Şahlar şahbaz oğlu şƏRİfov



Yüklə 6,91 Mb.
Pdf görüntüsü
səhifə264/314
tarix11.03.2018
ölçüsü6,91 Mb.
#31129
1   ...   260   261   262   263   264   265   266   267   ...   314

 

540 


ilə İsmail qulu xanın ardınca Qəzvinə doğru hərəkət etdi. Yolda olarkən Həmzə 

Mir


zə Ərdəbilə gəldi ki, Şeyxavənd tayfasından olan qədim səfəvi müridlərinin 

hesa


bına ordusunun sayını artırsın. Lakin Tarom ərazisində Qızılüzən çayının 

daşması nəticəsində ordusunun bütün azuqəsi məhv oldu. Eyni vaxtda Həmzə 

Mir

zəyə xəbər çatdı ki, qabaqcadan göndərilən İsmailqulu xan qiyamçılara mü-



qa

vimət göstərmədən Qəzvini tərk edərək Deyləmə çəkilmişdir. Bununla əla-

qədar olaraq Qəzvinə maneəsiz daxil olan qiyamçılar şahzadə Təhmasib Mir-

zəni atasının varisi elan edib, şah sarayında yerləşdirdilər. Həmzə Mirzənin ya-

nında olan digər əmirlərin əmlakıda qiyamçılar tərəfindən qarət edildi. 

Müseyib  xan  Şərafəddin  oğlu  Təkəli  Təhmasib  Mirzənin  vəkili,  Məhəm-

məd xan Türkmən isə lələsi və əslində ölkənin tam hakimiyyətə malik hökmda-

rı oldu. Təhmasibin taxta çıxması ilə əlaqədar olaraq İsfana və İraqa xəbərlər 

gön

dərildi. 



Taromda İsmailqulu xanın, Sultaniyyədə isə Rey və Kürdüstan əmirləri ilə 

ya

naşı əfşar və bayar tayfalarının qoşunu da Həmzə Mirzənin qoşununa birləş-



di.Yeddi min nəfərlik ordu ilə Həmzə Mirzənin yaxınlaşdığını eşidən qiyamçı-

lar on min nəfərlik ordu ilə Qəzvindən çıxıb onu qarşılamağa getdilər. Sainqala 

adlı məntəqədə baş verən döyüşdə qiyamçılar məğlub oldu, başçıları Məhəm-

məd xan Türkmən və Müseyib xan Təkəli əsir düşdü, Vəli xan isə öldürüldü. 

Qiyam

çıların əlində olan Təhmasib Mirzə isə Əlamut qalasına salınaraq həbs 



olundu. 1586-

cı ildə qiyamı çətinliklə yatıran Həmzə Mirzə Qəzvindən Təbrizə 

doğru hərəkət etdi. Təbrizdəki türk hərbi qarnizonuna qarşı mübarizə aparmaq 

istəyən  Həmzə  Mirzə  Səfəvilərə  sadiq  olan  tayfaları  yenidən  öz  ətrafına 

toplamaq is

təsədə  bu  cəhdi  baş  tutmadı.  Türkmən  və  təkəli  tayfalarının  bir 

hissəsi qılıncdan keçirilmiş, bir hissəsi isə Osmanlı Türkiyəsinə keçmişdi. İs-

fahan, Yəzd və Kirman vilayətlərində yaşayan Əfşar tayfası rəhbərləri Qulubə-

yin xəyanəti nəticəsində Həmzə Mirzədən ehtiyat edir və bu bəhanə ilə Təbrizə 

gəlməkdən imtina edirdilər. Xorasanın şam və ustaclı əmirləri Həmzə Mirzəyə 

qarşı  çıxaraq  qardaşı  Abbas  Mirzəni  dəstəklədilər.  Bütün  bu  baş  verənlərdən 

sonra  Həmzə  Mirzə  ətrafında  olan  on  minlik  ordu  ilə  Təbrizə  doğru  hərəkət 

etdi. 

Təbrizə  gələn  Həmzə  Mirzə  yenidən  türklərin  müqavimətini  qıraraq  Os-



man

lı ordusu gələnə qədər qalanı almağa cəhd göstərdi. Elə bu vaxt Fərhad pa-

şanın başçılığı altında olan Osmanlı ordusunun Təbrizə yaxınlaşdığını öyrənən 

Həmzə  Mirzə  mühasirəni  dayandırıb  Üzümdül  və  Dizmar  istiqamətində  geri 

çəkilməyə başladı. Şəhərə daxil olan Fərhad paşa qalanı sursat və illik ərzaqla 

təmin edərək geri qayıtdı. O, Təbrizdə olarkən Əliqulu xana və əmirlərə öz sə-

fir

lərini göndərərək onlara sülh təklif etdi. 



Həmzə Mirzə əmirlərin müqavimətinə baxmayaraq, yalnız Təbrizin Səfəvi-

lərdə qalması şərtilə sülhün bağlanmasına razılıq verdi. Çünki Həmzə Mirzə hi-

ma

yəsində  olan  kiçik  qüvvə  ilə  osmanlılar  tərəfindən  zəbt  olunmuş  yerləri  – 



Şirvanı, Şəkini, Ermənistanı və Cənubi Azərbaycanın xeyli hissəsini geri qay-


  

541 


tarmaq iqti

darında deyildi. Əksinə, mübarizə davam etdirilsəydi Azərbaycanın 

şərq vilayətləri ilə yanaşı İraqda əldən gedə bilərdi. Bu ərazilərin əldə saxlan-

ması üçün Səfəvilərə sülh lazım idi. 

Şah Məhəmməd Xudabəndə və Həmzə Mirzə İmamqulu xan Qacarın haki-

miy


yəti altında olan Qarabağa doğru irəlilədilər. Gəncədə olarkən osmanlı elçi-

si Vəli bəyi qarşılayan Həmzə Mirzə ona söz verdi ki, yaxın vaxtlarda öz oğlu 

Heydər Mirzəni təcrübəli elçinin müşayiəti ilə İstanbula göndərəcək. 

Bundan  sonra  eşikağası  Əhməd  bəy  Ustaclı  Fərhad  paşanın  yanına  ge-

dərək, şahın təklif edilmiş şərtlərlə sülh bağlamaq arzusunda olduğunu bildirdi. 

Ya

ranmış  sakitlikdən  istifadə  edən  Həmzə  Mirzə  daxili  işləri  qaydaya  salıb, 



mərkəzi hakimiyyəti möhkəmləndirərək yenidən mübarizəyə başlayıb, türkləri 

ölkədən qovmaq qərarına gəldi. Lakin bu arzusunu həyata keçirmək ona nəsib 

olma

dı. Həmzə Mirzə 1586-cı ildə Gəncədən bir qədər aralıda əslən Xoy ermə-



nisi olan öz dəlləyi Xudaverdi tərəfindən öldürüldü.

849


 

 

Azərbaycan Səfəvilər dövlətinin süqutu 

Şahzadə Həmzə Mirzənin ölümündən sonra baş verən ara müharibələri və 

feod


al hərc-mərcliyi Səfəvilər dövlətinin fəlakətinə səbəb oldu. 

Şah Məhəmməd Xudabəndə dövlət işlərini ələ alaraq ölkəni daxili parça-

lan

madan  və  Türklərin  istilasından  qurtarmağa  cəhd  etdi.  Lakin  oğlanları  ilə 



qızılbaş əyanlarının əlində oyuncağa çevrilən Məhəmməd Xudabəndənin buna 

cü çatmadı. 



Qızılbaş əmirləri arasında da düşmənçilik davam edirdi. Həmzə Mirzənin 

ölü


mündən  xəbər  tutan  əmirlər  dərhal  Səfəvi  Şahı  Məhəmməd  Xudabəndəni 

oğlu Əbutalib Mirzəni varis kimi tanımağa məcbur etdilər. Əbutalib Mirzə ki-

çik yaşda olduğu üçün hakimiyyət əslində onun lələsi Əliqulu Fəthoğlu Ustaclı 

ilə İsmailqulu xan Şamlının əlinə keçdi. Onlar da bu məqamdan istifadə edərək 

yüksək vəzifələri öz qohumları arasında bölüşdürdülər.

850


 

Əbutalib Mirzənin varis təyin edilməsi və saraydakı vəzifələrin bölüşdürül-

məsi əyalətlərdə qiyamların qalxmasına səbəb oldu. Qızılbaş əmirlərindən bə-

zi

ləri  Məhəmməd  Xudabəndəyə  tabe  olsa  da,  əksəriyyəti  Qəzvin  saraydın  üz 



çe

virib  Xorasan  əmirlərinin  tərəfinə  keçərək  şahlığa  Abbas  Mirzənin  nami-

zədliyini irəli sürdülər. Zülqədər tayfasının başçıları da özlərini Abbas Mirzə-

nin tərəfdarları elan etdilər. Həmin dövrdə Azərbaycanın cənubunda özbaşına-

lıq və hərc-mərclik o həddə çatmışdı ki, feodallar şahın fərmanı və hökmü ilə 

razılaşmadan vilayətlərdə hakimiyyəti zor gücünə ələ keçirməyə başlamışdılar. 

Bu  vilayətlərlə  yanaşı  Səfəvi  dövlətinin  digər  vilayətlərində  də  –  İraq,  Fars, 

Kir


man,  Gur  və  Xuzistanda  hərbçilərin  özbaşınalığı  nəticəsində  rəiyyətin 

vəziyyəti son dərəcə ağırlaşmışdı. 

849

 Tarix-i aləm aray-i Abbasi, səh-346-350. 



850

 Tarix-i aləm aray-i Abbasi, səh-350-352. 

  

                                                           




Yüklə 6,91 Mb.

Dostları ilə paylaş:
1   ...   260   261   262   263   264   265   266   267   ...   314




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə