Şahlar şahbaz oğlu şƏRİfov



Yüklə 6,91 Mb.
Pdf görüntüsü
səhifə266/314
tarix11.03.2018
ölçüsü6,91 Mb.
#31129
1   ...   262   263   264   265   266   267   268   269   ...   314

 

544 


türk sülalələri daim bir-biri ilə rəqabət aparmış, bu isə tez-tez hərbi toqquşmalara 

səbəb olmuşdur. XVI əsrin əvvəllərində islam şərqində dörd türk xanədanı söz 

sa

hibi idi: Osmanlılar, Məmlüklər, Səfəvilər və Şeybanilər. Şah İsmailin babası 



Uzun Həsənə məxsus məmləkəti bütünlüklə  ələ  keçirməsindən  sonra Səfəvilər 

döv


ləti qərbdə Osmanlılar və Məmlüklər, şərqdə isə Şeybanilərlə həmsərhəd ol-

muşdu. Səfəvi dövlətinin genişlənməsi və inkişaf etməsi Azərbaycan, İran, İraq 

ərazilərini  ələ  keçirmək  istəyən  Şeybanilərə  və  Osmanlılara  sərf  etmirdi.  Şah 

İsmailin qonşu dövlətlərə qarşı apardığı siyasət, babası Ağqoyunlu Uzun Həsə-

nin  apardığı  xarici  siyasətlə  eyni  idi.  Uzun  Həsən  də  şərqdəki  Teymurilər  və 

qərbdəki Osmanlılarla müharibələr aparmış, hərbi müttəfiqlik yaratmaq məqsədi 

ilə Qərbi Avropa dövlətləri, xüsusilə də Venesiya ilə sıx əlaqələr saxlamış, Gür-

cüs


tana hərbi səfərlər etmişdir. Bütün bunlarla yanaşı Səfəvilər sülaləsi hakimiy-

yətə gəldikdən sonra qonşu dövlətlərlə münasibətlərdə bütün bu siyasi cəhətlərlə 

bərabər, dini-ideoloji amil də dövriyyəyə daxil olmuşdu. 

Sünni  cərəyanının  bayraqdarı  olan  Osmanlılar  və  Şeybanilər  rəsmi  şiə 

məzhəbli Səfəvilər dövlətini təkcə hərbi-siyasi baxımdan deyil, ideoloji cəhət-

dən də özləri üçün ciddi rəqib hesab edirdilər. 

Eyni zamanda, Səfəvilər də şiə təbliğatı aparmaqla özlərinə rəqib hesab et-

dik


ləri qonşu sünni sülalələrinin hakimiyyətini sarsıtmağa çalışır, şiə əqidəsin-

dən  onlara  qarşı  ideoloji  silah  kimi  istifadə  edirdilər.  Seyid  olduqlarını  iddia 

edərək, hakimiyyət məsələsində “vilayət” prinsipini sərt şəkildə ortaya qoyan 

Səfəvilər özlərindən başqa islam şərqindəki digər müsəlman sülalələrinin haki-

miy

yətini qeyri-qanuni sayırdılar. 



Tarixi faktlardan da məlumdur ki, bu münaqişələrin başlanmasında ilk ad-

dım məhz Osmanlı və Şeybani dövlətləri tərəfindən atılmışdır və həmin dövlət-

lərin  Səfəvi  ərazisinə  olan  işğalçılıq  iddiaları  müharibələrin  baş  verməsində 

hüm rol oynamışdır. 



Azərbaycan Səfəvilər dövləti yarandığı ilk dövrdən başlayaraq beynəlxalq 

nasibətlər sisteminə ciddi təsir göstərirdi. Ağqoyunlu məmləkətinin fəthin-



dən sonra Şah İsmailin hərbi-siyasi fəaliyyətində yeni bir mərhələ başlamışdı 

ki, bu da özündə qonşu dövlətlərin mümkün hücumlarından qorunmaq və hə-

min dövlətlərin ərazisi hesabına öz qurduğu dövlətin sərhədlərini genişləndir-

mək planlarını ehtiva edirdi. 

 

 

Səfəvilər dövlətinin Teymurilər və Şeybanilər ilə münasibətləri 



Səfəvilər  dövlətinin  yaranması  ilə  eyni  vaxtda  Orta  Asiyada  Şeybanilər 

döv


ləti  də  yüksəlməkdə  idi.  Həmin  sülalənin  banisi  Çingiz  xanın  nəslindən 

olan Şeybani xan Teymurilər xanədanını devirmək istəyirdi. 1500-1501-ci il-

lərdə onun iyirmi minlik qoşunu Buxaranı və Səmərqəndi ələ keçirdi və Ma-

veraun


nəhrin  Teymuri  hökmdarı  Sultan  Əli  mirzə  qətlə  yetirildi.  Səmərqənd 

əhalisinin Şeybani üsuli-idarəsindən narazı olmasından istifadə edən Əndican 

vila

yətinin hakimi Babur Səmərqəndi müvəqqəti ələ keçirsə də, tezliklə Şeyba-




  

545 


ni xan tərəfindən məğlub edilərək Əndicana qaçdı.

852


 1504-

cü ildə Şeybani xa-

nın otuz minlik qoşunla Əndicana doğru hərəkət etdiyini öyrənən Babur Əndi-

ca

nı tərk edib, Xorasanın Teymuri hökmdarı Sultan Hüseyn Bayqaranın razılığı 



ilə Kabildə məskunlaşdı. 

Orta Asiyanı ələ keçirən Şeybani xan Xorasan Teymurilərini hədələməyə 

başladı. Belə bir şəraitdə Şeybanilərə qarşı müttəfiq axtaran Bayqara Səfəvilərə 

raciət etdi. Bundan istifadə edən qızılbaşlar Şah İsmayılın başçılığı altında 



Bay

qaranın ərazisindəki Təbəs mahalına hücum  edib, Ağqoyunlu qüvvələrini 

dar

madağın etdilər və onların komandanı olan Murad bəy qətlə  yetirildi. Şah 



İsmayılı bu yürüşə çıxmağa vadar edən bir sıra ciddi səbəblər var idi. Birincisi, 

o, başda Bədiüzzaman (Bayqaranın oğlu) olmaqla, Bayqaranın siyasətinə tabe 

ol

mayaraq Səfəvilərə qarşı özbaşınalıq edən Teymuri şahzadələrinə xəbərdarlıq 



et

mək idi. İkincisi isə Səfəvilərin təqibindən qaçaraq keçmiş Yəzd hakimi Mu-

rad bəy Türkmanın rəhbərliyi ilə Təbəsə sığınmış Ağqoyunlu qoşunlarını məğ-

lub et


məkdən ibarət idi. Həmin ərəfədə Murad bəyin Təbəsdəki hərəkətlərin-

dən, orada qoşun toplayıb Səfəvi ərazisi olan Kirmana basqın etməsindən nara-

hat olan Bayqara ona Təbəsi tərk etmək göstərişini vermişdi. 

Şah İsmayılın Teymuri ərazisinə daxil olmasından Təbəs hakimi Əmir Mə-

həmməd  Vəli  bəy  vasitəsilə  xəbər  tutan  Bayqara  vəziri  Xoca  Nizamülkü  əlli 

nəfərlik elçi ilə şahın düşərgəsinə göndərdi. 

Bayqaranın elçilərini hörmətlə qarşılayan Şah İsmail onlara ziyafət verdi. 

Son


ra  isə  üzünü  Bayqaranın  vəzirinə  tutaraq,  yürüşün  məqsədini  və  özünün 

Bay


qaraya  münasibətini  açıqladı.  Həmçinin  Şah  İsmail  Xorasanı  Bayqaranın 

və oğullarının torpağı kimi tanıyaraq ona öz səmimi dostluğunu izhar etdi. Da-

ha sonra Teymuri elçiləri ilə birlikdə öz elçisi Mənsur bəy Qıpçağı Herat sara-

yına göndərən Şah İsmail Bayqara ilə mehriban münasibətlər qurdu. 

1506-

cı ildə Bayqaranın ölümündən sonra Xorasanda hakimiyyət uğrunda 



hərc-mərclik yarandı. Onun oğlanları Bədiüzzaman mirzə və Müzəffər Hüseyn 

mirzə  özlərini  şərikli  hökmdar  elan  etsələr  də,  digər  şahzadələr  onların  haki-

miy

yətini qəbul etməyərək öz müstəqilliklərini elan etdilər. Bundan faydalan-



maq istəyən Şeybani xan Molla Mahmud adlı elçisini Herata göndərərək Tey-

mu

ri  şahzadələrindən  öz  vassallığı  altına  keçmələrini  istədi.  Lakin  bununla 



razılaşmayan Bədiüzzaman elçinin öldürülməsinə göstəriş verdi. Bununla əla-

qədar olaraq Şeybani xan 1507-ci ildə qırx minlik ordu ilə Herata doğru hərə-

kət etdi. Murğab çayı vadisində, Badğis mahalında baş verən döyüşdə Teymu-

ri

lərin ordusunu məğlub edən Şeybani xan Heratı ələ keçirdi. 1508-1509-cu il-



lərdə Xorasanın digər ərazilərini də ələ keçirən Şeybanilər Səfəvilər dövlətinin 

sərhədlərinə çıxdılar. Başda Bədiüzzaman olmaqla digər Teymuri şahzadələri 

də Şah  İsmayıla sığındılar. Sultaniyyə şəhərində Bədiüzzamanla görüşən Şah 

İsmail  onu  Şeybaninin  hücumu  barədə  vaxtında  xəbər  vermədiyinə  görə  mə-

852

 Namiq Musalı, I Şah İsmayılın hakimiyyəti, səh-182. 



  

                                                           




Yüklə 6,91 Mb.

Dostları ilə paylaş:
1   ...   262   263   264   265   266   267   268   269   ...   314




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə