Şahlar şahbaz oğlu şƏRİfov



Yüklə 6,91 Mb.
Pdf görüntüsü
səhifə272/314
tarix11.03.2018
ölçüsü6,91 Mb.
#31129
1   ...   268   269   270   271   272   273   274   275   ...   314

 

556 


3. 

Əbul-Fəth Bəhram Mirzə 

4. 

Əlqass Mirzə 



5. Söhrab Mir

zə 


6. 

Rüstəm Mirzə. 

 

Səfəvilərin Gürcüstan valiləri: 

1. 


İsa Xan-1615 

2. 


Əliqulu Xan-1616 

3. 


Peykər Xan-1616 

4. 


Qarçıqay Xan-1624 

5. 


Səlim Xan-1633 

6. 


Mürsüz Əli Xan-1659 

7. 


Şah Nevaz Xan və Bezan Xan-1675 

8. Fülan Xan-1683 

9. Abbasqulu Xan-1688 

10. 


Kəlbi Əli Xan-1695-1703. 

 

 



Hakimiyyət iyerarxiyası 

 

Vəkil – İdarəçilik sistemində şahdan sonra ikinci vəzifə hesab olunurdu və 

mənbələrdə tam formasında “vəkil-i nəfs-i nəfis-i humayun” (“hökmdarın nəfis 

za

tının vəkili”) deyə qeyd edilirdi. Vəkil vəzifəsinə təyin edilən şəxs həm dün-



yəvi, həm də dini cəhətdən şahın köməkçisi hesab edilirdi. Vəkil vəzifəsini əv-

vəlcə I Şah İsmayılın lələsi Hüseyn bəy Şamlı tutsa da, 1507-ci ildə onu Əmir 

Nəcm Rəşti əvəz etmişdir. 

 

Əmirulüməra – ən yüksək hərbi vəzifə hesab olunurdu. Səfəvilər dövrün-

də əmirulüməra, yəni “əmirlər əmiri” mahiyyətcə Səfəvi qoşunlarının baş ko-

mandanı  idi.  Əmirulüməra  ilə  yanaşı  “üməra-yi  əzəm”  (böyük  əmirlər)  və 

“üməra-yi  namdar”  (adlı-sanlı  əmirlər)  adlandırılan  əmirlər  qrupu  da  var  idi. 

Səfəvi şahı bir sıra mühüm tədbirlər  və hərbi  əməliyyatlar ərəfəsində onlarla 

məsləhətləşirdi. 



 

Əmir-i divan – Səfəvi ordusunda baş qərargahın rəisi hesab olunurdu. Baş 

ko

mandanın müavini hesab olunurdu. 



 

Qorçubaşı – şahın şəxsi qvardiyasının komandanı sayılırdı. Qorçubaşıya ta-

be olub, müxtəlif qızılbaş tayfalarını təmsil edən döyüşçülər “qorçu” adlanırdılar. 



 

Sədr – ən ali ruhani vəzifə sayılırdı. Onlar antifeodal bidətçi hərəkatlarının 

qar


şısının alınması, kökünün kəsilməsi, şiəliyin yayılması və möhkəmlənməsi 

üçün məsuliyyət daşıyırdılar.  İlk sədr Şah  İsmayılın müəllimi Mövlanə Şəm-




  

557 


səddin Lahicani olmuş və 1504-cü ildə isə onu Qazı Mir Məhəmməd Kaşiyə 

əvəz etmişdir. 



 

Vəzir – mülki bürokratiyanın başçısı rolunda çıxış etsə də, Şah İsmail za-

manında onun vəzifələri xeyli məhdud idi. Səfəvilərin ilk vəziri Şəmsəddin Zə-

kəriyyə Keçəçi təyin olunsa da, 1504-cü ildə Qəvaməddin Mahmudxan Deylə-

mi də onun şəriki olmuşdur. 



 

Bəylərbəyi – əyalətlərə təyin olunmuş hakimlərə verilən titul idi və bəzən 

irsi xarakter daşıyırdı. 



 

Lələ – Səfəvi şahzadələrini tərbiyə edənlər lələ adlanırdı. 

 

Eşikağasıbaşı – şah divanının bütün yasavullarının, eşikağasılarının, qapı-

çılarının və carçılarının rəisi olub, şah məclislərinin təşkil və tərtibində məsul 

idi. Eşikağasıbaşının tabeçiliyində yasavul və eşikağası adlanan məmurlar olur-

du. Şahın hüzurunda əmr və fərmanları icra edən yasavullar, yürüşlər zamanı 

vari halda şahı müşayiət edir, bəzən vacibi xəbərlərin, fərmanların, məktub-



lar

ın çatdırılması üçün qasid və ya çapar kimi göndərilir, qızıl və gümüş çoma-

ğa malik olurdular. Yasavullar özlüyündə söhbət yasavulları və qur-yasavulları 

ola


raq iki qrupa bölünürdülər. Söhbət yasavulları xüsusi məclislərdə eşikağası-

ba

şının yerinə xidmət edir, ümumi məclislərdə isə hökmdarın bərabərində da-



ya

nırdılar və məclisə eşikağasılar xidmət edirdilər. 

Qur-

yasavulları isə gecələr saray çevrəsini mühafizə edir, şah yolla gedər-



kən izdihamın qarşısını alır, divanbəyinin apardığı məhkəmə iclasları zamanı 

asa


yişi qoruyur, edam hökmlərini, əmlakın müsadirəsini, xanların şəxsi həbsini 

və s. həyata keçirirdilər. 

Eşikağası adlanan məmurlar isə ümumi məclislərdə xidmət göstərir və di-

van eşikağasıbaşısına tabe idilər. 



 

Möhrdar-i möhr-i humayun – 

şahın möhürünü daşıyan bu şəxslər etibarlı 

və hörmətli olmaqla yanaşı, məclislərdə şaha yaxın yerdə əyləşərdilər. 

 

Divanbəyi – bu vəzifəni daşıyan şəxs həftənin dörd günü sədrin iştiakı ilə 

ke

şikxanada  dörd  başlıca  cinayətin  (ölüm,  zorlama,  göz  çıxartma  və  diş  sın-



dırma) istintaqını aparır, həftənin digər iki iş günündə isə öz evində ictimai hü-

quq


la əlaqədar olan mülki işlərə baxırdı. 

 

Xəlifətul-xüləfa – xəlifətul-xüləfa bütün xəlifələrin başçısı hesab olunur və 

şah tərəfindən təyin edilirdilər. 



 

  



 

558 


Ələmdarbaşı  –  müharibə  və  təmtəraqlı  mərasimlər  zamanı  şahın  döyüş 

bay


raqlarını qaldıran ələmdarların rəisi idi. 

 

Təvaçıbaşı – müharibədən qabaq dövlətin tabeliyində olan əyalətlərə gedə-

rək, hərbi qüvvə toplayan əmirlər idilər. 



 

Çərxçibaşı – döyüş zamanı ordunun ön dəstəsi “çərxçi”, onun komandanı 

isə “çərxçibaşı” adlanırdı. 



 

Əmirşikarbaşı – şahın ov işlərini təşkil edən şəxslərə deyilirdi. Hərbi yü-

rüşlər zamanı öz tabeliyində olan dəstə ilə qaravulda dayanmalı idi. 



 

Mehtər-i rikabxane-yi mübarəkə – şah ordusunun at tövləsinin və ilxısı-

nın, cilovdar, qatır və mehtərlərin rəisi funksiyasını həyata keçirirdi. 



 

Mustovfi-

yi məmali-i məhrusə – maliyyə işlərini həyata keçirirdi. 

Münşiül-məmalik – onlar bütün şah məktublarında, fərmanlarında və di-

gər rəsmi sənədlərdəki formulanın həyata keçirilməsini təmin edirdilər. 



 

Naziri-büyutat  – 

şahın və onun ailə üzvlərinin,  həmçinin çoxsaylı saray 

əyanlarının tələbatlarını ödəməkdən ötrü yaradılmış müxtəlif tipli karxanaların 

ümumi başçısı vəzifəsini həyata keçirirdi. 



 

Qazı – mülki və məişət məsələlərinə baxan dini hakim rolunda çıxış edirdi. 

 

Şeyxülislam – və ya axund adlanan bu şəxs öz evində şəriət məsələlərinə 

ba

xır, həmçinin “əmr be məruf” (doğru yola dəvət), “nəhy əz münkər” (pis yol-



dan çəkindirmək) kimi dini hökmlərin icrasını da yerinə yetirirdilər. 


Yüklə 6,91 Mb.

Dostları ilə paylaş:
1   ...   268   269   270   271   272   273   274   275   ...   314




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə