185
üzü
nü ağ və iyini ətirli et. Onu saleh adamlarla məşhur et. Onunla Məhəmməd
və Ali Məhəmməd arasında dostluq yarat.”
Covnun şəhadətindən sonra döyüş meydanına gedən İmamın (ə) müəzzini
Həccac ibn Məsruq da iyirmi beş nəfəri öldürəndən sonra şəhid oldu.
Sonra Əmr ibn Qərəzə İmamdan (ə) icazə aldıqdan sonra döyüş meydanına
ge
dib, İbn Ziyadın ordusundan bir neçə nəfəri öldürdü. Aldığı yaralardan və-
ziy
yəti ağırlaşanda İmam Hüseynə (ə) buyurdu: “Ey Peyğəmbər övladı, əhdimə
vəfa etdimmi?” Hz.Hüseyn (ə) buyurdu: “Bəli, sən məndən qabaq cənnətə ge-
dəcəksən. Hz.Peyğəmbərə (s) məndən salam yetir və ona xəbər ver ki, mən də
sənin dalınca gəlirəm.” Bu sözlərdən sonra Əmr şəhid oldu.
Əmrin atası Qərəzə Hz.Peyğəmbərin (s) səhabələrindən və Hz.Əlinin (ə)
əshabından idi. Hicrətin 24-cü ilində Əbu Musa ilə birlikdə Rey vilayətini fəth
et
mişdi. Siffeyn döyüşündə Hz.Əli (ə) tərəfindən Ənsarın ələmdarı olan Qərəzə
hic
rətin 51-ci ilində vəfat etmişdi.
Aşura günü Haşimi övladlarının şəhadəti
Cənab Əli ibn Hüseynin (Əli Əkbərin) şəhadəti: Anası Leyla binti Urvə ibn
Məsud Səqəfidir. Urvə ibn Məsud məşhur səhabələrdən olub və onun İsa ibn
Məryəmə oxşadığını nəql ediblər. Hz.Əli (ə) kimi şücaətli olan Əli Əkbər ca-
maat arasında Hz.Peyğəmbərə (s) ən çox oxşayan şəxs idi.
Hz.
Əli Əkbər atasından icazə alıb döyüş meydanına getdikdən sonra Hz.Hü-
seyn
(ə) üzünü səmaya tutub buyurdu: “İlahi, camaatın əməlinə Sən şahid oldun
ki, onlarla mübarizəyə yer üzündə camaat arasında Sənin Peyğəmbərinə yaradılış
və əxlaq baxımından ən çox oxşayan bir cavan gedir. Biz Sənin Peyğəmbərini
görməyi arzulayanda o cavana baxırdıq. İlahi, torpağın bərəkətini onlardan saxla.
İlahi, onların hökumətini onlardan razı etmə. Çünki onlar bizi çağırdılar və bizə
kömək edəcəklərini vədə verdilər. Amma biz onların dəvətini qəbul edəndən
sonra bizimlə ədavətə başladılar.” Sonra Hz.Hüseyn (ə) uca bir səslə bu ayəni
tilavət etdi:
“Allah Adəmi, Nuhu, İbrahim övladını və İmran ailəsini aləmlər
(məxluqat, insanlar, bəşər övladı) üzərində seçilmiş (üstün) etdi. Onlar biri
digərindən törəmiş bir nəsil idilər. Allah eşidəndir, biləndir!”
255
Digər tərəfdən meydana gedən Əli Əkbər, rəvayətə görə düşmən dəstəsin-
dən 120 nəfəri qətlə yetirdi. Bu vaxt susuzluğun şiddətindən əldən düşmüş Əli
Əkbər atasına tərəf qayıdaraq ərz etdi: “Ata, susuzluq məni həlak etdi. Müm-
kün
dürmü ki, mənə bir içim su verəsiniz? Hz.Hüseynin (ə) gözlərindən yaş ax-
ma
ğa başladı və buyurdu: “Oğlum, bir az döyüş, tez bir zamanda cəddin Pey-
ğəmbərin (s) görüşünə gedəcəksən və səni elə bir şərbətlə sirab edəcək ki, heç
v
axt susuz olmayacaqsan.” Atasının sözlərindən sonra meydana qayıdan Əli
Əkbər Münqəz ibn Mərrət (və ya Mərrə ibn Münqiz) tərəfindən şəhid edildi.
255
“Ali-İmran” surəsi, ayə-33-34.
186
O məzlum şəhidin yanına gələn Hz.Hüseyn
(ə) üzünü onun üzünə qoyaraq
bu
yurdu: “Allah səni öldürənləri öldürsün. Onları nə belə ürəkləndirib qorxmaz
edib ki, onlar Allahdan və Peyğəmbərdən qorxmayıb onun hörmət pərdəsini
yırtdılar.” Sonra əlavə edərək buyurdu: “Ey oğul, səndən sonra bu dünyanın
ba
şına kül olsun.”
Abdullah ibn Müslim ibn Əqilin şəhadəti
Məhəmməd ibn Əbu Talib buyurub: İmam Hüseynin (ə) əhli-beytindən bi-
rin
ci meydana gedən Abdullah ibn Müslim oldu. Bir neçə nəfəri qətlə yetirdik-
dən sonra onu Əmr ibn Səbih şəhid etdi. Anası Hz.Əlinin
(ə) qızı Ruqəyyədir.
Şeyx Müfid və Təbəri rəvayət ediblər ki, Əmr ibn Səbih Abdullaha ox atıb
onu yaraladıqdan sonra nizəni onun ürəyinə vurub şəhid etdi. Onun şəhadətindən
son
ra Əbu Talib övladlarının hamısı bir yerdə düşmənə həmlə etdilər. Hz.Hü-
seyn
(ə) onları belə görəndə buyurdu: “Ölümün müqabilində səbr edin ey mənim
əmim oğlanları!” Onlar meydandan qayıtmamışdılar ki, Məhəmməd ibn Müslim
şəhid oldu. Onun qatilləri Əbu Mərhəm Əzdi və Ləqi ibn Əyas Cəhni oldular.
Abdullah ibn Müslimin şəhadətindən sonra meydana gedən Məhəmməd
ibn Abdullah ibn Cəfər döyüş meydanına gedib on nəfəri qətlə yetirdikdən
sonra Amir ibn Nəhşəl tərəfindən şəhid edildi. Anası Xovsa binti Həfsdir.
Qardaşının şəhadətindən sonra meydana gedən Ovn ibn Abdullah ibn
Cəfər on səkkiz nəfəri qətlə yetirdi. Sonda o da Abdullah ibn Qutnə tərəfindən
şəhid edildi. Anası Hz.Əlinin və Hz.Fatimənin qızı Hz.Zeynəb idi.
Kərbəla hadisəsində Əqilin övladlarından Əbdürrəhman ibn Əqil Osman
ibn Xalid, Cəfər ibn Əqil Buşr ibn Sovt, Abdullah Əkbər ibn Əqil Osman ibn
Xalid Həmdani, Məhəmməd ibn Əbu Səid ibn Əqil isə Ləqiq ibn Yasir Cuhəni
tərəfindən şəhid edilmişdir.
Qasim ibn İmam Həsənin (ə) şəhadəti
Cənab Qasim əmisi Hz.Hüseynin (ə) icazəsindən sonra döyüş meydanına
ge
dərək 35 nəfəri cəhənnəmə göndərdi. Sonda o, Əmr ibn Səd Füzeyl Əzdi tə-
rəfindən şəhid edildi.
Cənab Qasimin Kərbəlada İmam Hüseynin (ə) qızı Fatimə ilə evlənməsi
həqiqətə uyğun deyil. Çünki mötəbər kitablarda bu məsələ qeyd olunmayıb və
di
gər tərəfdən isə İmam Hüseynin (ə) iki qızı var idi. Onlardan biri Səkinə idi.
Şeyx Təbərsinin rəvayətinə görə İmam
(ə) onu Abdullaha ərə vermişdi. Lakin
Səkinə ər evinə getməmiş Abdullah şəhid oldu. İmamın (ə) ikinci qızı Fatimə
idi. O, İmam Həsənin (ə) oğlu Həsəni-Müsənnanın zövcəsi idi. Əgər qeyri-
mənbələrə əsasən deyilsə ki, İmamın (ə) Fatimə adlı ikinci qızı var idi, bu za-
man deyərik ki, o, Fatimeyi-Suğra idi və Mədinədə qalmışdı. Onu Qasim ibn
Həsənlə (ə) əlaqələndirmək olmaz. Ən doğrusunu Allah bilir.
Cənab Qasimin şəhadətindən sonra qardaşı Abdullah ibn Həsən (ə) döyüş
mey
danına gedib on dörd nəfəri qətlə yetirdi və sonda Hani ibn Sabit tərəfin-