Şahlar şahbaz oğlu şƏRİfov



Yüklə 6,91 Mb.
Pdf görüntüsü
səhifə275/314
tarix11.03.2018
ölçüsü6,91 Mb.
#31129
1   ...   271   272   273   274   275   276   277   278   ...   314

  

563 


Dəfələrlə Türklərin hücumuna məruz qalan Fransız kralı VII Lui çətinliklə 

1148-


ci  ilin  fevralında  Antalyaya  çatsa  da  qıtlıqla  üzləşdi.  Bizans  valisindən 

mək alan kral VII Lui gəmilər vasitəsilə Süveydiyyəyə doğru hərəkət etdi. 



Or

dunun qalan hissəsi Selefkiyə yolu hərəkət edərək Antakyaya çatdıqda xaçlı-

la

rın uşaq və qadınlarına Türklər tərəfindən  yardım edildi. Bu yardım nəticə-



sin

də üç mindən artıq xristian Türklərin tərəfinə keçdi. 

 

Nurəddin Mahmudun fəaliyyəti 

Atasının  vəfatından  sonra  vəzir  Şirkuhun  köməyi  ilə  Nurəddin  Mahmud 

Hələbdə idarəni ələ keçirdi. II Xaçlı səfərinə qoşulan VII Lui ilə III Konrad Su-

ri

ya və Fələstindəki xaçlılarla birləşərək 1148-ci ildə Şamı mühasirəyə alsalar 



da Nurəddin Mahmud və Mosul əmiri Seyfəddin Qazinin köməyə gəlməsi ilə 

xaç


lılar heç bir uğur əldə edə bilməmişlər. Xaçlı sərkərdə Raymondu öldürən 

Nu

rəddin  Mahmud  Antakyanın  bəzi  kiçik  qalalarını  ələ  keçirməklə  bərabər 



Xıms, Rəqqa və Rəhbəni də ələ keçirdi. Şamı ələ keçirən Nurəddin Mahmud, 

III Bou


dounidə Təbəriyyə yaxınlığında məğlub edərək Antakyadakı xaçlı xan-

lıqlarının bir qism torpaqlarını ələ keçirdikdən sonra 1164-cü ildə buranın əmiri 

III Bo

hemondu Tripolidəki müttəfiqi III Raymond ilə birlikdə əsir etdi. 



1171-

ci ildə Fatimilərin süqutundan sonra Misirdə Əyyubilər dövlətinin əsa-

sını qoyan Səlahəddin xaçlılara qarşı cihada böyük önəm verdi. 1174-cü ildə Nu-

rəddin  Mahmudun  ölümündən  sonra  Suriyanı  da  özünə  tabe  edən  Səlahəddin 

burada İslam birliyi meydana gətirdi. 1187-ci ildə baş verən Xəttin döyüşündə 

xaç


lıları məğlub edən Səlahəddin Əyyubi Qüdsü və onun ətrafını xaçlılardan geri 

alaraq  İslam  torpaqlarına  qatdı.  Xaçlıların  əlində  Antakya,  Trablusşam  və  Tir 

şəhərləri qalmışdı. Xaçlılara qarşı mübarizəni davam etdirən Səlahəddin Əyyubi 

1188-


ci  ildə  onların  Surdan  Bələbəkə  doğru  irəliləmələrinin  qarşısını  alaraq 

Trablusa  doğru  hərəkət  edib  Antakya  ətrafındakı  bu  yerlərlə  bərabər,  Lazkiyə, 

Cəbələ, Kərək, Şəvbək və Safəd kimi yerləri də ələ keçirdi. Bu yürüşdə İmadud-

din Katib, İbn Şəddad və İbn Əsir kimi tarixçilər də iştirak edirdi.

871

  

 



Üçüncü xaç yürüşü (1187-1191) 

1187-


ci ildə Səlahəddin Əyyubinin Qüdsü xaçlılardan geri alması Avropanı 

bütünlüklə müsəlmanlara qarşı qaldırdı. Vaxt itirməyən yeni papa VIII Qreqorus 

bütün  qərb  xristianlarını  yardıma  çağıran  bir  bəyannamə  imzaladı.  Bu  bəyan-

namədə  Urfanın  geri  qaytarılması,  hər  kəsin  tövbə  etməsi  nəticəsində  günah-

larının bağışlanacağı və cənnətdə özünə xəzinələr qazanacağı vəd edilirdi. Lakin 

bu bəyannamənin imazalanmasından iki ay sonra papa VIII Qreqorus vəfat etdi. 

Papanın ölümündən sonra qərbin ən böyük hökmdarı olan Fredrix Barbarossa 

bu səfərə dəvət edildi. 1189-cu ilin mayında Rugenburqdan yola çıxan Alman im-

per

atoru Fredrix Barbarossa qışı Ədirnədə keçirdi. 1190-cı ilin martında Çanaq-



qala boğazını keçən imperator ordusu ilə birlikdə Anadoluya daxil oldu. Balışəhər 

871


Şeşen R, Salahaddin Eyyubi ve Devlet, İstanbul-1987, səh-95-130. 

  

                                                           




 

564 


üzərindən Əlaşəhərə gəlib, oradan da Səlcuqlular dövlətinin ərazilərinə soxuldu. 

Həmin vaxt II Qılınc Arslanın oğulları hakimiyyət uğrunda bir-biri ilə mübarizə 

apar

dığı üçün Səlcuqlu dövləti xeyli zəifləmişdi. Hətta II Qılınc Arslanın böyük 



oğlu Məlik şah Konyanı işğal edərək atasını gözündən kənara qoymurdu. Ulu-Bor-

lu  bölgəsinə  daxil  olan  xaçlıların  aclıq  və  soyuqdan  əziyyət  çəkdiklərini  görən 

Türk

mənlər  qəfil  hücum  edərək  onların  xeylisini  qılıncdan keçirdilər.  Ağşəhərə 



da

xil olan imperator Barbarossanın ordusu ilk dəfə olaraq Səlcuq ordusu ilə qarşı-

laşdı.  Səlcuq  ordusunun  başında  Məlik  şah  dayanırdı.  Səlcuq  ordusunu  məğlub 

edərək  Konyaya  daxil  olan  xaçlılar  xeyli  qənimət  ələ  keçirməklə  bərabər  çoxlu 

say

da  insanıda  qılıncdan  keçirdilər.  Əlaəddin  təpəsindəki  qalada  olan  II  Qılınc 



Ars

lan ilə oğlu Fredrix Barbarossaya sülh təklif etdilər. Sülhə görə beş gün Konya-

da qalan xaçlı ordusu sərbəst şəkildə Qaraman istiqamətində yoluna davam etdi. 

Silif


kiyə ovalığına daxil olan imperator Barbarossa eyni adlı çayda boğuldu.

872


 

İmperatorun ölümündən sonra yerinə oğlu Skvaben keçsə də atası kimi baca-

rıqlı deyildi. Bundan istifadə edən əsilzadələrin bir qismi Avropaya döndü, bə-

ziləri isə gəmi ilə Silifkidən Suriyaya getdilər. Suriya ətrafında hücuma məruz 

qa

lan xaçlı ordusunun qalıqları böyük çətinliklə Antakyaya çatdı. Böyük çətin-



lik

lərlə üzləşən xaçlı ordusu Qüdsə doğru hərəkət etmək istəməsə də, Bohemond 

və onun komandanları azsaylı alman xaçlıları ilə Antakyadan yola çıxdılar. 

İngiltərə kralı Riçard ilə Fransa kralı Filip ittifaq bağlayaraq Mesinada bir-

ləşdilər. 1191-ci ildə Fransızlar Suriya sahillərinə gəlsələr də İngilislər fırtına 

səbəbindən Kiprə sığındılar. Kipr valisi İzaq Komnenos İngilis gəmilərinə hü-

cum edərək xeyli qənimət ələ keçirdi. Bununla əlaqədar olaraq iyirmi beş gün 

ərzində Kipri ələ keçirən kral Riçard əhalidən vergi almaqla bərabər əsgərlərini 

qa

lalarda  yerləşdirdi.  Bundan  sonra  Suriya  sahillərinə  gələn  iki  kral  Aqqanı 



hasirədə saxlayan xaçlı ordusuna qoşuldu. 

1191-

ci  ildə  baş  verən  döyüşdə  Səlahəddin  Əyyubinin  ordusunu  məğlub 



edən xaçlılar nəhayət, iki il davam edən mübarizədən sonra Aqqa şəhərini ələ 

ke

çirdilər.



873

 

Aqqanı ələ keçirən xaçlılar Əsqəlana daxil olsalar da Qeysəriyyə adlı mən-



təqədə baş verən döyüşdə xeyli itki verərək əvvəlcə Arsufa, oradan da Yafaya 

gəldilər. Qüdsü geri almaqdan ümidini kəsən xaçlılarla müsəlmanlar arasında 

1192-

ci ildə sülh bağlandı. Bu müqavilədən sonra İngilis kralı Riçard məmlə-



kətinə geri qayıtdı, Səlahəddin Əyyubi isə Şamda xəstələnərək vəfat etdi. 

1197-


ci ildə İtaliyadan hərəkət edən digər xaçlı ordusu isə Suriya sahillə-

rin


dəki  şəhərləri  ələ  keçirərək,  bu  məntəqələrdə  ticarət  koloniyaları  qurmağa 

başladılar. Bir daha Qüdsü geri ala bilməyən frankların, bir müddət sonra Suri-

ya və Fələstin sahillərində heç bir dayanacaq nöqtəsi qalmadı. İki yeni krallıq-

Kipr krallığı və Qilikya Erməni krallığı quruldu. 

872

Turan,  Selçuklular  Zamanında  Türkiye,  səh-224;  Runciman,  Haçlı  Seferleri  Tarihi,  ter. 



Işıltan, Ankara-1987, III cild, səh-13. 

873


 Şeşen, Salahaddin Eyyubi ve Devlet, İstanbul-1987, səh-131-161. 

 

                                                           




Yüklə 6,91 Mb.

Dostları ilə paylaş:
1   ...   271   272   273   274   275   276   277   278   ...   314




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə