ŞƏMİl sadiQ Ədəbiyyatla



Yüklə 1,91 Mb.
Pdf görüntüsü
səhifə37/40
tarix25.07.2018
ölçüsü1,91 Mb.
#59095
1   ...   32   33   34   35   36   37   38   39   40

160
 
 
səfəsindən qaynaqlanan İsa Muğanna ideologiyasının 
mayasını Zəlimxan Yaqub sanki Şah Xətayi modelinə 
çevirib  oxuculara  təqdim  edir.  Bu  model  İsa  Muğan-
nanın  xalq  genetik  yaddaşından,  yoxluğu  var  edən  
ruhundan yoğrulduğunu daha praktik şəkildə göstə-
rir. Seçilmişlər zamansız olsa da, dediklərinin zamana 
görə önəmi daha böyükdür. Kodlaşdırılmış mesajları 
İlahi Ünün  gücü  ilə seçilmiş bəşər  övladına  yetirirsə, 
onun  həzm  olunmasında  sonrakı  varisin  işi  daha 
önəmlidir. Muğannadan sonra Zəlimxan Yaqubun bu 
poema ilə üzərinə götürdüyü mənəvi yük SafAğ elmi-
nin  xalq  təfəkkürünə,  düşüncəsinə  yaxınlaşdırılması 
missiyasıdır.  
 
Səsi sazdan gəlirdi,  
Ünü neydən gəlirdi.  
İstədiyi nə varsa, 
Enib göydən gəlirdi.  
Mələklər qanad çalır,  
Göydə yalanlar olmur. 
Göydə təhriflər olmur, 
Göydə talanlar olmur. 
Göydə əqrəblər olmur, 
Göydə ilanlar olmur.  
İlana zəhər verən 
Filan filanlar olmur. 
 
–  deyən  müəllif  bu  misralarla  adiliyin  içindəki 
qeyri-adiliyi,  sadəliyin  içindəki  mürəkkəbliyi,  yoxlu-
ğun  içində  varlığı  sözlərlə  yansıtsa  da,  Muğannanın 
Yerdən üz döndərib göylərə olan etibarının və inamı-


161
 
 
nın  səbəblərini  daha  aydın  izah  edir.  Bir  çox  insan 
Yerdə olan bəlaların, faciələrin, vəhşətlərin, dəhşətlə-
rin məhz göylərdən gəldiyinə bu gün də inanmaqda-
dır.  Bütün  dini  kitabların  söykəndiyi  bir həqiqət  var: 
Cənnətdən  yerə  qovulan  və  ya  göndərilən  ilk  insan 
Adəmdir  və  bu  ilk  insan  həm  də  ilk  peyğəmbərdir. 
Bu  gün  bəşəriyyətin  caynaqlarında  can  verdiyi  nəfs, 
tamah, qan da elə Adəmin ailəsi ilə dünyaya tanışdır. 
Bu da onu deməyə əsas verir ki, göylərdən yerə gön-
dərilən Adəm özü ilə bir çox bəlaları gətirmiş və bəşə-
riyyətə  miras  qoymuşdur.  Yuxarıdakı  misralara  diq-
qət etdikdə, Muğanna həqiqətinin nüvəsində göylərin 
paklığından  danışıldığını  görərik.  Bəlkə  də,  məhz  bu 
səbəbdəndir  ki,  insan  övladı  bəzən  də  məcazi  anlam 
daşıyan  göylərdən,  qutsal  yaşam  tərzindən  qovuldu 
və dünyamıza göndərildi. (Bəlkə də, Adəm yerə endi-
rilməmişdən öncə yerdə yaşayanlar vardı və bu yaşa-
yanların  xisləti  pozulmamış,  korlanmamışdır.  Bəlkə 
də,  Adəm  və  arvadının  Tanrı  dərgahından  qovulan-
dan  sonra  yer  üzündəki  özbaşınalıqlarının  qarşısını 
almaq  üçün  öz  nurundan  yaratdığı  yeni  bir  qövmü 
Yerə göndərib. İstənilən halda Göy Yerdən daha pak 
və daha aydındır, həm materiya, həm də ideya baxı-
mından.) 
Göylərin  kir,  ləkə,  hiylə,  təhrif  saxlamadığı  üçün 
aqil  insanların  əksəriyyəti  kimi  Muğanna  həqiqət 
Ününü yalnız göylərdən eşitmək istəyirdi. Çünki gü-
nah  ifadəsi  göylərdə  yaşayanların  nə  ağlından  keçir, 
nə də dillərinə gəlirdi. Ustad sənətkarın eşitdikləri və 
ya  eşitmək  istədikləri  isə  o  qədər  batini  mənalarla 
yüklü  idi  ki,  yerdəki  insan  bunu  anlamaqda  və  dərk 


162
 
 
etməkdə  çətinlik  çəkirdi.  “Ün”  poemasının  misraları 
isə bu simvolların açılmasında çətinlik çəkənlər üçün 
daha sadə dillə sirli elmi izah edir. 
Həmin batini elmdir, dindir ki, “bu din (və bütün 
dinlər)  məhəbbət  dinidir.  Qanun  və  ehkam  yığıntısı 
deyil. Biz  ərəblərin, bizə “əcəm” deyərək ixrac etdik-
ləri din adlanan dəbilqənin altında can vermək üzrə-
yik! (buna deyərlər, həyəcan siqnalı, yoxsa “din əldən 
getdi,  qoymayın,  millət  kafir  oldu”.  Bunlar  hamısı 
boş-boş şeylərdir.) Din bizimdir... Amma ərəb dövlət-
çiliyi tarixi bizim deyil. Din bizimdir... Amma İran şi-
əliyi  bizim  deyil.  Mən  İmadəddin  Nəsiminin  təqdim 
etdiyi Həzrəti Mühəmmədi sevirəm! O, Hərra mağa-
rasında  “Hu”  deyərək,  özündən  gedən  aşiqdir.  Mən 
Xətayinin vəsf etdiyi Əlini sevirəm! O Əli ki, mənə 4-
cü xəlifə olaraq lazım deyil”. (6, səh. 43) Xalq şairi Zə-
limxan  Yaqubun  “Ün”  lirik  poeması  bütövlükdə  İsa 
Hüseynov-İsa  Muğanna  yaradıcılığını  özündə  ehtiva 
edən dəyərli bir əsərdir. Poema yaradıclığının demək 
olar  ki,  olmadığı  dövrdə  bu  cür  bir  əsərin  yazılması 
istər nəzmin,  istərsə  də tərənnümün  ən  incə  məqam-
ların, zərif və ilahi mətləblərin daşıyıcısı olduğunu bir 
daha sübut edir. 
Xalq şairi Zəlimxan Yaqubun “Ün” poeması axıcı 
dili,  üslubu,  daşıdığı  tarixi  əhəmiyyəti  ilə  XXI  əsr 
Azərbaycan  şeirinin  qızıl  fonduna  düşəcək,  ədəbiy-
yatşünaslığın  ən  maraqlı  tədqiqat  obyekti  kimi  yaşa-
yacaq əsərlərdəndir.  
 
Kaspi qəzeti. 07 dekabr 2014-cü il 
 


163
 
 
Ədəbiyyat 
 
1.  İsa  Muğanna.  Seçilmiş  əsərləri.  6-cı  cild.  Bakı, 
“Avrasiya-press”, 2009.  
2.  Azərbaycan  jurnalı,  Zəlimxan  Yaqub  “Ün”, 
№10, 2014. 
3. Mən Onsuz da Əbədiyəm. X.Ulutürk. “Gənclik” 
2003.  
4.  İsa  Muğanna  Seçilmiş  əsərləri.  6-cı  cild.  Bakı, 
“Avrasiya-press”, 2009. 
5. Kredo qəzeti. № 44 (799) 31 oktyabr, 2014. 
6. İsa Muğanna, “İlan  dərəsi”.  2013. 
7.  Fəxrəddin  Salim.  “Milli  Yaddaş  sistemində 
Ürfan və təsəvvüf”. Bakı, Elm və təhsil, 2010.  
 
 
 
 
 
 


164
 
 
Ümman boyda bir sevgi 
 
Qanun Ümmanın yaradıcılığa uşaq ikən başladığı-
nı bilirəm. Deyirlər, şair olmurlar, şair doğulurlar. Bu 
fikri Qanun Ümmanın timsalında tərəddüdsüz qəbul 
etmək olar. Qədim və tarixi sirləri köksündə yaşadan 
Naxçıvan torpağının bədii fikir tarixinə böyük ustad-
lar, mütəfəkkirlər bəxş etdiyini hamımız yaxşı bilirik. 
Hər  səhər  yuxudan  durub  təmiz  havanı  ciyərlərinə 
çəkəndə  İlanlı  dağın  uca  zirvəsini  görüb  şair  olma-
maq,  atanın  əlindən  yapışıb  Mömünə  Xatun  türbəsi-
nin  yanından  keçəndə,  oradakı  seyrəngahı  görəndə 
şairin  özünün  dediyi  kimi  “qələmin  əldə  od  tutub 
yanmaması”,  Şahbuzun,  Ordubadın  köksündəki  Ba-
tabat  gölünü,  Göy-gölü  görüb  ruhun  coşmaması,  öz 
köynəyini yırtmaması, Əlincə qalasının əzəmətindən, 
Araz çayının zümzüməsindən ilham almamaq müm-
kün  deyil.  Əhatəsində  olduğun  insanlar  haqq  sözə 
qiymət  verdikdə,  azadlıq  eşqindən  daima  sərxoş  ol-
duqda,  zülmün  boynuna  güclü  haqq  biləyi  kimi  do-
laşdıqda  sənin  haqq  sözü  demək  üçün  vətənpərvər 
şair  olmamağa  haqqın  yoxdur.  Qanun  Ümmanın  bu 
mühitdə böyüməsi, onun sözdən qanadlanmış qələm 
atına sahib olması heç də təsadüfi deyil. 
Şairin adının və təxəllüsünün çox maraqlı olduğu 
diqqətdən  yayınmır.  Adın  hələ  dünyaya  yenicə  göz 
açdığı  bir  zamanda  qoyulması  adi  bir  haldır.  Amma 
adla  xarakterin  üst-üstə düşməsi  zamanın  və  əməllə-
rin məcmusudur. Doğrudan, bu qələm sahibi məişət-
də qaydalara çox ustalıqla əməl edir. Onun yaşam tər-
zinin  istənilən  sahəsində  bir  qayda,  bir  qanun  var. 


Yüklə 1,91 Mb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə