Şamil Vəliyev – 50


Çağdaş Tehran  mətbuatında  haqqında xatirələr


səhifə15/97
tarix08.07.2018
ölçüsü
#54161
1   ...   11   12   13   14   15   16   17   18   ...   97

55
Çağdaş Tehran  mətbuatında  haqqında xatirələr
M.C.Pişəvərinin  çox  sahəli  fəaliyyətini  öyrənmək  sahəsində    Güney
Azərbaycanda, eləcə də ümumən İranda da müəyyən işlər görmüşdür. Güneydə yazılmış
məqalə,  xatirə,  publisist  əsərlər  əslində  onun  zəngin  irsini,  gələcək  nəsillərə  örnək
olacaq  həyat  yolunu  bir  daha  öy-rənmək  sahəmizdə  uğurlu sayıla  bilər.  Bu  yönüşdən
ictimai-siyasi xadim, yazıçı, tərcüməçi, ədəbiyyatşünas, qüdrətli publisist və mühərrir,
dövlət  xadiminin  həyat  yolunun,  ədəbi-bədii  və  publisistik  irsinin  geniş  miqyasda
öyrənilib  qiymətləndirilməsi,  xalqa  çatdırılması  çağdaş  azərbaycanşünasülıq  elminin
qarşısında duran mühüm vəzifələrdəndir.
M.C.Pişəvəri  Azərbaycan  ədəbiyyatı  və  mədəniyyəti  tarixində  M.F.Axundov  ,
C.Məmmədquluzadə,  F.B.Köçərli,  N.Nərimanov,  Ə.Haqverdiyev,  M.Ə.Rəsulzadə,
Ə.Hüseynzadə,  Ə.Cəfəroğlu,  Y.Vəzir,  C.Hüseyn  kimi şəxsiyyətlər  qrupuna  daxildir.
Onlar  bir  tərəfdən  xalqın ədəbiyyatını,  mədəniyyətini  davam  etdirib  zənginləşdirmiş,
digər  tərəfdən  həmin  ədəbiyyat  və  mədəniyyətin  keşiyində  durub  onu  təhlil  və  təbliğ
etmiş,  üçüncü  bir tərəfdən  xalqın  sabaha  səadəti,  xoşbəxtliyi  yolunda    mübarizə
aparmışlar.
Xalxali  (Pişəvəri – V.Ə)  bir  tərəfdən  Nərimanov  kimi  geniş,  ictimai-siyasi  iş
aparmış,  M.Ə.Rəsulzadə  kimi  müstəqil  dövlət  yaradıb  onun  baş  naziri  olmuşdur.
Cavadzadə  (Pişəvəri-V.Ə) memuar janrını  özünün  siyasi  ictimai  motiv  və  məzmunu,
müxtəlif  çalarlı, zahiri  və  daxili  portret  cizgili  obrazları  ilə  zənginləşdirən  xatirə-
povestin, hələlik əldə olmayan, lakin yazıldığına şəhadət verilən bir  neçə nəsr əsərinin
müəllifidir.  Nəhayət,  M.C.Pişəvəri  siyasi-ictimai  mətbuat  tariximizdə  prinsipial,
obyektiv və qüdrətli publisist, bacarıqlı redaktor kimi layiqli yer tutur. Onun publisist
mühərrirlik fəaliyyəti iki başlıca dövrü əhatə edir. Həmin dövrün birinci mərhələsi aprel


56
çevrilişindən    əvvəlki  və  sonrakı  illəri  əks  etdirir.  Publistik  fəaliyyətinin  ikinci  dövrü
1943-cü il mayın 23-dən başlayır və 1946-cı ilə mqədərki dövrü əhatə edir.
Bütün  həyatını  və  fəaliyyətini  xalqın  mənafeyini  qorumağa, azadlığa,
demokratiyanı  müdafiə  etməyə  həsr  etmiş  Pişəvəri  1941-ci  ilin  sentyabrında  Kaşan
zindanından  buraxılır.  O,  Tehrana  gəlir  və  öz  məsləkdaşları,  dostları  ilə  birlikdə İran
zəhmətkeşlərinin yeni qərargahını yaratmaq uğrunda işə başlayır. Böyük ictimai xadim–
demokrat  mübarizənin  intensiv  və  ardıcıl,  məqsədəyönlü    olması  üçün  fars  dilində
“Ajir” (xəbər V.Ə) adlı qəzetin nəşri üçün axtarışlar aparır. Nəhayət, 23 ay 1943-cü ildə
“Ajir”in çoxmilyonlu oxuculara təqdim olunur.
Üç  ilə  yaxın  nəşr  olunan    bu  qəzet İranın  mütərəqqi  mətbuat  tarixində
özünəməxsus görkəmli yer tutur.
Ilk  aylarda  qəzetin  bütün  işlərini  Pişəvəri  özü  görür  və  ağır  maddi
məhrumiyyətlərə baxmayaraq, nəşrini müntəzəm surətdə davam etməsi üçün ona maddi
yardımlar etmişlər, çünki “Ajir”qəzeti proqressiv cəbhə- nin əlində mürtəcelər əleyhinə
kəskin  bir  silah  idi.  Bu  haqda  Pişəvəri  yazır:  ”Hər  kəs  “Ajir”in  bir  neçə  nömrəsini
oxumuş  olsa  bilər  ki, İran  zəhmətkeş  kütlələrinin  mənafeyini  müdafiyə  etmək,  azad,
müstəqil  və  milli  demokratik İran  yaratmaqdan  başqa  bir  məqsədimiz  olmamış və
yoxdur. “Ajir” azadlıq düşmənləri  və irtica tərəfdarlarına qarşı rəhmsiz, öldürücü  və
amansızdır,  azadixahların  yanında  isə  əziz  və  mehribandır.  (M.C.Pişəvəri  “Seçilmiş
əsərləri”. “Elm”, 1984, səh 20 ).
“Ajir”də Pişəvəri ilə çiyin-çiyinə çalışan jurnalistlərdən biri də Kərim Keşavərz
olmuşdur. K.Keşavərz “Ajir”in səhifələrində məqalələri ilə  yanaşı rus ədəbiyyatından
tərcümələri ilə də yadda qalmışdı.
Bu  yaxınlarda    K.Keşavərzin  Tehranda  çap  olunan  “Buxara” jurnalının  1997-ci
ildə  çap  olunan  2000-ci  sayı əlimizə  keçdi.  Məqqalənin  adı  “Pişəvəri  haqqında
xatirələr” adlanır. Xatirələr K.Kəşavərzin sağlığında öz səsi ilə lentə alınıb.  K.Kəşavərz
1984-cü ildə dünyasını dəyişib. Ümidi adlı şəxs tərəfindən alınmış, bu xatirələr Nemət
Laleyi  tərəfindən  yazıya  alınaraq  kiçik  təqdimatla  “Buxara” jurnalının  naşiri  ağaye


57
(cənab  V.Ə) Əli  Dehbaşiyə  ünvanlanıb.  Xatirələr  farsca  çap  olunurdu.  Xatirələrin
Pişəvəi  irsini  və  Cənub  tariximizi,  ədəbiyyatımızı,  mətbuat  tarixini araşdıran
ümumiyyətlə, oxucular  maraqlı  olduğunu  nəzərə  alıb  bir  Pişəvərişünas  kimi  lazımlı
bilib farscadan dilimizə çevirdim.
Xatirələri olduğu kimi oxuculara təqdim edirəm.
Vüqar Əhməd
Filologiya elmləri doktoru, professor
S.C.Pişəvəri haqqında xatirələr
(Kərim Kəşavərz “Buxara” jurnalı , №2000, 1378-ci il (1997))
Cənab Əli Dehbaşi.
Xatirələr kitabından ki, ümid edirəm nəşr olunacaq bir qismi ki, Pişəvəriyə aiddir
nizin üçün göndərirəm. Mərhum Kərim  Kəşavərzin Pişəvəriylə xüsusi əlaqəsi var idi.
Pişəvəri haqqında onun söhbətləri əvvəlcə şadlıqla başlanırdı, vəli axırda qəmlə, kədərlə
qurtarırdı. Sözsüz o düşünürdü ki, Pişəvərinin fərdi şəxsiyyəti - Bəhmən Kəşavərzinin
təbiriylə  desək, bu  səbəbdən  ki,  Azərbaycan  demokrat  firqəsinin  fəaliyyəti  yaxşı
tanınmamışdır.
Bunu  da əlavə  edək  ki,  xatirələr  dördüncü  dəftərdən  sonra  əvvəli  mərhum
Kəşavərz  tərəfindən  lentə  alınır,  sonra  mənim  vasitəmlə,  onun  öz  iştirakı  ilə  dəftərə
qeyd  edilir.  Belə  ki,  buradakı  ibarələr  və  cümlələr  çünki şifahidir.  Bu  cümlələr  və
ibarələr  həmin  dəftərdəkindən  fərqlidir.  Mərhum  Kəşavərz  bir  dəfə  mənə  dedi  ki,
yazmaq mənim üçün danış-maqdan  rahətdir.
Nemət Laneyi.
S.C.Pişəvərini mən Gilan inqilabi dövründən tanıyırdım. O zamandan ki, o ədalət
yolunu  tutdu ədalətsizliyi,  zülmü  rədd  etdi,  dəfələrlə  daş  imarətin  eyvanından və  ya
giləklər  demişkən  daş  imarətdən  insanların  toplaşdıqları  yerdə  irad  etdi  : O,  oradakı


Yüklə

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   97




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə