169
ni
zi) təmizləsin. Allah ürəklərdə olanları biləndir!”
244
ayələrinə əməl edərək
Mədinədən Məkkəyə doğru hərəkət etdi.
İmam Hüseynin (ə) Məkkəyə daxil olması və Kufə əhlindən gələn mək-
tublar
Şəban ayının üçündə Məkkəyə daxil olan İmam Hüseyn (ə) bu ayəni tilavət
etdi: “O, (Həzrəti Musa (ə) Mədyən tərəfə yönəldiyi zaman dedi: “Ola bilsin
ki, Rəbbim mənə (Mədyənə aparıb çıxaran) doğru yolu göstərsin!”
245
İmam Hüseyndən (ə) sonra Abdullah ibn Ömər də Vəlidin istəyinə əhəmiyyət
ver
məyərək Mədinədən Məkkəyə getdi. Məkkə əhlindən və ətrafdan gələn mö-
min
lər də umrə həccini yerinə yetirmək üçün Məkkəyə yığışmışdılar.
İmam Hüseynin
(ə) Məkkədə olduğundan xəbər tutan möminlər o həzrətin
hü
zuruna gəldilər. Bu vaxt Məkkədə olan Abdullah ibn Zübeyrdə Kəbə ətrafın-
da qalırdı. Camaatı öz ətrafında toplamaq istəyən Abdullah ibn Zübeyr Kəbə-
nin yanında namaz qılır və iki gündən bir İmam Hüseynin (ə) hüzuruna gəlirdi.
İmam Hüseynin (ə) Məkkədə olmasından narahat olan Abdullah ibn Zübeyr
yax
şı bilirdi ki, İmam Hüseyn
(ə) nə qədər Məkkədədir, Hicaz əhlindən kimsə
ona beyət etməyəcək.
Bu arada Müaviyə ibn Süfyanın ölümünü və Yezidin xəlifə seçildiyini öy-
rənən Kufə şiələri Süleyman ibn Suradın evində toplandılar. Süleyman ibn Su-
rad onlara dedi: “Ey şiələr, bilin və agah olun ki, zülmkar Müaviyə vəfat etdi
və şərab içən oğlu Yezid onun yerinə xəlifə təyin edildi. İmam Hüseyn (ə) da
Ye
zidə beyət etməyərək Mədinədən Məkkəyə gedib. Əgər ona kömək edib
onun düşmənləri ilə cihad edəcəyinizə əminsinizsə, məktub yazıb onu bura də-
vət edin. Amma əgər qorxu və zəiflik sizə qələbə çalıb ona kömək etməkdən
çəkindirəcəksə və ona qarşı xeyirxah olmayıb əmrinə tabe olmayacaqsınızsa,
onu aldadıb həlakətə vadar etməyin.” Süleyman ibn Suradın bu sözlərindən
son
ra Kufə şiələri dedilər: “Əgər imam bizə tərəf gəlsə, onda biz hamımız əli-
mi
zi beyət üçün ona uzadacağıq.” Sonra İmam Hüseynə (ə) Süleyman ibn Su-
rad, Museyyib ibn Nəcəbə, Rəfaət ibn Şəddad Bəcəli, Həbib ibn Məzahir və s.
şiələrin adından məktub yazdılar. Məktubda deyilirdi: “Ey Peyğəmbər (s) övla-
dı, indi bizim rəhbərimiz və imamımız yoxdur. Bizə tərəf gəl ki, bəlkə bununla
Allah Öz bərəkətini bizə zahir edər. Kufə valisi Nöman ibn Bəşir zillət içində
otu
rub özünü camaata əmir bilir. Amma biz onu əmir kimi tanımırıq. Onun qıl-
dığı cümə namazlarına getmirik. Əgər Mövlamızın bizə tərəf gəlmək xəbəri bi-
zə yetişsə, onda biz onu Kufədən çıxardacağıq. Vəssalam.” Sonra məktubu Ab-
dul
lah Məsmə Həmdani və Abdullah ibn Val ilə Məkkəyə İmam Hüseynə (ə)
gön
dərdilər. Bundan iki gün sonra Kufə əhli Qeys ibn Müsəhhər Seydavini,
Abdullah
ibn Şəddad və Əmarət ibn Abdullah Səlulini yüzdən yuxarı məktubla
244
“Ali-
imran” surəsi, ayə-154.
245
“əl-Qəsəs” surəsi, ayə-22.
170
İmamın
(ə) hüzuruna göndərdilər.
246
Növbəti göndərişdə Kufənin böyükləri
Ha
ni ibn Hani Səbiini və Səid ibn Abdullah Hənəfini o Həzrətin hüzuruna gön-
dərdilər. Onların apardıqları məktubun məzmunu belə idi: “Bismillahir-rəh-
manir-
rəhim. Bu, Hüseyn ibn Əliyə onun şiələri və fədailəri tərəfindən yazılmış
bir məktubdur. Ağa, özünü tez öz dostlarına və tərəfdarlarına yetir. Bu vila-
yətin bütün insanları sizin qədəmlərinizin intizarındadır. Sizdən başqa heç kimə
göz dikməyiblər. Tələs, sürətlə özünü sənin yolunu gözləyənlərə yetir.” Sonra
Şibs ibn Rəbi, Nəccar ibn Əbsər, Yezid ibn Haris ibn Rüveym, Urvə ibn Qeys,
Əmr ibn Həccac Zübeydi və Məhəmməd ibn Əmr Teymi İmama (ə) bu məz-
mun
da məktub yazdılar: “Səhralar göyərib və meyvələr yetişib. Əgər bizə tərəf
gəlmək
istəsən gəl, çoxlu qüvvələr sənə kömək etməyə hazırdırlar.”
Kufə əhlindən İmam Hüseynə (ə) on iki min məktubun gəlməsinə baxma-
ya
raq İmam (ə) hələ də səbr edir və onların cavablarını yazmırdı.
247
İmam Hüseynin (ə) Müslim ibn Əqili Kufəyə göndərməsi
Kufədən gələn məktublarının sayının gündən-günə artdığını görən Hz.Hü-
seyn
(ə) məcbur olub Kufə şiələrinə belə bir məktub yazdı: “Bu, Hüseyn ibn Əli
tərəfindən Kufə müsəlmanlarından və ya möminlərindən bir dəstəsinə olan
məktubdur. Həqiqətən Hani və Səid sizin göndərdiyiniz qasidlərin sonuncusu idi
ki, yazdıqlarınız məktubları mənə çatdırdılar. Sizdən mənə çatan məktublara
baxdım. Onların hamısının hasili bu idi ki: “Bizim imamımız yoxdur, tez bizim
yanımıza gəl. Ümidvarıq ki, Allah sizin bərəkətinizlə bizi haqq və hidayət yo-
luna cəm edə.” İndi mən əmim oğlu və Əhli-beytimin etibarlı adamı olan Müs-
lim ibn Əqili sizin yanınıza göndərirəm. Əgər Müslim mənə yazsa ki, sizin rə-
yin
iz yazdığınız məktublardakı mətləblərlə birdir, onda mən inşallah tezliklə sizə
tərəf gələcəyəm. And olsun Allaha, İmam yalnız camaat arasında Allahın kita-
bına əsasən hökm edib ədalətlə iş görən və ayağını müqəddəs şəriətin yolun-dan
kənara qoymayan, camaatı haqq dində sabit saxlayan şəxs ola bilər.” Sonra
İmam Hüseyn (ə) Müslim ibn Əqili yanına çağırıb Kufə əhlindən beyət almaq
üçün Qeys ibn Müsəhhər Seydavi, Əmarət ibn Abdullah Səluli və Əbdürrəhman
ibn Abdullah Ərhəbi ilə Kufəyə göndərdi. İmam (ə) Müslimə təqvalı olmağı,
mü
xaliflərdən sirrini gizlətməyi, tədbirli və mehriban olmağı tövsiyə edərək bu-
yurdu: “Əgər Kufə əhalisi mənə beyət etsələr, həqiqəti mənə yaz.”
Seyyid ibn Tavus, Şeyx ibn Nüma və digər alimlər yazıblar ki, İmam Hü-
seyn (
ə) Kufə və Bəsrə böyüklərinə, o cümlədən Əhnəf ibn Qeysə, Münzir ibn
Ca
ruda, Yezid ibn Məsud Nəhşəliyə və Qeys ibn Heysəmə məktub yazdı. Mək-
tu
bun məzmunu belə idi: “Bu, Hüseyn ibn Əli tərəfindən yazılan məktubdur.
Həqiqətən Allah Muhəmmədi (s) haqq olaraq peyğəmbər seçdi. O Həzrət
camaata nəsihət edib Rəbbinin risalətini təbliğ etdi. Sonra Allah onu öz dərga-
246
Şeyx Müfid, əl-İrşad, səh-203.
247
əl-Luhuf, səh-15.