Şahlar şahbaz oğlu şƏRİfov



Yüklə 6,91 Mb.
Pdf görüntüsü
səhifə87/314
tarix11.03.2018
ölçüsü6,91 Mb.
#31129
1   ...   83   84   85   86   87   88   89   90   ...   314

  

177 


verdi ki, onun xeyməsini İmamın (ə) xeyməsinin yanında qursunlar. Sonra Zü-

heyr ibn Qeynin yoldaşlarına xitab edib dedi: “Hər kəs istəyir mənimlə gəlsin. 

Hər kəs istəmir, bu mənim onunla sonuncu görüşümdür.” Bu sözlərdən sonra 

yol


daşları ilə vidalaşan Züheyr İmamın (ə) hüzuruna gəldi. 

Zobalə adlı məntəqəyə çatdıqda Abdullah ibn Süleyman Əsədi və Münzir 

ibn Muşməil Əsədi Kufədə baş verən hadisələri yəni Müslim ibn Əqilin, Hani 

ibn Urvənin, Qeys ibn Müsəhhərin və Abdullah ibn Yəqtirin şəhadət xəbərlə-

rini o Həzrətə çatdırdılar. Bu dəhşətli xəbərdən sonra İmam (ə) əshabını ətra-

fına cəm edib belə buyurdu: “Həqiqətən Müslim ibn Əqilin, Hani ibn Urvənin, 

Qeys ibn Müsəhhərin və Abdullah ibn Yəqtirin şəhadət xəbərləri mənə yetişdi. 

Bi

zim  tərəfdarlarımız  bizə  kömək  etməkdən  əl  çəkiblər.  Hər  kəs  bizdən 



ayrılmaq  istəsə,  ona  heç  bir  etiraz  yoxdur.”  Hz.Hüseynin  (ə)  bu sözlərindən 

sonra mal-döv

lət,  qənimət  və  dünya  malına  tamahlanıb  o  Həzrətlə  birlikdə 

hərəkət edənlər onun ətrafından dağılışdılar. 



 

İmam Hüseynin (ə) Hürr ibn Yezid Riyahi ilə görüşməsi 

Hz.Hüseyn 



(ə) və əshabı Bətni-Əqəbədən hərəkət edərək Zu-Husəm dağına 

tərəf getdi ki, əgər döyüşə ehtiyac olsa, o dağı özünə arxa qərar versin. Xey-

mələrin qurulmasından qısa vaxt sonra Hürr ibn Yezid Riyahi Təmimi min nə-

fərlik dəstə ilə onların müqabilində dayandı. Bunu görən İmam Hüseyn (ə) on-

dan soruşdu: Sən bizə kömək etmək məqsədilə gəlmisən,  ya mübarizə etmək 

niy


yətin  var?  Hürr  cavab  verdi:  Ey  Hüseyn  (ə)  səninlə  vuruşmağa  gəlmişik. 

İmam (ə) buyurdu: Əgər sizin nəzəriniz göndərdiyiniz məktub və nümayəndə-

lərinizin dedikləri ilə müxalif olsa, elə buradan da gəldiyim yerə qayıdaram. Bu 

vaxt  Hürr  və  onun  dəstəsi  İmamın  (ə)  qayıtmasına  mane  oldular.  Hürr  dedi: 

“Ey  Peyğəmbərin  övladı,  elə  yollarla  hərəkət  edin  ki,  nə  Mədinəyə  gedib 

çıxsın,  nə  də  sizi  Kufəyə  aparsın.  Mən  də  İbn  Ziyadın  yanında  üzrlü  olaraq 

deyərəm: Hüseyn (ə) elə bir yolla gedib ki, mən onu görə bilmədim.” 

İmam (ə) Qadisiyyə və Üzeyb yolundan dönüb sol tərəfə getdi. Hürr də öz 

qo

şunu ilə o Həzrətlə birlikdə hərəkət etməyə başladı. Onlar Uzeybul-Həcanat 



məntəqəsinə çatdıqda İbn Ziyadın məktubunu Hürrə verdilər. Məktubun məz-

mu

nu ilə tanış olan Hürr ibn Yezid dərhal İmamın (ə) əshabının qarşısını alıb, 



mi

niklərdən düşmələrinə göstəriş verdi. İmam buyurdu: “Qoy  yaxın məhəllə-

lərdə ki, Neynəva, Qaziriyyə və ya sair abad yerlərin birində düşək.” Hürr dedi: 

And olsun Allaha ki, bu qasid yanımda olan yerdə ibn Ziyadın hökmü ilə mü-

xa

lif  ola  bilmərəm.  Onu  mənə  nəzarətçi  təyin  edib.”  Züheyr  ibn  Qeyn  dedi: 



“Ey Peyğəmbər övladı, əmr et onlarla vuruşaq. İndi onlarla vuruşmaq asandır. 

Say


sız-hesabsız  qoşun  bura  töküləndən  sonra  çətin  olacaq.”  İmam  buyurdu: 

“Mən istəmirəm onlarla birinci müharibəyə başlayım.” 

Sonda  onlar  atlarından  düşüb  ismət  və  cəlalət  Əhli-beyti  üçün  xeymələr 

qur


dular. Bu hadisə cümə axşamı günü məhərrəm ayının ikisində baş verdi. 

 

  




 

178 


İmam Hüseynin (ə) Kərbəlaya daxil olması 

Hz.Hüseynin 



(ə) Kərbəlaya hansı gündə daxil olması barədə ixtilaflar var-

dır ki, onlardan ən səhihi hicrətin 61-ci ili məhərrəm ayının ikisində daxil ol-

ma

sıdır. İmam (ə) o əraziyə çatanda soruşdu: “Bu torpağın adı nədir.” Dedilər: 



“Bu

ra Kərbəla deyirlər.” İmam (ə) bu adı eşidəndə buyurdu: “İlahi, sənə pənah 

apa

rıram kərb (qəm) və bəladan.” 



İmam Hüseyn  (ə) və əshabı burada mənzil saldılar. Səhəri  gün dörd min 

nəfərlik ordu ilə Kərbəlaya yetişən Ömər ibn Səd İmamın (ə) müqabilində dü-

şərgə saldı. İmama (ə) qarşı vuruşmaqdan ötrü ibn Ziyad Ömər ibn Sədə Rey 

vila


yətinin valiliyini vermişdi. Kərbəlaya gələn Ömər ibn Səd Urvə ibn Qeysi 

ya

nına çağırıb onu İmamın (ə) yanına göndərmək istədi ki, İmamdan (ə) soruş-



sun ki, bu tərəflərə niyə gəlib və nə istəyir. Urvə Hz.Hüseynə (ə) məktub yaz-

mış şəxslərdən olduğu üçün İmamın (ə) yanına getməkdən imtina etdi. Urvənin 

bu işdən imtina etməsindən sonra Kəsir ibn Abdullah ayağa qalxıb dedi: Mən 

bu işi görməyə hazıram. Əgər istəyirsən qəflətən onu qətlə yetirim.” Ömər ibn 

Səd dedi: “Bunu istəmirəm, amma get onun yanına soruş ki, bu diyara nə üçün 

gəlib?” 


Kəsir ibn Abdullah İmamın (ə) hüzuruna gəlib salam verdikdən sonra üzə-

rinə  düşən  vəzifəni  yerinə  yetirdi.  İmam  (ə)  onun  cavabında  dedi: “Sizin 

camaatın mənə yazdıqları çoxlu məktublara görə mən bu diyara gəlmişəm. On-

lar mənim bu diyara gəlməyimə çox israr ediblər. İndi ki, onlar mənim gəlmə-

yim

dən narazıdırlar, mən qayıdıram.” Bu zaman Həbib ibn Məzahir üzünü Kə-



sir ibn Abdullaha tuta

raq dedi: “Ey Kəsir, vay olsun sənə! Bu haqq olan İmam-

dan 

(ə) üz döndərirsən və zalımlara tərəf gedirsən? Gəl bu İmama kömək et, 

çün


ki onun əcdadlarının bərəkəti ilə hidayət olmusan.” Kəsir dedi: “Qoy Ömə-

rin cavabını aparım, ondan sonra fikirləşərəm ki, hansı məsləhətdir.” O, İma-

mın (ə) cavabını Ömər ibn Sədə söylədikdə dedi: “Ümidvaram ki, Allah onunla 

haribə etməkdən mənə nicat verər.” Sonra Ubeydullah ibn Ziyada məktub 



ya

zaraq vəziyyəti ona bildirdi. (Bəzi mənbələrə görə Ömər ibn Səd tərəfindən 

İmamın (ə)  yanına Qürrə ibn Qeys Hənzələ göndərilmişdir). İbn Ziyad Ömər 

ibn Sədə belə bir məktub yazdı: “Hüseynə dedi ki, o və onun əshabı Yezidə be-

yət etsinlər. O vaxta qədər mən də görüm onun haqqında nə qərara gəlirəm.” 

Bu məktubdan sonra İbn Ziyad Ömər ibn Sədə ikinci bir məktub yazaraq 

bil

dirdi: “Ey Sədin oğlu, Hüseyn və əshabı ilə Fərat çayı arasında bir sədd qur 



ki, qoy onlar Fəratın suyundan dada bilməsinlər. Necə ki, onlar Osman ibn Əf-

vanı mühasirəyə aldıqları gündə o məzlumla su arasında sədd çəkdilər.” 

Ubeydullah ibn Ziyadın məktubu məlun Ömər ibn Sədə çatan kimi o, Əmir 

(və ya Ömər) ibn Həccacı beş yüz nəfərlik bir dəstə ilə Fəratın sahilinə göndə-

rib, o Həzrətin çaydan su götürməsinə mane oldu. Bu hadisə Hz.Hüseynin (ə) 

şəhid olmasına üç gün qalmış baş verdi. Digər tərəfdən də Ömər ibn Səd Kər-

bəlaya gələn gündən İbn Ziyad onun üçün qoşun göndərirdi. seyid ibn Tavusun 



Yüklə 6,91 Mb.

Dostları ilə paylaş:
1   ...   83   84   85   86   87   88   89   90   ...   314




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə