26
işlərinə həmişəlik xitam verilirdi. Fövqəladə İstintaq Komissiyası çox böyük
çətinliklər bahasına cinayətkarların cüzi hissəsi, 194 nəfərinə cinayət işi qaldırsa
da, amnistiya qanununun qəbulundan sonra onların hamısı sərbəst buraxılmışdı.
Pul kompensasiyası ilə zaminə buraxılmışların hətta pulları da geri
qaytarılmışdı. Lakin Şamaxıda qanlı cinayətlərə başçılıq etmiş Stepan Lalayev
cəzadan qurtara bilməmiş, öz əcəli ilə olsa da həbsxana divarları arasında
ölmüşdü. (46)
Şamaxı soyqırımı ilə bağlı faktlar beynəlxalq aləmdə terrorizmə qarşı
mübarizə aparıldığı hazırki vaxtda mühüm aktuallıq kəsb edir. Buna görə də bu
faktlar obyektiv şəkildə yenidən araşdırılmalı və Şamaxı soyqırımı ilə bağlı
həqiqətlər beynəlxalq aləmə çatdırılmalıdır.
27
Nəticə
Hazırda 1918-ci il soyqırımının tədqiqi və beynəlxalq aləmə çatdırılması
sahəsində mühüm işlər görülməkdədir. Bəzi erməni və rus müəlliflərinin öz
yazılarında (47) azərbaycanlılara qarşı törədilmiş 1918-ci il soyqırım hadisələrini
saxtalaşdırmağa, beynəlxalq ictimaiyyəti çaşdırmağa cəhdlər etməsi bu işin daim
diqqət mərkəzində saxlanılmasını zəruri edir. Rus müəllifləri tarixi
saxtalaşdırmaq üçün, Kiyev Rus dövlətinin knyazı ilə Şamaxı hökmdarının qızı
arsında məhəbbətdən bəhs edən, uydurma “Üç pəhləvan və Şamaxı çariçası” kimi
cizgi filmləri çəkməkdən belə çəkinmirlər. Təəssüfləndirici hal ondan ibarətdir ki,
1918-ci il hadisələrinə dövlət səviyyəsində siyasi qiymət verildikdən sonra belə
özünü kommunist adlandıran bəzi üzdəniraq şəxslər 1918-1920-ci illərdə
düşmənə xidmət göstərmiş sələflərinin səhvlərini təkrar etməklə düşmənin
dəyirmanına su tökməkdə davam edirlər. Onlar “1917-ci il və Azərbaycan” adlı
kitab yazmaqla, www.kommunist.az veb saytına müxtəlif saxta materiallar
qoymaqla ictimai rəyi çaşdırmağa çalışırlar. Bu şəxslər 1918-ci il hadisələri ilə
bağlı sovet dövründə yazılan saxta fikirləri yenidən gündəmə gətirməyə, minlərlə
dinc azərbaycanlını qətlə yetirmiş cinayətkarları müdafiə etməyə uğursuz cəhdlər
edirlər. Onlar bununla mənsub olduqları xalqa xəyanət ediklərinin fərqinə belə
varmırlar.
Beynəlxalq aləmdə bu cür cəhdlərin olması 1918-ci il hadisələri ilə bağlı
araşdırma işlərinin daha da genişləndirilməsini zəruri edir.
Son illərin tədqiqatları nəticəsində bu sahədə yeni faktların ortaya
çıxması cinayətkarların ifşasında mühüm əhəmiyyətə malikdir. Bu cür yeni
faktlara misal olaraq Quba şəhərində 2007-ci ildə şəhər stadionunda tikinti işləri
aparılarkən təsadüfən 1918-ci ilə aid kütləvi məzarlığın aşkara çıxarılmasını
göstərmək olar. Şamaxı ərazisində də bu cür kütləvi məzarlıqların olması etimalı
böyükdür. Zəngin tarixə malik Şamaxı ərazisində əsasən sovet dövründə arxeoloji
qazmtılar aparılmış, bu qazmtıların istiqaməti fərqli olduğundan və 1918-ci il
soyqırımına aid faktların toplanması kommunust rejiminin siyasəti ilə ziddiyyət
təşkil etdiyindən o dövrə aid mənbələrdə belə məzarlıqların olması haqqında
məlumata rast gəlinmir. Buna görə də 1918-ci il erməni vəhşiliklərinə aid yeni
tarixi faktlar əldə etmək üçün müasir dövrdə keçmiş Şamaxı qəzası ərazisində
arxeoloji qazmtıların genişləndirilməsinə ciddi ehtiyac var. Bəzi mülahizələrə
görə, 1918-ci ildə erməni yaraqlıları tərəfindən qətlə yetirilmiş Şamaxı sakinləri
Kələxana və Süleyman dərələrində dəfn edilib, gələcəkdə bu ərazilərdə arxeoloji
qazıntılar zamanı yeni kütləvi məzarlıqların tapılması istisna deyil.
Müasir dövr tədqiqatları sübut edir ki, 1918-ci il qırğınlarında ermənilər
müsəlman əhali ilə yanaşı, yəhudilərə, almanlara və digər milli azlıqlara qarşı da
cinayətlər törətmişlər. Bu dövrdə ermənilər tərəfindən 3 minə qədər yəhudinin
həyatına son qoyulub. Quba Rayon İcra Hakimiyyətinin Qırmızı qəsəbə inzibati
ərazi vahidliyi üzrə nümayəndəsi yəhudi İsakov Pisax Davidoviç 1918-ci ildə
28
ermənilərin Azərbaycanın müxtəlif bölgələrində qırğınlar və talanlar törədərkən
qətlə yetirdikləri dağ yəhudilərindən 104 nəfərinin, o cümlədən Qırmızı qəsəbə
sakinləri olan 18 nəfər yəhudinin siyahısını prokurorluğa təqdim edib. O zaman
erməni Amazaspın rəhbərliyi ilə qətlə yetirilən yəhudilər Şimi, dərəsinə
atılmışlar. (48)
1918-ci ildə Qafqaz bölgəsində olan alman qüvvələrinin baş komandanı
baron Qres Kremsenştaynın “Mənim Qafqaz missiyam” adlı kitabındakı
xatirələrindən məlum olur ki, 1918-ci ilin dekabrında ermənilər Borçalıdakı
Yekaterinfeld kəndi ərazisində 400-dək dinc alman əhalini də heç bir səbəb
olmadan öldürüb və kəndin qırağındakı quyuda basdırıblar. (49)
Hazırda Respublikanın əksər yaşayış məntəqələrində, o cümlədən
Şamaxıda 1918-ci il soyqırım abidələrinin qoyulması və bu sahədə təbliğat
işlərinin aparılması müsbət qiymətləndirilməlidir. Türkiyənin nüfuzlu “A”
telekanalı 1918-ci ilin mart günlərində bolşevik-erməni qoşun birləşmələrinin
Azərbaycanda həyata keçirdiyi soyqırımına dair 3 bölümdən ibarət filmin
çəkilişinə başlaması da görülən müsbət işlərdəndir. (50) Lakin bu sahədə işlərin
daha da gücləndirilməsinə ehtiyac var.
Tədqiqatlar sübut edir ki, 1918-ci ildə Azərbaycanın demək olar ki,
əksər bölgələrində ermənilər qırğınlar törətmişlər. Bunların bir hissəsi araşdırılsa
da bir çoxu hələ də öyrənilməmişdir. Buna görə də gələcəkdə Bakı, Şamaxı,
Quba, Zəngəzur, Qarabağ, Naxçıvanla yanaşı Kürdəmir, Göyçay, Hacıqabul,
Salyan, Neftçala kimi nisbətən az tədqiq olunmuş və ümumiyyətlə tədqiq
olunmamış ərazilərdə ermənilərin törətdiyi cinayətlərin araşdırılmasına ciddi
ehtiyac var. Soyqırıma məruz qalan, lakin tədqiq olunmayan ərazilərə misal
olaraq Neftçala rayonunun Tataraməhəllə, Uzunbabalı, Qaramanlı, Xıllı, Bankə
və s. kəndlərini göstərmək olar. (51)
Sual oluna bilər ki, 1918-ci ildə Azərbaycanın müxtəlif bölgələrində nə
qədər əhali soyqırımın qurbanı olmuşdur? Soyqırıma məruz qalanların dəqiq sayı
barədə məlumatlar varmı?
Britaniya briqada generalı R. Qortonun 8 dekabr 1918-ci il Londona
göndərdiyi sənəddə 20 min, R. Mustafazadənin kitabında 20 min, A. Balayevin
kitabında 30 min, Fövqəladə İstintaq Komissiyasının sənədlərində 30 min,
Azərbaycan Respublikası Milli Məclisinin nəşr etdiyi kitabda isə 50 mindən çox
müsəlmanın 1918-ci ildə soyqırıma məruz qaldığı göstərilir. (52) Lakin faktlar
sübut edir ki, gələcəkdə tədqiqatlar davam etdirilməklə daha çox insanın
soyqırıma məruz qaldığını üzə çıxarmaq olar.
Ermənilərin bütün dövrlərdə, o cümlədən 1918-ci ildə azərbaycanlılara
qarşı törətdikləri cinayətlər yəhudilərə qarşı 1933-1945-ci illərdə törədilmiş
Xolokost cinayəti ilə eyniyyət təşkil edir. Ukraynadakı Xolokost Tarixini
Araşdırma Mərkəzinin direktoru Anatoli Podolski azərbaycanlıların məruz
qaldığı 1918-ci il soyqırımı haqqında demişdir: “Bu hadisələr ermənilərin əli ilə