SeçİLMİŞ ƏSƏRLƏRİ



Yüklə 4 Mb.
Pdf görüntüsü
səhifə101/104
tarix08.09.2018
ölçüsü4 Mb.
#67143
1   ...   96   97   98   99   100   101   102   103   104

 
 Ordan  heç  yerə  tərpənmə.  Maşımmı  göndərirəm.  On  dəqiqədən  sonra 
orda olacaq. Qara “Mersedes”dir. Şoferin adı Fildir. 
 Oldu. 
 
Doğrudan  da  düz  on  dəqiqədən  sonra  qara  “Mersedes”  köşkün  düz 
qabağında dayandı. Tünd göy kostyumlu, ağ köynəkli, yaxasında qara bant 
olan sürücü cəld maşmdan düşdü. Ağ əlcəyini çıxarıb Məliyə əl verdi, sonra 
nəzakətlə maşmın dal qapısmı açıb  - pliz - dedi. Maşının içi sərin və ətirli 
idi.  Radiosundan  ingilis  dilində  xəbərlər  səslənirdi.  Geniş  prospektlə 
irəliləyirdilər.  Hər  iki  tərəfdə  çox  şıq  mağaza  vitrin-ləri,  çoxlu  reklamlar 
vardı. 
 
Maşın  işıqforun  qırmızı  işığı  qarşısında  dayandı.  Dərhal  yeddi-səkkiz 
yaşında uşaq yüyürüb “Mersedes” in qabaq şüşələrini silməyə başladı. Başqa 
uşaqlar ba o biri maşınların şüşələrini silirdilər. Şofer  şüşəni açıb uşağa bir 
neçə  pens  verdi.  Uşaq  cəld  yeni  gəlib  dayanmış  başqa  maşına  tərəf  qaçdı. 
İşıqforun işığı dəyişdi, maşınlar hərəkətə keçdi. “Mersedes” şəhərin  yuxarı 
hissəsində  fıqurlu  çəpərlə  dövrələn-miş  abad  həyətə  daxil  oldu.  Sarı 
kombinzonlu  bağban  qazonları  sula-yırdı.  Məliyə  elə  gəldi  ki,  buralar  ona 
hardansa tanışdır, amma tanınıl-maz dərəcədə dəyişmişdir. 
 
Şofer maşmı həyətin içindəki üçmərtəbəli evin qarşısında saxladı, cəld 
düşüb dal qapını açdı. Məlik də maşından endi, Fil: 
 
-  Pliz  -  deyə  onu  evin  qapısna  tərəf  yönəltdi.  Qapıdan  girən  kimi 
pəhləvan  cüssəli  bir  oğlan  Məliyin  qarşısını  kəsdi,  onun  üst-başına  əl 
gəzdirməyə başladı, Fil tələsik ona ingiliscə: - miss Buramn atasıdır - dedi. 
 
Pəzəvəng əl çəkdi, Fil: - Sorri - dedi - miss Buranın bodiqardıdır 
 
  son cümlədəki iki sözün şəkilçiləri azərbaycancaydı. Məlik: 
 
  Azərbaycanlısımz? - deyə xəbər aldı. 
 
  Of kouz. Əlbəttə. May neym e... e... adım Fizuli. 
 
Liftə girdilər. Liftin içi də ətir qoxuyurdu, Fizuli-Fil ikinci m ərtə-bənin 
diiyməsini basdı, qalxdılar. Palıd ağacından olan qapının qarşı-sına çıxdılar. 
Fil  zəngi  basdı,  qapı  açıldı  və  Burla,  onun  balaca  Burla  xatunu,  -  indi  o 
doğrudan  da  yaraşıqh,  xamm-xatın  bir  qadın  olmuşdu  -  Məliyin  boynuna 
atıldı - Ata, atacan - dedi - bilsən səni görməyimə necə şadam. 
 
 Mənim qədər şad ola bilməzsən, Burla - dedi Məlik. 
 
 Paltonu çıxar. Ver özüm asım - sonra şoferə ingiliscə nəsə dedi. Fil əlini 
papağınm dimdiyinə uzadıb getdı. 
Məlik: 
 
  Bu niyə ingiliscə danışır? - deyə soruşdu. 
 
  İngilis məktəbində oxuyub. 
 
  Azərbaycanca heç bilmir? 
 
  Niyə bilmir? 
 
  Onda de, mənimlə öz dilimizdə damşsm. 
 
  Baş üstə. 
 
Məlik paltosunu çıxara-çıxara dəhlizdəki iri əlvan afışə nəzər sal-dı və 
diksindi: afışdə Burlanın çox böyük yarılüt şəkli vardı. 
 
Məlik: - Sənsən? - deyə qeyri-ixtiyarı soruşdu. 
 
Burla: - Yox, tamşımdır - dedi, güldü - bu barədə sonra damşarıq, keç 
içəri. 
Otağa girən kimi Məlik qarşı divarı boya boy tutan pəncərədən dənizin 
çox geniş mənzərəsini gördü, amma diqqət edib başa düşdü ki, bu pəncərə 
deyil,  şəffaf  şüşənin  arxasında  göy  dənizin,  sarı  qumlu  sa-hilin  fotosudur. 
Foto  o  qədər  dəqiq  və  aydın  çəkilmişdi  ki,  adama  elə  gəlirdi  real 
mənzərədir,  pəncərədən  görünür.  Sağ  divarda  da  şəffaf  şüşənin  arxasında 
başı  qarlı  sıra  dağlar  görünürdü.  Sol  divarda  sıx  me-şə,  baş-başa  vermiş 
ağaclar, üstünü yarpaqlı budaqlar yaşıl çətir kimi örtmüş meşə yolu. Məlik 
girdiyi qapı tərəfə çevrildi, bu divarda da köpüklənən dağ çayj, şəlalə şəkli 
vardı.  Burla  qapını  örtəndə  şəlalə  sanki  qapının  üstündən  aşağı  axmağa 
başladı. 
 
- Bəs bu otağın pəncərəsi yoxdur? 
 
Burla: - Pəncərə nə lazımdır - dedi - bu murdar şəhərə baxmağa? 
Belədo hara baxıram ürəyim açılır. 
 
Otağın küncündəki bara yanaşdı: 
 
  Nə içəcəksən, viski, şerri-brendi, cin tonik, tekila, vodka, konyak... 
 
  Dayan, dayan küyə basma görüm... Çay içərdim. 
 
Burla  daxili  telefonu  götürüb  -  Lera,  uan  ti  -  dedi  -  sonra  xoş  bir 
təbəssümlə Məliyə baxıb - unutmuşdum, sən axı xalis müsəlırıan ki-şisisən. 
Ancaq çay içirsən, o nədir o... o kişi... hə Məşədi İbad kimi. Gərək ki, belə 
bir müzikl də vardı, uşaqlıqda görmüşdüm. 
 
Məlik: - vardı - dedi. 
 
Burla: - Dayan bir sənə yaxşı-yaxşı baxım. Bir az qocalmısan. 
 
 Bir az yox, lap çox. İllah da son iki gündə. 
 
 Nə olub ki, son iki gündə? 
 
Məlik bu son iki gün haqqında da, həyatımn son illəri barədə də qısaca 
danışdı. 


Burla ah çəkib: - Yazıq anam - dedi - belə də yaşamaq olar? 
 
 Bəs ananla əlaqə yaratmağa çalışmamısan? 
 
 Bu mümkün deyil, ora bütün yollar bağlıdır. Heç telefonla, te-leqramla, 
məktubla da əlaqə saxlamaq olmaz. 
 
 Beyrəklə necə? 
 
 İntemetdən onun e-mailini öyrəndim, mesaj göndərdim, özüm haqqında 
yazdım. Heç bir cavab gəlmədi. Mənim də doğrusu başım elə qarışıqdır ki, 
daha  yazmağa  vaxt  tapmadım.  Bir  də  ki,  görünür  m  ə-nimlə  yazışmaq 
istəmir. Ordakı rejimi özün gördün də... Bəlkə qorxur. İşıq necədir səninçin? 
 
Otağm işığmı nəzərdə tuturdu. 
 
 Bir az qaranlıq deyil ki? 
 
 Mən belə işığı sevirəm, ala toranlığı. 
 
Məlik: - M ənə elə gəlir ki, hər halda pəncərə olsaydı - deyə sözə 
başladı, Burla: 
 Əşi neyləyirsən pəncərəni? M ənzərəyə baxmaq üçün? - buyur doyunca 
bax,  bu  mənzərələr  xoşuna  gəlmir,  buyur  başqasma  bax.  -  pultu  götürüb 
düyməni basdı və dərhal dörd divarın dördündə də mən-zərələr dəyişdi - indi 
qumlu səhra, buzlu çöl, əcaib qayalar, uzandıqca uzanan yollar görünürdü. 
 
 Pəncərə?  Bəlkə  işığa  görə  deyirsən?  Bu  da  sənə  gün  işığı  -  düyməni 
basdı və tavandakı alçibanlardan bol günəş işiğı süzüldü otağa. 
Məlik mat qalmışdı, Burla onun təəccübündən ləzzət alırdı sanki: 
 
 Hə nə qaldı, hava? Hansı havanı xoşlayırsan, dəniz havası, dağ havası, 
meşə,  çöl?.  -  bir  bir  pultun  düymələrini  basırdı  və  doğrudan  da  otağa  gah 
dağ havası, gah dəniz mehi, gah şaxta təmizliyi, gah yağış-dan sonrakı nəm 
hava dolurdu. 
Məlik: - Bu sehirli otağm daha hansı möcüzələri var? - deyə soruşdu. 
Burla: - Mən ancaq burda dincələ bilirəm, bütün əsəblərim sakit-ləşir - dedi 
- sonra Məliyin sualını cavablandırdı - sehirləri hələ çox-dur - yenə hansısa 
düyməni basdı, quş səsləri, dənizin uğultusu, yar- 
 
paqların pıçıltısı, bülbüllərin cəh-cəhi eşidildi. 
 
Məlik:  -  Doğrudan  möcüzədi  -  dedi  -  mən  indiyəcən  belə  şey 
görməmişdim. 
 
 Hələ  bu  harasıdır?  -  Burla  başqa  bir  pultu  götürdü,  düymələri  basdı. 
Otağa  əvvəl  qızılgül,  başqa  düyməni  basanda  bənöbşə  iyi,  daha  sonra  bir-
birinin  ardınca  bədmüşk,  iydə  ağacımn  ətirləri,  təzə  çalınmış  ot  qoxusu 
doldu. 
 
- Bunları necə düzəltdirmisən? - neçəyə başa gəlib - demək is-təmirdi. 
 
Burla: - Bu mənim dünyamdır - dedi - bütün dünyadan ayrıhb çə-
kildiyim dünya. 
 
  Amma süni dünyadır axı. 
 
  Süni  dünya  gerçək  dünyadan  min  qat  yaxşıdır  -  dedi  Burla  -  beş 
duyğunla  istədiyini  istədiyin  vaxt  duya  bilirsən.  İstəyirsən  gündüz  vaxtı 
gecə  olsun,  gecə  vaxtı  gündüz.  Bax.  -  Burla  bir  düyməni  də  basdı,  otaq 
qaranlığa qərq oldu. Burlanm səsi gəldi: - Başım qaldır, tavana bax. 
 
Tavan ulduzlu göydü. Kahkəşan, süd yolu, bürclər... 
 
Burlanm səsi də sanki kainatın dərinliklərindən gəlirdi: 
 
  Bax, indi ay doğacaq. Ulduzlar sönəcək. 
 
Haradansa divarların üstündən ay çıxıb tavana ucaldı. Məlik: 
- Yaxşı, bəsdir - dedi - çıxar bizi işıqlı dünyaya. 
 
Otaq yenə gur gün işığına qərq oldu. Qapım tıqqıldatdılar, Burla: - Yes 
- dedi. 
 
Ağ döşlüklü xidmətçi qız otağa daxil oldu, Məliyə ədəblə salam verdi, 
padnosda  gətirdiyi  çayı,  konfetləri  onun  qabağına  qoydu.  Sonra  beləcə 
səssiz çevrilib çıxdı. 
 
- Necə oidu ki, üçünüz də ayrı-ayrı zonalara düşdünüz? 
 
Burla  köksünü  ötürdü:  -  Eh,  getsin  o  günlər  gəlməsin.  O  gün  mən 
evdəydim. Ho, sən fıkir verdinmi, bu ev elə bizim köhnə eviınizdir? 
 
  Köhnə evimiz? 
 
  Bəli,  təəccüblənmə,  bizim  köhnə  evimiz,  yəni  o  birmərtəbəli 
daxmamızın yerində tikdirdim bu üç mərtəbəni. 
 
  Üç mərtəbəsi də sənindir? 
 
  Əlbəttə. 
 
Məlik: - Hansı pula? - deyə soruşmaq istəyirdi, amma cavabdan qorxub 
soruşmurdu, ayrı sual verdi: Deməli o gün sən evdəymişsən? - çayından bir 
qurtum aldı. 
 
-  Zökəm  olmuşdum,  evdə  yatırdım.  Anam  da,  Beyrək  də  işdəydi-lər, 
hərəsi öz idarəsində. İşləri də, bilirsən şəhərin müxtəlif səmtlə-rindodir. 
 
Atışma başladı, bir neçə saatın içində şəhərin hər yerində barrika-dalar 
qurdular,  bu  küçədən  o  küçəyə  keçmək  olmurdu.  Sonra  da  ki,  o  miisibət, 
dağıntılar, yanğınlar... əvvəl-əvvəl heç olmasa bir-birimizlə telefonla damşa 
bilirdik, iki gündən sonra telefon əlaqəsi də kəsildi. 
 
- Sonra da şəhərin üç zonaya bölünməsi... 


Yüklə 4 Mb.

Dostları ilə paylaş:
1   ...   96   97   98   99   100   101   102   103   104




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə