Şəkİ və onun TƏbabəT tarİxİ



Yüklə 0,96 Mb.
Pdf görüntüsü
səhifə83/89
tarix15.08.2018
ölçüsü0,96 Mb.
#62833
1   ...   79   80   81   82   83   84   85   86   ...   89

İnflyasiyanın daim artmasında marağı olan və buna çalışan bəzi işbazların yaratdıqları soyğunçu
“Vahid”, “Mərhəmət”, “Aleks”, “Etimad”, “Xəyal” və başqa “xeyriyyə cəmiyyətləri” əhalinin
aztəminatlı təbəqələrini aldadıb var-yoxdan çıxarırdı.
Aztəminatlı adamlara kömək məqsədilə dövlətin verdiyi güzəştlər, o cümlədən 1991-ci ilin iyulundan
təqaüdçülərə şəhər nəqliyyatından pulsuz istifadə etmək hüququ, 1992-ci ilin aprelində müəllimlərə
imtiyazlar verilməsi, 1992-ci ilin dekabrından tənha vətəndaşların sosial müdafiəsini gücləndirmək
sahəsində tədbirlər həyata keçirilməyə başlanması dərin inflyasiya şəraitində az səmərəli olmuşdu.
Cəmiyyətdə orta təbəqə qalmamışdı. Minimum əməkhaqqı rəsmi istehlak minimumu həcmindən 20
dəfə az idi. Dövlət əməkhaqqını vaxtında verə bilmirdi. Manatın illik inflyasiya səviyyəsi min faizlə
ölçülürdü. Şəhərlər xırda alverçilər və dilənçilərlə dolu idi.
Azərbaycanın dövlət müstəqilliyinin ardıcıl şəkildə həyata keçirilməsindən narazı olan dövlətlərin
iqtisadi təzyiqi də ciddi maneə idi. Rusiya Federasiyası 1994-cü ilin dekabr ayından quru və su
yollarını bağlamış, İran İslam Respublikası isə 1995-ci ilin ortalarından bir sıra mühüm məhsulların
Azərbaycana ixracına qadağan qoyaraq respublikanı, demək olar ki, blokadaya salmışdı. Hələ siyasi
və hərbi sabitlik, azad iqtisadi münasibətlər üçün hüquqi baza zəif olduğundan xarici investisiyalar
da az idi.
Xarici investisiyalara mane olmaq üçün Rusiyanın təşəbbüsü ilə Xəzər dənizinin statusu məsələsi
ortaya atılmışdı. Halbuki hələ SSRİ zamanında bu dənizin müttəfiq respublikalara aid hissələri
müəyyən olunmuşdu. Ölkənin maliyyə sistemi də bərbad vəziyyətdə idi. Milli Bank krediti təminatsız
və olduqca aşağı faizlə verirdi. Kommersiya bankları Milli Bankdan vəsait alıb kredit alverinə
başlamışdılar. Mafioz qüvvələr manatı qiymətdən salmaq, əhalinin güzəranını daha da pisləşdirərək
iqtidara qarşı narazılıq yaratmaq üçün 1993-cü ilin oktyabr-noyabr aylarında milli pulun çox
hissəsini yığıb gizlətdilər. Onu yenidən dövriyyəyə qaytarmaq üçün baş nazir S.Hüseynovun
təşəbbüsü ilə 1 dollar 400 manata bərabər tutuldu. Manat sürətlə qiymətdən düşdü. 1994-cü ilin
avqustunda Milli Bank Aqrar-Sənaye Kompleksini dəstəkləmək adı altında 60 milyard manat kredit
emissiya etdi. Nəticədə manatın qiyməti daha da azaldı. 1994-cü ilin sonlarında 4000 manata cəmi 1
dollar düşürdü. Həmin il inflyasiya 1600 faizə qalxmışdı, yəni istehlak qiymətləri 16 dəfə artmışdı.
Ümumi daxili məhsul hər il orta hesabla 18-20, sənaye məhsulu 20-25, kənd təsərrüfatı məhsulu isə
7-10 faiz azalırdı. Dövlət büdcəsi böyük kəsirlə icra olunurdu. Respublika köhnə texnologiya və
standartlarla istehsal olunan malları xarici bazara çıxara bilmirdi. İstehsal zəif olduğundan daxili
bazar əsasən (70-80 faiz) idxal hesabına formalaşırdı. 1993-cü ildə Azərbaycan dünyanın 30, 1996-
cı ildə 70 ölkəsinin 2500 şirkət və müəssisəsi ilə ticarət-iqtisadi əlaqələri saxlayırdı. İxracın 70
faizini strateji xammallar, idxalın böyük əksəriyyətini istehlak malları təşkil edirdi. Xarici ticarətdə
barter əməliyyatlarına geniş yer verilir, bundan ayrı-ayrı dairələr külli miqdarda mənfəət götürürdü.
Prezident Heydər Əliyev tez bir zamanda dövlət intizamını gücləndirib, siyasi sabitliyin yaranmasına
nail oldu və iqtisadi tənəzzülün qarşısını almaq üçün ciddi tədbirlər görməyə başladı. Bazar
iqtisadiyyatının formalaşmasına münasib şərait yaratmaq məqsədilə qanun, fərman və qərarlar qəbul
edildi. Prezident 1994-cü il aprelin 5-də xarici ticarəti sərbəstləşdirmək haqqında fərman verdi.
Xarici iqtisadi əlaqələr liberallaşdırıldı, həm fiziki, həm də hüquqi şəxslərə azad surətdə xarici
ticarət hüququ verildi. 1997-ci ilin yanvarında respublikada ixrac vergisi ləğv olundu. 1994-cü ilin
may ayında respublikanın maliyyə vəziyyətini yaxşılaşdırmaq üçün qəti addımlar atıldı. 1994-cü ilin
əvvəllərindən milli valyuta – manat respublika ərazisində yeganə ödəniş vasitəsi elan olundu.
Prezidentin 14 may 1994-cü il fərmanı ilə kredit siyasəti ciddiləşdirildi. Banklararası valyuta


birjasının işi nizama salındı. 1995-ci ilin fevral ayında prezident ilk radikal addım atıb valyuta
bazarının təşkili haqqında fərman verdi, bundan sonra valyuta ehtiyatları bazar vasitəsilə
tənzimlənməyə başlandı. Beynəlxalq Valyuta Fondu və Ümumdünya Bankı ilə müqavilələr bağlandı.
Azərbaycan Avropa Yenidənqurma və İnkişaf Bankına qoşuldu. Büdcə kəsirinin artmasına yol
verilmədi. Nəticədə 1995-ci ildə inflyasiya 85 faizə endi. 1996-cı ildə inflyasiya cəmi 6,7 faiz oldu.
Onun səviyyəsi 2000-ci ildə cəmi 2 faiz, 2001-ci ildə isə 1,5 faiz idi. Manatın dollara nisbətən dəyəri
möhkəmləndi, istehlak mallarının qiymətləri artmadı, əksinə, azalması müşahidə olundu. İnflyasiyanın
cilovlanması mühüm makroiqtisadi göstərici kimi iqtisadi tərəqqiyə, investorların cəlb olunmasına
münasib imkanlar açırdı.
1996-cı ilin ortalarında Prezident daha bir yeni ciddi iqtisadi addım atdı – vergi sistemi
təkmilləşdirildi. Burada ağırlıq mərkəzi istehsal üzərindən götürülüb istehlak üzərinə qoyuldu.
Əvvəllər əməkhaqqı məhsulun maya dəyərinə daxil olunmur, mənfəətdən verilirdi və buna görə də
əməkhaqqından əlavə 35 faiz kooperativ vergi tutulurdu. 1996-cı ilin sentyabr ayından əlavə vergi 50
faiz azaldıldı, 1997-ci ilin əvvəllərindən isə tamamilə ləğv edildi. Müəssisələrə ümumi vergi təzyiqi
xeyli azaldı. Fiziki şəxslərdən tutulan vergilərin yuxarı dərəcəsi 55 faizdən 40 faizə endirildi, onların
gəlirinin vergi tutulmayan hissəsi isə 40 min manatdan 60 min manata qaldırıldı. Eyni zamanda, xarici
iqtisadi əlaqələri fəallaşdırmaq üçün gömrük rüsumları 30-40 faizdən 15 faizə endirildi. Nəticədə
vergi və rüsumlardan büdcəyə gəlir 2 dəfəyə qədər artdı.
2001-ci il yanvarın 1-dən ölkədə vahid vergi qanunvericiliyi tətbiq olundu. Vergi Məcəlləsində
mülkiyyət formasından və təşkilat-hüquqi statusundan asılı olmayaraq, bütün vergi ödəyiciləri üçün
eyni vergiqoyma siyasəti həyata keçirildi. Yerli və xarici iş adamları eyni vergiləri ödəyərək eyni
imtiyazlara, güzəştlərə malik oldular. Vergi Məcəlləsinə görə Yol Fonduna vergilər ləğv edildi. Əsas
fondların fəal hissəsi əmlak vergisindən azad olundu. Mənfəətin sərmayələrə yönəldilən hissəsi
vergilərdən tam azad edildi. Hüquqi şəxslərdən mənfəət vergisinin dərəcəsi 2000-2002-ci illərdə 5
faiz aşağı salınıb 27 faiz müəyyən olundu. Əlavə dəyər vergisinin dərəcəsi 20 faizdən 18 faizə
endirildi. Fiziki şəxslərdən gəlir vergisinin maksimum həddi 40 faizdən 35 faizə (bu dərəcələr inkişaf
etmiş ölkələrin əksəriyyətindəkindən aşağıdır) düşdü. 2002-ci ilin noyabr ayından 62 yerli vergi
idarəsi ləğv olunub, əvəzinə 12 ərazi vergi idarəsi təşkil edildi. Vergi Nazirliyində işçilərin 40 faizi
ixtisar olundu.
1997-ci ildən dövlət büdcəsi xərclərinin səmərəli təşkili, iqtisadi idarəetmədə şəffaf mexanizmlər
yaratmaq üçün maliyyə işləri xəzinədarlıq sistemi üzrə qurulmağa başlandı. Baş və yerli xəzinədarlıq
orqanları təşkil edildi.
İstehsalı inkişaf etdirmək üçün respublikanın kifayət qədər investisiya imkanları yox idi. Xarici
kapitalı cəlb etmək məqsədilə “açıq qapı” siyasəti yeridilməyə başlandı. Xarici investorlara və
kreditorlara təminat verən, onları müdafiə edən qanunlar qəbul olundu. Gömrük vergiləri
sərbəstləşdirildi və aşağı salındı. Xarici sərmayələrə immunitet haqqında Qanun qəbul edildi. Fiziki
və ya hüquqi şəxslər, respublikada qanunların dəyişdirilməsindən asılı olmayaraq, on il müddətində
investisiyanı qoyduğu şərtlərlə işlətmək hüququ aldı. Xarici səhmdarların gəlirlərinin repartasiya
olunması haqqında da Qanun qəbul olundu. Beynəlxalq Valyuta Fondu, Dünya Bankı, Beynəlxalq
İnkişaf Assosiasiyası, Avropa Yenidənqurma və İnkişaf Bankı, İslam İnkişaf Bankı ilə əməkdaşlıq
yaradıldı. Bu, Azərbaycan Respublikasının maliyyə-bank sistemini dünya standartlarına
uyğunlaşdırdı.
Beynəlxalq maliyyə təşkilatlarının ayırdığı kreditlər ölkədə iqtisadi struktur dəyişikliklərinə, mühüm


Yüklə 0,96 Mb.

Dostları ilə paylaş:
1   ...   79   80   81   82   83   84   85   86   ...   89




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə