13
gərəkən qardaĢ, indi bacısının baĢı üstündə ona seyr
edirdi. Görməyən gözləri ilə ona baxır, üzülməməsi üçün
gülümsəyirdi. QardaĢ isə onu bu vəziyyətə salmıĢdı. Ġndi
isə öz nailiyyəti ilə qarĢı – qarĢıya durub seyr eləyirdi.
Bunu mən eləmiĢəm. Bəli, mən. Öz bacısını kor edən
mən. Onunla oyuncaq oynamaq əvəzinə həyatı ilə
oynayan mən.
Üçüncü hissə
Həkim apardığı bəzi müayinələrdən sonra, Nərgizin
sağalmasının mümkünsüz olduğu qərarına gəldi. Aldığı
zərbə gözlərinə gedən damarları zədələmiĢdi. Bəlkə də
xarici ölkədə ya Bakıda nəsə edə bilərdilər deyə söz
iĢlətdi. Lakin, Həkim çoxda ümidli olmamağa çağırdı.
UĢağada hər Ģeyi baĢa salmağın vaxtı olduğun, buna
öyrəĢməli olduğunu dedi. Ġlk baĢlarda ona fikir
verilməsini yoxsa özünədə nəsə edər deyə nəzarətdə
saxlanmasını, ən azından bu halı ilə razılaĢanadək fikir
verilməli olduğunu dönə - dönə dedi.
Xəstəxanadan buraxılandan sonra Eyvaz öz maĢını ilə
Nərgizi evlərinə gətirdi. RövĢən bir qolundan anası isə o
biri qolundan tutaraq evə apardılar. Evlərinə çatdıqda
yavaĢ – yavaĢ vəziyyətini ona baĢa salmağa çalıĢdılar. Bir
daha görə bilməyəcəyini, qaçıb oynaya bilməyəcəyini
güclədə olsa ona danıĢdılar. Nərgiz isə sadəcə susur,
deyilənləri dinləyərək bunun bir yuxu olduğun, birazdan
ayılacağın
ümid
edirdi.
Ailəsinində
üzülməsin
istəmədiyindən yanlarında ağlamaq istəməyirdi.
Hər gün qaça – qaça girdiyi bu evə indi anasının
köməyi ilə girmiĢdi. Özünü tanımadığı bir evə girərmiĢ
kimi hiss edirdi. Özünü yad evdə yad insan kimi aparırdı.
Heç kimi, heç nəyi görməyirdi. Hamını təsəvvür edirdi,
hər yeri tanıyırdı. Oturduğu kreslonun forması, səsi gələn
balaca TV – ləri, yeməkin biĢirildiyi mətbəx, qapı. Ancaq
14
görə bilməyirdi. Bir ilə yaxın görmədiyi atasını görəcəyini
sanarkən artıq onu heç görə bilməyəcəkdi. Nə olsun
ki,yanında oturub. Onun gülən üzünü, üzündəki nazik
saqqalını, uzun saçına toxunmaq nə qədər qalınlaĢdığını
öz gözü ilə Ģahid olmaq istəyirdi. Nərgiz atasının saçları
ilə oynamağı sevirdi. Yatarkən gedib atasının saçlarını
darayar, əlləri ilə sığallayardı.
Gözünü açıb qaçmaq istəyəndə birdən gözünün açıq
olduğunu, lakin, onun görmədiyini xatırlayaraq məyus
olurdu. Gülnazla Eyvaz onun baĢını qatmaq üçün
çalıĢsalarda Nərgizin fikri elə baĢqa yerdə idi. Onları
dinləməyirdi. Arada, hə, deyərək onları dinləyirmiĢ kimi
sözlərini təsdiqləyirdi. QardaĢı da heç danıĢmayırdı.
Səssizcə, bacısının qarĢısında əyləĢərək onun üzünü seyr
edirdi. Nə edəcəyini, etiraf edib – etməməsini fikirləĢirdi.
RövĢənin beynində sualların ardı – arası kəsilməyirdi.
Beyni, sanki, ikiyə bölünmüĢdü. Bir tərəfi etiraf elə, bu
əzabla yaĢaya bilməzsən deyirdi. O, biri tərəfi isə demə,
deyəcəyin halda nə dəyiĢəcək ki, Nərgizin gözləri gerimi
qayıdacaq? Hələ atası ilə də üzləĢməli olacaqın, deyirdi.
Bəlkə də, onu döyəcəkdi. Atanın əlində döyülməyin nə
olduğun hələ bilməmiĢdi. Ancaq görmüĢdü. Məhəllədən
dostu olan Muradı, bir dəfəsində topu atasının maĢınına
vurduğu üçün yanlarında onu döyə - döyə evə aparmıĢdı.
Yazıq Murad, necədə ağlayırdı – bağıĢla ata, deyə.
RövĢən əmin idi ki, desə atasından elədə asan
qurtulmayacaqdı. Atasının Nərgizə necə bağlı olduğunu
bilirdi. Nərgizi ondan çox istədiyini bilirdi. Bunu nə qədər
gizlətməyə çalıĢsada bunu bacarmayırdı. DaĢı onun
atdığını desə anasıda ondan uzaqlaĢacaqdı. Cinayətkar
gözü ilə baxacaqdı hamı ona. Hələ bacısı. Necə məyus
olacaqdı. Özünü bu vəziyyətə salanın öz doğma qardaĢı
olduğun biləndə nələr hiss edərdi. Onun gələcəyin əlindən
alanın qardaĢı olduğun bilsə yəqin onu daha istəməz, ona
bir daha qaqaĢım deməzdi.
15
-Yox deməyəcəm. Nə olur olsun. Heç kimi itirə
bilmərəm. PeĢmanam. Həmdə çox. Bacımın dünyasın
qaraltdım. Bilmədim. Ġstəmədən oldu. Ancaq desəm nə
olacaq? Bunu anlayacaqlardımı? – ürəyində sözləri deyə -
deyə gözləri dolurdu. Gözündən axan damcıların fərqinə
varıb əli ilə silməyə baĢladı.
Atasının çayını içib qurtarandan sonra yəqin hadisənin
necə olduğunu öyrənməsi üçün hər kəsi danıĢdıracaqdı.
Belədə olur. Ġlk öncə elə Nərgizdən baĢlayır? – danıĢ
qızım, sənə daĢı atanın üzünü gördünmü?
-Xeyr atacan, mən üzü arxa tərəfə oturmuĢdum. Onun
daĢ atdığnı görmədim. Mən ayılanda da xəstəxanada idim.
Yadımda deyil.
-YaxĢı, özünü yorma. Ağlına nəsə gəlsə deyərsən. –
qızı ilə söhbəti yekunlaĢdırıb üzünü RövĢənə çevirdi.
RövĢənin qorxduğu an yenidən balĢlamıĢdı.
-Hə, oğlum. DanıĢ görüm sən nə görmüsən? Necə
oldu? – bacıya daĢı kim atdı?
-ġeyy, mən... mən görmədim. Mən içəri girdim,
anadan Nərgizi soruĢdum o da bağda oynayır dedi. Ora
gedəndə isə yerdə uzanmıĢdı... – deyib, əlini üzünə
tutaraq ağlamağa baĢladı.
-YaxĢı. Qurtar, ağlama. Söz danıĢırıq axı. - Bəs orada
heç kimi görmədin? Bəlkədə orada kimsə olub fərqinə
varmamısan. YaxĢı – yaxĢı fikirləĢ.
-Yox... görmədim, heç kim yox idi.
-Off. Necə ee yəni. Kimsə bizim evə girib, daĢ atıb
çıxıb gedib və heç kim onu görməyib? - əsəbi halda ayağa
duraraq cibindən siqaretini çıxardaraq alıĢqanla yandırıb
çəkməyə baĢladı.
-Hara baxırdız siz? Bu kimdi axı? Kim edər bunu?
Kiminlə düĢmənçiliym var, mənim? Kimə nə pislik
eləmiĢəmdə gəlib mənim qızımdan çıxıb? Ayy onu tutum.
Onun anasın... – davam edəcəkdiki uĢaqları görüb susdu.
Siqaretiağzında çölə çıxdı.
Dostları ilə paylaş: |