Səlahəddin Xəlilov



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə19/28
tarix26.11.2017
ölçüsü2,8 Kb.
#12678
1   ...   15   16   17   18   19   20   21   22   ...   28

 
- 76 - 
mövzularından biri idi. Cavid həmin məsələlərə bədii təfək-
kürün işığında baxmağa çalışdığı halda, İqbal həm poeziya, 
həm də fəlsəfənin imkanlarını bu yolda səfərbər etmişdi.  
Maraqlı burasıdır ki, həm şair, həm də filosof olmala-
rına baxmayaraq, daha çox şair kimi tanınan Cavid və Cüb-
randan  fərqli  olaraq  məhz  filosof  və  siyasi  xadim  kimi  ta-
nınan  M.İqbal  yaradıcılığında  da  eyni  problemlər  və  hətta 
eyni süjetlər nəzərə çarpır. M.İqbalın fəlsəfi görüşlərini təh-
lil  edən  alman  tədqiqatçısı  Annemari  Şimmel  peyğəmbər 
mövzusunun şərhi ilə bağlı onu İ.Göte ilə müqayisə edərək 
yazır:  «İqbalın  Göte  ilə  olan  münasibəti  daha  genişdir  – 
ümumi fikir bənzərliklərinə xüsusi əhəmiyyət verməsək belə, 
Götenin «Məhəmmədin tərənnümü» adlı məşhur  bir şeirini 
oxuyarkən  istər-istəməz  M.İqbalın  «Cavidnamə»də  Zinde-
rud  (yaşayan  irmak)  ismi  ilə  ifadə  etdiyi  təsəvvürlər  yada 
düşür.  Həqiqi  mömin  peyğəmbər  də  ən  yüksək  mərtəbədə 
mövcud olan bu irmak sifətini özündə görməlidir».
1
 
İ.Götenin H.Cavidlə, «Faust»un «İblis»lə müqayisəsi-
ni biz ayrıca əsərdə vermişik. Ona görə də, bu  paralel üzə-
rində dayanmadan, diqqəti bir daha eyni dövrdə yaşamış bu 
iki  böyük  sənətkarın  zamanın  ruhundan  doğan  eyni  prob-
lematikaya  müraciətinə  və  bir  sıra  məsələlərdə  eyni  fəlsəfi 
dünyagörüşündən  çıxış  etdiklərinə  yönəltmək  istərdik.  Za-
man elə zaman idi ki, indi ancaq döyüş yox, həm də qarşı-
lıqlı anlama və vəhdət tələb olunurdu. Əlbəttə, söhbət şərlə 
                                                 
1
  А.Шиммел.  Юн  сюз.  М.Икбал.  Жавиднаме,  (çевирен 
А.Сжщиммел), Анкара, Кцлтцр Баканлыьы, 1989, сящ. 17. 


 
- 77 - 
vəhdətdən  getmir.  Söhbət  şərə  aparan  yolların  səmtini  də-
yişməkdən,  əqlin  hissi  tərbiyə  etməsindən  gedir.  Fəlsəfə 
müstəvisində  bu  problemlər  ilk  dəfə  olaraq  İran  ərazisin-
dəki  fəlsəfi  təlimlər,  peşəkar  filosofların  əsərləri  avropalı-
lara  pozitiv  mövqedən  M.İqbalın  «Persiyada  metafizikanın 
inkişafı. Müsəlman fəlsəfəsi tarixinə töhvəsi» əsəri ilə təq-
dim  edilmişdir.
1
  M.İqbal  özü  bir  peşəkar  filosof  kimi 
ingilisdilli fəlsəfə məkanında yenilik idi. O özü ilə yeni bir 
dünya  –  Şərq  (islam)  fəlsəfi  fikrinin  özünəməxsusluqlarını 
gətirirdi. Bu – vəhdətə doğru addım idi. 
Lakin M.İqbalın xidməti heç də orta əsr  İslam fəlsəfi 
məktəblərində yaranmış əsas ideyaları Qərb dünyasına çat-
dırmaq deyildi. İqbal həm də  yaradıcı bir filosofdur. Onun 
«İslamda  dini  düşüncənin  yenidən  təşəkkülü»  əsəri  yeni 
dövrdə cəmiyyətə və dünyaya müasir baxışlar sistemi kimi 
təqdim olunur.   
M.İqbal  vəhylə  verilən  həqiqətlərin  insanların  həya-
tında önəmli rolunu qəbul etməklə bərabər, belə bir mövqe-
dən  çıxış  edirdi  ki,  Allah  təala  insanlara  həm  də  əql  ver-
mişdir  və  onlar  bütün  sonrakı  uğurlara  əqli  imkanlarından 
istifadə edərək nail olmalıdırlar. İslam dünyasını geri qoyan 
isə  vəhylə  verilənlərdən  ziyadə,  əqllə  verilənlərdən  imtina 
edilməsi cəhdləridir.   
                                                 
1
 См.: М.Я.Корнеев. Философия совершенного человека Мухам-
мад  Икбала…  –  История  современной  зарубежной  философии: 
компаративистский  подход.  Санк-Петербург,  «Лань»,  1997,  стр. 
288. 


 
- 78 - 
M.İqbal «İslamda dini düşüncənin yenidən təşəkkülü» 
əsərində yazırdı: «İslamda təsəvvüfün vəzifəsi mistik təcrü-
bələri nizama salmaq idi. Lakin qəbul etmək lazımdır ki, bu 
məsələyə tam elmi şəkildə yanaşan yeganə müsəlman mütə-
fəkkir İbn Xaldun (1332-1406) olmuşdur». Yeni dövrdə isə 
mistik təcrübə  ilə elmi-fəlsəfi  təfəkkür  erasında  körpü atan 
Şərq poetik ənənələrini qoruyub saxlamaqla bərabər, Qərblə 
onun öz dilində danışan ən azı iki böyük mütəfəkkir vardır 
ki, bunlardan biri M.İqbal, o biri isə H.Caviddir. Təəssüf ki, 
Qərb  dünyası  M.İqbalı  kifayət  dərəcədə  tanıdığı  halda, 
Cavid  haqqında  demək  olar  ki,  heç  bir  təsəvvürü  yoxdur. 
Bunun  səbəblərindən  biri  isə  budur  ki,  Qərb  sadəcə  gözəl 
poeziyaya olsa-olsa ekzotika kimi  yanaşa bilər. Tərcümədə 
bu  poeziyanın  da  gözəlliyi  itir.  Cavidin  tərənnüm  etdiyi 
ideya  dünyasından  isə  nəinki  Qərb,  biz  özümüz  də  kifayət 
qədər xəbərdar deyilik.    
 


 
- 79 - 
 
 
 
 
 
Cavid, Əfqani və Sabir 
 
Əlbəttə,  H.Cavidin  bir  tərəfdən  təsəvvüf  fəlsəfəsi, 
onun  İbn  Ərəbi,  Fəridəddin  Əttar  kimi  nümayəndələri  ilə, 
digər  tərəfdən  də  sosial-siyasi  pafos,  inqilabi-demokratik 
bir əhval-ruhiyyə və onun M.Ə.Sabir kimi bir nümayəndəsi 
ilə  müqayisə  olunması  təəccüblü  görünə  bilər.  Sanki  dia-
metral əks tərəflər bir araya gətirilir. Lakin Cavid yaradıcı-
lığı qütbləri ehtiva edəcək dərəcədə tutumlu və zəngindir.  
Cavid  yaradıcılığı  heç  vaxt  vahid  bir  ideya  üzərində 
qurulmuş  geniş  və  rahat  yola  çıxmayıb;  o,  çox  mürəkkəb, 
bəzən hətta ziddiyyətli görünən bir yaradıcılıqdır. 
Azərbaycan  ədəbi  tənqidində  Cavid  poeziyası  əsasən 
romantizm mövqeyindən, gerçək həyatdan ideala doğru can 
atan  bir  sənət  nümunəsi  kimi  təqdim  edilir.  Doğurdan  da, 
Cavidin  əsərləri  cari  həyatın  konkret  problemləri  ilə  bağlı 
olmaqdan daha çox, gündoğandan günbatana, min il əvvəl-
dən  min  il  sonraya  qədər  geniş  məkan  və  zaman  arealını 
əhatə  etməklə  bu  günlə  az  səsləşirmiş  kimi  görünür.  Yəni 
ilk  tanışlıq  Cavidin  bir  realist  olmaması,  daha  çox  xəyal 
aləmindən  çıxış  etməsi  təəssüratını  yaradır.  Təəssüf  ki,  bu 
sadəcə ilk tanışlığın təəssüratı olmayıb, ədəbi tənqidimizin 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə