SəMƏd vurğUN



Yüklə 2,33 Mb.
Pdf görüntüsü
səhifə7/98
tarix30.12.2017
ölçüsü2,33 Mb.
#18646
1   2   3   4   5   6   7   8   9   10   ...   98

______________Milli Kitabxana_______________ 

29 


 

 

İndi də sən dinlə, mənim oxucum!  



Cəlalın üstünə açdığım hücum  

Bəlkə də gəncliyə bir hörmətimdir,  

Duyan ürəklərə məhəbbətimdir.  

Nə qədər sevsəm də Cəlalı, əfsus,  

O bir qurbanıdır vaxtına məxsus  

Adi duyğuların, düşüncələrin...  

Hər kiçik zərrədə dərindən dərin  

Mənalar gizlənir, Cəlal boş deyil,  

Ayıq olmasa da, bir sərxoş deyil;  

O, canlı insandır, o insanı mən  

Keçinmək istərəm hadisələrdən,  

O zaman aydınca görərsən onu,  

Bilərsən nə olur Cəlalın sonu. 

 

Bir ayın ərzində tamamlanmış iş,  



Daxmanın yerində ağ ev tikilmiş – 

Düzülmüş yan-yana pəncərələri,  

Qızyetər bu evə köçəndən bəri  

Öpür saçlarını günün işığı,  

Dəyişib büsbütün yar-yaraşığı;  

Elə bil dünyaya yenidən gəlmiş;  

Yoxsulluq keçirən heç bu deyilmiş.  

Bəylərin dövləti-malı talandı,  

Onların yurdunda ocaq qalandı,  

Aldı öz payını Qızyetər qarı,  

Onunla birlikdə kənd yoxsulları.  

İndi gümüldənib

1

, sızlayıb hərdən,  



Şikayət etməyir öz taleyindən  

Bir parça çörəyə çatmışdır əli.  

Komsomol Bəxtiyar kəndə gələli  

Toplayıb başına yoldaşlarını,  

Daşıyır çiynində yol daşlarını;  

Gündə hər əlsizə bir yuva qurur.  

Odur bax, özüdür, o gələn odur. 

                                                            

1

 Dərdlənib, inildənib 



 


______________Milli Kitabxana_______________ 

30 


 

Araba boynunda ot daşıyır, bax...  

Səhraya çıxmışdır günəşdən qabaq  

O, mədən yavrusu sizdənəm, deyə  

Qaynayıb-qarışıb yoxsul kəndliyə,  

Gah kərənti çəkir, gah odun qırır,  

Gah da ki, dağlara çıxıb hayqırır  

Qaçaqlar dalınca əldə tüfəngi,  

Hirsindən bozarıb qızarır rəngi.  

Nə qədər qüvvə var, nə qədər maraq  

Bu insan oğlunda hünərə bir bax!  

Əlində top kimi oynayır həyat,  

Onun dövlətidir bir tüfəng, bir at, 

 Bir də əynindəki yamaqlı şinel,  

Doğma vətənidir hər oba, hər el.  

Bəxtiyar arzular öylə bir dünya – 

Ağalıq, köləlik olmasın orda.  

Güldürür ömrünü bu şanlı əməl,  

Sadə bir insandır hər şeydən əvvəl 

 

* * * 



 

Gecədir... Kənd yuxulu,  

Nə işıq var, nə tüstü,  

Ətraf bir az qorxulu,  

Sakit durur yol üstü;  

Nə işıq var, nə tüstü. 

Ala-seyrək, arabir,  

Gəlir köpək səsləri.  

Yaxından eşidilir,  

Kür çayının ləngəri,  

Bir də köpək səsləri. 

Hərdən yağış səpələr – 

Gözəldir bu tamaşa,  

Yastı-yastı təpələr  

Yatışırlar baş-başa, 

  



______________Milli Kitabxana_______________ 

31 


 

Gözəldir bu tamaşa.  

Bulud qara, göy qara  

Bu qaranlıq gecədən  

Gözə gəlir göy qara;  

Çox keçdim ömrümdə mən  

Bu qaranlıq gecədən...  

Səhər, obaşdan durub,  

Yerində bardaş qurub,  

Təsbeh çəkir Qızyetər,  

Alnındakı soyuq tər  

Bəlkə cana faydadır,  

Qocaldıqda qaydadır...  

Çıxdığı ağ günlərin  

Anlaya bilmir dərin  

Mənasını bu qarı;  

Baxıb altdan yuxarı  

Bu rahat yatmağını,  

Ağ günə çatmağını,  

Yenə Allahdan görür,  

Çəkdiyi ahdan görür... 

 

QAROVUL 

 

Dumanlar dağların üstündə bir yük,  



Dağların bu dərdi özündən böyük.  

Havalar qat tutub, gecə darısqal,  

Belə bir səhnəni xatirinə sal.  

Bu sıx qaranlıqda keşikçilər var,  

Körpünün altını kəsib Bəxtiyar.  

Qarşısında nəhr, arxasında yol,  

Yanında on nəfər igid komsomol,  

Qaçaqlar bu kəndə dolmasın deyə,  

Bir də qılınc-qırğın olmasın deyə.  

Ayaq üstündədir axşamdan bəri,  

Süzülür yuxulu, yorğun gözləri.  

Çalpapaq Kərəm də gəlib arabir 

  



______________Milli Kitabxana_______________ 

32 


 

Onların üstünə özü baş çəkir.  

Bu qoca kommunist, bu kənd rəhbəri  

Bəxtiyarla tanış olandan bəri  

Artır məhəbbəti ona günbəgün,  

Onunla başqadır rəftarı bütün.  

Bəxtiyar tüfəngə söykənib durur,  

Gözlərində həyat, alnında qürur.  

Azca xışıldasa ağacda yarpaq  

Yerindən quş kimi cəld sıçrayaraq,  

Hazırdır... Yanında uzanıb daşa,  

Yatıb fısıldayır yenə Mirpaşa.  

 yeyib, içib, 

Dünyadan keçib...  

İnan ki, növbədə dayanıb naçar...  

Bu daş parçasına gülür Bəxtiyar.  

Və sonra Mirpaşa səksənsin deyə,  

Havayı bir güllə buraxır göyə.  

Azca qımıldanır onun bədəni.  

Bəxtiyar deyinir: -  

Öləsən səni! 

 

KƏNDDƏ TEATR 

 

Bir aydı Gərayın evi alınmış,  



Orada başqa bir həyat salınmış.  

Leninin əksidir divarda duran,  

Tarixdə ən böyük, ən canlı insan.  

Könüldən-könülə gəzir əməli,  

Onun tribunadan yüksələn əli  

Çağırır üsyana əzilənləri,  

Günlər baş götürüb axır irəli. 

Axşamdan bəridir o əksə sarı  

Dayanıb diqqətlə baxır bir qan.  

Hələ gözlərinin var işıqları,  

Darısqal alnının qırışıqları  

Tarixdə ən qara günlər andırır, 

  



______________Milli Kitabxana_______________ 

33 


 

İnsanın fikrini dalğalandırır...  

Əynində paltosu, başında şalı,  

Onun ruhunda da dəyişmiş halı.  

O, artıq keçirir özgə bir həyat:  

Bəylərin malından üç inək, bir at  

"Yoxsul komitəsi" vermişdir ona.  

Ömrünün sonunda Qızyetər qarı  

Gülüb şadlığından qol-qanad açır,  

Zığlı gözlərindən yorğunluq qaçır...  

O, əksə baxdıqca dayanıb durur,  

Deyir ki:"dünyada peyğəmbər budur!"  

Yoxsa bu bəylərin, qansoranların  

Taxtı tarac olsun, görüm, onların..." 

Üfüqlər qaraldı, el rahat oldu,  

Bizim kənd klubu yenə də doldu.  

Taxtadan qurulmuş adi səhnədə  

Bu axşam tamaşa vardır yenə də.  

Burada bir çoxu düşəcək dərdə...  

Zırınq... Zəng vuruldu, açıldı pərdə:  

Nökər paltarına girmişdir Cəlal,  

Bəyin rolundadır bu gün Bəxtiyar.  

Onun qollarında nə ki qüvvə var,  

Hey döyür Cəlalı, o isə bihal  

Yıxılıb torpağa zarıyır əlan,  

Belədir acizlik, belədir İnsan... 

- Sən oğurlamısan! 

- Vallah yalandır...  

Bağışla Tanrıya, öldüm, amandır!.. 

- Gör 


necə yalvarır, İtin balası! 

Elə bil itkidən xəbəri yoxdur! 

- Vur, 

köpək oğlunu,- günahı çoxdur! - 



Deyib qızışdırır bəyi kirvəsi, 

Muzdurun getdikcə kəsilir səsi... 

Şaraqhaşaraq, Yumruq, şapalaq  

Boyamış qana 




Yüklə 2,33 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   98




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə