SeçİLMİŞ ƏSƏRLƏRİ



Yüklə 4 Mb.
Pdf görüntüsü
səhifə102/104
tarix08.09.2018
ölçüsü4 Mb.
#67143
1   ...   96   97   98   99   100   101   102   103   104

 
 Bəli,  qabaqca  zonalar  arasında  tikanlı  məftillər  çəkildi,  sonra  da  bu 
eybəcər divarları tikdilər. 
 
 Babanın, nənənin, yəni mənim atamm, anamm qəbirləri də de- 
 
yəsən bu zonaya düşüb. 
 
 Hə? Hardadırlar ki? 
 
 Bıy, yadmdan çıxıb, neçə dəfə sən də getmişdin axı qəbir üstə, şəhərin 
yuxarı tərəfmdədir... 
 
 Hə, hə bildim. İndi orda Luna-parkdır. 
 
 Nə, Luna-park? 
 
 Hə,  Luna-park.  Qəbirlər  onsuz  da  dağılıb,  itib-batıb  getmişdi.  Orda 
Luna  park  qurublar.  Elə  o  biri  qəbirstanhqların  yerində  də  reqbi,  beysbol, 
qolf meydançaları düzəldiblər. 
 Bəs ölüləri harda basdırırlar? 
 
 Basdırmırlar,  krematorilərdə  yandınrlar.  Yaxşı,  bəsdir,  ölülərdən 
danışdıq - durub atasının boynunu qucaqladı, başım sığalladı  - axı biz səni 
də  ölmüş  bilirdik,  sağsan,  gəlib  çıxmısan.  Elə  bil  ömrümə  gün  doğdu  - 
gülümsündü - əsil gün, daha - tavanı göstərdi - belə günəş 
 
yox -  çayı içib qurtardığını gördü - Çay istəyirsən? 
- Bir stəkan da içərdim... 
Burla əlini daxili telefonun dəstəyinə uzatdı  - bu saat Leraya de-yim - 
sonra nədənsə dəstəyi götürmədi - Özüm gətirəcəm - dedi - is-təyirəm sənə 
özüm qulluq eləyim. 
 
Otaqdan  çıxdı.  Məliyin  gözü masanın  üstündəki  ala-bəzək “Moni-tor” 
jumalına sataşdı. Jumalı əlinə aldı, açdı. Burlanın bir neçə yarı-çılpaq rəngli 
şəkilləri dərc olunmuşdu. Daha burda heç bir söz ola bil-məzdi - tanışı-fılam 
deyildi, özüydü ki, var. 
 
Bu  vaxt  Burla içəri girdi  və  atasının  jumala  baxdığını gördü.  Məliyin 
qaş-qabağı yer süpürürdü. 
 
Burla dərhal hər şeyi başa düşdü: - Allah bu jümalist tayfasının bəlasını 
versin - dedi - yalan yazmaqdan başqa işləri-peşələri yoxdur. Yazırlar guya 
mənim səkkiz pişiyim, dörd itim var. Halbuki mənim cəmisi üç pişiyim və 
bircə itim var. 
 
 Nə pişik, nə it, canım? Bu nə şəkillərdir belə, lüt-ətcəbala, ayıb deyil? 
 
 Bilirdim  ki,  xoşuna  gəlməyəcək,  axı  sən  köhnə  müsəlman  kişi-sisən. 
Amma  köbək  rəqslərinə  də  ən  çox  baxan  elə  müsəlman  kişilə-ridi.  Bəli, 
mən rəqqasəyəm. Bilmirdin? 
 
 Rəqqasəsən öz işindir, amma bu lüt şəkillər nədir? 
- Səncə rəqqasə şubada rəqs eləməlidir. Qəribə insanlarsız e... 
 
Plyaja getmirsiniz, bikinili qızları görmürsünüz plyajda? Deməli canlı 
çılpaq  gəzmək  olar,  amma  şəkil  çəkdirmək  olmaz?  Gözəl  qadm  bədəni 
insanlara zövq  verirsə, onu niyə gizlətməlisən? Heç muzeydə olmamısan? 
Çılpaq Veneraları, Maxanı, Olimpiyanı görməmisən? 
 
  Bilməzdim  ki, mənim qızım  Venera  olacaq.  Kaş  öləydim,  bu  günü 
görməyəydim. 
 
  Boşla sən Allah. O cür müsibətlərdən sonra bu da faciəymiş... 
 
Elə bilirsiz, qadın çılpaq rəqs edirsə, deməli fahişədir. Amma bil, mən 
 
  otağı göstərdi, - nə qazanmışamsa səhnədə qazanmışam, yataqlarda yox, 
sənətimlə qazanmışam. Mən buranın ən məşhur şou-ulduzuyam. 
 
- Ayrı 
s ə n ə t s e ç ə
  bilmirdin? 
 
-  Ayrı sənət?  Hansı sənət? Müəllimlik edib acından öləydim? 
 
Mənim nə ərim var ki, məni dolandırsın, nə varlı aşnam, hər şeyi əli-min 
zəhmətiylə  qazanmışam.  Yaxşı,  göbəyimin  zəhmətiylə  olsun.  Mən  göbək 
rəqsi edirəm. Özü də hamıdan yaxşı edirəm. 
 
  Adın da ki, deyəsən dəyişib, Bura olub. 
 
  Menecerim dedi ki, bu ad daha cəlbedicidir. 
 
Burla-Bura  yerindən  durub  Məliyə  yanaşdı,  yenə  onun  boynunu 
qucaqladı: - Ata, atacan - dedi - məndən incimə. Sənə yaxşı xəbər verəcəm. 
Ürəyindən olacaq. Sənətimi dəyişirəm. 
 
  Dəyişirsən? İndi nə olacaqsan? Striptiz ulduzu. 
 
  Xeyr, mer olacam. 
 
Nə? 
 
 Bəli,  mer,  Baku-sitinin  meri.  Türkiyədə  deyəsən  Bolədiyyə  Başqanı 
deyirlər. 
 
 Sən? Mer? Bələdiyyə başqanı? Səndən mer olar? 
 
Burla elə bil incidi, dodaqlarmı büzdü. 
 
-  Niyə  olmur?  -  dedi  -  savadım, ağlım  kimdən  oskikdir? O  boş-boğaz 
siyasi avaralardan? Üç aydan sonra seçkilər olacaq. Demokratik cəmiyyətdə 
yaşamırıq?  On  adam  namizədliyini  verib,  mən  onların  ha-mısından 
populyaram.  Bizdə  pop  sənətçiləri  ən  məşhur,  ən  nüfuzlu  adamlardır. 
Konsertlərimə  bilet  tapmaq  mümkün  olmur.  Radio-televi-ziya  səhərdən 
axşama  məndən  danışır.  Jumal-qəzetlər məndən  yazır.  Camaat  məni  sevir. 
Yüz faiz əmin ol, mənə səs verocəklər. 
 
 Yaxşı, tutalım lap belədir, amma nəyinə lazımdır sonin mer olmaq? 
 
 İyirmi beş yaşım var. Tutalım lap iki-üç il də rəqs etdim. Sonra? Necə 
dolanacam? Mən bu həyat tərzinə alışmışam, necə təmin edo- 


cəm bu sayaq dolamşığı? Ərə getmək fıkrim yoxdur. Heç kəsin də he-sabına 
dolanmaq istəmirəm. Çox fıkirləşib axır qərara gəldim ki, ən 
 
düzgün iş mer olmaqdır 
gülüb alnını göstərdi - məni bir əlli tutma, 
sənin qızının ağlı başındadır. 
Çöl qapısmın zəngi çalındı. Bir azdan otağa uca boylu oğlan daxil oldu. 
-  Qud dey, darlinq - 
dedi. Burlayla bir-birinə sanldılar, marça 
març öpüşdülər. 
 
Oğlanın  əynindəkı  qara  atlasdan  dar  şalvar  daha  çox  alt  tumanma 
oxşayırdı.  Əynində krujevalı  ağ ipək  köynək  vardı. Çiyinlərindən  aşağı,  az 
qala  belinə  qədər  uzanan  saçlarma  arxadan  qırmızı  bant  bağ-lamışdı.  Bir 
qulağına sırğa taxmışdı. 
Burla: - Tanış ol, Can - dedi - atamdır. 
 
-  Sənin atan varmış? -  Can işvəli bir səslə dilləndi, sonra əzilib 
 
büzülə-büzülə  Məlik  oturan  yerə  yanaşdı, əyilib  onun əlindən  öpdü.  Məlik 
onu  yaxından  görəndə  sezdi  ki,  sifəti  pudralı,  gözləri  sürm  əli-dir.  Oğlan 
dikəlib ədayla dedi: - Cəh-cəh Can. 
 
Məlik başa düşmədi ki, nə deyir. 
 
Burla: Cəh-cəh Can bizim ən məşhur pop-ulduzdur - sonra əlavə etdi - 
əlbəttə məndən sonra. 
- O, darlinq, əlbəttə səndən sonra. 
 
Cəh-cəh Can aralanandan sonra Məlik baxdı ki, əlinin öpülmüş yerində 
qırmızı pomada yeri qalıb. 
 
Məlik soruşdu: - Siz də göbək atırsmız? 
 
Oğlan əlini dəsmal kimi yellədə-yellədə ağzma tutdu, bir xeyli güldü. 
 
Burla: Can brik-brakın Allahıdır - dedi - həm sözlərini özü ya-zır, həm 
musiqisini,  həm  də  özü  oxuyur.  Axşam  birgə  konsertimiz  var,  gəlib  özün 
görərsən. 
 
Cəh-cəh Can: 
 
 Darlinq, onli fayf minits - kənara çəkilib Burlayla nə isə pıçıl-daşdılar, 
sonra  yenə  bir-birinə  sarıldılar.  Məlik  üzünü  yana  çevirdi.  Cəh-cəh  Can 
Burlaya: 
 
 Bay, bay, bebi  - deyib qapıya tərəf getdi, Məliyə də əl elədi: bay,  bay 
atacan. 
 
Məlik qorxdu ki, yenə yanaşar, pomadalı dodaqlarıyla əlindən, ya Allah 
göstərməsin, üzündən öpər. Amma yaxşı ki, yalmz uzaqdan öpüş göndərib 
əndamım burcuda-burcuda otaqdan çıxdı. 
 
Məlik: - Aşnandır? - dedi, Burla özü davramşıyla onu belə açıq-saçıq 
damşmağa vadar edirdi. 
 
  Nə? Can? Cəh-cəh Can? - gülməyə başladı. 
 
  Nə bilim Cəh-cəhdi, Bəh-bəhdi, nədi? Bir-birinizə elə sarılmış-dmız 
ki? 
 
Burla hələ də gülürdü: 
 
  Candan aşna olar? ha... ha... O xalis geydir... 
 
  Nədir? 
 
  Gey... eşitməmisən? Belə... Mavi.. Necə başa salım, belə qadın-larla 
maraqlanmır... e... kişiləri xoşlayır. 
 
Məlik: - Başa düşdüm - dedi. 
 
  Mənim sənət yoldaşımdır. Dostumdur. 
 
  Əcəb dostların var. 
 
  Əla oğlandır... e... adamdır. Əsil dostdur, mənim seçki kampa- 
 
niyam üçün brik-brak yazıb. 
Brik-brak nədi? 
  Bıy, bilmirsən? İndi dünyada ən populyar ritmdir ki... Bizdo bu ritmi 
Cəh-cəh  Can  yaratmağa  başladı.  Brik-brak  şahzadəsi  qoyublar  admı. 
Gənclər dəlisidirlər onun... 
  Bəs o nə əcəb mer olmaq istəmir? 
 
Burla çiyinlərini çəkdi: - Nə bilim, bəlkə də ürəyindən keçir, am-ma hər 
halda söz verib ki, bu seçkilərdə məni dəstəkləyəcək. 
 
Birdən Burlanın ağlına nə isə gəldi: 
 
 Ata,  bəlkə  elə  sən  də  qalıb  mənim  kampaniyamda  iştirak  edo-sən? 
Bilirsən nə effekti olar, rəqqasə və onun mötəbər atası. 
 
 Bir o çatmırdı... 
 
Burla dodaqlanm büzdü: 
 
 Yəni məni heç layiq bilmirsən o vəzifəyə. Məlik 
susdu. 
 Sonra da qalarsan burda, mənim müşavirim olarsan. Bilirəm axı, 
 
mütləq seçilocəm. Məlik 
yenə dinmədi. 
 
Burla: - Bağışla ata, məşqə getməliyəm - dedi - Lera səni yediz-dirəcək. 
Bir saatdan sonra aşağı düş, Fil səni konsertə gətirəcok. Özün görərsən ki, 
dohşətli  bir  şey  yoxdur.  Konsertdən  sonra  kokteyl  olacaq,  sonra  da 
səhərəcən səninlə söhbət edərik. 
 
Otaqdan  çıxdı.  Məlik  quruyub  qalmışdı.  Nə  edəcəyini,  necə  dav-
ranacağını bilmirdi. Burla otağa qayıtdı, çox bahalı xəz şubadaydı. 


Yüklə 4 Mb.

Dostları ilə paylaş:
1   ...   96   97   98   99   100   101   102   103   104




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə