Şəmil Sadiq



Yüklə 19,45 Mb.
Pdf görüntüsü
səhifə12/77
tarix08.09.2018
ölçüsü19,45 Mb.
#67223
1   ...   8   9   10   11   12   13   14   15   ...   77

 
 
 
 
 
 
 
İsa Muğanna yaradıcılığı “İdeal” işığında 
 
 
46 
layır:  –  "Dəhşətdir  axı,  ay  əmi!  "Allah"  –  qardaş  kimi!.. 
Dünənəcən,  bu  günəcən  yad  bilirdim  mən  "İsus"u  – 
"İsa"nı.. 
–  Yad?  Necə  yəni  "yad?!"  Düşün!  Dindi  sənə  yad! 
Dinin yaratdığı əfsanələrdi!"
26
 
Bütün  peyğəmbərlərin  bir  ruhun  daşıyıcısı  ol-
maları  fikrini  ifadə  edən  Muğanna  bununla  insan-
lığın  da  qardaşlığını  vurğulamaq  istəmişdir.  Bütün 
dinləri  yaradan  peyğəmbərlərin  davamçıları  şöhrət 
əsiri  olmamışdan  öncə  bu  iddiada  olmuşlar.  Bütün 
yaradılmışlar  eynidir  deyib,  insanlıq  deyərək  haki-
miyyət,  imperiya  quran  peyğəmbərlərin  sonrakı  da-
vamçıları təkəbbür və kibrdən insanların onlarla eyni 
düşünmədiyini  Allahı  tanımadıqları  kimi  qiymət-
lənidirib  qılıncdan  keçirmiş  və  ideyaları  istədikləri 
kimi dəyişdirmişlər. 
Əsərin  başqa  bir  yerində  isə  "Oxuma  o  tər-
cümələri. Nizami yox dərəcəsindədi o zər cildlərin içində. 
"Xəmsə"də,  yenə  deyirəm  "Allah"  yoxdur.  "Peyğəmbər" 
var. 
"Xəmsə"nin  köynəyini  cırıb  atacam:  "İslam"  adla-
nanı da, "Xristianlıq", "Büdpərəstlik" adlananları da cırıb 
atacam! Mifləri, əfsanələri məhv edəcəm!" 
27
 
Bəli, maskalar nə qədər qəşəng görünsə də, yenə 
maska  olaraq  qalır  və  insan  onun  altındakı  həqiqəti 
görmək  arzusu  ilə  yaşayır.  İnsanın  dini  –  milli  köy-
nəyini soyundursan altında saf insan var. İnsan ruhu 
var: tərbiyəli, tərbiyəsiz. O insanın ruhunun tərbiyəsi 
                                                 
26
 İsa Muğanna, İdeal, Bakı: Hədəf nəşrləri, 2013, s 551. 
27
 Yenə orda, s 551.
 


 
 
 
 
 
 
 
İsa Muğanna yaradıcılığı “İdeal” işığında 
 
47 
ilə  məşğul  olmanın  nəticəsidir  ki,  mənfi  və  müsbət 
olur,  aqil  və  cahil  olur,  vicdanlı  və  vicdansız  olur. 
İstər  kilsədə,  istər  sinaqoqda,  istər  məbəddə,  istərsə 
də  məsciddə  olub  ən  mömin  insan  kimi  görünsün, 
bircə  dəfə  Cavidin  "İblis"  pyesindəki  Elxanın  ədalət 
sınağından keçirildikdə onun varlığı olduğu kimi ya 
ayaqlar  altına  töküləcək,  ya  da  göylərə  uçacaq  ki, 
toxunulmasın. 
İsa  Muğannanın  konsepsiyasını  özündə  daşıyan 
birinci  nümunəyə  diqqət  edək.  Əlbəttə  ki,  Allahın  – 
Bağ  Atanın  oğulları  kimi  təqdim  edilənlər  İsa  Mu-
ğannanın  icadı  deyil.  Dördü  də  dinlərin  müqəddəs 
bir  insan  kimi  təqdim  etdiyi  peyğəmbərlərdir.  Mu-
ğanna onları bir olan Allahın oğlu kimi təqdim edir. 
Bu isə insanları qardaşlığa, birliyə səsləməkdir. 
Matthev  J.Slick  "Tanrının  oğlu  ola  bilməzmi?" 
məqaləsində  müsəlmanların  Tanrının  oğlu  ifadəsinə 
yanaşmasını izah edərkən yazır: Bəzi müəslamanlara 
görə "Tanrı oğlu" termini bir növ uşaq doğan, tanrıça 
arvadı  olan  bir  Tanrı  fikrini  ağıllarına  gətirməkdir. 
Xristianlar  bu  "Tanrı  oğlu"  ifadəsini  İsaya  aid  etdik-
lərində  müsəlmanlar  anında  Xristianların  Tanrının 
Tanrıça arvadı ilə birlikdə bir cinsi əlaqəyə girdiyini 
ifadə etdiklərini zənn edib Xristianların Tanrıya layiq 
olmayan bir əməlini qəbul etmirlər.
28
 
Tamamilə  doğru  yanaşmadır.  İsa  Muğanna  da 
Tanrının  oğlu  dedikdə,  heç  də  onun  hansısa  bir  ar-
vadı  olduğunu  demək  istəməmişdir.  "
İnsanı  insana, 
                                                 
28
Şəmil Sadiq, "İsa Muğanna Həqiqəti Hüseyn Cavid İşığında", 525.az 
(07.07.14) 


 
 
 
 
 
 
 
İsa Muğanna yaradıcılığı “İdeal” işığında 
 
 
48 
Yer  planetini  kainata  bağlayan  Bağ  Ata  adlanır.  Təkdir, 
lailahəilləllahdır"  deyirdi  İsa  Muğanna.  Bu  ifadəni  isə 
bütün  dini  kitablar  deyirlər.  Allahın  oğlu  ifadəsi  sim-
volikasının  batininə  enən  orta  əsrlər  Hürufi  şairi  İma-
dəddin Nəsimi  isə "Ənəlhəq"  deyirdi.  Və  bu "ənəlhəq" 
–  "mənəm  allah"  və  "allah  məndədir"  deyən  Nəsimi 
"Allahın oğlu İsadır" – deyən xristianlardan daha cəsa-
rətli  addım  atmışdır.  Bu  insanın  tanrısına  olan  sevgisi 
və  humanizmindən  irəli  gəlir.  Əlbəttə  ki,  yaradan  ya-
ratdıqlarına  öz  nurunu,  öz  ruhunu qatmışdır. Dinlərin 
Allahın  yerdəki  elçisi,  sözçüsü  kimi  təqdim  etdiyi 
qutsal  Tanrının  oğlu  demək  isə  heç  bir  qəbahətli  iş 
deyil. Məgər hər bir insan yaratdığı əsərinə məcazi mə-
nada  öz  övladı  demirmi?  Tanrının  yaratdığı  mükəm-
məl  insan  da  onun  övladı  hesab  edilməlidir.  Məcazi 
mənada peyğəmbərləri Tanrının oğlanları hesab etmək 
isə  dinə  heç  bir  ziddiyyət  təşkil  etmir.  Əksinə  dinin 
mövqeyini  təsdiqləyir.  İsa  Muğanna  da  Tanrının 
oğulları  deyərək  təqdim  etdiyi  peyğəmbərlərə  ilahi 
qüvvə  kimi  baxır,  onları  və  onların  ideologiyalarını 
məkirli  insanların  bulaşdırdığı  çirkabdan  təmizləyib, 
saflaşdırıb öz dərk etdiyi kimi bəşəriyyətə təqdim edir. 
Bu  təqdimatda  modern  yanaşma  var.  Bu  modern  ya-
naşma insan oğlunun yaşadığı bu böyük dünyada qan-
sız,  müharibəsiz,  hiyləsiz,  Nizaminin,  Nəiminin,  Nəsi-
minin,  Cavidin  axtarışında  olduğu  kamil  insan  mode-
lini xatırladır. 
İsa Muğanna bütün  əsərlərində demək olar ki, bə-
şəriyyətin qəbul etdiyi peyğəmbərlərə hörmətlə yanaşır 
və  adını  çəkib  öz  yozumunu  verir.  Hətta  bəzi  din 
alimlərinin söylədiyi "bütün peyğəmbərlər bir nəsildəndir" 
fikrini  bədii  yolla  ifadə  edir  deyə  bilərik.  "İdeal"  əsə-


Yüklə 19,45 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   77




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə