145
“İdeal”ı oxumadan, “Azərbaycan ədəbiyyatı ilə
tanışam” demək mümkün deyil
Firuzə xanım: Allahdan bir arzum var ki, İsa yaşadığı
müddətdə məni də yaşatsın. Onu heç kimə etibar edə bilmə-
rəm.
İsa Muğanna:- Onda gərək əbədi yaşayasan!
Ağlımın kəsdiyi zamanlarda oxuduğum ilk əsər
“İdeal” romanı idi. Əruzşünas alim Zülfəli Zülfəliye-
vin məsləhəti ilə oxumuşdum. Nə qədər ağır bir əsər
olsa da, əsər elə bir formada təqdim edilib ki, bu ağır-
lığı hiss etmədim. Dünyagörüşü yeni formalaşmaqda
olan, ədəbiyyat aləminə atılmağı belə ağlına gətirmə-
yən, sadə kənd uşağının dünya sirlərini özündə daşı-
yan kainat qədər ağır bir əsəri dizləri əsə-əsə, boğazı
quruya-quruya oxuması ona bir istiqamət verdi. Hə-
yat fəlsəfəsini, milli kimliyi, mifik dünyagörüşlərin al-
tında gizlənən tarixi, dildəki kodlu sözlərdə yaradılı-
şın sirlərinin necə gizlədildiyini araşdırmağı, öyrən-
məyi “İdeal” əsəri öyrətdi mənə. Hər cümlədən sonra
kasıb kitab rəfimdən yeni bir kitabı masanın üstünə
gətirməyi, müqayisəni, müqayisəli təhlili, məntiqi ar-
dıcıllığı, şübhəni, düşünməyi bu əsər öyrətdi mənə...
“İdeal” romanını oxuduğum gündən müsahibim
olan, kitabı sevən, milli qürurunun olduğunu hiss et-
diyim hər kəsə bu kitabı tövsiyə etdim. Oxuyanlardan
“sağ ol” aldım. Sonra da özüm üçün də üstüörtülü
qalan suallara cavab verməyim istənildi. Çıxılmazlara
girirdim bəzən və sonda bir gün bu kişinin özü ilə gö-
147
Söhbət əsnasında indiki gənclikdən şikayətini də
dilə gətirdi ustad sənətkar. Əsərlərinin oxunmama-
sından və yenidən nəşr olunmamasından danışdı. Elə
bil neçə illərdir, arzusunda olduğum fikrimi səslən-
dirmək üçün kömək etdi mənə. Və söz verdim: “85 il-
lik yubileyinizə “İdeal” silsiləsindən, SafAğ elminin
əsasları olan 6 əsəri müasir tələblərə uyğun çap edə-
cəyik”. Bir neçə aydır ki, “İdeal”, “Məhşər”, “Qəbiris-
tan”, “Cəhənnəm”, “İsahəq-Musahəq”, “GurÜn”əsər-
lərinin redaktoru kimi çalışıram. Həftədə bir dəfə İsa
müəllimi görməyə getdim, qeydlərimizi, dizaynları-
mızı ona göstərdim, kitabın formatı haqqında fikirlə-
rini öyrəndim, düzəlişlərini götürdüm. İki eynəyi üst-
üstə qoyub oxumasına baxmayaraq, ustad sənətkar
hər bir kitabının korrektə səhvinə belə diqqət yetirir-
di. Ən çox üstündə işlədiyimiz əsər isə “İdeal” oldu.
Çünki həmin əsərə iki ayrıca bölmə yazmış, bəzi his-
sələrə isə xeyli əlavələr etmişdi. Digər tərəfdən də
“Yanar ürək”dən bu tərəfə “heç kəsin anlamadığı
bədbəxt OdƏr”in yazdığı bu əsər hər işarəsində bö-
yük bir məna daşıyır, hər bir hərfi bir körpüdür. İsa
Muğannanın xətti də o qədər mistikdir ki, bəzən elə
olurdu ki, zəng edib filan sözdəki filan hərfdən sonra
gələn hərf nədir deyə soruşmasaq olmurdu.
Hər dəfə də ağsaqqalın ocağında süfrə açılırdı. İs-
tər Firuzə xanım, istərsə də qızı Sevinc xanım Qərb
bölgəsinin zəngin nemətləri ilə bəzədilmiş süfrəyə əy-
ləşməyimizi israrla tələb edirdi. O qədər qayğı ilə, o
qədər səmimi şəkildə yeməyi təklif edirdi ki,
etiraz et-
məyə belə adam utanırdı. Əsl azərbaycanlı ağbirçək
təcəssüməsidir Firuzə xanım.