575
Dəliormanda üsyan etdi. Lakin bu üsyanda Bəyazid paşa tərəfindən yatırıldı.
Ələ keçirilən Şeyx Bədrəddinin özü Sərəzə gətirildi. 1420-ci ildə mühakimə
olu
nan Şeyx Bədrəddinin alimlər tərəfindən ölümünə fətva verildikdən sonra
Sərəzdə asılaraq öldürüldü.
Onun fiqh
ə dair Camiul-Füsuleyn, Lətaiful-İşarat, Kitabut-Təhsil, təsəv-
vüf
lə əlaqədar olaraq isə Varidat və Məsərrətul-Qülub adlı əsərləri məşhur-
dur.
885
Şeyx Bədrəddinin üsyanından sonra Yıldırım Bəyazidin oğullarından sonra
Mus
tafa Çələbi Bizans imperatorunun təşviqi ilə qardaşı Məhməd Çələbiyə
qar
şı üsyan etsə də, bu üsyan da yatırılmışdır.
Bu üsyanların yatırılmasından sonra Ədirnəyə gələn Məhməd Çələbi qısa
müd
dət sonra 1421-ci ildə vəfat etmişdir. Səkkiz il hakimiyyətdə olan Məhməd
Çələbi, bu müddət ərzində parçalanma halında olan Osmanlı dövlətini birləş-
dir
məklə bərabər, Əski camenin inşasını tamamlamış, Bursada Yaşıl came,
mədrəsə, imarət və türbə tikdirmişdir.
Sultan II Muradın hakimiyyəti (1421-1451)
Məhməd Çələbinin vəfatından sonra Osmanlı məmurlarının razılığı ilə
oğlu II Murad sultan elan olundu. Bundan xəbər tutan Bizans imperatoru əsir-
lik
də olan II Muradın əmisi Mustafa Çələbi ilə razılığa gələrək onu üsyana təş-
viq etdi. Bizans imperatorunun sözü ilə üsyana başlayan Mustafa Çələbi, Ədir-
n
əyə gəlib Osmanlı xəzinələrini ələ keçirərək özünü hökmdar elan etdi. Axınçı
bəylərini də öz tərəfinə çəkən Mustafa Çələbi, üzərinə göndərilən II Muradın
or
dularını məğlub edərək Bəyazid paşanı öldürdü. Daha sonra Ədirnə və Geli-
bo
lunu ələ keçirən Mustafa Çələbi, Anadolunu ələ keçirmək üçün Niğbolu bəyi
ilə birləşərək Bursaya doğru hərəkət etdi. Bundan narahat olan II Murad vəzir
İbrahim paşa, Hacı İvaz paşa və Mikayıloğlu Məhmədin köməkliyi ilə böyük
bir ordu Mustafa Çələbinin üzərinə getdi. Ulubat yaxınlığında baş verən döyüş-
də Mustafa Çələbi məğlub edilərək öldürüldü. Əmisinin ölümündən sonra
1422-
ci ildə Ədirnəyə daxil olan II Murad taxta oturdu.
İstanbulun mühasirəsi
Mustafa Çələbinin üsyanının yatırılmasını öyrənən Bizans imperatoru öz
təbriklərini II Murada çatdırmaq üçün elçilərini göndərdi. Lakin bir müddət Bi-
zans elçilərini həbsdə saxlayan II Murad onları sərbəst buraxarkən belə demiş-
di: “Gedin imperatora Konstantinopola hücum edəcəyimi söyləyin”.
Lakin bu mühasirədən çıxış yolu tapan Bizans imperatoru II Muradın qar-
da
şı Kiçik Mustafa Çələbini yanına çağırıb, onu dəstəkləyəcəyini bildirərək ye-
ni
dən Anadoluya göndərdi. Beləliklə Bizansın təşviqi ilə Kiçik Mustafa qardaşı
II Murada qarşı üsyan etdi. Əvvəlcə Bursaya gələn Kiçik Mustafa oradan da İz-
885
Bilal Dindar, Bedreddini Simavi, DİA, V cild, səh-331-334.
576
ni
kə gələrək burada yerləşdi. Qardaşının üsyan etdiyindən xəbər tutan II Murad
mü
hasirəni yarımçıq qoyaraq geri qayıtdı. İznikə gələn II Murad qardaşını ələ
ke
çirərək edam etdirdi.
1427-
ci ildə bu üsyanlara son qoyan II Murad, Çandarlızadə İbrahim paşa-
nı baş vəzir təyin etdi. Bizansla müqavilə bağlayan II Murad, Anadolu birliyini
qur
maq üçün Məntəşə və İzmiri Osmanlı torpaqlarına birləşdirdi.
Karamanoğlunun Antalya səfəri
Ankara mühasirəsindən sonra öz bəyliklərini yenidən quran Karamanoğlu
Məhməd bəy ilə Hamidoğlu Osman bəy Antalyaya hücum etmək qərarına gəl-
di
lər. Bundan xəbər tutan Antalya bəyi Həmzə bəy, Hamidoğlu bəyliyinə qəfil
hü
cum edib Osman bəyi öldürərək onun ordusunu məğlub etdi. Eyni zamanda
Os
manlı sultanı II Muradın Mustafa Çələbinin üsyanı ilə məşğul olmasından
istifadə edən Karamanoğlu Məhməd bəy Antalyanı mühasirəyə alsa da baş ve-
rən döyüşdə yaralanaraq vəfat etdi. Onun ölümündən sonra II Murad Məhməd
bəyin oğlu İbrahim bəyi Karamanoğlu bəyi təyin edərək Konya taxtını da ona
verdi. Bundan sonra 1430-
cu ildə Selaniki mühasirəyə alan II Murad şəhəri Bi-
zanslılardan geri aldı.
1433-1434-
cü illərdə Karamanoğlunun müttəfiqi olan Serb və Macarlar
Os
manlılara aid olan torpaqlara hücum etsələr də, bu hücumların qarşısı II Mu-
rad tərəfindən alındı. Bundan əlavə Belqrad şəhərini altı ay mühasirədə saxla-
yan II Murad heç bir nəticə əldə etmədən 1439-cu ildə geri qayıtdı.
Səlib yürüşləri və Ədirnə-Segedin müqaviləsi
Osmanlı torpaqlarına soxulan Polşa və Macar kralının başçılığı alında olan
səlibçilərin qarşısını almaq istəyən Rumeli bəylərbəyi Qasım paşa onları Moro-
va çayı sahilində qarşıladı. Lakin baş verən döyüşdə Osmanlı ordusu məğlub
edil
di. Bundan narahat olan Sultan II Murad dərhal Anadoludan hücuma keçən
Karamano
ğulları ilə müqavilə bağlayaraq geri qayıtdı. Lakin 1443-cü ildə İzla-
di Dərbəndində baş verən döyüşdə Osmanlılar yenidən məğlub oldular. Bunun
ar
dınca Yalvacda baş verən döyüşdə üçüncü dəfə məğlub olan II Murad kədərli
hal
da Ədirnəyə qayıtdı. Bundan istifadə edən Karamanoğlu Osmanlı torpaqla-
rına hücum edərək bəzi yerləri talan etdi.
Karamanoğlu İbrahim bəyin bu hərəkətinin İslama uyğun olmadığını düşü-
nən II Murad bu barədə dörd məzhəb imamından fətva istədi. Buna cavab ola-
raq dörd məzhəb alimləri Karamanoğlu İbrahim bəyi məhkum etdi. İbn Hacər
əl-Əsqəlani, Karamanoğlunun öldürülməsinin vacibliyini bildirdi. Buna uyğun
olaraq II Murad Karamanoğlu torpaqlarına daxil oldu. Bundan qorxuya düşən
İbrahim bəy qaçdı. Karamanoğlu İbrahim bəyin arvadı olan II Muradın bacısı
sultanın yanına gələrək onu müqavilə bağlamağa razı saldı. Buna əsasən 1444-
cü ildə iki tərəf arasında müqavilə imzalandı. Müqavilədən sonra Ədirnədə
hakim buraxdığı oğlu Məhmədə taxtı verən II Murad Bursaya qayıtdı.