ŞƏMİl sadiQ Ədəbiyyatla



Yüklə 1,91 Mb.
Pdf görüntüsü
səhifə33/40
tarix25.07.2018
ölçüsü1,91 Mb.
#59095
1   ...   29   30   31   32   33   34   35   36   ...   40

144
 
 
zanda  isə  yunan  dilində  “Arti”  yazırlar.  (OdƏr  yaz-
mırlar!)  “Pat”  yazırlar  (BağOd  yazmırlar!),  hətta  I 
Pyotrun yürüşündən sonralar da öz qədim adı ilə Bağ 
Od  adlandırılmış  indiki  mərkəz  şəhərimiz  “Ba  Ki” 
haqqında həqiqəti də gizlədib təhrifdillilərimizin, təh-
rifşüurlularımızın  özlərinin  vasitəsilə  “zdes  tatsan” 
deyirlər. 
Öz  nəsrində  daima  təhrif  dünyadan  danışan  İsa 
Muğanna “İlan dərəsi” kitabındakı əsərlərlə – “Həya-
tımdan  səhifələr”,  “İlan  dərəsi”,  “Söz  yarası”,  “Qırx 
kisə  qızıl”  əsərləri  ilə  yenə  ənənəsinə  sadiq  qalmış, 
“İdeal”  romanında  tezis  şəklində  yanaşdığı  mistik 
məsələlərin  tarixlə  uyğun  mətləblərinin  açılmasına 
çalışmış,  oxucusunu  tarix  və  gerçəklik  qarşısına gəti-
rərək bir daha düşünməyə vadar etmişdir.  
 
İsa Muğanna. “İlan dərəsi” (Əsərlər, povestlər).  
Hədəf Nəşrləri 2013. 
 
 
 
 


145
 
 
“İdeal”ı oxumadan, “Azərbaycan ədəbiyyatı ilə 
tanışam” demək mümkün deyil 
 
Firuzə xanım: Allahdan bir arzum var ki, İsa yaşadığı 
müddətdə məni də yaşatsın. Onu heç kimə etibar edə bilmə-
rəm. 
İsa Muğanna:- Onda gərək əbədi yaşayasan! 
 
Ağlımın  kəsdiyi  zamanlarda  oxuduğum  ilk  əsər 
“İdeal” romanı idi. Əruzşünas alim Zülfəli Zülfəliye-
vin məsləhəti ilə oxumuşdum. Nə qədər ağır bir əsər 
olsa da, əsər elə bir formada təqdim edilib ki, bu ağır-
lığı hiss etmədim. Dünyagörüşü yeni formalaşmaqda 
olan, ədəbiyyat aləminə atılmağı belə ağlına gətirmə-
yən, sadə kənd uşağının dünya sirlərini özündə daşı-
yan kainat qədər ağır bir  əsəri dizləri əsə-əsə, boğazı 
quruya-quruya  oxuması  ona  bir  istiqamət  verdi.  Hə-
yat fəlsəfəsini, milli kimliyi, mifik dünyagörüşlərin al-
tında gizlənən tarixi, dildəki kodlu sözlərdə yaradılı-
şın  sirlərinin  necə  gizlədildiyini  araşdırmağı,  öyrən-
məyi “İdeal” əsəri öyrətdi mənə. Hər cümlədən sonra 
kasıb  kitab  rəfimdən  yeni  bir  kitabı  masanın  üstünə 
gətirməyi, müqayisəni, müqayisəli təhlili, məntiqi ar-
dıcıllığı, şübhəni, düşünməyi bu əsər öyrətdi mənə... 
“İdeal”  romanını  oxuduğum  gündən  müsahibim 
olan, kitabı sevən, milli qürurunun olduğunu hiss et-
diyim hər kəsə bu kitabı tövsiyə etdim. Oxuyanlardan 
“sağ  ol”  aldım.  Sonra  da  özüm  üçün  də  üstüörtülü 
qalan suallara cavab verməyim istənildi. Çıxılmazlara 
girirdim bəzən və sonda bir gün bu kişinin özü ilə gö-


146
 
 
rüşüb  bu  suallara  cavab  alacağımı  düşünürdüm  hə-
mişə. 
Tələbə vaxtı bu görüş üçün çox çalışsam da, alın-
madı. Son dövrlərdə İsa Muğanna ilə görüşmək üçün 
çox  cəhd  etdim.  Bütün  yazıçı  dostlarıma,  ona  yaxın 
olacaq bir neçə başqa şəxslərə də xahişdə bulundum. 
Amma  mümkün  olmurdu  ki,  olmurdu.  Adətən  də, 
səhhətinin yaxşı olmadığı üçün bu baş tutmurdu. 
Bir gün dostum Əli İbrahimbəyli zəng etdi ki, səni 
İsa  Muğanna  ilə  görüşdürəcəyəm.  Bu  şad  xəbərə 
muştuluq nə verəcəksən? Çünki bir vaxtlar bir tələbə 
üçün əlçatmaz zirvədə olan böyük bir şəxsiyyətlə gö-
rüşməyin mənim üçün ən şad xəbər olduğunu bilirdi. 
Və beləcə İsa Muğannanın əlini sıxmaq və o əllər-
dən  öpmək  şərəfinə  nail  oldum.  Qapalı  dünyamdakı 
bütün suallara Muğannanın özündən cavab aldım. Bu 
sirli  insanın  təvazökarlığı  və  məntiqi  əsərlərində  ol-
duğundan daha çox heyran etdi məni. 
Həyat yoldaşı Firuzə xanımla münasibətləri və bu 
yaşda  insanların  bir-birinə  necə  hörmət  və  sədaqətlə 
yanaşmaları  onlara  qibtə  etməyə  məcbur  edirdi  ada-
mı. 
İlk  görüşümüz  elə  Əli  İbrahimbəyli  ilə  birgə  baş 
tutmuşdu.  Elmə,  incəsənətə  və  mədəniyyətə  böyük 
qiymət verən Əli müəllimin və mənim suallarım Mu-
ğannanı  200000  illik  tarixin  dərinliklərindən,  70-80-ci 
illərin  Yazıçılar  Birliyinə,  ordan  bu  günə  və  gələcəyə 
aparırdı. Hərdən Firuzə xanımın ərkyana “İsa, bir az 
nəfəs  al,  yavaş-yavaş  danış”  deyərək  keçirdiyi  nara-
hatçılıq bizi susmağa və seyr etməyə məcbur edirdi. 


147
 
 
Söhbət  əsnasında  indiki  gənclikdən  şikayətini  də 
dilə  gətirdi  ustad  sənətkar.  Əsərlərinin  oxunmama-
sından və yenidən nəşr olunmamasından danışdı. Elə 
bil  neçə  illərdir,  arzusunda  olduğum  fikrimi  səslən-
dirmək üçün kömək etdi mənə. Və söz verdim: “85 il-
lik  yubileyinizə  “İdeal”  silsiləsindən,  SafAğ  elminin 
əsasları  olan  6  əsəri  müasir  tələblərə  uyğun  çap  edə-
cəyik”. Bir neçə aydır ki, “İdeal”, “Məhşər”, “Qəbiris-
tan”, “Cəhənnəm”, “İsahəq-Musahəq”, “GurÜn”əsər-
lərinin redaktoru kimi çalışıram. Həftədə bir dəfə İsa 
müəllimi  görməyə  getdim,  qeydlərimizi,  dizaynları-
mızı ona göstərdim, kitabın formatı haqqında fikirlə-
rini öyrəndim, düzəlişlərini götürdüm. İki eynəyi üst-
üstə  qoyub  oxumasına  baxmayaraq,  ustad  sənətkar 
hər bir kitabının korrektə səhvinə belə diqqət yetirir-
di.  Ən  çox  üstündə  işlədiyimiz əsər  isə “İdeal” oldu. 
Çünki həmin əsərə iki ayrıca bölmə yazmış, bəzi his-
sələrə  isə  xeyli  əlavələr  etmişdi.  Digər  tərəfdən  də 
“Yanar  ürək”dən  bu  tərəfə  “heç  kəsin  anlamadığı 
bədbəxt  OdƏr”in  yazdığı  bu  əsər  hər  işarəsində  bö-
yük  bir  məna  daşıyır,  hər  bir  hərfi  bir  körpüdür.  İsa 
Muğannanın  xətti  də  o  qədər  mistikdir  ki,  bəzən  elə 
olurdu ki, zəng edib filan sözdəki filan hərfdən sonra 
gələn hərf nədir deyə soruşmasaq olmurdu. 
Hər dəfə də ağsaqqalın ocağında süfrə açılırdı. İs-
tər  Firuzə  xanım,  istərsə  də  qızı  Sevinc  xanım  Qərb 
bölgəsinin zəngin nemətləri ilə bəzədilmiş süfrəyə əy-
ləşməyimizi  israrla  tələb  edirdi.  O  qədər  qayğı  ilə,  o 
qədər səmimi şəkildə yeməyi təklif edirdi ki, etiraz et-
məyə  belə  adam  utanırdı.  Əsl  azərbaycanlı  ağbirçək 
təcəssüməsidir Firuzə xanım. 


Yüklə 1,91 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə