SeçİLMİŞ ƏSƏRLƏRİ



Yüklə 4 Mb.
Pdf görüntüsü
səhifə100/104
tarix08.09.2018
ölçüsü4 Mb.
#67143
1   ...   96   97   98   99   100   101   102   103   104

- Oğlum,  - dedi - heç olmasa sən burdan canmı qurtarıb çıxaydın.  - Bu 
qeyri-mümkündür - Beyrək özü də bilmədən eynən Aypərinin sözlərini təkrar 
etdi. - Burdan quş quşluğuyla uçub qurtara bilməz. Kommunanm divarlarını 
görmədin?  Keçən  il  birisi  bu  divarı  dırmaşıb  aşmaq  istədi,  elə  yerindəcə 
gülləylə  vurub  torpağa  sərdilər.  Heç  kəs  heç  adını  da  bilmədi.  Bura  şəhər 
deyil  -  divarlarla  dövrələnmiş  kons-lagerdir.  Burdan  bircə  çıxış  yolu  var  - 
qəbrstanlığa,  o  dünyaya  -  gülümsündü  -  Belə  -  belə  işlər,  ata...  -  İlk  dəfə 
Məliyə belə dedi. 
 
Sonra  sanki  qeyri-ixtiyari,  mexaniki  bir  hərəkətlə  Məliyin  dilinə  də 
vurmadığı  qədəhini  götürüb  başma  çəkdi  -  nə  qədər  gec  deyil,  bur-dan 
uzaqlaşıb get  - dedi. - Xoşbəxtsən ki, hələ bu imkanın var. Ayrı xoşbəxtlik 
axtarma.  Biz  də  burda  bir  təhər  başımızı  girləyək,  görək  əcəl  haçan  insaf 
eləyib dadımıza çatdı. 
 
  Beyrək, sənin belə danışmağın, mənimçün ölümdən betərdir. 
 
  Eh, havayj sözlər danışmağa nə var ki? 
 
  Havayı sözlər deyil bu. Nə isə etməliyik. Nə isə etmək lazımdır. Yəni 
bütün  bunları  dəyişmək  istəyən  adamlar  qalmayıb  burda?  Hamı  burda  elə 
sənin kimi bədbinləşib, hər şeydən əlini üzüb? 
 
  Yox, niyə ki, ümidini üzməyənlər də vardı. 
 
  Vardı? Bəs indi hardadırlar? 
 
  Xəzərin dibində. Bəxti gətirənlər - Nargin adasında. 
 
  Nargin adasmda? 
 
  Bəli,  o  adanı  Bakı  Kommunasınm  ərazisinə  daxil  etdilər,  indi  or-da 
möhtəşəm  bir  konslager  qurublar.  Mənim  bu  sənətim  olmasaydı,  mənə 
möhtac  olmasaydılar,  mənim  də  ən  yaxşı  halda  yerim  ordaydı.  Niyə  də 
olmasm? Atam Türkiyədə, anam və bacım düşmən qonşula-rın ərazisində... 
Amma  elə  böyük  fərq  də  yoxdur,  orda  konslager  də-nizlə  əhatə  olunub, 
burda divarlarla. 
 
Məlik əlləriylə üzünü qapadı. 
 
Beyrək: - Kefıni pozma ata, - dedi - böyük musibətlərin yanmda bizim 
ailənin taleyi nədir ki... Mən özüm də hər şeyə qane olmuşam. Dolanışığım 
var.  Camaat  baxmasın  deyə  pozduğum  xarici televiziya-lara  özüm  gizlində 
baxıram. Bəzi kitabları qoruyub saxlaya bilmişəm 
 
  Cəlil Məmmədquluzadəni, Sabiri. Hərdən oxuyuram. Dostoyevski-ni daha 
çox oxuyuram. “Şeytanlar”ı. Zalım oğlu elə bil hər şeyi qabaq-cadan görüb. 
Əlbəttə mənim Marat kimi, hətta Qaraxanov kimi pu-lum-sərvətim yoxdur, 
amma hər halda... 
 
  Yəni onlar dövlətlidir? Bəs kommnistlər bərabərlikdən dəm vu-rurlar, 
proletar rəhbərləridir... 
 
  Proletar, kommunist - xeylı güldü, - bu artıq bir az sərxoş gülüş 
 
idi  -  bu  sözlərə  inanan  var?  -  dedi  -  Qaraxanovun  Fransada,  Maratın 
dünyanın  beş  qitəsində  villaları  var,  deyirlər  ki,  Amerika  milyarderlə-ri, 
ərəb şeyxləri qələt eləyər onun yanında. 
 
Birdən Məliyin yadına düşdü: 
 
  Pianino çalır Marat? - dedi. 
 
  Pianino? - Beyrək təəccüblə gözlərini ovuşdurdu, arağm təsiri 
 
hiss olunurudu. - Bu hardan çıxdı? 
 
  Pilləkənin yanında şəklini gördüm, piano arxasında. 
 
  Hə... - Beyrək qəhqəhə çəkdi - şəkildir də çəkdirib, heç çijik-pijik də 
çala bilmir. O biri şəkli də gördün, at belində? 
  Gördüın. 
 
  Ömründə nəinki ata, heç eşşəyə də minməyib. Heykəlini də 
 
gördün də Maratm? 
 
 B ə li. 
 
 Gördün necə ucadır? Boy-buxun da ki, maşallah. Əslində Marat 
 
Qaraxanovdan da potaboydur. Qaraxanovun çiynindəndir. 
 
Beyrək  bir  qədəh  də  süzüb  içdi.  -  Əşi  bu  Marat  dəsgahdır  -  dedi  - 
deməklə  qurtaran  deyil.  Bir  arvad  uşaq  doğub  dörd  kilo  yarım.  Televi-
ziyada  deyirlər  ki,  Maratın  şərəfmə  belə  böyük  uşaq  doğulub.  Üç  gündən 
sonra Maratın ad günüdür. Bir ay qabaq səbəbsiz-flansız xüsusi olaraq on-
on beş adamı tutub basıb ki, öz ad günü şərəfınə am-nistiya verib beş-altısın 
buraxsın. Bu adam özü özündən doymur ki, doymur. 
 
Telefon oldu, Beyrək dəstəyi qaldırdı: 
 
-  Da,  yaxşı  indi  gəlirəm  -  sonra  Məliyə  -  bağışla,  Qaraxanov  çağırır  - 
dedi  -  gedək,  sənin  də  buraxılış  vərəqinə  qol  çəksin.  Yoxsa  burdan  çıxa 
bilməzsən. 
Qaraxanovun otağına girdilər. Qaraxanov ayağa durdu və yenə də 
balacalaşdı. Qoribədir: Stolunun üstündə balaca boşqabda səməni vardı. 
Beyrəyə:  -  Vot  -  dedi  -  lyubuysya.  Yoldaş  Marat  çağırmışdı,  oka-
zıvaetsya bu gün kakoy-to bayram. Novruz çto li? Tak vot, PP xəbor vc-rib 
ki,  bazarda  kimsə  bu  zeleni  satırmış,  səməni,  çto  li,  -  səməninin  bir 
qırağından qoparıb ağzına qoydu, bir az çeynədi, sonra tüpürdü - fu, ka-kaya 
qadost. Bunu da insan yeyər? Stəkandan su içib ağzını yaxaladı. 


Məlik  maddım-maddım  oğluna  baxdı,  Beyrəyin  heç  tükü  də  tər-
pənmədi. Qaraxanov sözünə davam etdi: - Marat yoldaş dedi ki, xarici radio 
ilin təxvil, təxvil çto li, olmasının saatını deyib, bunu da eşidən olub. Kuda 
smotrit  Boris  dedi  yoldaş  Marat,  nemedlenno  primite  merı.  Pozor.  Özü  də 
haçan?  Dünya  proletariatımn  böyük  prazdniki  -  Marat  yoldaşın  den 
rocdeniyasına üç gün qalmış. Razberites s etim. 
 
 Sonra  Məliyə  baxıb  -  gedirsiz  -  dedi  -  verin  kağıza  qol  çəkim,  -  qol 
çəkdi,  -  sonra  yenə  Beyrəyə  müraciətlə:  -  Nu  kak,  prosvetil  eqo  nasçet 
tovarişa Şaumyana? 
 
Beyrək: - Razumeetsya - dedi - söz verdi ki, Şaumyan yoldaşın əsərlərini 
türkcəyə tərcümə edib orda çap elətdirəcək. 
 
Qaraxanov məmnun-məmnun gülümsədi. 
 
 Eto xoroşo - dedi - nə olsun Türkiyə düşmən qosudarstvodur, biz orada 
da  proletariatı  oyatmalıyıq  ki,  bütün  dünyada  kommunizmin  qələbəsinə 
qotovı olsunlar. - Məliyə müraciətlə: - papaşa - dedi - siz də unutmaym - ən 
böyük düşmənimiz imperializm və pantürkizmdir. 
 
Məlik: 
 
 Bəs sionizm? - dedi. 
 
 Əbəttə i sionizm. 
 
 Bəs  panislamizm,  buddizm,  katolisizm,  protestantizm,  parla  - 
mentarizm... 
 
 Əlbəttə, əlbəttə - Qaraxanov başıyla təsdiq edirdi. Məliyin də elə bil gic 
damarı tutmuşdu, vaxtilə Sovet cəmiyyətinin tarixinə dair oxuduğu kitabları 
xatırlayıb: 
 
 Bəs sürrealizm, impressionizm, modemizm... - deyirdi. Qaraxanovun 
sifətində gərgin bir ifadə vardi, bu sözləri bəlkə də 
ilk dəfə eşidirdi, nə demək olduğunu bilmirdi və bilmirdi ki, bütün bunlar 
doğrudanmı proletariatın düşmənləridir? 
 
Məlik davam edirdi: - freydizm, feminizm, fılatelizm, fetişizm... 
 
Qaraxanov  axır  ki,  arxaym  nəfəs  aldı,  fetişizmi  faşizm  başa  düşüb:  - 
koneçno - dedi - faşizm də neprimiri düşmənimizdir. - Beyrəyə müraciətlə - 
Vicu əməlli-başlı işləmisən papaşayla. Nu xoroşo. Sağ olun. 
 
Beyrək Məliyi qapıyacan ötürdü. 
 
- Bu Qaragözov küçəsiylə get, Marat meydanından sonra Baş ko-missar 
küçəsinə burul. Üçüncü zonanın sərhəd keçidi ordadır. 
Məlik: - Oğlum - dedi - çox içmə. 
Beyrək yorğun-yorğun: 
- Yaxşı - dedi. 
 
Məlik  bilmirdi  daha  nə  desin.  Beyrək  saatına  baxdı,  bunu  vaxtı  ol-
madığma işarə kimi də başa düşmək olardı. Ayrılmalıydılar. 
 
Məlik:  -  Bir  dəqiqə  eynəklərini  çıxar  -  dedi  -  gözlərini  görmək  is-
təyirəm, bəlkə daha heç vaxt görə bilmədim. 
 
Beyrək:  -  Boje,  kakiye  santimentı  -  dedi,  amma  bir  anlığa  eynəyi-ni 
çıxartdı. Gözləri bom-boş idi, heç bir ifadə yoxdu onlarda. Əlini uzatdr. 
 
-  Əlvida  -  dedi,  sonra  birdən  soruşdu:  -  Türkiyədə  insanlar  necə 
yaşayır? 
 
Məlik: - İnsan kimi - dedi. 
 
III 
 
Divarın dar qapısından keçən kimi Məlik telefonu soroşdu. 
 
-  Orda  avtomat  var,  jeton  alm  -  dedilər.  Jeton  aldı,  avtomat  -  telefon 
köşkünə girdı və Burlanın nömrəsini yığdı. Bir azdan dəstəkdən səs gəldi: 
Hello!  -  Burlanın  səsi  idi,  amma  nədirsə  başqa  cür  səsləndi,  Bir  an  sonra 
Məlik  başa  düşdü:  avtocavabçıdır,  özü  də  cavab  ingiliscə  səs-lənir.  Məlik 
bir  az  bilirdi  ingiliscə:  -  Mən  evdə  yoxam  -  sözlərini  eşitdi.  -  Siqnaldan 
sonra mesajınızı verin. 
 
Siqnal gəldi. 
 
- Salam, Burla Xatun - ancaq uşaqlıqda onu belə, tam adıyla çağı-rardı. 
- Mənəm, Məlik, atan... burdayam, səni görmək istəyirəm. Bir azdan yenə 
zəng edorəm... 
 
Telefonu asmaq istəyirdi ki, dəstəkdən səs gəldi: 
 
  Ata - bu Burlanın səsi idi, özü də lentə yazılmış ınexaniki səsi yox, 
canlı sosiydi və bu səs titrəyirdi. 
Qızım, Burla... 
 
  Ata, sən sağsanmış. Hardan gəlib çıxdm bura? 
 
  Uzun söhbətdir. Görüşəndə danışaram. Səni görə bilərom? 
 
  Əlbəttə, hardasan? 
 
 Sərhəd keçidinin yanında. Kommunadan gəlirəm. 
 
 Ordan iki keçid var. Hansının yanmdasan. Hansı küçədə? 
 
Molik avtomat köşəsindən küçənin latın hərfləriylə yazılmış adını 
oxudu: 
 
- Burda 42-ci paralel avenyu yazılıb. Avtomat köşkündon danı-şıram. 


Yüklə 4 Mb.

Dostları ilə paylaş:
1   ...   96   97   98   99   100   101   102   103   104




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə