Səməd Şıxı atilan bir daş



Yüklə 2,65 Kb.
Pdf görüntüsü
səhifə51/67
tarix14.06.2018
ölçüsü2,65 Kb.
#48843
1   ...   47   48   49   50   51   52   53   54   ...   67

177 
 
Bəli.  Nərgizin  ikinci  filmi  olacaqdı.  Ġlk  filmi  maraqla 
qarĢılanan  Nərgizin  yazdığı  ATILAN  BĠR  DAġ  əsəri 
əsasında çəkilən film.  
Özünə  ləqəb  seçməli  idi.  Soyadı  ilə  sadə  səslənərdi. 
Məsələ  nə  kimi  bir  ləqəb  seçməli  idi?  Kitabın  çap 
edənəcən  tapardı.  Maraqlı  olmalı.  Maraqlı  olmasa  da, 
sıxıcı olmamalı idi.  
Qayıdaq  yenə  filimə.  Özü  oynayacaqdı  ya  baĢqası 
oynayacaqdı  rolunda?  Özü  oynasa  bacarardımı? 
Oynamasa da olardı. O anları yaĢaması bəsi idi.  
Sabah  saat  on  bir  radələrində  Nərgiz  Yusifə  zəng 
edərək  göndərəcəyi  kodu,  ünvanı  alıb  anasına  verdi. 
Kitabçasını bağlayaraq göndərilmək üçün hazır vəziyyətə 
gətirdilər.  Günorta  yeməyini  hazırlamağa  baĢlamadan, 
Gülnaz poçta gedərək dediyi kod üzrə göndərilməsi üçün 
verib  evə  qayıtdı.  Poçtla  evləri  arasında  az  məsafə  vardı 
deyə  tez  gedib  –  gəldi.  Poçt  iĢçisinin  dediyinə  görə  iki 
günə ən gec çatacaqdı. Gülnaz evə girərək xəbəri Nərgizə 
çatdırdı.  
Nərgizin  üzü  sevinc  içində  idi.  Yeməyini  belə  iĢtahla 
yeyib bitirmiĢdi. Yeməyini yedikdən sonra anasından TV 
–  nin  qarĢısında  əyləĢdirməsin  xahiĢ  elədi.  Kanalları 
çevirirək Ģən mahnılardan seçib onlarla bərabər ifa etməyə 
baĢladı. Normalda bütün günü yatağında yatan qız, bu gün 
otağına  belə  girmədi.  Özü  sərbəst  ayağa  qalxar,  ətrafı 
yoxlayaraq gəzinir, anasının yanına gedir, çölə çıxırdı. 
Anasının yanında kiminsə səsini eĢidir. Yəqin qonĢudu 
deyərək TV nin səsini biraz azaldır.  
-Salam Nərgiz. Necəsən?  
Çox  elə  də  tanıĢ  olmayan  bir  səs  Nərgizin  qulağında 
anidən çalınan dərs zəngi kimi titrədi.  
Kim  olduğunu  ayırt  etməyə  çalıĢarkən,  ayıb  olmasın 
deyə - salam verdi. 
-Mənəm qızım, Samirə xala.  
Ürəyində - deməsə olmazdı sanki, deyə mızıldandı. 


178 
 
-XoĢ  gəlmisiniz.  –  deyərək  üzündə  yalançı  təbəssüm 
yaratmağa çalıĢdı.  
-Ananla  bir  iĢim  vardı,  gəlmiĢkən  sənidə  görüb  necə 
olduğnu soruĢum dedim.  
-YaxĢı  eləmisiz.  –  qonĢuları  olmasına  baxmayaraq 
Nərgiz  çox  insanla  “siz”li  danıĢardı.  Bu  daha  çox 
sevmədiyi  adamlarda  olurdu.  Nərgizin  birini  sevib  – 
sevmədiyin  ona  “sən”lə  ya  “siz”  lə  müraciət  etməsindən 
ayırd edirdilər.  
-Keçin  əyləĢin,  ayaqüstündə  qalmayıb.  –  Samirədən 
səs gəlməyəcəyinin fərqinə varıb davam elədi.  
-Sağol,  qızım.  Gedirəm  indi.  Anan  bir  Ģey  gətirəcək 
onu gözləyirəm. Evdə uĢaqlar var, tək buraxmaq olmaz. 
-Necə istəyirinizsə.  
Gülnazın  ayaq  səsləri  eĢidildi.  Gülnaz  gəzərkən 
ayaqlarını  yerə  möhkəm  basdığından  onun  gəldiyi 
anlaĢılırdı.  
-Burdasan?  Dediyini  tapdım.  Budur  –  deyərək 
əlindəkini qapalı Ģəkildə Samirəyə uzatdı. 
-Çox sağol, qonĢu. Balalarının toyunda  – deyərək geri 
dönüb evi tərk elədi.  
-Balalarının 
toyundaymıĢ.  –  Nərgiz  Samirənin 
arxasıyca onun ağzını əyərək dedi.  
-Ayıbdı,  elə  -  eləmə.  –  Gülnaz  qızına  elədiyinin  yaxĢı 
hərəkət olmadığın desədə gülməyini saxlaya bilmədi. 
Nərgiz anasına qoĢularaq gülməyə baĢladı. 
Nərgiz qohumları ilə yaxınlıq eləməyi sevərdi. Onlarla 
birlikdə  olmaq,  onlarla  söhbət  eləmək  xoĢuna  gəlirdi. 
Təbii ki, bəziləri xaric idi. Yaxın qohumları olmadığından 
çox yaxınlıq edə bilməyirdi. Bəzi qohumları isə ona yazıq 
gözü  ilə  baxdıqlarından,  sözarasında  ona  gözü  ilə 
sataĢmalarından  Nərgizdə  onlara  qarĢı  nifrət  yaratmıĢdı. 
Onların  qonaq  gəldikləri  zamanda  otağına  çəkilər,  az 
danıĢar, bacardıqca uzaq durardı. 


179 
 
Gülnaz bunları görürdü. Nə qızının tərəfin tutub gələn 
qohumlarına  qarĢı  çıxa  bilirdi  nədə  ki,  qızına  niyə  belə 
davranırsan deyə bilirdi. 
Nərgizin  kitabının  göndərdiyindən  bir  həftə  keçirdi. 
Yusif  hələ  də  zəng  eləməmiĢdi.  Nərgiz  bütün  günü 
telefonu  yanında  saxlayaraq  Yusifdən  gələcək  zəngi 
gözləyirdi.  Bəlkə  də,  sevməmiĢdi.  Bunu  zəng  edib 
bildirməli, göndərdiyi kitabçasını geri döndərməli idi.  
Gülnaz Nərgizə təsəlli verərək, yəqin gec çatdığın hələ 
də  oxuduğun  deyərək  qızını  sakitləĢdirməyə  çalıĢırdı.  O, 
isə  yenədə  ümiddən  düĢmüĢdü  və  həyatını  yenədə 
qaranlıq otağa bağlamıĢdı. 
Kitabçanı  göndərdiklərinin  doqquzuncu  günü  idi. 
Nərgiz  yenə  uzanaraq  yatır,  Gülnaz  təmizlədiyi  evi  bir 
daha  təmizləyir,  yemək  biĢirmməklə  məĢğul  idi.  Ev 
səssizliyə  qərq  olmuĢdu.  Bu  səssizliyi  anidən  gələn  bir 
zəng  pozdu.  Nərgiz  tez  ayağa  qalxaraq  anasını  çağırdı. 
Gülnaz  qaçaraq  gəlib  telefonu  götürüb  dəstəyi  açıb,  alo 
dedi. – Bəli... yanımdadı. Bir dəqiqə 
Gülnaz gülümsəyərək telefonu Nərgizin əlinə qoyaraq 
– Yusifdi – dedi. 
-Yusif? – Necəsən?  
-Salam,  Nərgiz.  BağıĢla  sənə  biraz  gec  cavab  verdim. 
Dediyin günün sabahısı götürə bildim həmdə oxuyub sənə 
dəqiq xəbər verim dedim. Oxudum...  
Nərgizin bu sözdən sonra gedən hər saniyəsi bir ömürə 
bərabər idi. sanki zaman durmuĢdu və getmək bilməyirdi. 
Ürəyinin  döyüntüsün  hiss  edə  bilirdi.  Sanki  ağzından 
çıxacaq kimi döyünürdü. 
-Aha,  bəyəndin?  –  Səbrsiz  davranaraq  Yusifi  sözünü 
bitirməsinə izn vermədi. 
Nərgizin  həyəcanlandığın  görüb  onunla  zarafatlaĢmaq 
üçün biraz uzadıb - düzün demək lazımdısa, ıııı  
-Bəyənmədin? 


180 
 
-Zarafat  edirəm.  Çox  bəyəndim.  Sənə  xəbər  edəcəm, 
bu yaxınlarda filmin çəkiliĢinə baĢlayacağıq. Əvvəlcə bəzi 
iĢlərimiz olacaq.  
-Nə qədər zamana? 
-Bir  aya  baĢlayacağıq.  Səndə  təxminən  on  –  on  beĢ 
günə  gəlməlisən.  Gələ  biləcəksən?  Bakıda  qalacaq  yerin 
var? 
-Hə, var. QardaĢım Bakıda qalır.  
-YaxĢı, o zaman. Zəng edərəm arada.  
-YaxĢı.  
-YaxĢı... - gülümsəyirdi. – hələlik. 
Telefonun dəstəyin asır.  
Telefonun  sönməsini  gözləyən  Gülnaz  özünə  hakim 
ola bilməyərək soruĢdu. – nə oldu? nə dedi? bəyənib, hə? 
–  gözləri  parıldayırdı.  Bəlkədə  Nərgizdən  çox  o 
həyəcanlanırdı.  
-Bəyənib.  Bir  aya  filmin  çəkiliĢləri  üçün  Bakıya 
getməli olduğumu dedi. 
-Belə tez? – təəccübün gizlədə bilməyərək soruĢdu. 
-Bilmirəm, mənə elə dedi.  
-Mənə  biraz  qəribə  gəldi.  Amma  xeyr  olsun...  Nə 
deyim 
Otağa  səssizlik  çökdü.  Bu  səssizliyi  yenə  Gülnaz 
pozdu.  –  yaxĢı  sən  uzan,  dincəl.  Birazdan  yemək  hazır 
olacaq, gəlib oyadaram. 
Anası  ilə  razılaĢıb  arxasıüstə  uzanaraq  yenidən  öz 
xəyal dünyasına dalıb orda yox oldu. 
 
 
İyirmi altıncı hissə 
 
RövĢən iĢ üçün bir neçə yerə müraciət eləsə də müsbət 
cavab  gəlməmiĢdi.    Anasından  aldığı  pulda  azaltmıĢdı. 
Babasının  göndərdiyi  pulların  bir  hissəsidə  dərsə  gedir 
digər  hissəsin  isə  Dənizlə  gəzərkən  xərcləyirdi.  ĠĢə 
girməsi  və  ən  azı  özünü  düzəldənə  qədər  iĢləməsi  lazım 


Yüklə 2,65 Kb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə