SeçİLMİŞ ƏSƏRLƏRİ



Yüklə 4 Mb.
Pdf görüntüsü
səhifə97/104
tarix08.09.2018
ölçüsü4 Mb.
#67143
1   ...   93   94   95   96   97   98   99   100   ...   104

 
altından  çıxıb  bir  dəstə  dilənçi  onu  dövrəyə  aldılar.  Imamqulunun  söz-ləri 
yalan deyilmiş. 
 
Qəribədir,  çoxusu  eyni  cütlük  şəklində  idilər  -  on-on  iki  yaşlı, 
cındırından  cin  ürkən  qızlar  və  qucaqlarında  dörd-beş  yaşlı,  güman  ki, 
qardaşları.  Hamısı  da  eyni  ədayla  balacanın  ağzını  göstərirdilər,  yəni  ki, 
acdır. 
 
Məlik yenə əlini cibinə atdı, iki beş dollarlıq, bir on dollarhq çıxart-dı, 
pulları havada qapdılar və ələ keçirə bilməyənlər bir-birini didməyə başladı. 
Daha xırda pulu yoxdu, amma indi azı üç-beş dəfə çoxalmış dilənçi dəstəsi 
onu heç cür aradan çıxmağa qoymurdu. Nəhayət milis fıti eşidildi və milis 
onlara tərəf gəldikdə hamısı elə bil kül kimi sovru-lub  yox oldular. Yalmz 
bir  ayağı  şikəst  olan  qızcığaz  axsaya-axsaya  ge-ri  qaldığından  milis  onu 
yaxaladı,  əlini  paltarının  yaxasından  içəri  salıb  on  dolları  çıxartdı,  cibinə 
qoydu və qıza bir təpik vurub qovdu. 
 
Məlik Komissarlıq binasının üstündə Maratm iri şəkli olan qapı-smdan 
içəri girdi. Qapıda da milislər dayanmışdı. Məlik: 
 
 Mənə  Beyrək  Məmmədli  lazımdır  -  dedi  -  Burada  işləyir.  Milis 
yandakı pəncərəni göstərdi: 
 
 Tuda. 
 
Üstündə Maratm boz kitelli şəkli olan pəncərənin ardında boz ki-telli, 
döşü dairəvi qırmızı nişanlı, qara eynəkli kişi oturmuşdu. 
 
Məlik: 
 
- Beyrək Məmmədlini görmək istəyirəm - dedi və əlavə etdi - atasıyam. 
 
Kişi: 
 
- Burda takoy adam yox - dedi. 
 
Məlik:  -  Ola  bilməz  -  dedi  -  Məmmədli  Beyrək.  Nəqliyyat  mü-
həndisidir. İnjener-elektrik. 
 
Kişi  telefonu  götürüb  harasa  zəng  elədi,  Məlik  eşitməsin  deyə  xı-sın-
xısın danışdı, sonra Məliyə anket uzatdı: - Zapolnyayte - dedi - Azərbaycan 
və rus dillərində. 
 
Məlik anketi doldurub kişiyə uzatdı. - 
Dokument! 
 
Məlik sənədlərini də verdi. Kişi uzun zaman sənədlərə və anket-dəki 
cavablara baxdı, onları tutuşdurdu, sonra anketi Məliyə qaytardı: 
 
 Nepravilna - dedi. 
 
 Nə düz deyil? 
 
 Data nepravilna 
Məlik anketin altmda qoyduğu tarixə bir də nəzər saldı: 22 mart. - 
Məgər bu gün mart ayının 22-si deyil? 
 
Kişi: 
 
- Net - dedi - Mart ayınm yox, Marat ayının. 
 
 Marat ayının? 
 
 Uje iki ildir bu ay belə adlanır, xəbər yoxdur? 
 
 Yox. 
 
Məlik anketi yenidən doldurdu və altmda 22 marat tarixini qoyub 
qaytardı. 
 
- İkinci etaj. 5-ci otaq. Yoldaş Telman Qaraxanovun yanma. Məlik 
pilləkənlərlə qalxmağa başladı. Pilləkən boyu Maratm 
 
müxtəlif şəkilləri vurulmuşdu: Marat at belində, Marat piano arxasmda. 
Beşinci otağa çatdı, qara meşin qapını açıb içəri girdi. 
 
Boz kitelli, döşü qırmızı nişanlı qız: 
 
 Kto vı, kim lazımdır? - dedi 
 
 Yoldaş Qaraxanov - Məlik sənədlərini və anketi qıza uzatdı. 
 
Qız  diqqətlə  yoxladıqdan  sonra:  -  Minutu  -  deyə  sənədləri,  anke-ti 
götürüb qarşıdakı meşin qapılardan içəri keçdi. 
 
Məlik  qəbul  otağına  nəzər  saldı.  Dörd  divarın  dördündə  də  Mara-tın 
eyni, boz kitelli şəkilləri asılmışdı. 
 
Divarlarda: 
 
B ü t ü n
 
d ü n y a p r o l e t a r l a r ı  b i r l ə ş i n ! 
 
Y a ş a s ı n  Ş a n l ı B a k ı K o m m u n a s ı n ı n
 
v a r i s i ş a n l ı  B a k ı K o m m u n a s ı ! 
 
B ü t ü n  d i i n y a d a   K o m m u n i z m i n   t a m   q ə l ə b ə s i   m ü t l ə q d i r ,   ç i i n k i 
l a b ü d d ü r .  M a r a t 
- sözlori yazılmışdı. 
Kiçik masada bir qalın kitab, bir də cib dəftərçəsi boyda qırmızı cildli 
kitabça və 
‘" 'B a k i n s k a y a İ s k r a
 ” qəzeti qoyulmşdu. 
 
YOLDAŞ MARATIN ŞƏRƏFLİ HƏYAT YOLU adlı kitabın üstündə 
Maratın şəkli vardı. Şəkli balaca qırmızı kitabın üstündə də gördü. Balaca 
kitabı götürdü. Maratm ayrı-ayn kəlamları yazılmışdı. Bir-ikisini oxudu: 
 
X a l q ı n a r z u s u - P a r t i y a n ı n a r z u s u d u r . B i 
z i m i ş i m i z h a q d ı r , ç ü n k i b i z h a q l ı y ı q . 
G ə l ə c ə k  a y r ı - a y r ı  m i l l ə t l ə r ə  d e y i l -
 
p r o l e t a r i a t a
 
m ə x s u s d u r . 
 
Məlik kitabçanı qapayıb Bakinskaya İskra qəzetini götürdü. Tarixinə 
baxdı:22 marat. Bugünküydü. Qəzet iki dildə —Azər- 
 
baycanca və ruscaydı. Başında yenə dünya proletarlarınm birləşməsi 


haqqında şüar və Maratın kommunizmin tam qələbəsi haqqında kəla-mı 
verilmişdi. 
 
Birinci səhifədə Maratın qara gözlüklü, kitelli şəkli dərc olunmuş və 
altında iki dildə bu sözlər yazılmışdı: 
 
B a ş K o m i s s a r M a r a t Q a r a g ö z o v b ə ş ə r i y y ə t i n m i n i l l ə r b o y ü h ə s - r ə t l ə y o 
l u n u g ö z l ə d i y i m ə t i n v ə m ü d r i k K o m m u n i s t d i r . 
 
Qız qapıdan çıxdı. - 
Keçin - dedi. 
Molik Qaraxanovun kabinetinə daxil oldu. Qaraxanov çox iri masa-nın 
arxasmda  oturmuşdu.  Məliyi  görəndə  ayağa  durdu.  Amma  qəribə-dir, 
oturduğu  vəziyyətdə  durduğu  vəziyyətdən  daha  uca  görünürdü.  Ma-sanın 
arxasmdan  qalxanda  sanki  balacalaşdı.  Ümumiyətlə  çox  qısaboy  idi. 
Əynində döşü qırmızı nişanlı boz kitel, gözlərində qara eynək vardı. 
 
Əlini uzatdı, əli çiy ət şəntiri kimi süst və soyuq idi. Qarşısına Mə-liyin 
sənədləri və anketini qoyduğuna baxmayaraq soruşdu: 
 
- Kto vı, bura otkuda, kak, nə üçün gəlmisiz? 
 
Məlik adını, soyadını, haradan və necə gəldiyini söylədi. 
Qaraxanov mənalı: 
 
- Aa... Turtsiya - dedi - ponyatno. 
 
Məlik gəlməyinin məqsədini söylədi: Bakı Kommunası haqqında 
Türkiyə mətbuatında obyektiv yazüar yazmaq istəyirəm. 
Telman Qaraxanov: 
 
 Mən  burjua  pressasının  obyektivliyinə  inanmıram  -  dedi  -  am-ma 
mənim ponimaniyamda sizin zadaçamz oğlunuzu görməkdir. 
 Bəli, bunu gizlətmirəm. Eşitdiyimə görə oğlum burada işləyir. Beyrək 
Məmmədli. 
 
Qaraxanov ağızucu gülümsündü: 
 
  Yəqin  siz  Boris  Mamedovu  imeyete  v  vidu  -  dedi  -  Bəli  svede-
niyamız var ki, o na samom dele sizin oğlunuzdur. 
  Necə Boris, axı onun adı Beyrəkdi... e... Beyrək idi. 
 
 Çoxdan dəyişib. Kstati Beyrək nə deməkdir? 
 
 Beyrək  Dədə  Qorqud  dastanmın  qəhrəmanlarmdandır. 
Qaraxanov fıkrə getdi: 
 
 Dədə  Qorqud,  Dədə  Qorqud  -  deyə  bir  neçə  dəfə  təkrar  etdi  -  a 
vspomnil, eto zapreşennaya antinarrodnaya panturkistskaya skazka. 
Mübahisə etməyin mənası yoxdu - nə yer o yerdi, nə zaman o za- 
 
mandı. Məlik sadəcə: - Oğlumu görə bilərəm? - deyə soruşdu. - 
Koneçno - Qaraxanov telefonun dəstəyini qaldırdı. 
 
- Borya - dedi - zaydi ko mne, tut tvoy otes prişol - qulaq asıb güldü: - 
da net, ne s toqo sveta, iz Turtsiyi - sonra əlavə etdi - vpro-çem eto odno i 
to je... 
 
-  Məlik  otağa  göz  gəzdirdi.  Sənayenin,  təhsilin,  maarıfın  inkişafı 
haqqında  diaqramalar,  cədvəllər,  yenə  artıq  tanış  olduğu  şüarlar  və  hər 
divarda boz kitelli, qara eynəkli adamın eyni şəkli. Amma bir divarda başqa 
şəkillər də vardı: Üçü məlum - Engels, Lenin, Stalin... Dördün-cünü - keçi 
saqqal  kişini  tanımadı.  Deyəsən  elə  Nizami  muzeyinin  fa-sadmdakı 
heykəllərdən biri də onun idi. 
 
Qaraxanovdan: 
 
- Bu kimdir? - deyə soruşdu. 
 
Qaraxanov təntənəli bir səslə: Yoldaş Stepan Şaumyan  - dedi - Birinci 
şanlı Bakı Kommunasmın rəhbəri. Biz ikinci şanlı Bakı kom-munası o şanlı 
Kommunanın prodoljateliyik. 
 
Məlik:  -  Axı  bu  erməni  Şaumyan  -  deyə  sözə  başlamaq  istəyirdi  ki, 
Qaraxanaov kəskin bir tərzdə onun sözünü kəsib: - Yoldaş Şaumyan erməni 
deyil, kommunistdir - dedi. 
Məlik  özünü  nə  qədər  təhlükəyə  atdığım  aydm  dərk  etsə  də  dözə 
bilmədi: 
 
-  Bilirsiz  bu  kommunist-daşnak  18-ci  ildə  elə  bu  mart...  bağış-layın... 
marat ayında nə qədər azərbaycanlı qırıb? 
Qaraxanov  daha  da  qəzəbli  görkəm  alaraq:  -  O  Azərbaycanlıları  yox, 
müsavatçdarı  nakazat  eləyib  —dedi  —Azərbaycan,  rus  və  erməni 
proletariatının qəddar düşməni müsavatçıları... 
 
Ağzı köpüklənirdi, sonra bir stəkan su içib bir qədər sakitləşdi: - Əlbəttə 
- dedi - siz Türkiyəlisiniz, soznaniyamz burjua propoqanda-sıyla zəhərlənib. 
Elə  bizim  öz  millətçilərimiz  də  vaxtilə  Şaumyan  yol-daşa,  Bakı 
kommunasına  çox  böhtanlar  atıb.  Pozor.  İndi  biz  istoriçeski  pravdanı 
vosstanovit elədik. Biz, baş komissar Marat yoldaşın rəhbər-lik etdiyi Bakı 
bolşevikləri.  Bəli,  biz  qordimsya  ki,  Qafqazda  Proleta-riat  diktaturasanın 
znamyasım yenə də Bakı proletariatı qaldırdı. 
 
Bakı həmişə inqilabın kolıbeli... e... e... 
 
Məlik qeyri-ixtiyarı: - Beşiyi - dedi 
 
 Vemo,  beşiyi  olub.  İndi  Rusiyada  da  kommunistlər  vlasta  gələn-dən 
sonra, bütün mir bildi ki, bu düz yola birinci biz... başladıq. 
 Rusiyada kommunistlər demokratik seçkilərlə hakimiyyətə gəl- 
 
di, amma gələn kimi Dumanı qovdular. 


Yüklə 4 Mb.

Dostları ilə paylaş:
1   ...   93   94   95   96   97   98   99   100   ...   104




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə