İsa Muğanna yaradıcılığı “İdeal” işığında
33
1.1 İsa Muğanna romanlarında vahid din
konsepsiyası
Dinlərin və təriqətlərin yaranma səbəbləri
Bu gün dünyanı bürümüş müharibələr və çax-
naşmaların əksəriyyəti dini zəmində yaranan müna-
qişələrdən doğduğunu hamımız yaxşı bilirik. İnanc-
sız bəşər ola bilməz. Mehmet Dikicinin dili ilə desək,
"din bir inancdır, lakin hər inanc bir din deyil".
14
Fikri-
mizcə, bu inanclar bir ideologiya halına gəldikdə,
dinə çevrildikdə böyük bir təhlükə mənbəyi olur.
Hələ ki, bu təhlükə mənbəyinin pultu bir qrup insa-
nın, imperialistin, dövlətin, xüsusən şər qüvvələrin
əlində ola, o zaman daha təhlükəlidir. Düzdür, bu
pultun kütlənin öz əlində olması da, təhlükəlidir.
Lakin planlı şəkildə yaradılan ideologiyalar planlaş-
dırıldığı üçün insanlığa daha böyük zərbə vurmağa
qadirdir. Türkiyə yazıçısı Cemil Meriç dediyi kimi,
"həqiqət tərif edildikcə, təhrif edilir." Təhrif isə insa-
lığı yanlış istiqamətlərə aparır. Əgər tarixə nəzər
salsaq, insanların kürəsəl dini ayrı-seçkiliyinin har-
dasa səngidiyi bir vaxtda –erkən orta əsrlərdə dinda-
xili münasibətlərin qızışdığını görərik. Bu, sonradan
yaradılmış məzhəblər, təriqətlər əsasında özünü gös-
tərdi. Maraqlıdır, əgər bütün dinləri insanlara tək
Tanrı göndərmişdisə, tək Tanrının çoxdinli sistem
yaratmaqda məqsəd nə idi? Belə çıxır ki, ya hər dini
yaradan bir başqa Allahdır, ya da bir deyim olan
14
Mehmet Dikici. Türklerde İnanclar ve Din. Ankara: Akçağ, 2005, s 24.