Elm və təhsil
- 163 -
gün başa düşülmədiyindən təsnifatda anlayışlar
qarışıq salınmışdır. Təhsilin pilləsi kimi “ümumi or-
ta məktəb təhsili” götürülmüş, “ibtidai təhsil”,
“ümumi orta təhsil” və “tam orta təhsil” onun
mərhələləri kimi təqdim olunmuşdur. Burada bir
neçə məntiqi uyğunsuzluq ortaya çıxır: “ümumi orta
təhsil” ilə “ümumi orta məktəb təhsili” anlayışları
ancaq “məktəb” sözünün əlavə olunması ilə fərq-
lənir, halbuki, məqsəd “məktəbli” və “məktəbsiz”
bölgüsü aparmaqdan ibarət deyil. Başqa sözlə, mər-
hələlərdən birinin adı ümumi başlığa çıxarılmış olur
ki, bu da məntiq prinsiplərinə ziddir. Həm də son
mərhələnin – təmayüllü təhsilin – mahiyyəti nəzər-
dən qaçırılmış olur. Əslində bölgü belə aparılmalı-
dır: “tam orta təhsil” başlığa çıxarılmalı, “ibtidai
təhsil”, “ümumi orta təhsil” və “təmayüllü orta təh-
sil” onun mərhələləri kimi təqdim olunmalıdır.
Məhz bu zaman, yəni “təmayüllü” məfhumu ilə qar-
şılaşdırıldıqda “ümumi” məfhumunun da mənası ay-
dınlaşmış olur. Yəni söhbət gələcək təmayüldən
asılı olmayaraq hamı üçün ümumi olan tədris proq-
ramlarından gedir. Məhz bu cür bölgü orta məktəb-
də tədris proqramlarının yenidən qurulması zərurə-
tini də ortaya qoyur.
Ümumi orta təhsildən sonraki mərhələ öz hü-
quqi statusuna görə yekcins, yəni eyni tərtibli deyil,
daha doğrusu olmamalıdır. Tam orta təhsilin icbari-
liyindən yayınmağın əsas faydası bundan ibarət
Azərbaycanda elm və onun aktual problemləri
- 164 -
olmalı idi ki, ənənəvi texniki peşə məktəblərinin
məzunlarına tam orta təhsil sənədi vermək zərurəti
yaranmasın. Lakin qanun layihəsində ümumi orta
təhsildən sonrakı bütün təhsil formaları yenə də tam
orta təhsil attestatı vermək hüququna malikdir.
Əslində bölgü necə getməlidir?
İcbari qaydada ümumi orta təhsil almış gənc-
lər əgər müsabiqə yolu ilə (ya da arzudan asılı ola-
raq) təmayüllü liseylərdə, yaxud orta peşə-ixtisas
təhsili müəssisələrində davam etdirərlərsə onlar tam
orta təhsil almaq hüququ qazanırlar. Lakin, əlbəttə,
burada da hamının attestat alması zərurəti yoxdur.
Məsələn, buraxılış imtahanları mərkəzləşmiş test
qaydası ilə keçirilsə tələb olunan zəruri minimum
həcmində bal toplaya bilməyənlərə attestat verilmə-
məlidir. Lakin, əlbəttə, onlara növbəti dəfə özlərini
sınamaq şansı verilməlidir.
Tam orta təhsil hüququndan könüllü surətdə
imtina edən və ilk peşə-ixtisas təhsili almaq istəyən
abituriyentlərə paralel olaraq tam orta təhsil haqqın-
da dövlət sənədi verilməsi praktikasına isə son qo-
yulmalıdır. Yəni layihədəki 20.4 bəndi çıxarılmalı-
dır.
Sual: Siz indi əsasən elmi-fəlsəfi fəaliyyətlə
məşğulsunuz. Qanun layihəsindəki elmlə bağlı
müddəalara münasibətiniz necədir?
Elm və təhsil
- 165 -
– Mən indiki vaxtda təhsil fəaliyyətindən
uzaqlaşdığım və ancaq elmi-fəlsəfi fəaliyyətlə məş-
ğul olduğum üçün qanun layihəsində ancaq elmlə
bağlı müddəalara toxunmaq istərdim.
Azərbaycanda müstəqillik əldə etdikdən bu
günə qədər elmi fəaliyyət sahəsini tənzimləyən hər
hansı bir qanunun qəbul edilməməsi heç şübhəsiz
böyük çatışmazlıqdır. Əslində, təhsil haqqında qa-
nun elm haqqında qanunla eyni vaxtda paralel su-
rətdə işlənib hazırlanmalıydı. Lakin görünür, elm
haqqında qanunun olmamasından irəli gəlir ki, elmi
fəaliyyət və elmi dərəcələrlə bağlı bir sıra məsələlər
təhsil haqqında qanuna daxil edilmişdir. Və təəssüf
ki, elmi yaradıcılıq mərhələləri təhsilin pillələri kimi
təqdim edilmişdir. Qanun layihəsində maddə 22-də
ali təhsilin tsiklləri (əslində pillələri yazılmalıdır,
çünki tsikl tamamilə başqa mənalı bir sözdür) sı-
rasında doktorantura da göstərilir, həm də sonradan
(maddə 23) məlum olur ki, bu doktorantura sözü
elmi yaradıcılığın bir yox, iki pilləsini əhatə edir.
Yəni PhD (əvvəlki qaydada – elmlər namizədi)
dərəcəsini almış alim, sən demə, hələ tam ali təhsilli
deyilmiş. Bunun üçün o, ali təhsilin növbəti pillə-
sində də oxumalı və elmlər doktoru adını qazanmalı
imiş. Maddə 23.4-də qeyd olunduğuna görə, dokto-
ranturanın ikinci pilləsinə fəlsəfə doktorları… qəbul
olunurlar. Bu isə tam bir absurddur. İnsan hansı isə
bir təhsil pilləsində oxumaqla alim ola bilməz.
Azərbaycanda elm və onun aktual problemləri
- 166 -
Alimlik ilk növbədə elmi yaradıcılığın nəticəsidir
ki, bu da əsasən fərdi prosesdir. Qanun layihəsində
insanların müstəqil elmi fəaliyyəti, demək olar ki,
nəzərdə tutulmur. Kim isə harada isə oxumadan bö-
yük bir elmi nailiyyət əldə edibsə, onun rəsmi elmi
dərəcə alması üçün tamamilə fərqli prosedur nə-
zərdə tutulmalıdır. Layihədə isə nəinki doktorantlar,
hətta dissertantlar da «təhsil alan şəxs» kimi təqdim
edilir (maddə 1.0.11). Halbuki dissertantlıq yolu ilə
dissertasiya müdafiəsi məhz fərdi qaydada elmi ya-
radıcılıq yolu keçmiş insanlar üçündür. Yəni artıq
əsasən yazılmış tədqiqat əsərinin sadəcə rəsmi pro-
sedurlardan keçməsini nəzərdə tutur. Bu sahənin
qanunla düzgün tənzim olunmasına həm də ona gö-
rə böyük ehtiyac vardır ki, hazırkı praktika da qə-
naətləndirici deyildir.
Görünür, təhsil fəaliyyəti ilə elmi fəaliyyət
arasındakı mahiyyət fərqlərini layihə hazırlayanların
bir daha yadına salmaq lazımdır.
Sual: Sovet təhsil sistemində və Qərb təhsil
modelləri içərisində bunun analoqu varmı? Siz dok-
toranturaya ancaq elmi yaradıcılıq prosesinin təşki-
latlanması kimi baxır və elmi dərəcə almış və ali
məktəblərdə dərs deyən insanlara yenidən ali təhsil
vermək cəhdinin absurdluğunu vurğulayırsınız. Bəs
doktoranturanı bir təhsil kimi götürmək istəyənlər
hansı arqumentlərə istinad edirlər?
Dostları ilə paylaş: |