Şəkİ və onun TƏbabəT tarİxİ



Yüklə 0,96 Mb.
Pdf görüntüsü
səhifə84/89
tarix15.08.2018
ölçüsü0,96 Mb.
#62833
1   ...   81   82   83   84   85   86   87   88   89

iqtisadi tədbirlərin həyata keçirilməsinə kömək etdi. Təkcə 1995-ci ildə Dünya Bankı Azərbaycana
reabilitasiya layihəsi üçün 65 milyon dollar kredit ayırdı. Bu bank 1997-ci ildə ölkədə 195 milyon
dollar dəyəri olan altı layihəni, o cümlədən Bakı su kəmərinin bərpası, neft-qaz sənayesində
yenidənqurma, kənd təsərrüfatında özəlləşdirmə ilə əlaqədar altı nümunəvi fermer təsərrüfatı
yaradılması layihələrini maliyyələşdirdi. Avropa Yenidənqurma və İnkişaf Bankı 1997-ci ildə
Mingəçevir Su-Elektrik Stansiyasının yenidən qurulması, Ağdam-İmişli 330 kilovatlıq elektrik
xəttinin bərpası üçün 21 milyon dollar kredit ayırdı.
Dünya Bankı respublikanın işğaldan azad olunmuş ərazilərində bərpa işlərinə kömək məqsədilə
“Bərpa” proqramı hazırlanmasında, onun həyata keçirilməsi üçün donor ölkələrin maliyyə vəsaitinin
cəlb olunmasında fəal iştirak edirdi. Beynəlxalq maliyyə təşkilatları ilə 1997-ci ildən Azərbaycana
700 milyon dollar həcmində kredit kanalları açılması haqqında razılıq əldə olunmuşdu. Təkcə Dünya
Bankı və Beynəlxalq Valyuta Fondu Azərbaycana 1 milyard 300 milyon dollardan çox kredit
vermişdi.
Ölkə iqtisadiyyatının dirçəldilməsi və inkişaf etdirilməsi üçün xarici investisiyalar cəlb etmək
olduqca vacib idi. Respublikanın geniş potensial imkanlarını təbliğ etmək, investorları
maraqlandırmaq üçün 1994-cü ilin payızında Bakıda, 1995-ci ilin qışında Londonda və Parisdə,
1996-cı ilin baharı və payızında, 1997-ci ilin baharında Bakıda və İstanbulda beynəlxalq biznes
konfransları keçirildi. Bu konfranslarda Prezident Heydər Əliyevin iştirakı və xarici investorları
respublikaya cəsarətlə vəsait qoymağa şəxsən dəvət etməsi çox səmərəli oldu. 1997-1998-ci illərdə
ABŞ-da Amerika-Azərbaycan Ticarət Palatası tərəfindən keçirilən beynəlxalq konfranslarda
respublikanın iqtisadi imkanları geniş müzakirə edildi. Azərbaycan Dövlət Neft Şirkətinin birinci
vitse-prezidenti İlham Əliyevin bu konfranslarda inandırıcı və əhatəli çıxışları investorların
respublika iqtisadiyyatına diqqətini xüsusilə cəlb etmişdi. Bu sahədə sonrakı illərdə də beynəlxalq
iqtisadi konfrans və seminarların keçirilməsi, xüsusən 2002-ci il may ayının 31-də Bakıda Avropa
Şurası Parlament Assambleyası İqtisadi Məsələlər və İnkişaf Komitəsinin iclası çərçivəsində
keçirilmiş “Avropa və Xəzərin enerji ehtiyatlarının inkişafı” mövzusunda beynəlxalq seminar və
burada İlham Əliyevin çıxışı, mövcud iqtisadi və siyasi vəziyyətin hərtərəfli təhlil edilməsi böyük
səmərə vermişdir.
2000-ci ildə Azərbaycan Respublikasında 1300-dən çox xarici şirkət və firmanın nümayəndəliyi
fəaliyyət göstərirdi.
Azərbaycan Respublikası iqtisadiyyatının böhrandan çıxarılması və inkişaf etdirilməsində neft
sənayesinin dirçəldilməsi, müasir texnologiyalar əsasında yenidən qurulması mühüm əhəmiyyət kəsb
edirdi. Prezident Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycanın yeni dövlət neft strategiyası hazırlandı
və uğurla həyata keçirilməyə başlandı. Bu, Azərbaycan neft sənayesində yeni eranın başlanğıcı idi.
Neft sənayesinə investisiya və yeni texnologiyalar cəlb etmək, respublikaya sərfəli şərtlərlə xarici
neft şirkətləri ilə müqavilələr bağlamaq üçün danışıqlar aparılması Azərbaycan Dövlət Neft Şirkətinə
(ADNŞ) tapşırıldı. Danışıqlar qrupuna neft və beynəlxalq əlaqələr üzrə görkəmli mütəxəssislər daxil
edildi. Bu qrupun fəaliyyətində İlham Əliyevin, Xoşbəxt Yusifzadənin, Natiq Əliyevin rolu xüsusən
səmərəli oldu, Azərbaycanın maraqlarına tam cavab verən müqavilə şərtləri razılaşdırıldı.
Müqavilənin bağlanmasına müxtəlif, əsasən xarici qüvvələr ciddi mane olurdular. Rusiya
Federasiyasının təşəbbüsü ilə belə bir tezis irəli sürüldü ki, Xəzər dənizi bütün Xəzəryanı ölkələr
üçün ümumidir və onu milli sektorlara bölmək olmaz. Buna görə də Azərbaycan birtərəfli qaydada
xarici şirkətlərlə neft müqavilələri bağlaya bilməz. Diplomatik notalar, bəyanatlar verilirdi. Xarici


şirkətlər belə fikirdə idilər ki, müqavilə Xəzər dənizinin statusu həll ediləndən sonra qüvvəyə
minməlidir. Lakin Azərbaycan hökuməti tərəfindən Vaşinqtona ezam edilmiş ADNŞ-in birinci vitse-
prezidenti İlham Əliyev ABŞ-da Energetika Nazirliyi rəhbərləri ilə səmərəli danışıqlar apardıqdan
sonra ABŞ hökumətinin dəstəyi sayəsində xarici şirkətlər bu fikirdən əl çəkdilər.
1994-cü il sentyabrın 20-də Bakının “Gülüstan” sarayında ADNŞ ilə ABŞ, Böyük Britaniya, Norveç,
Rusiya, Türkiyə, Səudiyyə Ərəbistanı, Yunanıstanın iri neft şirkətləri daxil olan konsersum (sonralar
bu konsersuma Yaponiya şirkəti də qoşuldu) arasında Xəzər dənizinin Azərbaycan sektorunda
“Azəri”, “Çıraq” yataqlarının və “Günəşli” yatağının bir hissəsinin birgə işlədilməsi və hasil olunan
neftin pay şəklində bölüşdürülməsi haqqında 30 illik saziş imzalandı. Bu müqavilə dünyada “Əsrin
müqaviləsi” adı ilə məşhurlaşdı (2001 -ci ildən başlayaraq Prezidentin Fərmanı ilə həmin gün
respublikada “Neftçi günü” kimi bayram edilir). Razılığa görə, investisiyanın 80 faizini konsersum
qoyur, Azərbaycanın ümumi gəliri çıxarılacaq neftin qiymətinin 80 faizi miqdarında müəyyən
olunurdu. Bundan əlavə, hasil olunacaq səmt qazı tam Azərbaycanın ixtiyarına verilirdi.
“Əsrin müqaviləsi”nin təkcə hazırlanması və bağlanmasını deyil, həm də həyata keçirilməsini
olduqca ağır və çətin problemlər müşayiət edirdi. Bu işə mane olmaq üçün xarici qüvvələrin dəstəyi
ilə ölkədə dövlət çevrilişi, Prezidentə qarşı terror cəhdləri törədildi. Hətta xarici şirkətlərə yalan
informasiyalar və müxtəlif yollarla təzyiq göstərməyə çalışırdılar. Lakin Azərbaycan Prezidenti
H.Əliyevin siyasi iradəsi, qətiyyəti və müdrikliyi sayəsində bu maneələr müvəffəqiyyətlə aradan
qaldırıldı. Ölkədə xarici sərmayələr qoyuluşu üçün ən vacib şərt – siyasi sabitlik yaradıldı.
1996-cı il iyunun 4-də Xəzərin “Şahdəniz” yatağının birgə işlədilməsi haqqında ADNŞ ilə Böyük
Britaniya, Norveç, Türkiyə, Rusiya, Fransa və İranın neft şirkətləri konsersumu müqavilə imzaladılar.
Bu müqaviləyə görə də ümumi gəlirin 80 faizi Azərbaycana çatacaqdı. Burada dərinliyi 6,5 min metr
olan quyular qazıldı və nadir qaz-kondensat yatağı kəşf edildi. Qərb ekspertlərinin fikrincə, çox
böyük qaz ehtiyatı olan bu yatağın kəşf edilməsi ilə Azərbaycan təkcə neft deyil, həm də qaz “kralına”
çevrildi. Dövlət Azərbaycan qaz sənayesinin inkişafı strategiyasını hazırlamağa, onun dünya bazarına
çıxarılması yollarını müəyyənləşdirməyə başladı.
1995-ci ilin aprelində “Əsrin müqaviləsi”ni reallaşdırmaq üçün Azərbaycan Beynəlxalq Əməliyyat
Şirkəti (ABƏŞ), 1996-cı ilin aprelində isə “Qarabağ” strukturu üzrə müqaviləni həyata keçirmək
üçün “Xəzər” Beynəlxalq Neft Şirkəti, habelə başqa müqavilələr üzrə əməliyyat şirkətləri təşkil
edildi. Bu şirkətlər qazma qurğularından və infrastrukturdan birgə istifadə etmək üçün xüsusi klub
yaratdılar.
ABŞ-ın “EKSON”, “AMOKO”, “YUNOKAL”, “MOBİL” və “PENZOYL”, Böyük Britaniyanın
“Britiş Petrolium”, Yaponiyanın “İTOÇİ”, “MİTSUPİ”, Norveçin “STATOYL”, Səudiyyə
Ərəbistanının “DELTA”, Rusiyanın “LUKOYL”, Fransanın “ELF AQİTEN”, “TOTAL”, İtaliyanın
“ACİP” kimi dünyada ən qabaqcıl neft şirkətləri Azərbaycanın neft, neft-maşınqayırma sənayesinə
müasir texnologiyalar, idarəetmə təcrübəsi gətirdilər. Respublikanın neft donanması, neft sənayesi
infrastrukturu yenidən quruldu.
1994-cü ildən başlayaraq hər ilin iyun ayında Bakıda xarici firma və şirkətlərin iştirak etdiyi ənənəvi
Beynəlxalq neft-qaz sərgisi təşkil olunurdu. 4000 nəfərdən çox azərbaycanlı mütəxəssis dünyanın ən
qabaqcıl neft şirkətləri bazasında yeni texnologiya və iş metodlarına yiyələnmişdi. 2001-ci ildə
hasilat və servis şirkətlərində 10 mindən çox Azərbaycan vətəndaşı işləyirdi. Bakı neftçilərinin
böyük təcrübəsi yüksək qiymətləndirilir və ondan səmərəli istifadə olunurdu. Neft şirkətlərinin
beynəlxalq tenderlərdə bağladığı müqavilələrin 20 faizdən çoxu Azərbaycan müəssisələrinin və


Yüklə 0,96 Mb.

Dostları ilə paylaş:
1   ...   81   82   83   84   85   86   87   88   89




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə