Şəkİ və onun TƏbabəT tarİxİ



Yüklə 0,96 Mb.
Pdf görüntüsü
səhifə80/89
tarix15.08.2018
ölçüsü0,96 Mb.
#62833
1   ...   76   77   78   79   80   81   82   83   ...   89

Rusiya ilə Ermənistan arasında da “Dostluq, əməkdaşlıq, qarşılıqlı yardım haqqında” yeni müqavilə
bağlandı. Bu sənəddə hərbi vəziyyət yaranarkən Rusiyanın rəsmi surətdə Ermənistan tərəfində çıxış
edəcəyi bəyan olunurdu. Azərbaycanda narazılıq yaratdığını görən Rusiyanın yüksək vəzifəli şəxsləri,
habelə Xarici İşlər Nazirliyi xüsusi nota ilə bu sənədin Azərbaycan Respublikasına qarşı
çevrilmədiyini bildirdilər. Azərbaycan Prezidenti Heydər Əliyev MDB dövlət başçılarının 1997-ci il
oktyabr, 1999-cu il mart və sonrakı zirvə görüşlərində bu müqavilənin Azərbaycana qarşı təhlükə
yaradan bəndlərinin ləğv olunmasını tələb etdi. 2001-ci ilin may ayında Bakıda səfərdə olan RF hərbi
naziri rəsmi surətdə elan etdi ki, Ermənistan və Azərbaycan arasında silahlı münaqişə olarsa, Rusiya
neytral qalacaqdır.
Rusiya Federasiyasının prezidenti V.Putin Azərbaycan prezidentinin dəvəti ilə 2001-ci il yanvar
ayının 9-da Bakıya rəsmi səfərə gəldi. Ölkələr arasında münasibətlərin inkişaf etdirilməsinə
istiqamətləndirilmiş tədbirlər görülməsi barədə razılıqlar əldə olundu. V.Putin Azərbaycan və
Gürcüstanın bölgədə Rusiyanın iştirak etmədiyi siyasi birliklərə qoşulmasının qarşısını almaq üçün
“Qafqaz dördlüyü” (Rusiya, Azərbaycan, Gürcüstan və Ermənistan) yaradılması təşəbbüsünü irəli
sürdü. “Bakı Bəyannaməsi” imzalandı. Prezident V.Putin RF-nin Azərbaycan Respublikasının ərazi
bütövlüyünü müdafiə etdiyini bir daha bəyan etdi.
2002-ci il yanvarın 24-də Azərbaycanın dövlət başçısı Rusiya Federasiyasına rəsmi səfər etdi.
Bağlanmış müqavilələr iki dövlət arasında qarşılıqlı faydalı münasibətlərin inkişafına
istiqamətlənmişdi. Respublikalar arasında iqtisadi əməkdaşlığın genişlənməsinə daha münasib şərait
yaradıldı, 12 illik müqavilə imzalandı. 2002-ci ilin aprelindən Azərbaycan kənd təsərrüfatı
məhsulları Rusiya bazarlarına sadələşdirilmiş yolla, tez çatdırılmağa başlandı. 2002-ci il sentyabrın
23-də Azərbaycan və Rusiya prezidentləri Kremlin “Şərəf salonu”nda “Rusiya Federasiyası və
Azərbaycan Respublikası arasında Xəzər dənizi dibinin həmhüdud sahələrinin bölgüsü haqqında
saziş” imzaladılar. İki ölkənin təhsil nazirləri hökumətlərarası təhsil haqqında sənədlərin, namizədlik
və doktorluq diplomlarının tanınması haqqında sazişlər imzaladılar. İqtisadi xarakterli başqa
müqavilələr bağlandı. Azərbaycan-Rusiya əlaqələrinin bütün sahələrini daha da inkişaf etdirmək
üçün imkanlar genişləndi.
İri dövlətlərin təzyiqinə, imperiya siyasətinə qarşı məharətlə apardığı müstəqillik, “açıq qapı”
siyasəti sayəsində Azərbaycan bölgədə, beynəlxalq aləmdə nüfuzlu dövlətə çevrilirdi. O öz
mənafelərini dünyada nüfuz sahibi, Cənubi Qafqazda marağı olan dövlətlərin, xüsusən ABŞ və onun
müttəfiqlərinin maraqları ilə uzlaşdırırdı. ABŞ-Azərbaycan münasibətləri strateji partnyorluq
mərhələsinə yüksəlmişdi. Azərbaycan-ABŞ əlaqələrinin inkişaf etməsinə Xəzər dənizi enerji
ehtiyatlarının mənimsənilməsi, neft, qaz hasilatı və nəqlində ABŞ şirkətlərinin geniş iştirakı
əhəmiyyətli təkan verirdi. Azərbaycan ABŞ kimi fövqəldövlətin sabit, münaqişəsiz görmək istədiyi
Qafqaz bölgəsində əsas siyasi, iqtisadi tərəfdaşı oldu. “Arzu olunan dövlət”lər qrupuna daxil edildi.
1997-ci il iyulun 27-dən avqustun 7-dək Prezident Heydər Əliyev ABŞ prezidenti Bill Klintonun
dəvəti ilə ABŞ-da ilk rəsmi səfərdə oldu, böyük hörmət və ehtiramla qarşılandı. Avqustun 1-də Ağ
evdə iki ölkə arasındakı münasibətlərin əsas prinsip və istiqamətlərini müəyyən edən sənəd –
“Amerika-Azərbaycan münasibətləri haqqında” prezidentlərin birgə bəyanatı imzalandı.
Hökumət dairələrində “Azadlığa Dəstək Aktı”na 1992-ci il 907 saylı əlavənin ləğv edilməsinə
tərəfdarlar çoxaldı. Azərbaycana dövlət səviyyəsində kömək göstərmək üçün yollar axtarılıb tapıldı.
ABŞ administrasiyası Konqresə müraciət edərək 2002-ci ildə Azərbaycana yardımın 46 faiz
artırılmasını, Ermənistana verilən yardımın isə 22 faiz azaldılmasını təklif etdi. 2001-ci il sentyabrın


11-də Nyu-York və Vaşinqton şəhərlərində dəhşətli terror hadisələri törədilməsinə cavab olaraq ABŞ
beynəlxalq terrorizmə qarşı mübarizə elan edərkən Azərbaycan Respublikası onunla bir mövqedə
olduğunu birincilər sırasında bəyan etdi, öz ərazisindən ABŞ silahlı qüvvələrinin istifadəsi üçün
imkanlar yaratdı. Oktyabr ayının sonlarında ABŞ senatı 907-ci əlavəni müvəqqəti olaraq
dayandırmaq üçün prezidentə səlahiyyət verdi. ABŞ prezidenti 2002-ci il yanvarın 28-də, növbəti
dəfə 2003-cü il yanvarın 17-də bu səlahiyyəti reallaşdırdı. Az sonra ABŞ Azərbaycana silah satışına
qoyulmuş qadağanı aradan qaldırdı. Təhlükəsizlik tədbirlərində Azərbaycana kömək etməyə başladı.
Azərbaycan Respublikası və ABŞ arasında münasibətlərin daha da yaxınlaşmasında 2002-ci ilin
oktyabr ayında millət vəkili, ARDNŞ-in birinci vitse-prezidenti İlham Əliyevin ABŞ-ın vitse-
prezidenti Riçard Çeyni, dövlət katibinin birinci müavini Riçard Armitac, ABŞ prezidentinin Milli
Təhlükəsizlik məsələləri üzrə müşavirinin müavini Stiven Hedi, müdafiə, energetika, maliyyə, ticarət
nazirliklərinin, habelə Beynəlxalq Valyuta Fondunun, Dünya Bankının rəhbərləri ilə görüşü və
əməkdaşlığı genişləndirmək üçün səyləri daha da artırmağın vacibliyinə dair fikir mübadiləsi, Con
Hopkins Universitetinin Mərkəzi Asiya və Qafqaz Araşdırmaları İnstitutunda “Cənubi Qafqaz və
Xəzər bölgəsi: Bakıdan baxış” mövzusunda çıxışı, Zbiqnev Bjezinski, Madlen Olbrayt, Vrent
Skoutroft və başqa görkəmli siyasətçilərlə görüşü mühüm əhəmiyyət kəsb etdi. V.Skoutroft bu
görüşdən sonra demişdi:
 
“Mən Azərbaycanın gələcəyinə nikbin baxıram. İlham Əliyev bizə güclü siyasətçi təsiri bağışlayır”.
 
Prezident Heydər Əliyev Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsini mümkün qədər qan
tökülmədən, qırğın və dağıntılara yol vermədən, dinc vasitələrlə həll etmək xətti götürdü. O,
Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı (ATƏT – 1994-cü il Budapeşt sammitindən sonra
ATƏM belə adlanır) Minsk qrupunun fəaliyyətinin xeyli canlanmasına, ona nəzarət edən və üzv
dövlətlərin münaqişənin həllinə və regionda sabitlik yaradılmasına marağının artmasına nail oldu.
Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi Heydər Əliyevin bütün ölkələrin dövlət
başçıları ilə görüşlərində əsas mövzulardan biri olmuşdu. 1993-2000-ci illərdə Heydər Əliyev bu
məsələni ABŞ rəhbərliyi ilə 18, Fransa rəhbərliyi ilə 16, Rusiya rəhbərliyi ilə 28, Türkiyə rəhbərliyi
ilə 78 dəfə müzakirə etmiş, problemin həlli yollarını araşdırmışdı. BMT-dəki çıxışlarında, NATO-
nun, İslam Konfransı Təşkilatının, türkdilli dövlət başçılarının sammitlərində, MDB dövlət
başçılarının, demək olar ki, bütün görüşlərində Heydər Əliyev bu məsələyə toxunmuş, onun həllinin
regionda və dünyada siyasi, iqtisadi, beynəlxalq münasibətlərin inkişafına geniş imkanlar açacağını
vurğulamışdı. Bütün bu fəaliyyətin nəticəsi olaraq dünya ictimaiyyəti Ermənistan-Azərbaycan Dağlıq
Qarabağ münaqişəsinin həqiqi mahiyyətini anlaya bildi. 2001-ci il sentyabrın ortalarında
Ermənistanda olmuş Avropa Şurasının Parlament Assambleyasının sədri Lord Rossel Conston açıqca
bildirmişdi:
 
“Beynəlxalq ictimaiyyətdə belə bir rəy formalaşıb ki, Ermənistan Dağlıq Qarabağı işğal edib”.
 
Prezident Heydər Əliyev bu illərdə ATƏT rəhbərliyi və onun Minsk qrupunun təmsilçiləri ilə 130-
dan çox görüş keçirdi. ATƏT-in 1994-cü ilin dekabrında Budapeşt, habelə 1996-cı ilin dekabrında
Lissabon sammitləri Dağlıq Qarabağ münaqişəsinin Minsk qrupu vasitəsilə ədalətli, beynəlxalq
prinsiplərə əsaslanaraq həllinin vacibliyini təsdiq etdi. Budapeşt sammiti Heydər Əliyevin təşəbbüsü


Yüklə 0,96 Mb.

Dostları ilə paylaş:
1   ...   76   77   78   79   80   81   82   83   ...   89




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə