası tutur. Yüksək Atlasla Atlantik okeanı sahili arasında Mərakeş Mesetası (yaylası) yerləşir.
Afrika qitəsində dünya dağlarının 11%-i, Afrikanın ümumi səthinin 20%-i isə dağlardan ibarətdir. Onlarda 202 milyondan çox insan yaşayır (FAO 2015). Afrika dağları yüksək səviyyəli biomüxtəliflik ilə xarakterizə olunur və milyonlarla insana ekosistem xidmətləri göstərir (Alweny et al 2014; Capitani et al 2018). Daha çox yağıntı və yüksək keyfiyyətli kənd təsərrüfatı torpaqlarına görə, bu dağlar tez-tez qida istehsalı mərkəzləri olur və ətraf aranlar üçün su ehtiyatı kimi xidmət edir (FAO 2015; Cuni-Sanchez et al 2016). Bu təmiz mənzərələr hər il milyonlarla ziyarətçini cəlb edir və milli iqtisadiyyatlar üçün həyati əhəmiyyət kəsb edən milyardlarla dollarlıq turist gəliri gətirir (Marchant et al 2018).

Yüklə 45,3 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə