153
əməkdaşıdır. O, bizim üçün xarici pasportlar da hazırlat-
dırıb. Əməliyyatdan sonra təyyarə ilə Gürcüstana gedəcə-
yik. Ordan da Vətənə dönməliyik.
Elçin dözə bilmədi:
– Ona necə inana bilərik, Sultanbəyli? Biz nə bilək ki,
o, doğrudan da, bizi ələ verməyəcək? Bütün planları alt-
üst etməyəcəyinə necə əmin olaq?
– O, uzun müddətdir ki, kəşfiyyatın xüsusi əməkdaşı
kimi xaricdə fəaliyyət göstərir. Əgər bura qədər bizi ələ
verməyibsə, satqınlıq etməyibsə, deməli, inanılmış adam-
dır.
– Məncə, bu, inandırıcı deyil. Bəlkə bu barədə qərar
vermək hələ tezdir!? Bizi əməliyyat başında da ələ verə
bilər. Bu gün dünyadakı tanınmış kəşfiyyatçılar da ikili
oyun oynayır axı. Mən onunla heç bir təmasa keçilməsini
istəmirəm. Amalımız var. Ona da şərəflə əməl etməliyik.
Bura qədər gələ bilmişiksə, qayıtmağın da yollarını tapa-
rıq. Bir də ki, mən ölümü – şəhidliyi gözə alaram, nəinki
bir qadının yardımından istifadə etməyi, – deyən Elçin
etiraz etdi.
Arslan nədənsə Elçini müəyyən mənada yola gətirə-
cəyinə və inandıracağına şübhə etmirdi. Amma Məhəm-
mədin susması onu narahat edirdi. Onun fikirlərini dinlə-
yib planını sonra deməyi düşünürdü. Çünki birdən-birə
iki müxtəlif məxfi faktı həzm edə bilməzdilər.
Bir tərəfdən
də, onun bura hansı məqsədlə gəldiyini yalnız onun bil-
məsi vacib idi. Hətta ona verilən tapşırığa əsasən ölüm
ayağında olsa idi belə, kimsəyə deməməli idi. Tarixin sir-
rini yüz illərdir yaşadanlar, çox böyük sınaqlardan çıxma-
lı idilər. Amma bu məqam tamam fərqli idi. Yaşanılan və-
ziyyət bəzən insanı qaydaları pozmağa məcbur edir. Bun-