Şəmil Sadiq



Yüklə 19,45 Mb.
Pdf görüntüsü
səhifə13/77
tarix08.09.2018
ölçüsü19,45 Mb.
#67223
1   ...   9   10   11   12   13   14   15   16   ...   77

 
 
 
 
 
 
 
İsa Muğanna yaradıcılığı “İdeal” işığında 
 
49 
rində Bağ Atanın nəslindən danışanda "Ulu Bağ ƏsƏl-
mənin  (Süleymanın)  sonrakı  parçalanmağı  lap  müsibətdir" 
deyir.  Və  bu  parçalanmadan  Zərdüşt  peyğəmbərin  – 
SarOdƏsin (Mənası Yaradan həqiqət sarı hökmdarı) yaran-
dığı qənaətinə gəlir. Başqa bir məqamda da Musa peyğəm-
bəri BağSar adlandırır və "Necə təsəvvür edəsən ki, "Süley-
man"nan,  "Musa"  eyni  adamdır?  "Süleyman"  –  padşah, 
"Musa" – çoban, bu lap dəhşətdir" 
29

Əslində  Muğannanın  bu  idealı  bir  növ  də  pey-
ğəmbərlərin  çirkaba  bulaşmış  dünyanı  qurtarmaq 
arzusu  ilə  ac-yalavac  yola  çıxmaları  zamanı  başla-
mışdır. Seçilmişlərin vəzifəsinin də önəmli olmadığı-
nı  diqqətə  çatdıran  ustad  yazıçı  Süleyman  peyğəm-
bərin  hökmdarlığı  ilə,  Musa  Peyğəmbərin  çoban  ol-
masını  qarşı-qarşıya  qoyur  və  vəzifənin,  mənsəbin 
ziyaya,  aydınlığa  heç  bir  maneçilik  olmadığını  vur-
ğulayır.  “Həzrəti  Məhəmməd  öz  özünə  səslənirmiş 
kimi: Əlbəttə, elə bir peyğəmbər yoxdur ki, çobanlıq 
etməsin”.
30
  Məhəmməd  peyğəmbərin  də  həyatında 
çobanlıq və hökmdarlıq birləşmişdir. 
"GurÜn"  əsərində  müəllifin  dilindən  verilən 
şərhdə  yazılır:  ""Mehdi"  və  sair  rütbələr  -  adlar  Sahib 
Zaman  EySara,  həm  də  EySarın  "GurÜn"nü  yazan 
BağHəmOda  aiddir.  Odur  ki,  EySarın  özü  ilə  birlikdə 
BağHəmOdu da Sahib-Zaman sayır".
31
 
Bu  mətndən  aydın  görünür  ki,  Muğanna  Mə-
həmməd peyğəmbəri də, İsa peyğəmbəri də zamanın 
sahibi  hesab  edir.  Bu  gün  şiələrin  zühurunu  gözlə-
                                                 
29
 İsa Muğanna, İdeal, Bakı: Hədəf nəşrləri, 2013, s 543.
 
30
 Con Adeyr, Lider. Bakı:Yənbu, 2014, s 35. 
31
 İsa Muğanna, GurÜn, Bakı: Hədəf nəşrləri. 2013, s 49. 


 
 
 
 
 
 
 
İsa Muğanna yaradıcılığı “İdeal” işığında 
 
 
50 
diyi,  dünyanın  hökmdarı  hesab  etdikləri  Sahib-
zamana  da  hörmət  edir.  Onların  ideallarını,  başlat-
dıqları yolları bir-birindən fərqləndirmir. Bu mövqe-
ni  biz  sonuncu  din  olan  İslamda  da  görürük.  Bütün 
mənbələr  də  Məhəmməd  peyğəmbərin  İsanı  qəbul 
etdiyini,  onun  yolunu  davam  etdirdiyini  yazır.  De-
məli, Muğanna bədii təfəkkürdən çıxış edərək keçil-
miş tarixi öz yozumlarında ifadə edir. İnsanlıq haqqı 
və ədaləti daima axtardığı üçün bütün dinlərdə haqq 
sahibinin,  tanrı  elçisinin  bir  gün  yer  üzünə  yenə 
qayıdacağı  inancı  var.  Xristianlar  İsanın,  müsəlman-
lar  imam  Sahib-Zamanın,  Buddistlər  Buddanın,  on-
lardan  daha  qədim  olan  türklər  Gök  Tanrı  dinində 
Tanrı Xaqanın oğlunun qayıdacağını gözləyirlər. 
"GurÜn"  əsərindən  digər  bir  məqama  diqqət 
edək:  SafAğ  alimləri  deyir:  "Quranın  bətni  var.  O 
bətnin  də  bətni  var.  Cəmi  altı  bətn  var.  Həqiqət  yeddinci 
bətnddədir." Ərəb Xəlifəsi Müstədbillah deyib: "Altı bətn 
varsa,  həqiqət  necə  yeddincidə  ola  bilər?!  Alimlərimiz 
deyiblər:  "Yeddinci  bətn  Xəlifənin  seyfindəki  "GurÜn"-
dədir, onun da üstünə qan tökülüb, oxunmur!"
32
 
Bu  nümunədən aydındır ki, İsa Muğanna bütün 
dini  kitablar  kimi  Quranın  da  bugünkü  varinatının 
tam  olmadığı  qənaətindədir.  Bu  qənaətə  isə  İsa 
Muğanna  geniş  mütailəsinin  sayəsində  gəlmişdir. 
Çünki  dini  kitabların  təhrif  olunduğu  qənaətində 
olan  bir  çox  alimlər  var  ki,  fundamental  əsərlərlə 
çıxış ediblər. 
                                                 
32
 İsa Muğanna, GurÜn, Bakı: Hədəf nəşrləri. 2013 s 47.
 


 
 
 
 
 
 
 
İsa Muğanna yaradıcılığı “İdeal” işığında 
 
51 
Nümunələri  gətirməzdən  öncə  diqqətə  çatdır-
maq  istədiyimiz  xüsusi  bir  məsələ  də  var.  Yuxarıda 
İsa Muğanna ilə bağlı bir neçə sual vermişdik ki, əsər 
boyunca onların cavabını təqdim etməyə çalışaq. Bir 
sualı  da  bura  əlavə  etmək  istəyirəm  ki,  fikrimizi 
düzgün  istiqamətdə  yönəldə  bilək.  İsa  Muğanna 
təhrif  din  deyərkən  niyə  məhz  daha  çox  İslamın 
üzərində  dayanırdı,  bütün  nümunələri  Qurandan 
verirdi?  Və  oxucu  bizim  gətirdiyimiz  nümunələri 
gördükdə  ağlından  keçirə  bilər  ki,  bütün  dünya 
İncilin  müxtəlif  variantlarının  olduğu  qənaətinə 
gəldiyi  təqdirdə  Quranın  dəyişdirilib,  dəyişdirilmə-
diyi  fikrini  niyə  müzakirə  edir  və  ya  nümunələr 
gətiririk.  Bizcə,  İsa  Muğanna  məhz  islamla  bağlı 
fikirləri ona görə daha çox qabardırdı ki, o bu cəmiy-
yəti  daha  yaxşı  tanıyırdı.  Bu  cəmiyyətin  problem-
lərini daha yaxşı bilirdi. Başqa dinə mənsub olan in-
sanlardan  fərqli  olaraq,  ayrıseçkilik,  bir-birinə  düş-
mən kəsilmə müsəlmanlarda daha qabarıqdır. Digər 
bir  prizmadan  baxsaq,  islamı  qəbul  edən  millətlərin 
xristian  və  yəhudilər  tərəfindən  yönləndirilməsinin 
ağrılı  olduğunu  görərik.  Bunu  isə  böyük  yazıçı  gör-
məyə  bilməzdi.  O,  daima  vurğulayırdı  ki,  dünya 
Vatikandan  yönləndirilir.  Bizim  təhlilimiz  isə  İsa 
Muğanna  konsepsiyaları  üzərində  qurulduğu  üçün 
nümunələri  də  bu  istiqamətdə  gətirməyi  lazım  bili-
rik.  Digər  bir  tərəfdən  də  “Quran”  nazil  olduqdan 
sonra digər dinlər öz qüvvəsini itirmiş, sonuncu din 
İslamdır. 


Yüklə 19,45 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   77




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə