SeçİLMİŞ ƏSƏRLƏRİ



Yüklə 4 Mb.
Pdf görüntüsü
səhifə27/104
tarix08.09.2018
ölçüsü4 Mb.
#67143
1   ...   23   24   25   26   27   28   29   30   ...   104

 
1938=27. Vay, bədbəxt, Bəhmən Salayev 27  yaş  yaşayıb. 27 yaşmda ölüb. 
Görəsən nədən ölüb? 
 
Əşi, əcəl göznən-qaş arasındadır. Bayaqkı fıkri bir də beyninə qa-yıtdı. 
Deməli, belə çıxır ki, adam əcəlin qurduğu tələlərdən bir-bir qa-çıb qurtarır 
ki,  bura,  bu  son  mənzilə  sağ-salamat  gəlib  çıxa  bilsin.  Yüz  cür  təsadüfı 
ölümdən qorunur ki, özünü axırda böyük ölümə yetirsin. 
 
Qədim bir əfsanəni xatırladı. Deyir, qoca bir səyyah gəlib qürbət ölkəyə 
çıxır.  Qəbiristanlığa  gedir.  Görür  qəbirlərin  üstündə  adamlarm  yaşları 
yazılıb. Hamısı da bir yaş, iki yaş, çoxu beş yaş. Özü kimi pi-ranə bir kişiyə 
rast gəlib soruşur ki, bəs bu nə olan işdir? Sizin cama-at hamısı yəni körpə 
yaşında tələf olub? Qoca deyir ki, xeyir a, məsə-lə başqadır, məsələ ondadır 
ki, biz burda həmin bu adamların xoşbəxt yaşadıqları vaxtı yazmışıq. Qalan 
günlərini, illərini ömürdən saymırıq. Onda səyyah da deyir ki, bəs mənim də 
ömrümün axırına az qalıb, bu gün sabah öləcəm, vəsiyyət eləyirəm ki, məni 
də elə burda basdırın, qəbrimin üstündə də yazın ki, bəs bu adam elə anadan 
ölü doğulub. Minanm qəbrinə çatdı. 
 
 
M inəvvər Mədət qızı 
1909-1965 
 
Söz  vermişdi  ki,  bu  səfər  özünü  tox  tutacaq,  kövrəlməyəcək.  Am-ma 
qəbri  görəndə  birdən  hardansa  Minamn  gecələr  yuxuda  damşması  yadına 
düşdü. Özü də belə hətərən-pətərən damşıb sayıqlamazdı. Sözləri elə aydm, 
mükəmməl tələffüz eləyirdi, elə bil ayıq vaxtı otu-rub səninlə söhbət edir. 
 
Özünü saxlaya bilmədi, qəhərləndi, ağladı. 
 
“Niyə  belə  vəfasız  çıxdın,  ay  arvad,  məni  bu  qoca  yaşımda  kimə 
tapşırıb getdin?” 
 
Cibindən  dəsmalmı  çıxartdı,  eynəyini  götürdü,  gözlərini  sildi.  Bir 
müddət  sakit  dayandı.  Sonra  çevrilib  getdi.  Şəhərə  piyada  düşdü.  Evə 
getməyi  gəlmirdi.  Gecəyə  hələ  çox  vardı.  Evdə  təkbaşına  gecəni  göz-
ləməkdan qorxurdu. 
 
Gecələr  işi  düzəlirdi.  Hər  gecə  yuxu  görürdü.  Yuxuları  da  elə  tünlük 
olurdu ki... o qədər adam olurdu yuxularında, gəl görəsən! Tay-tuşları, dost-
aşnaları, curları-kişilər, məktəb vaxtmm yoldaşları, uşaq-lıq, gənclik dostları 
gəlib əllərini onun çiyninə vurur, ay Səfdər, yenə 
bu çötkəni qoymusan qabağına, hesabla görək dünyanm axırı haçan-dır? - 
deyirdilər. Yuxusuna çoxlu arvad da gəlirdi, anası, bacıları, bi-bisi qızları. 
Düyməsini  tikər,  paltarlarını  yuyar,  ütüləyər,  xörəyini  asardılar.  Hər  gecə 
Minam görürdü, hər gecə də səhərə yaxm Mina başqa şəhərə köçür, ya da 
onu qoyub harasa gedirdi. Səfdər nə əlac eləyirdisə, saxlaya bilmirdi onu. 
Saat  yeddini  vuranda  gözlərini  açar,  durub  geyinərdi.  Görəsən  yuxuda 
ölənləri harda basdırırlar. 
 
Tez-tez yuxuda qızı Nərminəni görürdü. Nərminəni iki il idi əriy-lə bir 
yerdə  Afrikaya  göndərmişdilər.  Qvineyada  sovet  xəstəxanasın-da 
işləyirdilər. İkisi də həkim idi. Səfdər dayı xəritəyə baxmışdı. Qvi-neya lap 
dünyanın  o  başındaydı.  İldə  iki-üç  məktub  yazırdılar.  Səfdər  Minanın 
ölümünü hələ qızına yazmamışdı. Bu da bir çətin iş idi, gözünə dunnuşdu. 
Qərib yerdədir, ərindən başqa bir qohum, bir yaxın adamı yox... 
 
Səfdərin yuxusunda Nərminə içəri girib anasmı soruşurdu: 
 
  Bazara gedib, gələr. 
 
  Yox, ay kişi, sən mənə düzünü de, lap düzünü de, anam ııeco  olub, 
hardadır? 
Hər dofo Normino Səfdor dayının yuxusuna gələndə elə bu sualı 
verərdi: sən mono düzünü de, lap duzünü de! 
 
Yuxu  görmok  Sofdərə  lap  cavanlıqdan  qalmışdı.  Görürson  adaıu  olur 
ayda-ildə bir yuxu görmoz. Sofdər allahın ver günü yuxu görordi. Mina da 
hor  geco  yuxu  görordi.  Sohər  oyananda  yuxularım  bir-birino  dınışardılar. 
Elə  bil  horəsi  bir  uzaq  səfərdən  qayıtmışdı.  Qürbot  ölko-Iordo  ycdiklori, 
içdikləri özlərinin olmuş, gördüklərini, eşitdiklərini, bir-birino danışırdılar. 
 
Küçodoki qozet lövhəsinin qabağında ayaq saxladı. Qozetin dördüncü 
sohifəsino  elə  bil  yuxarıdan  aşağıyacan  rəqəm  sopələnmiş-di,  istiqraz 
cədvəli çap olunmuşdu. 
 
3... 5... 6... 9... - rəqomlər, roqəmlər, rəqəmlər. Uduşlar. Peşmançılıq. Səfdor 
dayı düşündü: bunlar nədir ki, adicə quru rəqəmlər, amma bax, məsolən, 3 
altıdan yox, 7-dən sonra gələndə kiminsə boxti gülür, kiminso hıçqırığı 
içində qalır. Bu rəqəmləri belə yox, belə düzsən kimsə umsuq olur, kimisə 
bir xal yandırır, amma başqa birisinin bir- 
 
don-birə kefini duruldur. 
 
Dönüb  saata  baxdı.  Yox.  Hələ  evə  getmək  tezdir.  Adi  günlər  işdən 
beşdo çıxırdı. Bu gün qısa gündür, deməli, gecə də iki saat gec gələcək. 


“Gəlsənə  vağzala  gedim,  -  deyə  düşündü,  -  vağzal  qiyamət  yerdir. 
Gələnlər,  gedənlər!  Heç  yerdə  o  qədər  deyib-gülən  görmək  olmaz. 
Aerodrom da elədir. Amma aerodrom uzaqdır” . 
 
Vağzalın təzə keçidindən perrona çıxdı. Birinci və ikinci perron bomboş 
idi.  Üçüncü  perronda  çoxlu  adam  vardı.  Bəziləri  əllərində  iri  gül  dəstələri 
tutmuşdular. 
 
İri lövhədə qatarlarm gəlib-getmə cədvəli asılmışdı, 11 30... 16. 45... 19. 
05. Rəqəmlər, rəqəmlər... 
 
Reproduktordan paslı bir səs eşidildi: 
 
- Moskvadan gələn 20 nömrəli qatar 3-cü yola qəbul olunur. 
Perrondakılar hərəkətə gəldilər. Parovozun səsi eşidildi. Bumu 
 
göründü. Vaqonlar bir-bir ötdü, 4, 5, 6, 7... 
 
Yük xidmətçiləri vaqonlara tərəf yüyürdülər. Yaxalarındakı nöm - rələr 
zınqırov kimi atılıb-düşür, bərq vurub parlayırdı: 15, 52, 38, 40... 
 
Səfdər  dayı  çevrilib  pillələrlə  aşağı  düşdü,  vağzahn  qarşısındakı 
meydana  çıxdı.  İzdihamlı,  səs-küylü  küçəylə  yavaş-yavaş  gedirdi.  Bankın 
tanış binasmm yanmdan keçərkon, işin qızğın vaxtında bura gəldiyi saatları 
xatırladı və düşündü ki, indi bank bağlıdır, işləmir, içindəki bütün rəqəmlər 
də  yatıb.  İstiqrazlardakı,  pullardakı,  növbənöv  mühasibat  kağızlarındakı 
rəqəmlər hamısı yatıb. Torpağa səpilmiş to-xumlar kimi səssiz, sakit uyuyur. 
Həftənin birinci günü oyanacaq, qal-xacaq, cücərəcəklər. 
 
Küçə  saatına  baxdı.  Saatın  əqrəbləri  sınıb  içinə  tökülmüşdü.  Elə  bil 
saatın içi vaxtın xarabalığı idi. 
 
Əqrəbsiz  saata  baxanda  adam  nədənsə  eymənirdi,  adamda  nə  isə 
anlaşılmaz, müdhiş və vahiməli bir hiss oyanırdı. Elə bil burunsuz bir sifət 
görürsən. 
 
Saatın yalnız rəqəmləri qalmışdı: 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10,11,12... 
 
Birdən  Səfdər  dayıya  elə  gəldi  ki,  küçədəki  adamlar  da  rəqəmlə-rə 
oxşayır. Bax o dar kəmor bağlamış kök arvad 8-ə oxşayır, o iri baş-lı kişi 9-
a,  hamilə  arvad  6-ya  oxşayır.  Uzun  dimdikli  papaq  qoymuş  oğlan  7-yə 
bənzəyir. O tərəfdən iki arıq, kəkilli oğlan gəlir - 11. Baş-qa bir arıq oğlan 
yumru-matan bir arvadla yanaşı addımlayır - 10. 
 
Səfdər dayı  öz-özünə güldü: “Yox, deyəsən bu gün mənim lap yə-qin 
başım xarab olub. Yaxşısı budur, nə qədər gec deyil, gedim evə” . 
Açarı çıxarıb qapısını açdı. İşığı yandırdı. Keçib pəncərənin pər-dəsini 
araladı. Çayniki suyla doldurub odun üstünə qoydu. 
 
Divardakı təqvimə yanaşdı, diqqətlə baxdı. 
 
5 iyun. 1965. Şənbə: Günün 
çıxması saat 3.15 dəqiqə, 
 
batması 21.07 dəqiqə. 
 
“Pah  atonnan!  -  dedi,  -  zalım  uşağı,  günü  də  cədvələ  salıblar.  Batıb-
çıxmasını  hesablayıblar.  Hər  şeyi,  hər  şeyi  inventara  salıblar,  günü,  ayı, 
göydə  neçə  ulduz  var,  hamısını.  O  gün  biri  danışırdı,  deyir,  siçan-ları, 
taxtabitiləri,  birələri  də  hesablayıblar.  Hansı  şəhərdə  neçə  siçan,  neçə 
taxtabiti,  neçə  birə  var.  Hamısmı  hesablayıb,  inventara  salıblar.  Pah 
atonnan, a kişilər...” 
 
Səfdər dayı diksindi. Çoxdan bəri otağında eşitmədiyi bir səs eşit-di - 
zəng səsi. 
 
Evində  telefonu  vardı,  amma  lazımsız  qutu  kimi  bir  qıraqda  atılıb 
qalmışdı. Yuxuya getmiş tənbəl, qara pişik kimi səssiz-səmirsiz, kiri-mişcə 
xumarlanırdı. İndi isə zəngi zəngə calayırdı. Kim ola? 
 
Dəstəyi götürdü. 
 
  Allo! 
 
  Aydını çağırın, pojalyusta! 
 
  Hara zəng eləyirsən, qızım? 
 
  Ağayevgilin evi deyil? 
 
  Xeyr, bala, Atayevin evidir. 
 
  Oh, bağışlayın. 
 
Asdı. Du, du, du, du, du... 
 
Səfdər  də  telefonun  çəngəlini  basdı.  Amma  dəstək  əlində  qaldı. 
Nədənsə  onda  qoribə  bir  həvəs  oyanmışdı.  Kimləsə  telefonla  danış-maq 
istəyirdi. Elə bil ancaq indi ağlına gəlmişdi ki, tclefonu var və bu telefonla 
danışmaq olar. Kimə zəng eləyim görəsən? 
 
Dəstəyi  yerinə  qoydu.  Tcicfonun  altındakı  masanın  pərçim  olmuş 
siyirtməsini açdı, oradan tozlu mixəyi bir dəftər çıxartdı. Dəftəri açdı. 
Elə birinci səhifədəcə Minanın xəttini görüb kövrəldi. 
 
 
hərfındə Minanın xəttiylə “Atayev Səfdər” sözləri və onların telefon 
nömrəsi  yazılmışdı.  4-15-20.  Mina  həmişə  zarafatla  üç  şahı  bir  abbası 
deyərdi. 
İkinci səhifəni açdı. 
 
 
hərfində  Babanın  telefonu  yazılmışdı.  Yazıq  Baba.  Davadan 
qayıtmadı. Elə bil lap Babayçün deyiblər ki: 
 
Sən ki bir od-yalovdun, 
 
neco yatdın yerdo son? 


Yüklə 4 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   104




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə