Səməd Şıxı atilan bir daş



Yüklə 2,65 Kb.
Pdf görüntüsü
səhifə48/67
tarix14.06.2018
ölçüsü2,65 Kb.
#48843
1   ...   44   45   46   47   48   49   50   51   ...   67

166 
 
-Neçə  gündü  ki,  bizədə  gəlmirsiz.  Farizə  deyərəm 
sabah  gələr  götürər,  gedərik  bir  yerə.  Çay  kənarına 
düĢərik.  
-YaxĢı fikirdi. Nərgizdə biraz hava almıĢ olar.  
-RövĢən nə edir? DanıĢmısan?  
-YaxĢıdı. Ġki  gün əvvəl Dənizin ailəsi  ilə tanıĢ olub. – 
Gülnaz dedi. 
-Özü tək baĢına? 
-Hə. TanıĢ olmaq istəyiblər, buda gedib.  
-Nə  danıĢıblar?  Dedi  sənə  nəsə?  –  Validə  incimiĢ 
olsada maraqına üstün gələ bilmədi. 
-YaxĢı keçib dediyənə görə. Seviblər RövĢəni.  
-Heç  olmasa  bu  yaxĢı  xəbərdi.  Tətildə  gətirərdi,  bizdə 
görərdik  qızı.  Sonra  yanına  gedəndə  ailəsi  ilədə  tanıĢ 
olarıq.  
-Məndə onu fikirləĢirəm.  
-Yazmağa davam eliyir? 
-Hə,  yazır.  Keçən  yay  bir  uĢaq  gəlmiĢdi.  Nərgizlə 
çoxdan tanıĢ idi, deyəsən. O, gedəndən sonra Nərgiz onun 
yazdığına  film  çəkəcəyin  dedi.  O,  gündən  sonra  qızın 
üzündə yeni gün doğdu. Sevinir, deyir gülürdü. Onu hələ 
belə  görməmiĢdim.  Hər  gün  daha  həvəslə  yazırdı.  Mən 
kömək  edəndə  isə  deyərək  bunu  çəkmək  olar?  Maraqlı 
olar?  - deyərək canlandırırdı. 
-Sonra nə oldu ki, yenə üzüldü? Qəbul eləmədi? 
-Oğlanın  buna  verdiyi  nömrəni  itirib.  Nə  qədər 
axtardım tapa bilmədim. O, gün – bu gündü yemir – içmir 
otaqda uzanır. Yazı belə yazmır.  – Gülnaz qapıya baxıb 
xəyala daldı. 
Validə söz demək istəsədə susdu.  
-Harda ola bilər ki? Bəlkə, vərəqlərinin arasına düĢüb. 
– Validə araya çökən sükutu pozdu.  
-Baxmadığım yer qalmayıb. Tapa bilmədim... Bəlkədə 
alınmayacaq  idi.  Yazdığına  film  çəkilməyəcəkdi.  Ən 
azından həvəsini ala biləcəkdi.  


167 
 
-Yazığın  bəxtidə  hər  tərəfli  gətirmir.  –  Validə  üzün 
büzdü. 
-O,  da  belə  düĢünür.  O,  da  indi  bəxtsiz  olduğunu, 
allahın  onu  sevmədiyini,  dünyaya  sadəcə  əzab  çəksin 
deyə göndərildiyini düĢünür. – dedi və ağlamağa baĢladı, 
övladını canından da çox istəyən ancaq onun üçün heçnə 
edə bilməyən güclü və bir o qədər zəif qadın.  
Gülnaz axĢam yeməyinə hazırlaĢır. BoĢqabları masaya 
qoyub, RövĢənin otağından Nərgizi çağırmağa gedir. Sağ 
tərəfinə  bürünmüĢ,  ayaqlarını  qucaqına  qısmıĢ  tərəfdə 
yatırdı. 
-Qızım... - əyilərək Nərgizin saçını sığalladı.  
Nərgiz yatmıĢdı. – qızım, qalx. Yemək hazırdı. – alçaq 
səslə Gülnaz Nərgizi qaldırmağa çalıĢırdı.  
-Nə  olub?  –  yuxudan  ayılan  Nərgiz  doğrulmağa 
çalıĢdı.  
-Yemək hazırdı, qalx yemək yeyək.  
-Mən istəmirəm. Yeməyəcəm. 
-Neçə gündü düz əməlli yeməkdə yemirsən. Qalx, belə 
olmaz.    –  Gülnaz  Nərgizin  qolundan  tutub  doğrultmağa 
çalıĢdı. 
Anasının  əl  çəkməyəcəyin  görüb  ona  tabe  oldu. 
Anasının  qolundan  tutunaraq  doğrulub  ayaqüstündə 
durmağa çalıĢdı.  
-Günorta nənə  gəlmiĢdi. Səni soruĢdu, yatdığını  görüb 
heçnə demədi.  
-.... 
-Hə. Bu arada, sabah baban gəlib bizi götürüb gəzməyə 
aparacaq.  
-Ġstəmirəm.  –  qapını  çıxaraq  divardan  tutaraq  yolu 
getməyə çalıĢırdı. 
-Niyə  ki?  həm  gəzərik,  havanı  dəyiĢərsən.  Həm  də, 
məndə sıxılıram. Çıxım, biraz gəzim.  
-Sən  gedərsən.  Mən  uzanacam.  Söz  yerimdən  də 
qalxmaram.  


168 
 
-Nərgiz?! Niyə belə eləyirsən? Itib – itibdə. Dünyanın 
sonudu? Bəlkə, yenə gəldi. Onda göstərərsən. Niyə özünü 
sıxırsan?  Niyə  çölə  çıxmaq,  hava  almaq,  insanlara 
qarıĢmaq  istəməyirsən?  –  səsindən  əsəbləĢdiyi  hiss 
olunurdu.  
-Üzünü  görmədiyim  bir  adamın  yanımda  olub  – 
olmamasının  mənim  üçün  əhəmiyyəti  yoxdu.  Özümü 
qaranlıq  otağa  bağlanmıĢ  kimi  hiss  edirəm.  Hər  tərəf 
qaranlıqdı,  sonra  bir  səs  gəlir.  Səsin  tanıyıram.  Kim 
olduğun ayırd edə bilirəm. Ancaq üzünü görə bilməyirəm. 
Sonra  ona  cavab  verirəm,  onunla  danıĢıram  və  beləcə 
özümün  dəli  olduğun  hiss  edirəm.    –  masadan  tutunaraq 
əyləĢməyə çalıĢdı. 
Gülnaz susurdu. Hərəkət etmədən susur, qızının dünya 
qədər dərdə gözü yumulu qarĢı gələn üzünə baxırdı.  
-Ana?!  –  Nərgiz  anasından  səs  eĢitmədiyi  üçün  ona 
səsləndi. 
Nərgizin  səsi  onu  ayıldır.  –  hə,  burdayam...  gözlə, 
sənin yeməyini çəkim.  
Gülnaz  Nərgizin  boĢqabına  yemək  çəkib,  qabağına 
qoydu.  Tək  –  tük  hallarda  Nərgizin  yemək  yeməsinə 
kimsə  kömək  edərdi.  Kimsə  kömək  eləməyə  çalıĢsa,  kor 
ola  bilərəm,  çolaq  deyiləm  deyib  itələyərdi.  Gülnaz  özü 
üçündə yemək götürüb Nərgizin yanında əyləĢdi.  
-Su verim?  
-Yox.  –  çəngəli  boĢqabına  yavaĢca  batıraraq  tikənin 
çəngələ  iriĢdiyindən  əmin  olduqdan  sonra  ağzına  aparıb 
çörəkdən bir diĢləm alırdı. 
-Sabah babayla gedərik? – Gülnaz sakitləĢməyə çalıĢıb 
yenidən soruĢdu. 
Anasının  israrlı  olduğun  görüb,  onunla  mübahisə 
etməyin mənasız olduğun anlayıb məcbur razılaĢdı.  
-Narahat  olma,  o  nömrə  harada  olur  –  olsun  tapacam. 
Evdən çıxmayıb ki, harda olacaq?! Yəqin harada iriĢib. 


169 
 
-Axtarma.  Ġstəmirəm  artıq.  Elə  Ģey  olacaqna 
inanmayırdım  onsuz.  –  Yemək,  yeyərək  anasının  səsi 
gələn tərəfə baĢını fırladıb, gülümsəməyə çalıĢdı.  
-Sən yaz qurtar. Tapan kimi zəng edə bilək. 
-YazmıĢam.  Hazırdı...  Nömrəni  ona  görə  axtarırdım... 
Zəng eləmək istəyirdim.  
-Tapacam.  Sənə  söz  verirəm.  -    Nərgizin  baĢını 
sığallayaraq, sinəsinə basıb, baĢını öpdü.  
Səhər  saat  təxminən  on  olardı  ki,  qapıya  maĢın 
yaxınlaĢaraq  siqnalladı.  Gülnaz  səsin  onların  qapısının 
ağızından gəldiyin anlayıb qapıya qaçdı. MaĢında atası və 
anası əyləĢib onlara gülümsəyərdi. – gəlmirsiz? Deməyin 
ki,  hazır  deyilik,  yoxsa  çıxıb  gedəcəm.    –  Fariz  baĢını 
pəncərədən çıxartıb dedi.  
-Hazırıq.  –  gülümsədi.  –  Nərgizi  gətirim  gəlirəm.    –
qapını  açıb  içəri  girdi.    Iri  addımlarla  evə  girib  Nərgizə 
səsləndi.  Otağa  girib  Nərgizin  dirsəklənib  səsi  anlamağa 
çalıĢdığın gördü.  
-Gəlib, bizi gözləyirlər.  
-Getmək istəmirəm axı.  
-Onlar sənə görə iĢlərini atıb gəliblər.  
Nərgiz məğlubiyyətlə razılaĢıb ayağa qalxmağa çalıĢdı.  
Gülnazın  qolundan  tutaraq  qapıyacan  getdi.  Qapını 
Validə açaraq Nərgizin maĢına minməsinə yardım elədi.  
-Niyə əziyyət çəkirdiniz. – Nərgiz dedi. 
-Nə  əziyyəti.  Sənin  vasitənlə  məndə  bu  qocanı  çölə 
çıxartıram.  Yoxsa  qapıdan  çölə  çıxmağa  ərinir. 
OxĢamısan  elə  babana.  –  Validə  ön  oturacaqdan  arxaya 
boylanaraq Nərgizə dedi. 
Fariz onları kəndin kənarında yerləĢən, ətrafı ağaclarla 
sıx olan bir əraziyə gətirdi. Dağın ətəyinə yaxın olan ərazi 
yaĢıllıq və müxtəlif ağaclarla bəzənmiĢdi.  
-Tənbəl  olsa  da  zövqlüdü.  –  Validə  ətrafa  baxaraq  əri 
ilə zarafatlaĢdı.  


Yüklə 2,65 Kb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə