ŞƏMİl sadiQ Ədəbiyyatla



Yüklə 1,91 Mb.
Pdf görüntüsü
səhifə36/40
tarix25.07.2018
ölçüsü1,91 Mb.
#59095
1   ...   32   33   34   35   36   37   38   39   40

156
 
 
Silahlardan aralı, 
Günahlardan aralı, 
       Allahlardan aralı. 
 
Misralardan bəlli olur ki, Zəlimxan müəllim “İde-
al”  romanından  başlamış  “Mənim  məhəbbətim”  adlı 
bir  səhifəlik  son  yazıya  qədər  Muğanna  yaradıcılığı 
ilə  dərindən  tanışdır.  Müəllifin  “Sehr  qoxuyan  kişi” 
ifadəsi  isə  maraqlı  bir  tapıntıdır.  Elmi  ədəbiyyatda 
magik realizm –  əfsunlu  realizm  kimi  səciyyələndiri-
lən  Muğanna  yaradıcılığının  baş  obrazı  olan  İsa  Mu-
ğannaya yaraşan uyğun poetik ifadələrdəndir – “Sehr 
qoxuyan kişi” ifadəsi. Ustad sənətkarın İsa Muğanna 
kimi yazdığı bütün əsərlərində bir sirr, bir məna giz-
lənib. Hər bir sözü üzərində fikirlər yürüdülə, müza-
kirələr açıla bilər. Şairin “Silahlardan aralı, Günahlar-
dan  aralı,  Allahlardan  aralı”  misraları  ilk  baxışdan 
oxucunu düşündürə bilər. Lakin əminəm ki, Muğan-
na  ideoloji  fikri  ilə  tanış  olan  oxucu,  gülümsəməyə 
bilmir  bu  məqamda.  Dünyanı  “Ağ”  görmək  istəyən 
yazıçı  həyatının  son  30  ilini  təhrif  olunmuş  dinlərin, 
allahların  mahiyyətini  açmağa  çalışdı.  Onun  konsep-
siyasına  görə  bu  gün  dünyanı  dinlərlə  idarə  edənlər 
pul allahları, qorxu allahları, təhrif allahlarıdır. 
Hər hansı bir oxucu əsərləri ilə yazıçını oxuya, du-
ya, anlaya bilər. Hətta onunla dərdləşə, söhbətləşə də 
bilər. Lakin bu cür bir poemanı yazmaq üçün vacibdir 
ki, oxuduğun əsərin müəllifi dostun ola, həm də onun 
yazdıqlarına pərəstiş edəsən, simpatiya ilə yanaşasan 
və hər cümləsinə qibtə edəsən ki, belə bir əsər ortalığa 
qoya biləsən. 


157
 
 
  
Əzizimiz, Muğanna!  
Heç kəs soruşmasın ki, 
Haralıyam,  
hardanam.  
Mən də Odərlərdənəm,  
Mən də SafAğlardanam. 
 
Bəlkə, bir zamanlar Zəlimxan müəllim də İsa Mu-
ğanna ilə söhbətlərində onun göylərdən Ün eşitməsi-
nə  inanmadığını  deyib  və  ya  eyhamını  vurub,  bəlkə 
də  sadəcə  ürəyindən  keçirib.  Amma  poemanı  oxu-
duqca görürsən ki, bu gün Zəlimxan müəllim İsa Mu-
ğannaya və onun Ününə tam varlığı ilə inanır. Və za-
man-zaman  planetdən  Muğannanın  göndərdiyi  ilahi 
səsi,  siqnalı  eşidir,  qədim  elm  olan  ağ,  maq,  muğ  - 
SafAğ  elminin  fəlsəfəsini  sözün  qüdrəti  ilə  bizə  təq-
dim edir.  
 
Doqquz oğlu, övladı, 
Bir-bir güllədən keçən, 
İsa, Musa babanın 
İsahaq, Musahəqtək, 
Anadilə çevrilib 
Tüstülənən ahı da, 
Yazıq Taftı qarının 
Açılmaz sabahı da 
SafAğ elmindən gəlir. 
Cümrünün tütəyində 
Alovlanan nəfəs də, 
Tapdığın sinəsindən 


158
 
 
Qopan o qəmli səs də
Çayın hayqırtısı da, 
Selin gurlaması da, 
Sudüşən çəmənində 
Şehin parlaması da 
SafAğ elmindən gəlir. 
 
Yuxarıdakı misralar İsa Muğanna taleyi ilə, obraz-
larının taleyinin ifadəsidir. Çünki İsa Muğannanın adı 
onun  əmisinin,  Musa  isə  babasının  adıdır  ki,  biz  bu 
haqda İsa Muğannanın “Həyatımdan səhifələr” oçer-
kindən oxuyuruq: “İsa əfəndi mənim doğuluşumdan 
səkkiz il əvvəl, nəslimizin Muğanlıdan  əvvəlki kəndi 
Padişahlıqda  dünyasını  dəyişmiş  əmim  idi.  Nəriman 
Nərimanov  sosialist  ideyaları  təbliğ  etdiyinə  görə 
həbs  olunub  Tiflis  həbsxanasında  bir  il  yatdıqdan 
sonra,  1906-cı  ildə  Bakıya  gedərkən  SafAğ  elmi  haq-
qında məlumat toplamaq üçün yolunu SafAğ alimlə-
rinin  kəndi  Padişahlıqdan  salıb,  orada  babamla  doğ-
ma  qardaş  qədər  yaxınlaşdıqdan  sonra,  1913-cü  ildə 
Odessadan təhsildən qayıdanda Zeynalabdin Tağıye-
vin  kompanyonu,  babamın  əmisi  oğlu  “Xozeyin  Mə-
həmməd”in vasitəsilə SafAğ təhsilli İsa əfəndini, kiçik 
qardaşı Musa ilə birlikdə Bakıya çağırtdırıb. Qara şə-
hərdəki  hərbi  gimnaziyaya  qəbul  elətdirib,  şəxsən 
“silsilə”dən,  (Həllac  Mənsurdan,  Firdovsidən,  Niza-
midən,  Nəsimidən,  Füzulidən,  Yunis  İmrədən)  özü 
dərs  deyib.  Musa  gimnaziyanı  qurtarmamış  xəstələ-
nib  Padişahlığa  qayıdıb.”(5,  səh.16-17)  İsa  Muğanna 
istər  bədii  əsərlərində,  istər  müsahibələrində,  istər 
publisistik məqalələrində, istərsə də adını çəkdiyimiz 


159
 
 
“Həyatımdan  səhifələr”  əsərində  elə  bir  üslub  seçib 
ki, oxucu birmənalı olaraq bütün bu olanların bir bə-
dii təxəyyülün məhsulu yox, İsa Muğannanın öz tale-
yi  olduğu  qənaətinə  gəlir.  Çünki  İsa  Muğanna  ədə-
biyyatla  əbədiyyatın,  ədəbiyyatla  həqiqətin,  ədəbiy-
yatla  tarixin,  ədəbiyyatla  göyün,  ədəbiyyatla  yerin 
arasında olan “sehr qoxuyan kişiydi”. 
“İdeal”  romanı  ilə  əsası  qoyulan  SafAğ  elminin 
fəlsəfəsini bir dərviş kimi oxuculara izah etməyə çalı-
şan şair yazır: 
 
SafAğ elmi deyir ki,  
Cahilliyə nöqtə qoy,  
Cəhaləti məhv eylə.  
İnsanlar arasında 
Qanlı düşmənçiliyi,  
Ədavəti məhv eylə. 
... 
SafAğ elmi deyir ki, 
Öz işini halal gör
Öz işini təmiz tut
Can gəldi-gedəridi
Elmi candan əziz tut. 
 
İsa  Muğanna  ideologiyasının  əsasında  duran  ən 
ali amal elm idi. SafAğ elmi. Bu elm cəhalətin kökünü 
kəsmək,  onu  məhv  etmək  üçün  işıq  gəmiləri  tərəfin-
dən  insan  oğluna  göndərilmişdir.  Lakin  insan  oğlu 
cəhalətə  uyaraq  bu  elm  qılıncının  qəbzəsindən  tuta 
bilmir,  onun  üçün  də  dünya  qan  gölünə,  bəşəriyyət 
nəfsinin qurbanına çevrilib. Bu misralarda Nəsimi fəl-


Yüklə 1,91 Mb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə