Səməd Şıxı atilan bir daş



Yüklə 2,65 Kb.
Pdf görüntüsü
səhifə52/67
tarix14.06.2018
ölçüsü2,65 Kb.
#48843
1   ...   48   49   50   51   52   53   54   55   ...   67

181 
 
idi.  Babasından  istəmək  istəməyirdi.  Həm  xərclərini 
azaltması  ilə  bağlı  danıĢacaq  həm  anasına  deyəcəkdi. 
RövĢən  isə  istəmirdiki  anası  xəbər  tutsun.  Onuda  sıxıb  – 
boğmaq  istəməyirdi.  Onunda  aldığı  pul  özü  ilə  Nərgizə 
ancaq çatırdı.  
Dəniz  neçə  dəfə  atası  ilə  danıĢmaq  istəsədə  RövĢən 
buna  qarĢı  çıxaraq  razı  olmayacağın  demiĢdi.  Araları  bu 
mövzudan ötrü neçə dəfə açılmıĢdı.  
Gecə  iĢləməyədə  razı  olan  RövĢən  sonuncu  danıĢdığı 
yerlə razılaĢmıĢdı. DanıĢığından belə anlamıĢdı ki, onu  iĢ 
üçün 
çağıracaqlar. 
Ġxtisası 
və 
iĢ 
təcrübəsinin 
olmadığından  onun  istədiyi  kimi  iĢ  tapa  bilməyirdi.  Bu 
dəfə isə fərqli idi. ĠĢin nə olduğundan asılı olmayaraq iĢlə 
razılaĢacaqdı.  Bu  iĢdə  elədə  ağır  iĢ  deyildi.  Özəl 
Ģirkətlərin 
birində 
gecələri 
anbarda 
məhsulların 
daĢınmasına  nəzarət  edəcəkdi.  Ondan  müsahibə  alan 
adam  yaxĢı  kiĢi  idi.  RövĢənə  baxıb  iĢə  ehtiyacı  olduğun 
anlamıĢdı və ona yardım etməyə çalıĢacağın demiĢdi.  
Universitetdə  də  dərslərinə  fikir  vermirdi.  Müəllimlər 
bu gediĢlə onun kəsrlərinin çox olacağın neçə dəfə desədə 
RövĢənin  sanki  bunlar  vecində  deyildi.  Son  zamanlarda 
da onda qəribəliklər vardı. Hər kəsdən qaçır, tək gəzməyə 
çalıĢırdı.  Dəniz  səbəbin  soruĢanda  isə  ona  sərt  cavab 
verirdi. Sonra sakitləĢib əsəbinin pozulduğun, ona möhlət 
verməsini  xahiĢ  edirdi.  Dostlarıda  səbəbin  soruĢmaq 
istəsələrdə  RövĢən  hamısına  heçnə  olmayıb  sadəcə  biraz 
sıxılıram  zamanla  keçər  deyərək  keçiĢdirib  yanlarından 
evə  gedirəm  deyə  ayrılıb  tək  oturub  nəyə  kədərləndiyin, 
əsəblərinin niyə pozulduğun bilmədən gəzirdi.  
Anası  ilə dörd – beĢ gün  idi ki, danıĢmamıĢdı. Babası 
zəng  edəndə  də  yola  verərək  tez  sağollaĢmıĢdı.  Bir  ara 
zəng  edib  könlünü  almalı  idi.  Öz  halını  isə  keçirtdiyi 
dönəmlə  ələqələndirib  keçəcəyin  güman  edərək  sakit 
olmağa, heç kimin qəlbini qırmamağa çalıĢırdı. 
 
*** 


182 
 
 
AxĢama  az  qalmıĢdı.  AxĢam  yeməyi  üçün  yemək 
hazırlayırdı.  Bu  gün  kefinə  söz  ola  bilməzdi.  Üstündəki 
yorğunluqdan, sərtlikdən əsər əlamət qalmamıĢdı. Bakıya 
gəldiyi  bu  neçə  ildə  evdə  hər  axĢam  müxtəlif  Ģeylər 
biĢirməyə çalıĢır, bəzəndə ərzaqları qarıĢdıraraq əcaib bir 
yemək  çıxartardı  ortaya.  Bu  gündə  yenə  əlinə  keçən 
ərzaqları qarıĢdıraraq oraya qəribə bir yemək çıxartmıĢdı. 
Dadını  yoxlayaraq  xoĢuna  gəlib  –  gəlmədiyin  yoxlayır. 
Yox, yemək olar – deyərək boĢqaba çəkib süfrəyə qoydu. 
ĠĢtahla yeməyə baĢladı. Yeməyini yeyərək bir tərəfdəndə 
telefonda  Dənizlə  yazıĢırdı.  Dəniz  RövĢənin  əvvəlki 
halına  görə  ona  biraz  incikli  idi.  Bunu  anlayan  RövĢən 
qılığına girərək onun könlünü almağa çalıĢırdı.  
Günorta  müraciət elədiyi  iĢ  yerindən  ona  zəng  edərək 
qəbul  olduğun  dedilər.  Həftənin  birinci  günü  iĢə 
gözləyirdilər. ĠĢin ağırlığın baĢa düĢsədə məcbur buna bir 
müddət  dözəcəkdi.  Səhər  tezdən  dərsə  gedər,  günorta 
dərsdən  çıxıb  evə  gedər  yeməyini  yeyər,  axĢamacan 
yatardı.  AxĢam  olanda  da  qalxar  iĢə  gedərdi.  BaĢlarda 
Dənizə  demək  istəməsədə  sonra  fikrindən  dönüb  ona  hər 
Ģeyi  dedi.  Dəniz  ona  çətin  olacağın,  gecə  -  gündüz  oyaq 
qalacağın,  haldan  düĢəcəyin  desədə  RövĢən  məcbur 
qaldığın  ona  baĢa  salaraq  onuda  razılaĢdırdı.  Yeməyini 
qurtarıb süfrəni toplayıb, qabları yudu. Hələ bir günü var 
idi.  Dənizlədə  razılaĢmıĢdılar.  Artıq  dərsdən  əlavə 
görüĢlərini  azaldacaqdılar.  Dərs  zamanı  bir  olurdular, 
dərsdən əlavədə yalnız həftə sonları görüĢəcəkdilər.  
Günlər  normalında  keçir  artıq  on  gün  idiki  RövĢən 
gündüzləri  dərsə  gedir,  gecələridə  səhərəcən  iĢləyirdi. 
ĠĢdən  çıxaraq  birbaĢa  universitetə  gələr,  dərsdən  əvvəl 
yemək yeyib biraz mürgüləyər, zəng vurulan kimidə dərsə 
girərdi. Dərsdə də imkan tapan kimi yatırdı.  
Yuxusuzluqdan  bənizidə  solmuĢdu.  Gözlərinin  altı 
ĢiĢmiĢdi.  Gəzərkən  sanki  bir  ölü  gəzirdi.  Gözləri  yarı 
qapalı,  Ģüursuzcasına  hara  gəldi  gedirdi.  ĠĢə  girdiyindən 


183 
 
evlərinədə bildirməmiĢdi. Anasının bilməməsini istəyirdi. 
Bu  isə  mümkün  olmayacaqdı.  Gülnazla  sonuncu  dəfə 
danıĢanda  ona  bu  yaxınlarda  Bakıya  gələcəyin  demiĢdi. 
Həm oğlunu görəcək, həm Dənizlə tanıĢ olacaq həm də ki, 
gəliĢinin əsas səbəbi olan Nərgizin filmə çəkiləcəyin dedi. 
RövĢən film  məsələsində durub, necə çəkilir? kim çəkir? 
Harda  gördülərdə  seçdilər?  –  deyə  sualları  ard  –  arda 
anasına tuĢladı. 
Gülnaz  bir  –  bir  olanları  oğluna  deyərək  Nərgiz  üçün 
bir  Ģans  olduğun,  onu  həyata  təkcə  bu  qaytara  biləcəyin 
deyərək  oğlunu  razı  saldı.  Tezliklə  Bakıya  gələcəklərin, 
nəsə istədiyin soruĢmuĢdu.   
Onlar  gələndə  nə  edəcəm?!  –  deyə  düĢünürdü. 
Onlardan  xəbərsiz  iĢə  gedə  bilməyəcəkdi.  Məcbur  onlara 
gecə  iĢə  girdiyin  deyəcəkdi.  YaxĢı  ki,  təkcə  anası  ilə 
Nərgiz  gələcəkdi.  Babası  ya  da  nənəsi  gəlsə  iĢdən 
çıxmağa  məcbur  qalacaqdı.  Farizin  onun  iĢləməsinə  razı 
olmayacağın  bilirdi.  Hələki  bu  iĢin  gecə  olduğun 
öyrənəndən sonra heç zaman razı olmayacaqdı. Telefonda 
danıĢanda RövĢənə heçnəyi dərd etməməyi, gücünü ancaq 
dərsə  verməsini  ona  dönə  -  dönə  deyirdi.  Nə  kimi 
problemi olsa ya, ya da ki, Orxan əmisinə yaxınlaĢmasını 
təmbeh  eləmiĢdi.  RövĢəndə  buna  görə  istəməyirdi  ki, 
babası  iĢlədiyindən  xəbər  tutsun.  Anası  gələndə  onunla 
danıĢar, babasına çatdırmaması üçün ondan xahiĢ edərdi.  
Gülnazı  necə  razı  salacağın  bilirdi.  Bilirdi  ki,  onunla 
biraz  duyğusal  danıĢan  kimi  razı  olacaqdı.  Anasına 
babasına  çox  yük  salmamaq  üçün  iĢlədiyini,  öz  xərcinin 
birazında  olsa  özü  qarĢılamaq  istədiyin  deyən  kimi 
Gülnaz  oğlunun  qürurnu  görüb  razı  olacaqdı.  Bunu 
atasından  görmüĢdü. Nə olsa da baĢqasına  əyilməzdi. Ac 
qalardı ancaq gedib kimdənsə bir tikə çörək istəməzdi.  
Dərslərini  eləməyə  vaxtı  olmadığından  Dənizdə 
yardım  edərdi.  Bəzi  tapĢırıqlarını  alıb  özü  yazardı.  ĠĢdə 
görə biləcəyi qədərni eləməyə çalıĢırdı. 


Yüklə 2,65 Kb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə