ŞƏMİl sadiQ Ədəbiyyatla


Xəyyamın Cavid fəlsəfi fikrindəki təzahürü



Yüklə 1,91 Mb.
Pdf görüntüsü
səhifə5/40
tarix25.07.2018
ölçüsü1,91 Mb.
#59095
1   2   3   4   5   6   7   8   9   ...   40

25
 
 
Xəyyamın Cavid fəlsəfi fikrindəki təzahürü 
 
Cavid haqqa-həqiqətə qovuşmağın yollarını “Şeyx 
Sənan”  və  “Peyğəmbər”  əsərlərində  ərsəyə  gətirmiş-
sə, “Xəyyam” dramında müdrik bir şair-filosofun ob-
razını  yaratmaqla  ilahi  eşqə  sahib  olan  şairin  dünya 
haqda  fəlsəfi  düşüncələrinə  də  geniş  yer  vermişdir. 
Zənnimizcə,  “Xəyyam”  dramı  din  əleyhinə  yazılmış 
ateist  ruhlu  bir  əsər  deyil.  Çünki  Xəyyamın  yaşadığı 
dövrdə ateizm mövqeyində durub, Allahsızlığı təbliğ 
edən  ideyalar,  fikirlər  yaymaq,  demək  olar  ki,  qeyri-
mümkün  idi.  Cəhalət,  xurafat  və  mövhumatı  isə  bü-
tün əsrlərdə, hətta islam dini yarananda da tənqid et-
mişlər. Odur ki, Xəyyam bütün açıqfikirli insanlar ki-
mi,  cəhalətə  qarşı  çıxış  edə  bilərdi.  Sovet  tənqidində 
Xəyyamı  ateist  kimi  göstərmək  cəhdləri,  zənnimizcə, 
özünü doğrultmur. Əsəri təhlil edərkən bu problemə 
təkrar qayıdıb fikrimizi sübut etməyə çalışacağıq. 
1.  Cavid  bütün  əsərlərinin  elə  ekspozisiya,  bədii 
müqəddimə  hissəsindən  oxucu  və  tamaşaçını  gərgin 
vəziyyətdə  saxlamağı  bacaran  sənətkardır.  “Xəy-
yam”da da birinci pərdə bədii müqəddimə rolunu oy-
nayır. Biz burada gələcəkdə bütün əsər boyu hadisə-
lərə müdaxilə edəcək Xacə Nizam və Sabbah  obrazla-
rı, həyatdan  tez  gedib,  lakin  tez-tez  də  Xəyyam tərə-
findən yad ediləcək Sevda, Rəmzi və Xərabati surətlə-
ri ilə rastlaşır və onların daxili aləmi ilə tanış oluruq. 
Birinci pərdədə hələ ki, Xəyyamın ateistliyinə aid bir 
dəlil-sübut  tapa  bilmirik.  Əksinə,  Cavid  Xəyyamın 
ömrünün  bu  gənc  çağlarında  hərdən  məscidə  gedib, 
imama  qulaq  asdığını  qeyd  etməyi  vacib  bilmişdir. 


26
 
 
“Xəyyam” sırf həyati-fəlsəfi dramdır“. …Fəlsəfi səpki 
Cavid  yaradıcılığının,  Cavid  istedadının  öz  təbiətin-
dədir.  Onun  bütün  əsərləri    şeir  və  dramları  həyatın 
fəlsəfəsi ilə aşılanmış, sənətin fəlsəfəsinə çevrilmişdir. 
Lakin əvvəlki dramlarda fəlsəfi səpki həyatın özünün 
təsvirində,  hadisələrin  bilavasitə  göstərilməsində  və 
ona  yazıçı  münasibətində  ifadə  olunurdu.  “Xəyyam” 
əsərində isə, bütün bunlarla yanaşı, konfliktin mahiy-
yəti, qəhrəmanın xarakteri, adamların qarşılıqlı əlaqə-
si, hadisələrin inkişafı, əsas obrazın düşüncə və qəna-
ətləri, dili və üslubu fəlsəfi səciyyə daşıyır.”
1
 
İkinci  pərdə  ekspozisiyanın  bitməsi  və  zavyazka-
nın  hadisələrin  tanıdığımız  obrazlar  ətrafında  daha 
da gərginləşməsi  ilə müşayiət olunsa da, əsərin dra-
matik  cəhətdən  ən  sakit  hissələrindən  ola  bilər.  Bu 
pərdəni Cavid öz fəlsəfi fikir və düşüncələrini demək 
üçün yaratmışdır desək, yanılmarıq. Birinci  pərdədə-
ki  hadisələrdən  illər  ötüb  keçmiş,  artıq  hər  tanıdığı-
mız personaj öz mövqeyini müəyyən etmişdir. Rəmzi 
və Xərabati əvvəlki adət, vərdiş və düşüncə tərzlərin-
də  qalmış,  Xacə  Nizam  yüksələrək  Alp  Arslanın  baş 
vəziri  olmuş,  Sabbah  uzun  və  uzaq  səfərdən  məram 
və  istəyinə  uyğun  qərarla  geri  dönmüşdür.  Xəyyam 
və Sevdanın talelərində isə əvvəlki narahatlıq, həyat-
da öz yerini tapa bilməyən insanların qayğı və gərgin-
liyi hiss olunmaqdadır. Xəyyam da, Sevda da – bu iki 
gözəllik,  şeir-sənət  və  həyat  aşiqi  bir-birinə  yetişərək 
küllə  qovuşmaq  arzusunda  olan  cüzlərə  bənzəyir. 
                                                           
1
Əkbərov  Z.H.Cavidin «Şeyx Sənan» faciəsi. Bakı, Elm 1977. s.196 


27
 
 
Onları qovuşdurmaq isə, Cavid kimi bir dahinin ecaz-
kar qələmindən asılı idi. 
Dövrünün  insanları  tərəfindən  qəbul  edilib,  başa 
düşülməyən  Xəyyam  çox  çətin  həyati  problemlər, 
maddi üzüntülərlə rastlaşır. Tələbələri “yolundan az-
mış”  –  deyərək  onu  tərk  etmiş,  zəmanəsini  qabaqla-
mış bu şəxsi camaat anlamadığından işsiz və ruzusuz 
qalmasına  səbəb  olmuşdur.  Belə  bir  hala,  vəziyyətə 
XIX  əsrin  böyük  Azərbaycan  şairi  M.Ş.Vazeh  də  dü-
çar  olmuşdur.  M.Ş.Vazehi  yenidən  hörmət  və  nüfuz 
sahibi edən M.F.Axundov idi. Xəyyamı da kimsə qiy-
mətləndirməli,  layiq  olduğu  məqama  ucaltmalı  idi. 
“Əsrinin  öksüzüdür  dahilər”  –  deyən  Rəmzi  Xəyya-
mın  mövqeyini  bizə  daha  dəqiq  anladır. Peyğəmbər-
lərin çoxu yurdlarını tərk etdikləri kimi, dahilərin də 
çoxunu  öz  zəmanəsi  anlamamış,  onlar  yaşadıqları 
dövrün  “öksüzü”,  yetimi  olmuşlar.  Onun  bazardakı 
vəziyyəti,  ələ  salınıb  təhqir  olunması  Peyğəmbərin 
eyni  məqamdakı  halı  ilə  böyük  oxşarlıq  təşkil  edir. 
Onun təbabət, nücum və digər elmlərdə olan biliyinə  
inanmayan kütləyə Xəyyamın kəskin cavabı belə olur: 
 
Ülkər ismi ilə deyir, göydə yaşarmış bir öküz 
Bu bir əfsanə,  yer altında da varmış bir öküz. 
Arif olsaq,  bu öküzlər arasında bişək 
Görünür bir yığın ipsiz və yonulmaz eşşək. 
 
Zəmanəsinin  bu  cahil  insanlarından  narazı  olan 
Xəyyamın  hislərini Cavid də eynilə keçirmiş, ruhunu 
didən  etiraz  nidalarını  böyük  sələfinin  dili  ilə  söylə-
mişdir.  Zəmanəsinin  dahisini  adi  çörəyə  möhtac  qo-


28
 
 
yan cəmiyyəti nə adlandırmaq olardı? O cəmiyyəti bu 
vəziyyətə  salan  nə  din,  nə  də  Tanrı  idi.  Onu  bu  hala 
gətirən  “vicdan  dəllalları”,  xurafat  və  cəhaləti  yaya-
raq  öz  “maddi  ehtiyaclarını”  təmin  edən  şəxslər  idi. 
Onlar o vaxt da, bu zəmanədə də bəşəriyyəti irəli get-
məyə qoymayan, daim tənəzzülə aparan, ağızlarında 
“millət,  Allah”,  ürəklərində  “mən-mən”  deyən  qüv-
vələrdir. 
Bəşəriyyət  o  vaxt  səadət  və  xoşbəxtlik  məqamına 
yetişə bilər ki, sələflərinin halal əməllərinin davamçısı 
olaraq onları öz xələflərinə ötürə bilsin. Əks təqdirdə 
Cəmşidin camı peymanəyə, qədim kaşanələr viranəyə 
çevriləcəkdir.  Cəmiyyət  günah  sahibi  olarsa,  cənnəti 
nə  bu,  nə  də  o  dünyada  görəcəkdir.  Saray  qızlarının 
gəlişini xəbər verən qulamlar bazar əhlini üzü divara 
tərəf durmağa məcbur edirlər. Buna təəccüb və etiraz 
edən, “göz neçindir?” – deyən Xəyyam qırmancla vu-
rularaq  yenə  təhqirə  məruz  qalır.  Gələnlərin  içində 
Sevda  da  vardır.  Cavid  onları  yenidən  görüşdürür. 
Sevdanın  Xəyyama  müraciət  edərək:  “Hankı  sənətə 
maraq etdin sən?” sualına şair – filosof aşağıdakı də-
rin və düşündürücü cavabı verir: 
 
İzlərəm göydəki yıldızları mən, 
Lakin onlar çox uzaqdan daha şən, 
Daha dilbər və gözəldir, biləsən, 
Bizə yaxınlaşdımı, bəs-bəlli, yaxar, 
O alov səndəki gözlərdə də var. 
 
Əvvəllər elm, bilgi və həqiqət aşiqi olan Xəyyam, 
indi yeni hiss və duyğuların burulğanına – gözlərdən 


Yüklə 1,91 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə