98
Milli əruzumuz dünən, bu gün və sabah
Mədəniyyətin zirvələrinə çatmış və inkişafın yük-
sək pillələrində duran bir çox xalqlarda olduğu kimi,
bizim də bədii ədəbiyyatımızın iki qolu vardır: şifahi
və yazılı. Şifahi ədəbiyyat nümunələrinin tarixini tə-
yin etmək çətin və bəzən qeyri-mümkün olduğu hal-
da, yazılı ədəbiyyat dəqiq tarixə malikdir. Folklor kol-
lektivin, yazılı ədəbiyyat nümunələri isə fərdi yaradı-
cılığın məhsuludur. Bizi çox vaxt “şair xalq” adlandı-
rırlar. Bu, təsadüfi deyil. Folklorumuzun böyük bir
qismi nəzmlə yaradılmış, yazılı ədəbiyyatımız isə ta
XIX əsrə qədər bir sıra istisnalar nəzərə alınmasa,
nəsrdən uzaq olmuşdur (Xaqani və Füzuli yaradıcılı-
ğında olan nəsr).
Şeirin 5 tərkib hissəsi vardır: məani, bəyan, bədii,
vəzn, qafiyə. Bunlardan, şübhəsiz ki, şeri şerə bənzə-
dən ən mühüm cəhət vəzndir. Dərin məna, fikir, dü-
şüncə və hissiyyatdan ibarət olan məani-şeirin ruhu,
bəyan, bədii, qafiyə şerin tənidirsə (forması, qurulu-
şu, söz tutumu), vəzn onun canıdır. Mənasız, fikirsiz
şeir ruhsuz bədənə bənzəyər. Fiziki bir hal kimi ruh-
suz bədən mümkündür, cansız bədən isə ölümə məh-
kumdur. Vəzn ruhsuz bədii nümunəni də nəzm sə-
viyyəsinə çatdıran bir vasitədir. Ta qədim zamanlar-
dan şeirimiz iki vəzndə yaradılıb: əruz və heca vəzn-
lərində. “Bunlardan hansı qədimdir?” – sualına cavab
vermək çətindir, çünki VII-VIII əsrlərdən etibarən
ərəb, fars və Azərbaycan dillərində yaradılan yazılı
ədəbiyyatımızın başlanğıcında əruz vəzni dayanır.
Qazi Bürhanəddin və Nəsiminin bir sıra heca vəznli
99
şeirlərini nəzərə almasaq, “hecanı yazılı ədəbiyyatı-
mıza Ş.İ.Xətai gətirmişdir” fikri ilə razılaşmalı olaca-
ğıq. Bu isə XVII əsr deməkdir.
Şifahi ədəbiyyat nümunələrinin tarixini təyin et-
mək nə qədər çətin olsa da, onların bəzilərinin qədim-
liyi heç də şübhə doğurmur. Ovsun, bəlkə də ən qə-
dim bədii janrdır. Aşağıdakı nümunəyə diqqət yeti-
rək:
Haş gedə, huş gedə,
Ox sənə tuş gedə.
fA ilün fA ilün (mütədarik bəhri)
Ovsunlardan sonra qədimliyinə görə növbə nəğ-
mələrə düşür. “Kos-kosa” oyunu və oradakı nəğmələ-
rin Novruz bayramı və Zərdüştilik dövrü ilə bağlı ol-
duğunu inkar etmək çətindir. Buradakı nəğmələr
münsərih bəhrindədir:
Ay uyruğu-uyruğu
Saqqalı it quyruğu.
müftə ilün fA ilü
“Qodu-qodu” mərasimi ilə əlaqədar oxunan “can,
gülüm, can-can” nəğməsi də həmin ölçüdədir.
Atalar sözlərindən “Yüz ölç, bir biç” (fə lün fə
lün), “Keçmə namərd körpüsündən, qoy aparsın sel
səni…” (fA ilAtün fA ilAtün fA ilAtün fA ilün) nü-
munələri rəməl bəhrindədir. Dədə Qorqudun məşhur
“Ayrana ayran demədim mən Dədə Qorqud” – deyi-
mi isə (müftə ilün müftə ilün müftə ilAtün) rəcəz
bəhrində söylənilmişdir. (Məşhur əruzçularımızdan