22
müqaviləsinə əlavə sazişin imzalaması bunu sübut edir. Həmin müqavilənin
Qafqazla əlaqədar IV hissəsində aşağıdakı şərtlər irəli sürülmüşdü:
1)
Rusiya almanların müstəqil Gürcüstanı tanıması ilə razılaşacaqlar;
2)
Almaniya Gürcüstan ərazisindən kənarda və Türkiyənin Brest-
Litovsk müqaviləsi ilə müəyyənləşdirilmiş sərhədlərində üçüncü bir dövlətə
hərbi yardım etməyəcəkdi;
3)
Almaniya hər hansı bir üçüncü dövlətin Şamaxı və Bakı qəzalarının
sərhədlərini keçəcəyi təqdirdə ölçü götürəcəkdi;
4)
Rusiya Almaniyaya ya Bakıdan çıxarılan neftin dörddə bir hissəsini,
ya da xüsusi aylıq faiz göndərəcəkdi. (37)
Lakin bütün bu çətinliklərə baxmayaraq 1918-ci ilin 6 iyun-20 iyul
tarixlərində Ucar, Müsüslü, Kürdəmir, Göyçay, Qaraməryəm, Ağsu
istiqamətlərində gedən qanlı döyüşlərdən sonra Şamaxı düşməndən azad
olunmuşdu. İyulun 19-da güclü yağış yağmasına baxmayaraq Qafqaz İslam
Ordusunun 13-cü piyada taqımı hücuma keçərək 20 iyul səhər saat 6-00 da
Göylər, Çuxanlı, Məlik Çobanlı, Mərəz kəndlərini azad etdikdən sonra Şamaxını
düşməndən təmizləmişlər. Çuxanlı və Məlik Çobanlı kəndlərində düşmənin 1
topu, 2 pulemyotu, 1 yük və 1 zirehli avtomobili qənimət olaraq ələ keçirilmişdi.
Əsirlərin arasında 1 zabit və 4 əsgər olmaqla 5 ingilis hərbiçisinin olması sübut
edir ki, hələ Sentrokaspi diktaturası qurulmamışdan və ingilislər Bakıya
gəlməmişdən əvvəl ingilis hərbiçiləri Qafqaz İslam Ordusuna qarşı döyüşlərdə
bolşevik-erməni qüvvələrinə gizli şəkildə hərbi yardımlar etmişlər. (38)
1918-ci ilin avqust-sentyabr aylarında qardaş Türkiyənin Qafqaz İslam
Ordusunun Azərbaycan hərbi qüvvələri ilə birlikdə Bakıya yaxınlaşmasından
təşvişə düşən bolşevik komissarlar və Sentrokaspi diktaturasının rəhbərləri
qaçarkən Bakı bankından özlərinə məxsus olmayan milyonlarla manat pul
götürsələr də, əhalidən qarət etdikləri səkkiz qutu və iki torbada olan ziynət
əşyalarını aparmağa macal tapmamışlar. Bunları müsadirə edən Azərbaycan
Hökuməti ciddi ehiyac içində olmasına baxmayaraq 1918-ci ildə quldurların
əhalidən qarət etdiyi bu zinət əşyalarını sahiblərinə qaytarmaq üçün komissiya
təşkil etmişdir. (39)
Bakı azad olunduqdan sonra 1918-ci il sentyabrın 17-də Azərbaycan
hökuməti əhaliyə müraciət etmişdi. Hökumətin başçısı F. Xoyski muraciətlə
bağlı demişdi: “Burada müsəlmanlar qırılmış, namusuna, canına təcavüz
edilmiş, əlindən ixtiyarı qoparılmış,... üç gün davadan sonra şəhər alınmış, əhali
və qoşun şəhərə acıqlı girmiş idi... hökumət üç gündən sonra Bakıya girdi. O
vaxtadək nə olmuşsa da hökümət gəldikdən sonra Azərbaycan hökuməti adından
Bakıya və onun ətrafı əhalisinə məlumatla müraciət etdi. Bu məlumatda
millətindən,
dilindən, asılı olmayaraq Azərbaycanda yaşayan bütün
vətəndaşların bərabər hüquqa malik olduğu, onların həyatı, əmlakı və
hüquqlarının qorunacağı, ictimai qayda-qanunu pozanların müharibə qaydası ilə
cəzalandrılacağı göstərilirdi.” (40)
23
Hökumətin bu müraciəti Azərbaycan Xalq Cümhuriyyətinin bolşevik -
daşnak rejimindən fərqli olaraq sivil, hüquqi dövlət olduğunu bir daha sübut
edir.
N.Nərimanov Şamaxı qırğını haqqında yazırdı: “Şamaxıdan ayıdandan
sonra... M.Əzizbəyov göz yaşı içində şahidi olduğu faciəni mənə danışdı. T.
Əmirovun və S.Lalayevin əvvəllər Bakıda olan silahlı dəstələri yaşına və cinsinə
məhəl qoymadan bütün azərbaycanlıları öldürdülər; onlar hələ dünyada
görünməmiş bir cinayət törətdilər, uşaqları süngü və qılıncdan keçirir, adamları
məscidə toplayıb kerosin töküb yadırırdılar. Mənim üçün aydın oldu ki, Bakıda
Sovet hakimiyyəti daşnaklardan, asılıdır. Bu da aydındır ki, erməni bandaları
tərəfindən azərbaycanlı əhaliyə edilən bu qədər zülmdən sonra Azərbaycan
proletariatının Sovet hakimiyyətindən üz döndərməyə öz burjuaziyasının
hamiliyi altına keçərək, ondan və Türkiyədən kömək gözləməyə haqqı var idi”.
(41)
Azərbaycan Xalq Cümhuriyyəti dövründə (may 1918-aprel 1920) 1919
və 1920-ci il martın 31-i Milli Matəm günü kimi qeyd edilib. Bu dövrdə nəşr
olunan “Azərbaycan” qəzetinin səhifələrində azərbaycanlılara qarşı ermənilərin
törətdikləri vəhşiliklərə aid çoxlu sayda tükürpədici faktlar yazılmışdı. Həmin
dəhşətli günlərin şahidi olmuş alman A.Y.Kluqe 1918-ci il hadisələri haqqında
yazırdı ki, ermənilər müsəlman (azərbaycanlı) məhəllələrinə soxularaq hər kəsi
öldürür, qılıncla parçalayır, süngü ilə dəlmə-deşik edirdilər. Qırğından bir neçə
gün sonra bir çuxurdan çıxarılan 87 azərbaycanlı cəsədinin qulaqları, burunları
kəsilmiş, qarınları yırtılmış, cinsiyyət orqanları doğranmışdır. Ermənilər
uşaqlara acımadıqları kimi, yaşlılara da rəhm etməmişdilər. M.Ə.Rəsulzadə
A.Y.Kluqeyə istinadən yazırdı: “Kluqenin, digər əcnəbilərin o günlərin xatirəsi
olmaq üzrə almış olduqları və bu gün əllərdə mövcud olan fotolar çox faciəli
mənzərələri əks etdirir. Bir yığın qızlı-erkəkli cocuq ölüləri üzərində qocaman
çoban köpəkləri bu məsum yavruları gəmirir... Çılpaq bir qadın yerə sərilmiş,
ölmüş... bu ölü vücudun qurumuş məməsini canlı bir yavru əmməkdədir...”
Bu kimi faktların yer aldığı M.Ə.Rəsulzadənin redaktorluğu ilə
Münhen şəhərində nəşr olunan “İstiqlal” qəzetinin 1933-cü il 1 aprel tarixli 31-
ci sayı demək olar, bütünlüklə 1918-ci il qırğınlarının 15 illiyinə həsr edilmişdi.
(42)
M. Ə. Rəsulzadə Şamaxı faciəsi barədə yazırdı: “Əski Şirvanşahların
bu qədim paytaxtı bir həmlədə atəşə verilib məşhur tarixi cameyə varıncaya
qədər yaxıldı... Şamaxının düçar olduğu təcavüzə Lənkəran, Salyan, Quba,
Nəvahi və Kürdəmir kimi qəza, şəhər və qəsəbələr dəxi məruz qaldı. Bu
təcavüzlər əsnasında yaxılan xanımanların, qıyılan ərz və namusların, kəsilən
qarı qocaların, yağmaya gedən mal və məvaşinin təsviri qeyri-qabili-təsəvvür bir
faciə təşkil edir. (43)
Mart hadisələrinin ildönümündə “Azərbaycan” qəzetinin 31 mart 1919-
cu il tarixli sayında Fövqəladə İstintaq Komissiyasının sədri Ələkbər bəy
Xasməmmədovun ağır vəziyyətdə olan şamaxılılara kömək üçün Azərbaycan