Şamil Vəliyev – 50


səhifə12/97
tarix08.07.2018
ölçüsü
#54161
1   ...   8   9   10   11   12   13   14   15   ...   97

44
Yaqub əkənin Bakıda xalça dükanı var idi, o, hal əhli, insanpərvər bir kişi idi.
Özbəkistanın qədim tarixindən söhbət etməyi çox sevərdi, Şərq klassiklərndən Sədini,
Hafizi, Xəyyamı, taciklərdən Rudəkini, özbək şairi Əlişir Nəvaini dərindən bilir və
əsərlərində əzbərdən misallar söyləyirdi. Mən Yaqub əkənin dükanına tez-tez
gedərdim. Hər dəfə də gedəndə o, məni özbək çayına qonaq edər və işlərini sahmana
salıb, mənimlə söhbətə başlayardı.
Ədəbiyyatla maraqlanmağımı, şair olduğumu hiss etdikdə, mənə qarşı rəğbəti
daha da artdı. Yaqub əkənin evi dükanın arxasında idi, qızı Zülfiyyə atasının
qonaqlarına çay gətirərdi, çox keçmədi ki, həm özü, həm də davranışı gözəl olan bu
özbək qızı məndə dərin bir maraq oyatdı. Mən Zülfiyyəyə müxtəlif suallar verib cavab
alardım, bəzən o dinməzcə başını aşağı salıb susardı. Onun susmağı mənim çox xoşuma
gəlirdi, özbək ləhcəsində verdiyi cavablar isə məni lap valeh edirdi. Zülfiyyə ilə şirin
söhbətlərimiz Yaqub əkənin ticarətlə başı qarışan vaxtlar da olardı, bu söhbətlər qısa
olsa da, od kimi yandırıb yaxardı. Nəhayət, belə qərara gəldim ki, Zülfiyyə ilə
evlənim, ancaq mən bir kasıb kişinin oğlu idim, mənzil şəraitim də pis idi, özüm də
korrektor işləyirdim. Belə vəziyyətdə Yaqub əkə kimi məşhur bir tacir, öz qızını
mənə verərdimi? Hansı səbəbdənsə Yaqub əkə
Bakıdakı xalça dükanını satıb
Səmərqəndə köçəsi oldu. Mən bu əhvalatı Zülfiyyədən eşidəndə elə bil başıma bir
qazan qaynar su töküldü, nitqim qurudu, mənim məyus olduğumu görən Zülfiyyə,
məni ovundurmaq məqsədi ilə dedi: - Niyə bikef olursan, sən də gəlib Özbəkistanı
gəzərsən, orda gəzməli, görməli yerlər çoxdur, Seyhun, Ceyhun, Zərəfşan çaylarının
sahilləri axarlı – baxarlıdır, bağlı-bağçalıdır.
Onlar köçüb getdikdən sonra doğma Bakıda mən darıxmağa başladım. Nəhayət,
Orta Asiyaya
səyahət etməyi, Səmərqənddə Zülfiyyəni görməyə qərar verdim.
Zərəfşan çayının sahilində yerləşən, qədim abidələr şəhəri öz gözəlliyi ilə məni heyran
etdi. Çox çətinliklə Yaqub əkənin evıini tapdım, o, məni olduqca mehribanlıqla
qarşıladı, evlərində müsafir oldum, o, məni özbək plovuna qonaq etdi, qımız və özbək
çayı içdik,
Zülfiyyə ilə danışmağa da imkan tapdım, sən demə onu artıq


45
nişanlayıblarmış. Qız bunları mənə deyəndə qəhərləndi, gözləri yaşardı, sonra
iztirabla, səsi titrəə-titrəyə dedi: - Vahid, sən gecikdin, məni isə adətə görə qurban
verib «kalım»a satdılar. Deməyə söz tapmadım, ilk məhəbbətim daşa dəyib sınmışdı.
Ertəsi gün Zülfiyyəyə bir paket verib, ondan ayrıldım. Paketdə qızın mənə verdiyi
şəkil və bu əhvalatdan mütəəssir olub yazdığım aşağıdakı qəzəlim var idi:
Görüm ey bivəfa, zülfün həmişə tanasız qalsın,
O canlar məskəni əğyarsız, biganəsiz qalsın.
Cəmalın şəminə qoy mən yanım, əğyarı yandırsın,
Şəbi-hicranı görsün, şəmsiz pərvanəsiz qalsın.
Əgər ol zülfə məndən qeyri bir aşiq könül versə,
Bu zənciri cünun, ya Rəbb, görüm divanəsiz qalsın.
Mənim əfsaneyi eşqimlə indi zövq alır aləm,
Gərək Vahidi Məcnun şöhrəti əfsanəsiz qalsın.
Məni məhrum edən gülüzlülər cami vüsalından
İçib öz bağrının qanın mey-meyxanəsiz qalsın,
Ədavətlə könül peymanəsin sındırma, ey zalim,
Rəva görmə məhəbbət xanəsi peymanəsiz qalsın.
Məni ol nazlı canandan ayırmaq isttəyən, Vahid,
Mənim tək min bəla çəksin, cananəsiz qalsın.
Əlbəttə, N. M.Savalanın bu məqaləsi
Ə.Vahidin
başına gələn eşq
macəralarından birini əks etdirir. Ürəyi eşqlə dolu olan şair, belə eşq macəraları ilə
şübhəsiz ki, dəfələrlə rastlaşmışdır. lakin onu qeyd etmək lazıımdır ki, Ə. Vahidin
Özbəkistan səfəri zamanı böyük Nəvainin qüdrətli varsləri ilə görüşüb, özbək
ədəbiyyatının görkəmli nümayəndələri ilə tanış olmuşdur. Şair bu səfərdən aldığı
təəsüratdan daha nikbin, daha mübariz əhval-ruhiyyə tapmış və qəzəl canrına daha
qırılmaz tellərlə bağlanmışdır. Vahidin fitri istedadı hər zaman ilham pərisinin


46
qaynadığı üçün, lazım olan vaxtda bir-birindən gözəl əsərlər yarada bilməyində idi.
Onun dostlarından biri Mirzə Cavad Şirinov onun sinədəftər olmağından bir xatirəi
belə nəql edir:
- 1939-cu ilin payızı idi, bir gün Vahid mənə dedi: - Ürəyim Səmədi istəyir, dur
gedək onun yanına, mən məmmuniyyətlə razı oldum. O vaxt Səməd Vurğun Fioletov
küçəsində 60№li evdə yaşayırdı, qapını döydük, orta yaşlı, başında Gəncə kələğayısı
olan bir qadın qapını açdı, içəri keçdik, hörmətli yazıçımız Abdulla Şaiqi də Səməd
Vurğuunun yanında görüb çox sevindik. Onlar biz gələnə qədər Vurğunun Nizamidən
tərcümə etdiyi «Leyli və Məcnun» poemasını oxuyurlarmış. Ev sahibi bizi xoş istək və
mehribançılıqla qarşıladı. Vahidin qolundan tutdu və hər ikisi divanın üstündə oturdu:
- Nə yaxşı, gəlibsən, mən səni görəndə həmişə böyük Füzuli yadıma düşür. Mənə elə
gəlir ki, o da sənin kimi xoşsifət, ürəyi məhəbbətlə dolu bir şair olub. Şaiq müəllim
söhbətə qarışdı:
- Ay Səməd, Vahidin Azərbaycanda Füzulinin yadigarı olduğunu mən də təsdiq
edirəm, amma gərək onu imtəhana çəkəm. Sonra o, gözlərini yumub Vahidə xitabən
Füzulidən aşağıdakı beyti oxudu:
Deyildin çoxdan, ey gərdun, cahan seyrində yoldaşun,
Nola xəm olsa qəddin, səndən artıqdır mənim yaşım.
Hə, ay Azərbaycanın yeni Füzulisi, dahimiz Füzulinin bu sözlərinə nə artırıb
deyə bilərsən? Vahid səmimi gülüşlə:
- İcazə verin Füzulinin bu beytini təxmis edim, - və bədahətən başladı:
Diyari eşqə səlmanəm, bəlalər çox çəkib başım,
Cəlali şövkətim qəmdir, huqumi dərb fərraşım
Ömürlərdir axır kuyimdə yarın qanlı göz yaşım,
Deyilsən çoxdan, ey gərdun, cahan seyrində yoldaşım,


Yüklə

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   97




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə