1. Osnioko düzənliyi landşaftı Afrika dağlarında ekspozisiyon landşaftlar


Landşaftların yaranmasında okean cərəyanları



Yüklə 45,3 Kb.
səhifə2/4
tarix30.12.2023
ölçüsü45,3 Kb.
#164534
1   2   3   4
Osnioko

3.Landşaftların yaranmasında okean cərəyanları
Yer kürəsinin öz oxu ətrafında fırlanmasından yaranan meyiletmə– korolois qüvvəsinin təsiri, materiklərin formasından asılı olaraq cərəyanlar öz istiqamətini dəyişirlər. Şimal yarımkürəsində sağa , cənub yarımkürəsində isə sola edirlər. Şimal yarımkürəsində saat əqrəbinin istiqaməti , cənub yarımkürəsində isə saat əqrəbinin əksi ilə hərəkət edirlər. Temperaturuna görə isti ( humid ) və soyuq cərəyanlara ( arid ) bölünürlər. Cərəyanların isti və yaxud soyuq olması onların axıtdıqları suyun , ətraf suların suyundan isti və ya soyuq olmasına görə müəyyən edilir. əgər cərəyanın suyu ətraf sulardan istidirsə ona isti cərəyan , ətraf sulardan soyuqdırsa soyuq cərəyan deyilir. İsti cərəyanlar humid ( rütubətli iqlim şəraiti ) soyuq cərəyanlar isə arid ( isti ) iqlim şəraiti yaradırlar. Cərəyanların iqliməmələgətirici funkisyasi vardır. Mənfi cəhətlərindən biri sahil boyu çirkli suları və nefti özü ilə aparmasıdır.Soyuq ( arid) cərəyanlar– qərb küləkləri , bengel , peru , kanar , qərbi avstraliya , labrador , kaliforniya , folklend , oyaşio, somali.İsti ( humid ) cərəyanlar – kurosio , holfistrim , şimali passat , norveç, braziliya , qviana , şərqi avstraliya ( cənubi passatdan yaranıb ) , şimali atlantik , şimali sakit okean , alyaska , musson , mozambik , iynə burnu , anqola , qvineya .Soyuq cərəyanlar hakim olan ərazilərdə atmosfer yağıntılarının az düşməsinin səbəbi enən havanın üstünlüyü , zəif buxarlanma İsti cərəyanlar hakim olan ərazilərdə isə atmosfer yağıntılarının çox düşməsinin səbəbi- quru üzərinə gətirilən isti hava kütlələrinin qalxan hərəkətidir.İsti cərəyanlar alçaq coğrafi enliklərdən yüksək enliklərə doğru hərəkət edir. Məsələn tropik enliklərdən okean sularının və istiliyinin mülayim enliklərə gətirən ən böyük rolu olan cərəyanlar Kurosio və onun Atlantik okanında olan analoqu ( oxşar ) Holfistrimdir.Okeanların formasında asılı olaraq Sakit okanında cərəyanlar əsasən enlik , Atlantik okeanında isə meridian istiqamətində hərəkət edirlər.
İqliminə soyuq okean cərəyanları təsir edən yarımada və adalar: Somali , Kaliforniya , Labrador , Kanar , Folklend , Kuril , Kamçatka.Cənub yarımkürəsində tropik enliklərdə materiklərin qərb sahillərdinə soyuq cərəyanların təsiri ilə səhralar , şərq sahillərdində isə isti cərəyanların təsirindən meşələr yaranıb. Məsələn: Peru cərəyanı( analoqu Bengel )- Atakama səhrasın( Çili ) , Bengel cərəyanı – Namib səhrasın , Qərbi Avstraliya cərəyanı – Qərbi Avstraliyadakı səhraları Yaradıb. O cümlədən Kaliforniya cərəyanı Kaliforniya səhrasın , Kanar cərəyanı isə Qərbi Böyük səhranı əmələ gətirib. Mülayim enlikdə yerləşən Pataqoniya yarımsəhrasın isə soyuq Folklend cərəyanı yaradıb.Qərb küləyi cərəyanı bütün Antraktidanı dövr edərək quru hava şəraiti yaradır. Onun qolları Cənubi Amerikanı qərb hissəsində Peru , şərq hissəsində Folklenddir. Afrikanın qərb hissəsində Bengel , Avstraliyanın qərb hissəsində isə Qərbi Avstraliyadır. Qərb küləkləri cərəyanı Şimali Amerika və Avrasiya materklərinə təsir etmir. Bütün Qərbi Avropanın iqliminə yumuşaldıcı təsir edən Şimali Atlantik isti cərəyanı Qərb küləkləri daimi küləyinin təsiri ilə yaranıb. Qeyd: Qərb küləyi soyuq cərəyanı ilə Qərb küləyi daimi küləyi ayrı ayrı anlayışlardır. Şimal Buzlu okeanının çox hissəsini buz qatı örtüyü üçün okean cərəyanlarına az rast gəlinir. Şimali Atlantik cərəyanı Qərbi Avropanın şimal hissəsi ilə hərəkət edərək Şimal Buzlu okeanında Barens və Norveç dənizlərinin donmasına imkan vermir. Rusiyanın Murmansk limanıda eyni səbəbdən donmur. Qeyd: isti və soyuq okean cərəyanları qovuşduğu yerlərdə tez tez dumanlı və çiskinli havalar müşahidə olunur. Tropik enliklərdə isti cərəyanlar: 1. Bol yağıntı gətirir. 2. İsti su kütləsi gətirir. 3. Meşə yaradır. Tropik enlikdə soyuq cərəyanlar- 1. yağıntının az düşməsinə səbəb olur 2. Çox vaxt səhra və yarımsəhra yaradır. 3.Havanın nisbi rütubəti azalır.

Yüklə 45,3 Kb.

Dostları ilə paylaş:
1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə