ŞƏMİl sadiQ Ədəbiyyatla



Yüklə 1,91 Mb.
Pdf görüntüsü
səhifə38/40
tarix25.07.2018
ölçüsü1,91 Mb.
#59095
1   ...   32   33   34   35   36   37   38   39   40

165
 
 
Amma  şair  ruhlu  bu  insanın  qanunlar  çərçivəsində 
özünə “Ümman” təxəllüsünü seçməsi heç də təsadüfi 
görünmür. Cahana sığmayan ürəyinin bir ümman ki-
mi  böyük,  yeraltı  çayları,  dağları,  cərəyanları,  florası 
və  faunası  ilə  zəngin  olması  onun  sərhədsizlik  içəri-
sində  özünə  sonsuz  bir  sərhəd  müəyyənləşdirməsin-
dən xəbər verir: 
 
    Mən əzəl üzdə fağır kənd balası Qanun idim
    Sən məni dalğası tüğyan edən Ümman elədin. 
 
Düşünən  insan müəyyən bir çərçivəyə heç bir za-
man sığa bilmir. Hələ burda vətən sevgisi, ilahi sevgi 
ön planda olarsa, bu çərçivələrin olması heç mümkün 
deyil. Öz ümman düşüncənin sərhədlərini müəyyən-
ləşdirmək isə böyük ürək tələb edir. 
 
    Onun təlatümlü  məhəbbətiylə 
    Necə sakit durum, çağlamayımmı? 
    Qələmdən od düşür vərəqlərə də, 
    Odu söndürməkçün ağlamayımmı? 
 
Onun azad ruhu kimisə incitmədən belə ürəklərdə 
yaşamağı bacarır. Özünə qəlblərdə xanə müəyyənləş-
dirmək və orada yaşamaq cəsarət tələb edir. 
 
    Arzular içindən ən gözəl arzu 
    Seçib ürəyində yaşayacağam. 
    Nazlı baxışından, dəniz gözündən 
    Keçib ürəyində yaşayacağam. 
 


166
 
 
Şeiriyyət  tərənnüm  üzərində  köklənir.  Tərənnüm 
də  nə  qədər  qəlblərə  xitab  edə  bilirsə,  deməli,  şeirin 
tələbləri  bir  o  qədər  artıq  yerinə  yetirilmişdir.  Ürək 
yanğısı  ilə  qələmə  aldığı  şeirlərin  səmimiliyi,  rənga-
rəngliyi və heyrətləndiriciliyi onun qələminin zaman-
zaman şahə qalxacağına insanda şübhə yaratmır. 
   
     Bir dəfə görüşdük, elə dondun baxışımda, 
     Açmaz donu, qəlbimdəki közlərdə kədər var. 
   
Məcazlar o qədər zərgər dəqiqliyi ilə seçilib işlənir 
ki, oxuyan hər kəs: istər ədəbiyyatçı olsun, istərsə də 
orta savadı olan oxucu olsun, bu məcazın qurulması-
na heyrətlənməyə bilmir. 
Şairin  sözə  orijinal  yanaşma  tərzi,  kiməsə  oxşa-
maq istəməməsi artıq ədəbi yolunun müəyyənləşmə-
sini bir daha göstərir. 
  
    Nə gözəldir! 
    Öz gücünlə  yeriyəsən bu həyatda. 
    Qazandığın uğurla yox, 
    Bəxş etdiyin uğur ilə sevinəsən bu həyatda. 
   
*** 
    Şöhrəti yox, sərvəti yox, 
    İnsanlığı mənsəb bilib, 
    Vəzifəndə dayanasan sabitqədəm. 
    Göz süzülə, 
    Can tükənə, 
    Ömür bitə. 
    Daha nə qəm! 
    Daha nə qəm! 


167
 
 
Öz ayaqları üzərində durmaq, hər şeyi unudub in-
sanı sevmək şairin borcudur. Şair insanlıq qarşısında 
öz  borcunu  qurduğu  oyun  dolu  misralarla,  oxucunu 
düşünməyə vadar etməklə yerinə yetirir. 
 
    Ruhundan biçəcəm özümə donu, 
    Canına qovuşmaq, hicranın sonu. 
    Sevgi ordum ilə, həsrət ordunu 
    Biçib ürəyində yaşayacağam. 
 
Həsrətə  sitəmlə  yox,  sevgi  ilə  son  qoymaq  ilahi 
eşq sahibinə xas olan haldır. 
 
    Bir alov ol, ürəyimi isindir, 
    Qaragözlüm, gözlərimə qonaq gəl. 
    Baxışımı fərəhləndir, sevindir, 
    Qaragözlüm, gözlərimə qonaq gəl. 
 
Şair  xəyalları  ilə  belə  xəyal  dilində,  incə,  zərif  və 
xəfifcəsinə rəftar edir. Onu elə bir həya ilə səsləyir ki, 
xəyal belə bu səslənişə, bu çağırışa baş əyməyə bilmir. 
Daima  özünü  təsdiqləməyə  cəhd  edən,  sözü  qiy-
mətə mindirməyi bacaran şair vətən, millət sevgisinin 
olmadığı  yerdə  bütün  şöhrəti,  ad-sanı  rədd  edir,  saf 
arzu və istəklərinin hamıda olması üçün sanki dualar 
edir və şeirlərinin birində yazır: 
 
    Ümman, tam Vətənsiz gözləmə şöhrət, 
    Bütövü bölənə, kəsənə nifrət! 
    Kaş ola hamının köksünə qismət, 
    Vətən sevgisiylə döyünən ürək 


168
 
 
Dili acı, məhəbbəti şirin, ürəyi yuxa yazıçı 
  
Açığı indiyə qədər dostum Müşfiq XANın əsərləri 
haqqında geniş bir yazı yazmamağımın iki səbəbi var: 
biri  bəyənmədiyim  əsər  haqqında  nəsə  yazmağın  tə-
rəfdarı  olmamağım,  ikincisi  isə  dostun  yaradıcılığı 
haqqında  yazacağın  məqalənin  cəmiyyətin  birmənalı 
qəbul  etməməsi.  Bizim  ellərin  “
qonşu  qızı  öpülmüş 
olar
” kimi müdrik bir məsəli fikrimi ifadə etmək üçün 
yararlı məsəldir, məncə. 
Amma  Müşfiq  XANın  son  əsəri  olan  “
Qatil  üçün 
nekroloq
” romanı haqqında fikrimi bildirməyim həm 
XANın qələminin püxtələşməyinə (və ya mənim zöv-
qümə  uyğun  yazmasına  görədir,  bəlkə  də),  həm  bu 
romanın nəşrinin Müşfiq XANın doğum gününə düş-
məyindən  doğan  məsələdir.  19  iyul  Müşfiq  müəlli-
min,  əziz  dostumun,  müəllim  məsləkdaşımın,  vətən-
daş  yazıçının,  istedadlı  gəncin  doğum  günüdür.  Hə-
mişə  qeyri-adiliyi  ilə  fərqlənən  Müşfiq  müəllim  bu 
dəfə də bizim üçün adi, amma əslində adiliyin özün-
də  olan qeyri-adi hərəkəti  ilə fərqləndi.  Doğum gün-
lərində onun telefonunu da söndürüb səssizliyə çəkil-
məsi, öz dünyaya gəlişinin səbəblərini özüylə söhbət-
lərində araşdırması onu biz dostlardan fərqləndirirdi. 
Bu dəfə isə öz romanını özünə hədiyyə edərək onu 
sevənləri ətrafına yığdı və sözü ilə özünü təbrik etdi. 
Bəlkə də, cəmiyyətimizdə bu istedadlı gənci çox adam 
tanımır. Amma onu izləmək, onu tanımağın gənclərə 
bir  nümunə  olacağına  əminəm.  Müşfiq  XAN  (İmzası 
ilə  də  fərqlənir.  Bu  təxəllüsün  açılışı  “Xalqım 
Azərbaycan Naminə”dir.) İxtisasca bioloqdur. Öz ixti-


Yüklə 1,91 Mb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə