Səlahəddin Xəlilov



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə21/28
tarix26.11.2017
ölçüsü2,8 Kb.
#12678
1   ...   17   18   19   20   21   22   23   24   ...   28

 
- 84 - 
problemləri qələmə almır; o, bu uğur və problemlərin düs-
turunu açmağa, açarını tapmağa çalışır. Söhbət yenə də ya-
şadığımız  real  həyatın  problemlərindən  gedir.  Lakin  prob-
lemlərin təsvirindən deyil, hərəkətverici qüvvələrindən, sə-
bəblərdən,  təməldən  danışılır.  Təməlsə  çox  dərindədir  və 
zahirən  həyatın  özündən  uzaqdadır.  Necə  ki,  gözəlliyin  də 
həqiqi səbəbi uzaqlardan görünür; «uzaq və incə təbəssüm-
lər … həyata nuri-səfa səpir». 
Həyatda  gözəlliyə,  haqq-ədalətə  çatmaq  üçün  naqis 
mühitin  islah  olunması  lazımdır.  Bunun  üçün  isə  ilk  növ-
bədə bu mühitin «fəlsəfəsi» tapılmalı, arxalandığı gücə qar-
şı meydana daha böyük bir güc çıxarılmalıdır. Həyatın qa-
ranlıqlarını,  problemlərini  ancaq  təsvir  edə  bilən  realistlər-
dən fərqli olaraq Cavid bu qaranlıqlara işıq salmağın yolla-
rını arayır. İşıq bulmaq üçün isə mühitin zaman-məkan kon-
tiniumunu  genişləndirmək, onun  fövqünə  qalxmaq,  zamanı 
keçmişə və gələcəyə doğru uzatmaq (ekstrapolyasiya) lazım 
gəlir. 
Cavidə  görə,  əzilənlərin  faciəsinin  kökündə  onların 
zəifliyi dayanır. Haqqı  müdafiə etmək üçün bu  haqqın ke-
şiyində  duran  güc-qüdrət  lazımdır.  Cavidin  «əzməyən  əzi-
lər» tezisi əslində heç də əzməyin tərənnümü olmayıb, əzil-
məyən antitezi kimi ortaya  çıxır. Onun  «Məzlumlar üçün» 
şeirində irəli sürdüyü  «kim ki, məzlum olursa, zalım odur» 
fikri olduqca dərin dialektik bir ziddiyyəti, təzadı ifadə edir. 
İlk  baxışda  ağla  gələn  budur  ki,  məzlum  hara,  zalımlıq 
hara?  Yəni  Cavidin  müddəası  ağlabatmaz  görünür.  Ən  bö-


 
- 85 - 
yük  həqiqət  də  bu  ağlabatmazlıqda,  bu  təzadda  gizlənmiş-
dir. Mübarizə aparmayan, haqqını müdafiə etməyən, passiv, 
ətalətli olan tərəf özü məzlum olmaqla yanaşı, öz soydaşla-
rına,  nəslinə,  xalqına  qarşı  nə  kimi  bir  miras  qoyduğunu, 
onları nə kimi bir fəlakətin ixtiyarına buraxdığını anlayarsa, 
bu məzlumluğun əslində kimlərə qarşı nə kimi bir zalımlıq 
olduğu üzə çıxar. Kimsə özü əziyyətə qatlaşmağı tərcih edə 
bilər. Amma onun öz övladları üçün bu aqibəti seçmək haq-
qı varmı? 
Bu  yerdə ən  yaxşı misalı biz Caviddən yox, M.Ə.Sa-
birdən  gətirmək istərdik:  «Oxutmuram, əl  çəkin!»  Məzlum 
nəinki öz vəziyyəti ilə barışır və sanki vəziyyətindən məm-
nundur,  həm  də  onu  hərəkətə  gətirmək  istəyənlərə  fınxırır, 
diş  göstərir.  Deməli,  diş  hələ  qalırmış…  Bəs  çatışmayan 
nədir?  –  Düşünmək!  Sabir  düşünüb  ibrət  dərsi  götürmək 
üçün əcnəbilərə baxmağı tövsiyə edir. 
Qərb düşüncəsi, konkret təhlilə, hissi təcrübəyə, təfər-
rüatların öyrənilməsi və ümumiləşdirilməsinə, induktiv me-
toda,  subyektin  obyektdən  ayrılmasına  əsaslanır.  Şərq  dü-
şüncəsi isə, daha çox fitrətə, duyğuya, bütövlüyün hissi və 
əqli sezgi ilə mənimsənilməsinə, obyektin subyektə itməsi-
nə əsaslanır.  
Lakin  bu  xüsusiyyətlər,  ancaq  düşüncənin  daxili  me-
xanizminə  aiddir.  Nəzərə  alınmalıdır  ki,  qərarlaşmış  sosial 
mədəni  durum,  dəyərlər  sistemi  də  düşüncə  tərzinə  təsir 
göstərir.  Mühit  özü,  insanın  reallaşması  və  tənbəlləşməsi 
üçün şərt ola bilər. Mühit ideyanı, düşüncəni, təşəbbüsü sti-


 
- 86 - 
mullaşdıra da bilər, onun qarşısını ala da bilər. Düşüncənin 
inertləşməsi,  fikir  tənbəlliyi  bu  gün  Şərqin  əlamətlərindən 
birinə  çevrilmişdir.  Halbuki,  məhz  Şərqdə,  düşüncə  soyuq 
ağla deyil, qaynar zəkaya, qəlbin döyüntüsünə, şövq və eh-
tirasa söykənir. Əql, məhəbbət kontekstində ortaya çıxır… 
Lakin, təəssüf ki, Şərqin ətalətini şərtləndirən də onun 
soyuqluğu  yox,  elə  məhz  hərarətidir.  Adi  məntiqlə  düşün-
mək,  ölçüb-biçmək,  insandan  böyük  daxili  enerji  tələb  et-
mədiyi  halda,  hər  bir  məqamda,  bütün  varlığı  ilə  obyektə 
doğru yönəlmək (fenomenologiyada buna – intensiallıq de-
yirlər),  obyekti  öz  «mən»ində  əritmək,  idrakı  sevgi  məqa-
mına yüksəltmək, çox çətindir. Məhz buna görədir ki, Şərq-
də əqli fəaliyyət, idrak, istənilən insanın deyil, seçilmişlərin 
nəsibi olur. Fəhmlə dərk etmək üçün, ağıldan ziyadə fəhmə, 
intuisiyaya  malik  olmaq  tələb  olunur.  Böyük  həqiqətləri, 
qəlbin  işıqlanması  məqamında  görmək  üçün,  alışıb-yan-
maq, nurlanmaq siqləti tələb olunur.  
Fərdi müstəvidə, əlbəttə, hər şey aydındır. Şərqin dü-
şüncə tərzi daha yüksək, daha ali bir məqamı ifadə edir. La-
kin, bu yüksək məqama hamı yüksələ bilmirsə, onda ictimai 
şüurun,  fərdi  şüurlardan  geri  qalması,  kütlənin  kimlərinsə 
dalınca getmək, kimə isə kor-koranə inanmaq zərurətini də 
ortaya  çıxardır.  İctimai  təşkilatlanmadakı  fərqlər  də,  dü-
şüncə tərzindəki fərqlərdən irəli gəlir. Şərqin ictimai müstə-
vidə geri qalması, onun həqiqət məzənnəsini çox yüksəklə-
rə qaldırması ilə bağlıdır və bu yüksəklik ictimai müstəvidə 
öz əksliyinə çevrilir.  


 
- 87 - 
Hər  dəfə  fikirləşmək  üçün,  səmaya  qalxmaq,  daxili 
yüksəliş  keçirmək  zərurəti,  geniş  kütləni  fikir  tənbəlliyinə 
sürükləyir. Və fikir tənbəlliyi, Şərqin amilinə çevrilir. İcti-
mai mühitin, sosial infrastrukturun, ənənəviləşmiş təsir for-
maları Şərq anlayışına və səhvən  «Şərq düşüncə tərzi» an-
layışına da daxil edilir. 
Yeni  dövrdə  müsəlman  dünyasında,  ideoloji  infra-
strukturun  düşüncəyə  münasibətlə  yanaşı,  tədqiqatın  məz-
mununa  da  təsir etməsi,  Cəmaləddin Əfqani  tərəfindən  gö-
zəl şərh edilir: «Təfəkkürün tərzi və meyarı olan məntiq el-
mini,  hər  kəs  öyrənməlidir  ki,  həqiqəti  yalandan,  düzü  əy-
ridən seçə bilsin. Halbuki, bizim müsəlman məntiqçilərinin 
başı mövhumatla və boş-boş şeylərlə doludur. Bunların tə-
fəkkürü ilə, avamların təfəkkürü arasında heç bir fərq yox-
dur. Hikmət elmi ətrafımızdakı mövcud səbəblərdən və əla-
qələrdən bəhs edir. Qəribə burasıdır ki, bizim alimlər «Səd-
ri»  və  «Şəmsül-bariə»  oxuyurlar  və  fəxrlə  özlərini  hikmət 
sahibi hesab edirlər. Di gəl,… soruşmurlar ki, biz kimik və 
nəyik? Elektrik, buxar gəmisi, dəmir yolu nədir?»
1
  
Sabirin məşhur satirası yada düşür:  
 
Dindirir əsr bizi, dinməyiriz, 
Açılan toplara diksinməyiriz, 
Əcnəbilər seyrə balonlarla çıxır 
Biz hələ avtomobil minməyiriz?
2
  
 
                                                 
1
 Ж.Яфгани. Сечилмиш ясярляри, Бакы, 1998, сящ. 31.  
2
 М.Я.Сабир. Щопщопнамя, ЫЫ жилд, Бакы, Минаря, 2000, с. 
5.  


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə